Microsoft Word Mushviq I luda doc



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə26/54
tarix28.06.2018
ölçüsü0,98 Mb.
#52211
1   ...   22   23   24   25   26   27   28   29   ...   54

 
158 
              türk, erməni, gürcü var. 
Bu diyarın 
               bir yıxılmaz proletar bürcü var. 
Sarsıtamaz 
                bu bürcü 
Kapitalın topları, 
                 onların hap-gopları! 
 
Bu diyarda xərabəlik əsəri yox. 
Burda əsgi bayquşları 
                  bir əxlaqız nəzərilə 
                        çağıracaq 
Başı əsən evlərin 
                   kölgələnmiş gözləri yox. 
Burda həyat 
                  günəşlərin qucağında xumarlanır. 
Burda həyat 
                  ayların 
                        yumşaq, sərin yelpiyilə 
                         tumarlanır. 
 
Burda həyat zərbəli
Burda həyat yarışda; 
İnsanlar axtarışda. 
Günəş almış sanki bizi yedəyə… 
Heç qoyarmı canımıza 
                     soyuq dəyə.   
 
Bu gün bizim birliyimiz 
                    qızıl kimi təmizdir. 
Qızılımız – cingildəyən səsimizdir. 
Bizi fabrik, bizi zavoj, bizi kolxoz 
                     bir yığnağa toplamış. 
Fikrimizin axını  
 
159
                     beş qitəyi qaplamış. 
Nə müsavat, nə menşevik xülyası. 
Nə də daşnaq röyası 
                       bizim sakit yataqlarda 
                           oyanmaz… 
Qanımızda əski çürük millətçilik qaynamaz! 
Üfüqlərdə qanadlanır 
                    şura Zaqafqaziyası. 
Bu diyarda gələcəyi salamlayır 
                     sosializm dünyası. 
NEFT 
 
Dün şövq ilə mədənləri gəzdik; 
Çox baxdı buluqlar bizə dik-dik. 
Bilməm nəyə durmuşdu buruqlar? 
-
 
Dolsun – deyə bir anda oyuqlar! 
Şən zərbəçilər mədəni sardı. 
Mədəndə nöyüt azlığı vardı. 
Sarsıtdı bu azlıq bizi dərhal
Mədəndə coşub kükrədi avral. 
Hər guşədə bir «aləti-zaye»,  
Baxdıq çürüyüb olmada zaye. 
Bir yanda nöyüt axmada bom-boş, 
Bir işçi oturmuş kimi sərxoş, 
Hər bir şeyə baxmazdı, nəhayət, 
Verdik ona bir zərbəli töhmət. 
Bir işçi durub söylədi birdən: 
-
 
Qalsınmı nişan köhnə kəsirdən? 
Nft olmasa fabrik necə işlər? 
Neft olmasa gəlməz vecə işdər! 
Neft olmasa gurlarmı traktor? 
Yoldaş, bunu kolxozçuya bir sor! 
Neft olmasa işlərmi zavodlar? 
Parlarmı ocaqlardakı odlar? 


 
160 
Neft olmasa kükrərmi Zaheslər? 
Neft olmasa yoxluq bizi səslər! 
Qarşımda bəyaz çöhrəli qış var. 
Neft olmasa parlarmı baxışlar? 
Beşilliyi yarısında bitirmək, 
Hər əngəli şiddətlə devirmək, 
Əlbət, bu günün oğluna bağlı, 
Əlbət mənə bağlı, sənə bağlı, ona bağlı! 
 
 
161
DİVLƏR  SƏSİ 
 
Oktyabr, bu adın şöhrəti var dillərdə, 
Yalnız burda deyil, bizdən uzaq yerlərdə. 
Bu döyüş bayramı  hər yerdə bizim işçilərin
Mavi köynəkli, qudok səli nümayişçilərin. 
Göstərir aləmə hər işçi bu gün öz gücünü. 
Kapital sahibinin göylərə çıxmaqda ünü. 
On beş illik dağımız göylərə yüksəlməkdə, 
Tək deyil göylərə yüksəklər yüksəlməkdə. 
Çıxmamışdır boşa qollardan axan zəhmətimiz, 
Günü zəbt etməyəvar qüdrətimiz, qüvvətimiz. 
On beş il çarpışaraq dağlara dağ vurduq, bax! 
Kükrəyən, dalğa vuran çayları coşdurduq, bax! 
Qapqara, qumlu yetim çölləri aydınlatdıq. 
Lal, kar ənginləri can baxş edərək çınlatdıq. 
Kimya, avtotraktor, yeni dəzgah, yeni iş… 
Bakı yüksəklərə dırmanmaq üçün söz vermiş, 
Axıdır çeşmələrindən qara cövhər, qara su. 
 Bolğşevik fikri qədər işdə dərindir quyusu. 
Çıxarır zahtrə şöhrətli Ural qatlarını. 
Rəngbərəng, canlı, hərarətli metal qatlarını. 
Bax, Dnepr qoca bir ölkəyə can verməkdə, 
Yeni dəzgaşları insan kimi dindirməkdə. 
Uca göylərdə bu gün sanma buludlar sürünür, 
Yeni bir kombinatın ərşə çıxan tüstüsüdür. 
Parovoz, avtotramvay və traktor, Domna – 
Hamısı düşmüş qatı bir bolşevikin düz yoluna. 
Şaxtalar, fabrikalar, canlı zavodlar, işlər, 
İşçi məfkurəsi üstündə təməllənmişlər. 
Baxınız, dalğa vuran canlı sular parçalanır, 
Quru səhralara pambıqlı köpüklər calanır. 
Qüvvəsi göylərə sancılmış olan evlərə bax, 
Gəl bu evlərdəki tarixi yapan divlərə bax. 
Biz hücüm eyləmişik, selləri bənd eyləmişik. 


 
162 
Köpürən dalğaları sanki səmənd eyləmişik. 
Biz hücum eyləmişik əski qaranlıqlara da, 
Projektor kimi, matəmli dumanlıqlara da. 
İşimizdir o qaranlıqları aydınlatmaq. 
O rütubətli dumanlıqları aydınlatmaq. 
Güclənir fit kimi, arslan kimi kollektivimiz. 
«Siqləti ərzə»  bərəbər kimidir hər divimiz. 
Bəlli, nöqsanlarımız varsa da, lakin hala, 
Kimsədən minnətimiz olmamış, olmaz əsla! 
Bütün əngəlləri, müşkülləri yaxmış, yıxmış, 
Qazetlər söylədilər Buxta kəsirdən çıxmış. 
Bu kəsirdən o pambıq çölləri çıxmazmı əcəb, 
Bunu öz şanlı firqəmiz etməkdə tələb. 
Gedirik, yol qısalıb, çünki yarış var bizdə, 
Quruluş xətləri var qoyduğumuz hər işdə. 
Söylərik «kim-kimi», qoşduq, havalandıq iləri, 
Sarsdı düşmənləri hər an «çatıb ötmək» xəbəri. 
Daşırıq, çalxalınır, kükrəyirik, sel kimiyik
Bağların şahiqəsindən sivişən yel kimiyik. 
Əsirik əski fənalıqları məhv etmək üçün, 
Yaxşı məqsədləri dünya boyu yüksəltmək üçün. 
Neftimiz, pambığımız, benzinimiz, maqnitimiz 
Güclənir, güclənirik qoşduğumuz cəbhədə biz. 
Bax beşillik planın feyzinə, düşmən, sən də, 
Gələcək işçilərin! Çatlayaraq ölsən də! 
Ataraq keçmişin allahını, peyğəmbərini, 
İzlədik ağlımızın, fikrimizin rəhbərini. 
İzlədik zəhməti! Zənn etməyiniz səhv etdik. 
Yapma allahı və peyğəmbəri biz məhv etdik. 
Nərəmiz, gur səsimiz şərqə yayılmaqda bizim, 
Səsimizdən yatan arslanlar ayılmaqda bizim. 
Hindin əsrar dolu ormanları canlanmaqda, 
Köhnə Qanjın suyu  daşmış, həyəcanlanmaqda, 
Çində vulkanlara bax, «mişki xəta»dan əl çək! 
 
163
Bunu, əlbəttə, yapon taciri söndürməyəcək. 
Günəşin hizməsi mizraq, göy olub qalxanımız, 
Yanacaq gün çıxan ellərdə qızıl vulkanımız. 
Yanacaq bir yeni vulkan kapital yurdunda
Axacaqdır yeni bir qan kapital yurdunda! 
Axacaq qan, sökəcək dan yeri! Dünya güləcək, 
Oktyabr kimi günlərlə bəşər yüksələcək! 
 
 
BABA  YURDU 

«Cana gəldim toz-torpağın əlindən, 
Ev deyil ki, xarabadır, xaraba». 
Bu sözlərlə aynaları silərkən, 
Öz-özünə deyinirdi Rübaba. 
 
Nə çəkmişsə aylar, illər uzunu 
Birər-birər eyləyirdi həkayət. 
Ala-ala bağdadının tozunu, 
Yağdırırdı «kor baxtından» şikayət. 
 
Ürəyində gərdiş yapan kədərin 
Təsirindən qızı ilə dalaşır. 
Qızı Telli önündəki dəftərin 
Sətirləri kölgəsində dolaşır. 
 
-
 
A qız, Telli!.. 
-
 
Bəli, nə var? 
-
 
Zəhirmar. 
Dur ayağa, buraya ver kətili! 
 
Dolduraraq qarğış ilə ağzını, 
Çıxdı haman üzərinə kətilin. 
Kəlmə başı azarlayıb qızını 
Acığından bilməyirdi neyləsin. 
 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə