Microsoft Word musfiq ramazanov docx



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə34/53
tarix20.09.2018
ölçüsü0,98 Mb.
#69577
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   53

İnformasiya sistemləri menecmenti
 
112 
layihədə nəzərə alınmayıbdır. Bunun nəticəsində istifadəçilər 
şüurlu və ya intuitiv olaraq informasiya sistemlərinin tətbiqinə 
müqavimət göstərirlər. Burada davranışın motivi aşağıdakı-
lardır: bizim etdiyimizə nisbətən (bu, o deməkdir ki, biz pis 
işləyirik, bu, kimin xoşuna gələcək!) müqayisəsinə görə nə isə 
yaxşılaşacaq; əlavə səylər  və xərclər tələb olunacaq. 
Müəssisədə yeni informasiya texnologiyalarının və 
avtomatlaşdırılmış informasiya sistemlərinin tətbiqi aşağıdakı 
əlavə imkanlar yaradır: 

 
şirkətin idarə edilməsində yeni funksional imkanlar

 
əlavə təşkilati imkanlar; 

 
yeni informasiya sisteminin tətbiqindən yüksək 
iqtisadi səmərə; 

 
şirkətin rəqabət qabliyyətinin yüksəldilməsi. 
Eyni zamanda, yeni informasiya texnologiyalarının (İT) 
və avtomatlaşdırılmış idarəetmə sistemlərinin (AİS) tətbiqi 
prosesi bir sıra çətinliklər yaradır: 

 
layihənin reallaşdırılması zamanı istifadəçilərin 
vəziyyəti və tələblərinin nəzərə alınmaması; 

 
İS strukturunun və müəssisənin təşkilat strukturu ilə 
uzlaşmaması; 

 
yeni  İS-nin tətbiqinə istifadəçi  əməkdaşların müqa-
viməti.  
İnformasiya menecmenti (İM) sahəsində xarici mütə-
xəssislər tərəfindən aparılan tədqiqatların nəticələrinə görə bu 
cür layihələrdə qarşısı alınması mümkün olan 10 əsas 
çətinliklərin dördü şirkətin  şəxsi heyəti ilə birbaşa bağlıdır 
(kadr təminatı  və kadrların axını, yeniliklərə müqavimət, 
təşkilati siyasət) və ikisi isə çoxsaylı gecikmələr və göz-
lənilməyən funksional boşluqlar olaraq, həm də müştərinin 
şirkətinin əməkdaşlarından asılıdır. 
Bir məsələyə diqqət yetirmək lazımdır ki, sifarişçinin 
tələbləri və hazırlayanın imkanları arasında ziddiyyətlər 


İnformasiya sistemləri menecmenti
 
113 
həmişə mövcuddur. İnformasiya menecmentinin vəzifəsi  İS-
nin layihəsinin formalaşmasında kompromis qərarları tap-
maqdır. Mütəxəssislərin ümumi rəyi ondan ibarətdir ki, həm 
göstərilmiş perspektivlərin reallaşdırılmasına, həm də yeni İS-
in tətbiqinə  şirkətin  əməkdaşlarının müsbət münasibəti 
şəratində problemlərin həllinə nail olmaq olar. Belə müna-
sibətə nail olmaq sistemin mənimsənilməsinə  və  tətbiqinə, 
sistemli tələblərin formalaşması prosesinə yalnız  əməkdaş-
ların cəlb edilməsi halında mümkündür. AİS-in yaradılması 
və tətbiqi layihələrinin hazırlanmasının praktiki təcrübəsi İM 
mütəxəssislərinə müəssisənin informasiya sisteminin forma-
laşdırılması prosesinin təşkili metodikasını yaratmaq imkanı 
verir. Lakin diqqətə almaq lazımdır ki, metodikanın  əsasına 
qoyulmuş prinsiplər empirikdir və çox halda intuitivdir.  
1-ci prinsip:  AİS-in texnoloji təşkilatçıları  və  şirkətin, 
müəssisənin təşkilati strukturu bir-birilə konseptual olaraq 
uzlaşdırılmalıdırlar. Necə ki, firmanın istənilən bölməsinin 
vəzifəsi təşkilati strukturlar və texnoloji baza ilə müəyyən 
edilən  şəraitlərdə informasiya sistemindən və informasiya 
texnologiyalarından istifadə etməklə yerinə yetirilir. Qeyd 
edək ki, informasiya sisteminin yaratdığı  işin təşkili, vəzifə-
lərin xüsusiyyəti,  əməkdaşların qabliyyətlərinin və  tələbat-
larının, imkanlarının bir-birilə qarşılıqlı uzlaşması  zərurəti 
tamamilə təbii görünür. 
2-ci prinsip: Müəssisədə  AİS-in tətbiq edilməsi onun 
təklif etdiyi yeni imkanların mənimsənilməsini, eyni zamanda 
layihənin tətbiq edilməsində  əməkdaşların tələbatını  təmin 
etməlidir. 
İş yerləri üzrə bölmələrin vəzifələrinin paylaşdırılması 
bu  əməyin real bölünməsidir. Səlahiyyətli işçilərin və onlara 
ixtisaslı  tələblərin müəyyən edilməsi informasiya sisteminin 
tətbiqi zamanı dəyişə bilər. Mütəxəssislər göstərirlər ki, daxil 
edilən dəyişmələr istidafadəçilərin tələbləri və maraqları ilə 


İnformasiya sistemləri menecmenti
 
114 
labüddürsə onları razılaşdırmaq üçün planauyğun etmək 
lazımdır. Bu dəyişmələr yeni texnologiyaların istifadə edilmə-
sinin hesabına işçilərin əməyinin xarakterinin zənginləşməsini 
təmin edən əlavə imkanları verməlidirlər. 
3-cü prinsip:  Həm  şirkətin  İT bölmələrinin  əməkdaş-
ları, həm də son istifadəçilər informasiyanın emalının (İE) 
təkmilləşdirilməsində, inkişafında, yaradılmasında bilavasitə 
və  fəal iştirak etməlidirlər. Bu işdə istifadəçilərin fəal 
iştirakına tələb bir neçə düşüncədən irəli gəlir. Hər  şeydən 
öncə qeyd etmək lazımdır ki, İE üzrə mütəxəssislər və 
istifadəçilərin arasındakı münasibətlər hər halda problemsiz 
ötüşmür.  
Beləliklə, istehsal bölmələrinin işçiləri öz vəziyyətinə 
olan təhlükəni informasiyalaşdırmada görürlər,  şəxsi müna-
sibətlərinin və mövcud olan əməyin bölünməsinin dəyişmə-
sinin təhlükəsinə baxırlar, qısa desək, onlar qorxurlar ki
bütün bu dəyişmələr istənilən nəticə verməsin. Nəticədə şirkə-
tin, müəssisə bölmələrinin  əməkdaşları özlərinə inamsızlığı 
hiss edirlər. Onlar İE ekspertlərinə, onların tələblərinə olduqca 
az informasiya, bəzi hallarda isə  hətta, yalan informasiya 
verməyə başlayırlar. Beləliklə, istifadəçilər sistemi hazırla-
yanlara onun qeyri-mükəmməlliyini sübut etməyə  cəhd 
edirlər. AİS-in ünvanına tənqid konstruktiv deyil, AİS-in 
işinin çatışmazlıqları həddindən artıq böyüyür. Bu, təbiidir və 
insanların tamamilə tipik reaksiyasıdır. Çünki onlar özlərində 
güclü inamsızlıq hiss edirlər və sistemin yaradılması prosesinə 
nəyi isə gətirmək şanslarını az görürlər və onlardan savayı öz 
tələbatlarını daha sonra onun köməyilə realizə etməyi də 
görmürlər.  
Mütəxəssislər  əsas risklər arasından aşağıdakıları 
göstərirlər: 
1.
 
Layihənin qeyri-mükəmməlliyi (yəni investisiyanın 
boş-boşuna xərclənməsi);  


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə