Microsoft Word Mushviq I luda doc



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə29/54
tarix28.06.2018
ölçüsü0,98 Mb.
#52211
1   ...   25   26   27   28   29   30   31   32   ...   54

 
176 
1932 – 1933 
 
TAR 
 
Oxu, tar, oxu, tar!.. 
Səsindən ən lətif, şeirlər dinləyim. 
Oxu, tar, bir qadar!.. 
Nəğməni su kimi alışan ruhuma çiləyim. 
Oxu, tar! 
Səni kim unutar? 
Ey gkniş kütlənin acısı, şərbəti – 
Alovlu sənəti! 
 
Gözləri qibləyə açılan hasarlı binalar 
Dinləmiş əzəldən səsini. 
Papaqlı atalar, çadralı analar 
Ötürmüş sayəndə köksünü. 
Düşmüşlər gah şiriq, gah acı toruna, 
Cevinə-sevinə, qoruna-qoruna. 
 
Çarparaq çargahın divardan divara 
Yolçunu yolundan eyləmiş avara. 
Çalxanmış dərələr, təpələr, 
Səs vermiş səsinə ləpələr. 
Oxu, tar, fikrimdə oyansın 
Baharın, Seyidin qəzəli; 
Oxu, tar, ruhlansın 
Şirvanın, Gəncənin mehriban gözəli! 
Damağdan düşənlər, 
Ürəyi şişnlər, 
İlk bahar seyrinə çıxmayan 
Özünü dağların döşünə yıxmayan 
Sinəsi dağlılar. 
Vəfasız bir eşqin dağınıq zülfünə bağlılar 
 
177
Dəxilin olmuşlar, 
Qapında təsəlli bulmuşlar. 
Zilin var, vəsətin, bəmin var; 
Sənin də quşların dəmindən ayrılan 
Bir özgə dəmin var. 
Səni də avara eyləmiş 
Dağınıq telli bir «zərəfşan». 
Onunçun segahın danışır 
Pərişan, pərişan. 
 
Səsini dinləmiş 
Şahların, xanların sarayı; 
Səninlə birlikdə inləmiş 
                         Əsirlər alayı.  
Bəzən də simlərin qəmləri ovutar
Olardın onların sirdaşı 
                         Sən ey tar!.. 
Gülləri əməkçi barmaqlar qanından 
                         Rəng alan xəlçələr, 
Xəlçələr üstündə uzanmış – 
                         Dodağı qönçələr, 
«- Hey, saqi, mədəd qıl soğudu şərabın, 
İncitmə könlünü bu xanə-xərabın!» - 
Söyləyən tox sözlü şairlər. 
Həvəsdən doymayan ac gözlü şairlər: 
Nədimlər, Vaqiflər, 
Gözəllik sirrinə vaqiflər 
Həp səni dinləmiş; 
Oxumuş, inləmiş. 
İndi də bizimçin oxu, tar! 
Səni kim unutar? 
 
Sən qulluq etmədin, məscidə, axunda, 
Çalışdın həyatı sevməyin uğrunda. 


 
178 
Çoxları üzünə durdular, 
Könlünü qırdılar, 
Nə deyim o yekəbaşlara?! 
Çaldılar ruhunu daşlara. 
Üstündən bir qara yel kimi əsdilər, 
Səsini kəsdilər. 
Daşlandı çəkənlər nazını, 
Böyləcə qırdılar aşığın sazını. 
Sən xalqa «gül!» dedin, 
«Ey qüssə, öl!» dedin. 
Başladı məsciddə mərsiyə. 
Sarıqlı çıxınca ərsəyə, 
Qüssəmiz ölmədi, 
Xalqımız gülmədi. 
Ağladıq daima, ağladıq, 
Ey qədim aşina, ağladıq. 
Oxu, tar! Dəyişdi zamana, 
Bax, indi radil səsini 
                   Dağıdır cahana. 
Ey tarçı, çal, oxu! 
Könlümü al, oxu! 
Vur sazı döşünə, ey aşıq! 
Qalmamış nə aba, nə qəba, nə sarıq. 
Oxu, tar! Alovlu izlərin 
Əcəba, neçə şux dilbərin 
Yasəmən üzünü pul kimi qızartmış? 
O sarı simlərin lisanı 
Salmazmı heyrətə insanı? 
 
Oxu, tar! Mən səndə 
İstənən havanı çala da bilərəm. 
Mən səndən bugünün zövqünü 
                                Ala da bilərəm. 
Sən bu gün silahsan əlimdə, 
 
179
Səni mən hansı bir hədəfə 
İstəsəm, çevirə bilərəm, 
Qəlblərdə gizlənən keçmişi 
Bir yeni nəğmənin əlilə 
Devirə bilərəm! 
 
Oxu, tar! 
Fabrikdə, zavodda, 
Traktor başında. 
Bu saat qarşında 
Nə qədər adam var! 
Utanma, oxu, tar! 
Mədənli Bakimin, 
Pambıqlı Gəncəmin, 
İpəkli Şəkimin 
Acısı, şərbəti. 
Alovlu sənəti! 
 
Oxu, tar, oxu, tar! 
Səsindən ən lətif şeirlər dinləyim. 
Oxu, tar, bir qadar!.. 
Nəğməni su kimi alışan ruhuma çiləyim. 
Oxu, tar! 
Səni kim unutar? 
Ey geniş kütlənin şirini, şərbəti, 
Alovlu sənəti!.. 
 
 


 
180 
1933 
 
SÜRƏT  BAYRAMI 
 
Yaşasın məmləkətin tunc oğlu, 
İldırımlar kimi qorxunc oğlu. 
Yaşasın daş kimi muskullarımız, 
Yaşasın tökmə, dəmir qollarımız. 
Canımız top kimi sağlam, qıvraq, 
Qanımız pənbə şəfəqdən parlaq. 
Fikrimiz cilvəli, aydın bir su, 
Hissimiz nəşəli bir yaz doğuşu. 
Bir qızıl quş kimidir bizdə xəyal, 
Devrilir dağlar, açarkən şahbal. 
Sayımız ölkədə milyon-milyon
Köksümüz sankı balon. 
Qoy utansın gecələr şəbpərəsi. 
Sıxılan yumruğumuz yer kürəsi… 
Nəyə lazım sarılıq, solğunluq, 
Bizdə var qırmızılıq, dolğunluq… 
Tökmə bir şey kimi sıxdır aramız, 
Göydə dirjabilə bənzər sıramız. 
Gəziriz, oynayırız asuda, 
Göydə, topaqda, dərin mavi suda. 
Gördü ceyran bizi atlandıqda, 
Durna mat qaldı qanatlandıqda. 
Projektor kimi parlar g.zümüz, 
Keçər hər cəbhədə daşdan sözümüz. 
Xəstəlik qoxmaya bilməz bizdən, 
Yaşasın güclü bədən! 
Biz iradəylə doğan bir axınız, 
İczə düşmən, gücə qəlbdən yaxınız. 
Bizdədir sinfi şüurun əsli, 
Adımızdır yeni insan nəsli. 
 
181
Yerə düşməz atılan futbolumuz, 
Bir sinif cəbhəsidir son yolumuz! 
TOPLANIŞA! 
 
Ey siz kəndimizi sevən, ucaldan 
Komsomolçu yoldaş, firqəçi yoldaş! 
Məndən tarixinə olsun armağan 
Qurduğun təmələ qoyduğum bu daş. 
 
Bu geniş məmləkət qarı düşmana 
Məqsədimiz budur möhtac olmasın. 
Axsın sərin sular, dolsun tarlana, 
Gözlərin buludsuz göydə dolansın! 
 
Xatirində varmı, ey qoca kəndli, 
Çöldə müsəllaya çıxdığın günlər? 
Qurumuş tarlanda o dərdli-dərdli 
Gözündən qoralar sıxdığın günlər? 
 
Xatirində varmı bu, Sənəm xala, 
Hər evdən bir badya ayran dilərdin. 
Xanımnaz ardınca deyərdi: - ala! 
Ürəkdə ağlardın üzdə gülərdin. 
 
Yeriyox, malın yox, yox da yoxundu
Bir çoban oğlundu köməyin sənin. 
Hər ötən duyğusuz sana toxundu, 
İtdi ara yerdə əməyin sənin. 
 
Bilirəm bu gün də o duyğusuzlar 
Toxunmaq istəyir sənin işinə. 
Haman qolçomaqlar, haman quduzlar 
Gözucu ilə baxır yüksəlişinə. 
 
Onların örtülü səsilə dolu 
Dərələr, təpələr, qalın ormanlar. 
Yarıb koprativi, kəsirkən yolu 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə