Microsoft Word Mushviq I luda doc



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə27/54
tarix28.06.2018
ölçüsü0,98 Mb.
#52211
1   ...   23   24   25   26   27   28   29   30   ...   54
    Bu səhifədəki naviqasiya:
  • FANTAN

 
164 
Telli isə ona fikir vermədən 
Pək maraqlı bir hekayə oxuyürö 
Özü üçün anlamadan, görmədən 
Xəyalında bir aşiyan toxuyur. 
 
Birdən dikib anasına üzünü: 
-
 
Ana, bəsdir, bizi qatma ərinə. – 
Deyə kəsdi bir cümləylə sözünü, 
Qorxusundan çox getmədi dərinə. 
 
Yavrusunun bu şeytanca sözündən 
Simasının tutqun rəngi açıldı. 
Bir nur uçdu iri, qara gözündən, 
Dodağından bir təbəssüm saçıldı. 
 
Ara-sıra öskürüncə dərindən 
Çatılırdı bir-birinə qaşları. 
Dayanmayıb sarılırdı yerindən, 
Naralırdı gözlərinin kənarı. 
 
-
 
bu zəhirmar öskürək də, neyləyim, 
bu deyilmi hər gün məni saraldan? 
Yaman yerdə gücdən düşdü biləyim, 
Yaman yerdə günüm keçdi qaraldan. 
 
Həmxanası qarşı evdən baxaraq, 
Rübabəyə zilləmişdi gözünü. 
Ürəyində çiçəkləndi iştiyaq, 
Artıq burda saxlamadı özünü. 
 
-
 
A qız, nə var, nəyə həşir salmısan? 
Söylə, yenə kimdən barıt almısan? – 
Deyə Sona daxil oldu icəri
Rübabəni dilləndirdi sözləri. 
 
165
 
-
 
A qız, neylim, sən allah, bir toza bax! 
Dağılmışda nə yazım var, nə qışım. 
Hər gün bir az ürəyimi yeməkdə 
Bulud kimi kölgələnən baxışım. 


 
166 
Məgər sizə ev verməyib hökumət? 
-
 
A qız, verib, köç deyirəm, köçürmü? 
 Varlığını basmış kimi kəsalət, 
Yaxşısını yamanından seçirmi? 
 
Köç deyəndə, azar alır canını, 
Yer süpürür sanki qaşıqabağı. 
Ev söhbəti aralığa gələndə 
Heç eşitmək istəməyir qulağı. 
 
«Buraxmaram mən atamın yurdunu» 
Deyə burda hər qayğıya qatlanır. 
Dizin-dizin sürünərkən bu evdə, 
Bilməm, hansı xoş gününə şadlanır! 
 
Ay başında hər aldığı maaşı 
Bu komanın üzərinə qoymada. 
Bilməm, neyə hər yetənin fikrinə
Hər çatanın dediyinə uymada. 
 
İki qadın vermiş kimi baş-başa, 
Arzuları çiçək-çiçək açılır. 
Rübağənin qəlbi düşmüş təlaşa, 
Sözlərindən ildırımlar saçılır. 
 
II 
Saat üçdü… Kazım işdən qayıtmış, 
Vücudunu qaplamışdı yorğunluq. 
Yemək gəldi, toplandılar süfrəyə, 
Aralıqda gəzirdi bir məhzunluq. 
 
Yalnız, darğın bir ehtiram, bir ülfət… 
Köçürükmü? 
-
 
. . . . . . . . .   . . . . . 
-
 
Səninləyəm, dinsənə! 
-
 
Qoymazsan bir yeməyimi qurtarım? 
 
167
-
 
Mən bilmirəm, son sözümdür bax, sənə. 
 
Sən köçməsən, köçəcəyəm mən özüm
Tellini də alacağam yanıma. 
Yoxsa bu toz, bu amansız rütubət 
Bir qurd kimi daraşacaq canıma. 
-
 
Köç də … 
-
 
Yaxşı, kör köçürəm, yoxsa yox. 
Mən daşınsam nə gələcək əlindən … 
Bəs deyilmi baxdım sənin sözünə, 
Bəs deyilmi burda gəldim cana mən? 
 
III 
Kazəmgilin qapısının önündə 
Üç gün sonra durmuşdu bir qurzevik 
Bir daxmanın «şənliyinə» son verən 
Rübabədə görünürdü zirəklik. 
 
Bir külfətə həyat verən bu maşın 
Binəqədi zavkomundan gəlmişdi. 
Gedəcəkdi pasyolkaya birbaşa, 
Bu gediş çox əhmiyyətli bir işdi. 
 
Qaydasilə bütün şeylər qalandı, 
Ana-bala qurzevikə tullandı. 
Kazım fəqət xəbərsizdi bu işdən, 
Xəbərsizdi bu oğurlu gedişdən. 
 
Gəldi, gördü, heyrətləndi bir qədər, 
«Kazım dayı, Telligili köçdülər» - 
Deyə bir səs onu haman ayıltdı, 
Fikirləşə-fikirləşə qayıtdı. 
 
O zamandan pasyolkada bu külfət 


 
168 
Yeni həyat nəğməsini dinləyir. 
Baba yurdu iztirablar içində  
Dar dönmələr palçığında inləyir. 
 
FANTAN 
 
Sonsuz gurultular arasında bir 
Göylərə baş çəkən buruq titrəyir. 
Çapuq işçilərin hərəkətindən 
Dönmüş bir dalğalı dənizə mədən. 
Həyəcan ətrafda fırtına kibi, 
Mədən hərəkətdə, buruq əsəbi. 
Buruğun sinirli gurultuları 
Sarsıdır div kimi bütün civarı. 
 
Yerin damarını sorurdu fantan, 
Buruğun başına vururdu fantan. 
Buruğun çevrəsi batmışdı neftə, 
Yerdə neft axırdı su kimi müftə.  
 
Buruq hayqırırdı qəlbində mətləb, 
Buruq döyüşçülər eyləyir tələb. 
Vardı aralıqda yanğın qorxusu, 
Fantandan gəlirdi ölüm qoxusu. 
 
Gurultu dəhşəti, yanğın lərzəsi 
Salmışdı heyrətə bu gün hər kəsi. 
Kranı bağlamaq gərəkdi əvvəl, 
Bununçun lazımdı bacarıqlı əl. 
Kran bağlansaydı qorxu qalmazdı, 
Neft axığ boş yerə hədər olmazdı. 
Burda kimsə işdən qalmayacaqdı, 
Kimsədə donuqluq olmayacaqdı, 
Mədənin nasosçu dəstəsi gəldi. 
 
169
Gurultu daha da artdı, yüksəldi. 
Bunlara həvalə olunmuşdu iş, 
Vardı buruğa sarı bir irəlləyiş. 
O bunu, bu onu qaçar, qovardı, 
Ətrafda bir qoxu heyrəti vardı 
Daha ilk baxışda zirəklik edən
Qaşını çataraq, irəli gedən. 
Sağnaq arasına soxulan Cəbi 
Atıldı cəbhəyə bir əsgər kibi. 
Mədəni bir böhran qorxusu aldı, 
Qorxu vücudlara zəlzələ saldı. 
İşçilər Cəbini qoymadılar tək, 
Qoşdular ki, ona etsinlər kömək. 
Ürəklənib girir hamı buruğa, 
Kim heyran olmazdı bu coşğunluğa. 
Bu yürüş bir hücum marşı kibiydi, 
Beşillik planın bir tələbiydi. 
Mədəndə artırdı qüvvə getdikcə, 
Yardım dalğaları minirdi gücə. 
Cəbinin bu işi, bu cəsarəti 
Topladı bir yerə bütün qüvvəti. 
Bağlamaq çətindi kranı, heç kəs 
Sanki çəkməyirdi qorxudan nəfəs, 
Donmuşdu yerində yüzlərcə məxluq. 
Sarmışdı hüzuru bir umudsuzluq… 
Bindən uğultusu kəsdi buruğun 
Və əvvəlki kimiolmadı coşğun. 
Fırtına qoynundan, dəhşət içindən
Uğultu içindən, vəhşət içindən 
Cəbi bağlayaraq kranı çıxdı. 
Onun üzü ağdı, alnı açıqdı. 
-
 
Bağladım! 
Fərəhdən coşdu fəhlələr,  
Cəbinin üstünə qoşdu fəhlələr, 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə