Microsoft Word musfiq ramazanov docx



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə32/53
tarix20.09.2018
ölçüsü0,98 Mb.
#69577
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   53

İnformasiya sistemləri menecmenti
 
106 
gəlməsi prosesini əks etdirir. Geniş  mənada innovasiya 
fəaliyyəti iqtisadi inkişafı  və  rəqabətliliyi təmin etmək üçün 
yeni ideyaların, elmi biliklərin, texnologiyanın müxtəlif 
istehsal və idarəetmə sahələrində  tətbiq edilməsidir. Bu 
anlayış ilk dəfə elmi tədqiqatlarda XIX əsrdə meydana gəlib.  
İnnovasiya fəaliyyətini xarakterizə edən parametrlərdən 
asılı olaraq iki növə bölünür: məhsul və proses inno-
vasiyalarına. Məhsul innovasiyasına yeni materiallar, yarım-
fabrikatlar və prinsipcə yeni məhsullar aiddir. Proses inno-
vasiyasına yeni texnologiyaların və istehsalın təşkilində yeni 
metodların tətbiqi və  tədqiqatı üzrə  işlər daxil edilir. Bu cür 
işlərin nəticəsində firmanın təşkilati strukturunun dəyişməsi 
prosesi baş verə bilər. 
Biznesdə innovasiya fəaliyyətinin  əsas məqsədi daha 
qabaqcıl texnologiyaların tətbiqindən, əmək məhsuldarlığının 
yüksəldilməsindən, idarə etmənin effektivliyindən, bazarda 
strateji üstünlüklərin əldə edilməsindən ibarətdir. 
İnnovasiyaların nəticəsində biznes üçün aşağıdakı tipik 
dəyişmələr hələ ötən yüzilliyin əvvəlində müəyyən edilmişdir: 

 
yeni texnika və texnoloji proseslərin istifadə 
edilməsi; 

 
istehsalın (alqı-satqının) yeni bazar təminatı; 

 
yeni xassəli məhsulların tətbiq edilməsi; 

 
istehsalın və onun maddi – texniki təminatının 
təşkilindəki dəyişmələr; 

 
satışın yeni bazarlarının meydana çıxması. 
İnnovasiyalar fəaliyyətinin müxtəlif sferalarında özünün 
reallaşdırılması ilə  fərqlənir və bunlar aşağıdakı növlərə 
bölünür: texnoloji innovasiyalar , istehsal, iqtisadi, təşkilati, 
idarəetmə  və sosial innovasiyalar. Bundan başqa, biznes 
proseslərinin əhatə dərəcəsinə görə innovasiya layihələri lokal 
(yerli), sistemli və strateji sahələr üzrə təsnifləndirilir. 


İnformasiya sistemləri menecmenti
 
107 
İnformasiya məhsulları və informasiya xidmətləri sfera-
sında ixtisaslaşan  şirkətlər tərəfindən innovasiya layihələri 
informasiya texnologiyaları  və informasiya sistemləri sferası 
üçün həyata keçirilir. Mütəxəssislər innovasiya sistemləri 
üçün innovasiya layihələrinin aşağıdakı  mərhələlərini göstə-
rirlər:  

 
tətbiqi araşdırma; 

 
işləmə; 

 
layihələndirmə; 

 
yaradılma; 

 
mənimsənilmə. 
Qeyd etmək olar ki, sadalanan mərhələlər praktiki 
olaraq informasiya sistemlərinin həyat dövrü (ömür müddəti) 
ilə üst-üstə düşür.  Ən yeni elmi tədqiqatlardan səmərəli 
istifadə olunması üçün həm lokal (yerl i) layihələr, həm də 
mütəmadi strateji layihələrin həyata keçirilməsi zəruridir. 
Belə bir fəaliyyət isə  şirkətdən böyük həcmli xərclər tələb 
edir. İnformasiyalaşdırma sferasında innovasiya layihələri çox 
baha başa gəlir və  şirkətin gəlirinin  əhəmiyyətli hissəsini 
təşkil edir. Bu isə “tədqiqat və inkişaf” R & D (Research & 
Development) xərci deməkdir. Yalnız R&D-nin hesabına 
şirkətlər bazarda liderliyini qoruyub saxlayırlar.  Əks halda, 
firmaların liderliyə bel bağladıqları  şanslar çox şübhəlidir. 
Hətta iri və  məşhur  şirkətlərin (məsələn  İBM-in) innovasiya 
layihələrinin ağır yükünü aparmaq üçün kifayət qədər maliyyə 
və başqa resursları çatışmır. 
İnnovasiya layihələrinin həyata keçirilməsi risklərlə 
bağlıdır.  İnnovasiyaların  ən çox mümkün olan riskləri 
layihənin uğursuz seçilməsi, layihənin hədəflərinin yerinə 
yetirilməməsi, maliyyə resurslarının itirilməsi, uğursuz tex-
nologiyaya görə informasiyanın itirilməsidir.  İnnovasiyaların 
tez və uğurla tətbiq edilməsi üçün inkişaf etmiş infrastruktur 
və innovasiya layihələrinə peşəkar rəhbərlik etmək zəruridir. 


İnformasiya sistemləri menecmenti
 
108 
İnnovasiya fəaliyyəti, innovasiya proseslərinin idarə edilmə-
sinin prinsipləri, metod və formalarının toplusunu,  innovasiya 
strukturunun bu fəaliyyəti və onların personalı ilə  məşğul 
olanlar innovasiya menecmentini təşkil edir.  
 
7.2. İnformasiya texnologiyaları sahəsində  
innovasiyaların xüsusiyyətləri 
 
İnformasiyalaşdırma sahəsindəki innovasiyalar informa-
siya texnologiyalarının (İT)  ən yeni nailiyyətlərinin avtolaş-
dırılmış idarəetmə sistemində (AİS) tətbiq edilməsinin təmin 
edilməsinə hədəflənir. İnformasiya texnologiyaları sahəsi aşa-
ğıdakı bir sıra xüsusiyyətlərə malikdir və bunlar  innovasiya 
siyasətində  öz əksini tapır:  

 
informasiya texnologiyaları sahəsinin dinamikliyi; 

 
informasiya xidmətləri bazarının sürətli artımı; 

 
informasiya texnologiyaları sahəsində qabaqcıl 
texnologiyalardan istifadənin  biznes üçün strateji üstünlüyü. 
 Yuxarıda göstərilənlər, hər  şeydən  əvvəl, informasiya 
məhsulları yaradan və informasiya xidmətləri göstərən 
şirkətlərə aiddir. 
İnformasiya texnologiyaları  və informasiya xidmətləri 
bazarındakı biznesin xüsusiyyətlərindən asılı olaraq innova-
siyaların bu sektorunda məşğul olan şirkətlərin diqqəti başqa 
sahələrindəkinə nisbətən xeyli yüksəkdir. Bəzi  şirkətlər üçün 
avtomatlaşdırılmış informasiya sistemləri (AİS) istehsal amili 
olduğu üçün, bu sahədəki innovasiyalara maraq daha da  artır. 
Korporativ sifarişçilər qabaqcıl (aparıcı) istehsalçılara 
və məsləhətçilərə milyonlarla dollar vəsait ödəyirlər, nəticədə 
bununla öz gələcək məqsədlərinə ümid edirlər. Ancaq infor-
masiya texnologiyaları bölmələrinin rəhbərləri ona inanma-
lıdırlar ki, yüksək texnologiyalar sahəsindəki indiki lider 
şirkətlər öz mövqelərini itirməyəcəklər və  şirkət köhnəlmiş 
texnologiyaların əsirliyinə düşməyəcəkdir. 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə