112
Bu yarışa hazırlamış bir maraq.
Sobalar çıtırdıyor,
Təkərlər tıqırdıyor,
Tövşüyor körüklər,
Ötüyor düdüklər.
Əksi-səda verən
dəmir dirəklərlə bərabər
Bunlar çıxmış yarışa.
Bir ciddi axtarışa
Umuzlarla, biləklərlə, ürəklərlə bərabər.
Bu yarış,
Bu axtarış
İstiyor ki,
Diyor ki,
Könül dənizləri coşub qabarsın.
Sablamlaşıb şüuru hər işçinin,
Taleyini sürükləsin sevincinin
Arxasınca aparsın.
Lirikanın dənizləri hər çöldə,
Hər könüldə
Bir səraba dönərkən,
Hətta söz söyləmək də ağır
bir iş deyildir,
Kim istərsə yazar şeir,
Lakin bir az beyinlə əylənərək oynamaq,
Yarışa çıxmaq gərək.
Çağlayan kimi coşmaq, bulaq kimi qaynamaq,
Ürək damarlarını yerindən qoparıb da
Həyat dinən klubda
Ovucda sıxmaq gərək.
Hər kəs bilir
Bizim yarış
113
Nə deməkdir,
Niçindir.
Bu çırpınış, bu axtarış
İctimai cəmiyyəti sağlam qurmaq içindir.
ÇADRALI QIZLARIMIZA
Sizə indi diyorlar: - Çıxınız bu örtüdən,
Qovunuz üzünüzdən bu məlun buludları.
Bunların fərqi yoxdur acı bir üzüntüdən,
Parçalayıb yırtınız bu köhnə yadigarı.
Bu xitabı bəlkə siz xoşlayıb bəyəndiniz,
Qəlbinizdə titrədi şəfəqlənən arzular,
Bəziniz də çarşafı yandırıb sevindiniz,
Fəqət bunu başında daşıyan daha çox var.
Bir çoxu anasından, bir çoxu babasından
Qorxaraq bu çizgini sürükoiyor peşincə.
Bəzi əskidən əski olan əqrabasından
İstəmiyor eşitsin hər ağız sözü, məncə.
Yaxşı qız! Bəlkə sən də utanaraq məhlədən
Vida etmiyorsın o zülmətin övladına?
Qorxmadasın bir xətər toxunar qanadına
Fəqət bu deyil bizə yaşayışı öyrədən.
Qaya uçdumu, əlbət,
toz qopacaq yerindən,
Buludlar sıxılınca ildırımlar guruldar.
Qoy onlar nə der desin, sənin əməllərində
Möhtəşəm dənizlərin çiçəkləri parıldar.
Düşün, bil ki, o çadra, bayquş qanadlı çadra
Şərqin qaranlıq, siyah mühitindən toxunmuş.
Aləm dəyişmiş indi, o Şərq hara, sən hara?
114
Mərsiyəsi o Şərqin çünki çoxdan oxunmuş.
Təbiidir ki, ay qız, yaz ayları gəlincə
Yarpaqlanıb pərdədə qalmaz örtülü qöncə.
Rəvamıdır yurdunun açıq bir səhərində
Dalğalansın bir bahar buludu gözlərində?!
Həyatın səslərindən
kəsb edərək iqtidar,
Bu qaynar məmləkətdə qoş, oyna, sıçra, hayqır!
Onsuz da həyat adlı, çəlik barmaqlı ruzgar
Başınızdan çarşafı götürüb qaçacaqdır.
QURULTAY
16-cı qurultay
«Sağı» «sola», «solu» «sağa» qatan,
Əyilənləri yerindən oynatan.
Lenin raylarında
yürüyən tren…
Sərnişin milyon-milyon işçilərdən…
16-cı qurultay
Sinifləri çaxnaşdıran,
Avropanı bir-birinə vuran
bir dəmir alay…
Ölkəmizə
dürlü dürlü kurant görək!
Giğantları yaratmağa
16-cı qurultayın qarşısında
Beş qitəni sədasilə
sarsıdan bir and gərək!
Hər acıya köks gərdik,
115
Hər cəbhədə qalibiyyət göstərdik,
Ölkəmizdə yapılan:
böyük beşillik planı…
Dünya xəritəsində
Kapital bir qurd kimi
doğan gündən daraşmış,
Zülüm həddini aşmış.
Bu qurdları qırmaq gərək,
Dünyaya hayqırmaq gərək:
Kapitalın qapısından
həyat ummaq,
Əjdahanın ağzından
nəcat ummaq
deməkdir!
Onun kirli məqsədi
Bizi belə yeməkdir!
Qərbin kazinolarında
Bir masa kənarında
Baxışları sərsəri görən,
Çəkdiyi papirosun
xəfif dalğalarında
qocalmış taleyinin
Son hərəkətini süzən
qaşı çatıq,
baxtı yatıq,
Üz-gözündə xəzan axşamlarının
Gölgələri birikmiş,
Çöhrəsini
məchul bir nöqtəyə dikmiş,
Avropanın qarnı şişmiş,
Traktor tacirinin başından duman qaldıran,
Malının qiymətini aşağı saldıran
Beşillik plan – traktor zavodu
Çox şişməsin Amerika
Fordu, qovdu
116
Avto çıxaran makinalarımız!
Pan-Avropanın belini
qıran makinalarımız!
Ukrayna şairi
Şevçenko sağ olsaydı ya
Gəlincə təbi-şeri,
Baxıb Dneprostroya
Yeni
bir elektrik
Qəsidəsi yazmazdımı?!
Qəsidəsi
kapitala dərin quyu
qazmazdımı?!
Gürcüstanın Zahesi
Bizə oxur elektrik nəğməsi.
Zahes çiçəklər, otlar arasından,
Əlvan buludlar arasından
Al şimşəklər çaxdırır;
Neft yurdunu Hayıstan
Yarışlara çağırır.
Azərbaycan,
Onun dostu Hayıstan…
Siz də irişdiniz payınıza.
Siz də qurultayınıza
Göstərdiniz varlığınızı,
bəxtiyarlığınızı.
Ey Bakı!
Buruqların
çıxdı yadlar əlindən.
Qurtuldun
xurafatdan, dindən!
16-cı qurultayda
yerini buldun.
Susuz,
mələyən çöllər,
117
Küləkləri üfüqlərə
Zəhərli qum ələyən çöllər.
Bu gün söndü ürəyində toplanan kin
Lenin gözlü özbəyin.
O zaman ki, Türksib
Çöllərə işıq saldı.
Uzun yollar qısaldı.
Sahib oldun,
Özbək yoldaş, yerinə,
Pambığın xərclənmədə
sosializm işlərinə.
Daxmasında
tək yaşayan
İnsanlara baxacağıq yan!
Ortaqlı təsərrüfat
Sosyalizmə gedən həyat…
Mücadilə genişləyir,
İliklərə işləyir
Möhkəm sinif duyğusu!
16-cı qurultay
«Sağı» «sola», «solu» «sağa» qatan,
Əyilənləri yerindən oynatan,
Lenin raylarında
yürüyən tren…
Sərnişin milyon-milyon işçilərdən.
16-cı qurultay
sinifləri çaxnaşdıran,
Avropanı bir-birinə vuran
dəmir bir alay!
HƏYƏCAN