Microsoft Word Mushviq I luda doc



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə37/54
tarix28.06.2018
ölçüsü0,98 Mb.
#52211
1   ...   33   34   35   36   37   38   39   40   ...   54

 
232 
KÖNLÜMÜN  DEDİKLƏRİ 
 
Mənim könlüm deyir ki, 
            Hələ bunlar nədir ki… 
Böyük günlər, şanlı günlər, şən günlər, 
             Yoluna düşən günlər 
              Hələ qarşımızdadır! 
 
Hələ bunlar nədir ki… 
              Mənim könlüm deyir ki, 
Həyat oldan küsənləri incidər. 
Möhkəm dəzgah, şirin əmək, inci tər 
              Hələ qarşımızdadır! 
 
Babam derdi: «Keçən günə gün çatmaz!» 
Mənim könlüm bu sözlərə heç yatmaz. 
              O düşünüb deyir ki, 
              Hələ bunlar nədir ki… 
Ay işığı, dolu ürək, yaşıl bağ, 
Qızğın günəş, sərin çeşmə, qarlı dağ 
               Hələ qarşımızdadır! 
 
 
 
233
TƏRTƏRHES  NƏĞMƏLƏRİ 
 

 
Yenə könlüm uzaqlarda, 
Quş qonmayan ovlaqlarda 
Qanad çalır tərlan kimi. 
Bir dərənin üzərində 
Çisəkləyir duman kimi. 
Nədir məni bu coşduran, 
Hankı əsr, hankı dövran 
Olmuş bizim dövran kimi? 
Bir aşağı, bir yuxarı 
Burax çapsın söz atları 
Ürəyimdə ceyran kimi! 
Yenə qopdu bir qasırğa, 
Nəğmələrim dalğa-dalğa 
Gurlayacaq tufan kimi. 
 
II 
 
Budur, gəldi gül mövsimi, 
Tarçı, köklə sarı simi, 
Bir şey çal ellər eşqinə! 
Günəş qızıl, dünya yaşıl. 
Gülümsəyir işıl-işıl 
Duyan könullər eşqinə. 
Durma, köklə sədəf tarı, 
Səbrimizin yarpaqları 
Töküldü yellər eşqinə. 
Bir hava çal, can oynasın, 
Dağlarda duman oynasın 
Qırdığın tellər eşqinə. 
Mən də sözlə əmin-əmin 


 
234 
Daraq çəkim düşüncəmin 
Zülfünə Tərtər eşqinə. 
 
III 
 
O yan dərə, bu yan dərə, 
Hər yamacda bir mənzərə, 
Nə aləmdir bu Qarabağ!.. 
Göy üzündə şən bulutlar 
Yer üzündə məxmər otlar, 
Bu günəşli səhərə bax! 
Hər yan dağdır, hər yan meşə
Novruzgülü, mor bənövşə, 
Bülbüllərə, güllərə bax!.. 
Gah mülayim, gah əsəbi, 
Bir dalğalı ömür kibi 
Axıb keçən Tərtərə bax! 
Tərtərdəki səhnələrə 
Polad döşlü dəhnələrə, 
İnsana bax, hünərə bax! 
 
IV 
 
Tərtər çayı! Nə zamandan, 
Hansı çılğın bir tufandan 
Qaynayışın başlar sənin? 
Hər axışın bir inqilab, 
Hər dərən bir dərin kitab, 
Başında çox iş var sənin. 
Varıb keçdi apardığın, 
Yaynağından keçən yığın, 
Keəmişmidir təkrar sənin? 
Bir sorğu kəsdi qarşımı: 
Tarixlərin göz yaşımı 
 
235
Axıtdığın yaşlar sənin? 
Məndən başqa arxan varmı, 
Fəryadına dayanarmı 
Dağlar sənin, daşlar sənin? 
 

 
Tərtər çayı!.. Tərtər çayı! 
Ötən çılğın vurharayı 
Bir salsana yadına sən! 
Bir zamanlar candı o kənd, 
Dio çıxarıb yandı o kənd, 
Yetişmədin dadına sən. 
El yanarkən için-için, 
Dalğalanıb onun neçin 
Su səpmədin oduna sən?!  
Qanlı alov dalğa-dalğa 
Yayılarkən ortalığa, 
Heç baxdınmı ardına sən? 
Gözəl Vətən, söylə mana, 
Söylə mana, yana-yana 
Getdin kimin badına sən? 
VI 
 
Bu nə yoldur, daşnaq yolu… 
Hər dərəsi qanla dolu, 
Nə acıdır bunun adı. 
O dənizdən bu dənizə 
Deyib çıxdı sinəmizə, 
Bir tapdadı, bir doğradı. 
Orda dəhşət, burda vəhşət, 
Əlində baş, dişində ət, 
Tanırsınız müsavatı. 
Nə bağ qaldı, nə də bağban. 


 
236 
Qurşun, ölüm, atəş, duman 
Yaxamızı parçaladı. 
Bilən bilir, bu zülmətə, 
Bu uğursuz fəlakətə 
Kim əl çaldı, kim ağladı. 
 
VII 
 
Onlar deyən yalan oldu, 
Keçən keçdi, olan oldu. 
Coşdur, bizim günlər, məni! 
Bir çalışır, bir yaşayır, 
Bir-birinə çox oxşayır 
Bu dağlarda türk, erməni. 
Arzumuzun dərəsindən, 
Bağımızın bərəsindən 
Haraylayır Tərtər məni. 
Aman Tərtər, tut əlimdən, 
Uzaq düşmə əməlimdən, 
Yoxso ellər ötər məni. 
Biri sızlar, biri yanar, 
Bilirsən ki, necə anar 
Qələm məni, dəftər məni! 
 
VIII 
 
Gax o gözdən, gah bu gözdən, 
Mirov dağdan, Alagözdən 
Verə-verə nişan Tərtər. 
Dağı-daşı uçuraraq, 
Torağaydan alıb soraq, 
Eldən-elə qoşan Tərtər. 
Bir gurlayan həyat kimi, 
Dərələrdən ağ at kimi 
 
237
Şahə qalxıb aşan Tərtər. 
Keçmişini salma yada, 
Gözdən düşər bu dünyada 
Düz yolundan şaşan, Tərtər,  
Nə işin var dağda, düzdə? 
Bir qan kimi Madagizdə 
Gəl qəlbimə boşan, Tərtər! 
 
IX 
 
Hər yamacda bir tamaşa
Könlüm uçur dağa-daşa, 
Seyr etdikcə təbiəti. 
Dağ başında duman gözəl, 
Bu qaralan orman gözəl, 
Könlümdədir məhəbbəti. 
Kim der sənə yaman, dünya. 
Sən gözəlsən aman, dünya, 
Ey günəşin əmanəti! 
Keçmişin göz yağmurundan, 
Ürəyimin çamurundan 
Seçməliyiz şikayəti. 
Ey əzəldən yığın-yığın, 
Ölən, qalan insanlığın 
İlk cənnəti, son cənnəti! 
 

 
Gözünü aç, dağlara bax, 
Bir gözəldir bu Qarabağ 
Təbiətin qucağında. 
Doğmuş kimi ülviyyətin, 
Gözəlliyin, məhəbbətin 
Ən səfalı bir çağında 


 
238 
Uzun saçlı qızlar kimi, 
Tar çalaraq sızlar kimi 
Tərtər gümüş yatağında. 
Burda versən can, yeri var, 
Yenə bülbül, qan yeri var 
Qızıl gülün yanağında. 
Ürəyimdə sözüm qaldı, 
Bu dağlarda gözüm qaldı 
Bir maralın buxağında. 
 
XI 
 
Nə deməkdir bu aldanış! 
İşdən danış, gücjən danış, 
Çağır yeni mahnı, şair! 
Çırpınmalı el səsində, 
Elin köküs qəfəsində 
Sözlərinin canı, şair! 
İşə keçməz boş nəğmələr, 
Dodaqaltı zümzümələr, 
Orkestrin hanı, şair?! 
Dönüş yoxdur bir də geri, 
Şarıldayan bu Tərtəri 
Yaxşı öyrən, tanı, şair! 
Həqiqəti görməyənin, 
Elə könül verməyənin 
Batsın adı-sanı, şair! 
 
XII 
 
Odlayankən bağrınızı, 
Mən duyuram ağrınızı, 
Darılmayın mana, dağlar! 
Gətirəcək bu laşqın sel, 
 
239
Qəlbinizdən keçən tunel 
Ölkəmizi cana, dağlar! 
Qaranlığı yıxmalıyız, 
Aydınlığa çıxmalıyız, 
Nə dərsiniz, buna, dağlar? 
Çırağınız sönməyəcək, 
Bundan belə dönməyəcək 
Ürəyiniz qana, dağlar! 
Yüksələcək mənliyimiz, 
Gölməyəcək şənliyimiz 
Sayıldıqca sana, dağlar! 
 
XIII 
 
Günəş çıxmış qaranlıqdan, 
Bir qarışıq dumanlıqdan, 
Parçalamış qaranlığı… 
Fəqət, bilsən, gün vuracaq, 
Nə ulduzlar doğuracaq 
Dühamızın dumanlığı! 
Şarıldayıb, tüitülənib, 
Coş, Tərtərim, dağdan enib 
Gəz dağlığı, aranlığı! 
Öz gücünü bildir bu gün, 
Cənnət kimi güldür bu gün 
İlanlığı, sayanlığı! 
Yaşa, həyat selimizin, 
Ağlımızın, əlimizin 
Qüvvət, işıq sultanlığı! 
 
XIV 
 
Hər dalğası sona Tərtər, 
Qurban olum sana, Tərtər, 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə