Microsoft Word Mushviq I luda doc



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə39/54
tarix28.06.2018
ölçüsü0,98 Mb.
#52211
1   ...   35   36   37   38   39   40   41   42   ...   54

 
248 
Hər süzülən bulaq göz yaşımızdır. 
Hər dağ dərdimizdən bir yadigarsa
Fəqət hər qayası dik başımızdır. 
 
Açılsın gözlərim bir sabah kimi, 
Qarşımda parlasın gələcək illər. 
Dinləsin səsimi bir çargah kimi 
Qarılar, qocalar, yeni nəsillər. 
 
Bizim dövrümüzdə bu Azəristan, 
Gərək hər işimiz, ey azad insan, 
Qiyamət üstündən qiyamət olsun. 
 
Gərək gəzdiyimiz çölləri sarsın, 
Ölkənin maralı, elin ceyranı, 
Hər kəs eşqimizə həsrət aparsın, 
Hər kəs hüsnümüzün olsun heyranı. 
 
Ardında dağ kimi dayanmış ellər, 
Ayırmaz halını sənin halından, 
Deyir uyqusundan oyanmış ellər 
Kim keçər dünyada istiqbalından! 
 
Bir zaman dolaşıb bu diyarda mən 
Hər daşın üstünə başımı qoydum. 
Ey yolçu, atdığın addımlarda mən 
Döyünən qəlbimin səsini duydum. 
 
 
249
TORPAQ 
 
Hər şeyin anası, qaynağı sənsən! 
Sənin varlığına ölüm-itim yox. 
Sən bütün-bütünə ruhsan, bədənsən, 
Gözəl torpaq, sənə çox borcluyam, çox! 
 
Bu qardaşım ağac, bu dal, bu yarpaq, 
Hamsını canladan sənin şirəndir. 
İnsan da, ey qoca, ey köhnə torpaq, 
Sənin hər addımda dəyindirəndir! 
 
Sən və mən bir ruhuq iki qalıbda, 
Qara torpaq, səni yerdən alıb da 
Göylərə qaldıran əməllərindir! 
 
Sənə qüvvət verən, sənə ruh verən, 
Çoraq çöllərini çiçəkləndirən 
Mənim şən əməyim, alın tərimdir! 
 
 


 
250 
USTAMIZA 
 
Burax şeir kürəsini qaplasın məlal, 
Gözümüzə görünməsin başqa bir xəyal
Qarşımızda yalnız onun xəyalı dursun, 
Bizdən sovet sənətinin sirrini sorsun 
Sızıldasın qəlbimizin tarında hər sim. 
Durdu sənət dühasının ürəyi – Maksim! 
Nə qalmışdı bu dünyada açılmamış, nə? 
Əsrlərin şairləri insan qəlbinə 
Cumub nələr, nə incilər çıxarmadılar?! 
Gəzdi xəyal iqlimində min bir sənətkar, 
Sandılar ki, bu dünyanın sözü qartardı; 
Ancaq hələ açılmamış bir qitə vardı, 
Bir qitə ki, şanlı adı əmək dünyası. 
Böyük usta! Əlindəki şeir fırçası 
Bir zamanlar dumanların altında qalmış, 
Üzərini ölümlərin kabusu almış 
Bu qitənin rəeglərindən yapdı  bir dəmət, 
Cilvələndi mənasında insan və zəhmət! 
 
N. OSTROVSKİ  ÜÇÜN 
 
Dağlarda, daşlarda bir tartal kimi 
Sarpdı yolulmadan qanadın sənin! 
Tufanda çarpışan bir sandal kimi 
Keçdi cəbhələrdə həyatın sənin! 
 
Min dəfə ölümün yanından keçdin, 
Qızıl şəfəq kimi qanından keçdin, 
İnqilab yolunda canından keçdin, 
Zəkandan kəskindir inadın sənin! 
 
Ey böyük sənətkar, ey böyük əsgər! 
Bu şərəfli həyat dünyaya dəyər! 
Bağırır ardınca ölkələr, ellər: 
 
251
Bərkimiş, bərkiyir «poladın» sənin! 
 


 
252 
YALNIZ  AĞAC 
 
Olduqca qayğılı, olduqca qəmli, 
Sadə mənzərəli, sadə görkəmli 
Yalnız ağac baxır bir dağ başından. 
O hansı əyyamın iğtişaşından, 
Hansı zəlzələdən olmuş müztərib? 
Düşünür iəklikdə sanki bir qərib. 
Sarmış çevrəsini inadlı bir çən, 
Danışır haqqında hər gəlib keçən. 
Sanki fələklərin fırtınasından, 
Bir yavru ayrılmış öz anasından. 
O, yoxsa kimsəsiz bir çobanmıdır? 
Sürüdən ayrılan bir ceyranmıdır? 
Sularda, dəhşətli göy dalğalarla, 
Atəşin zərbəli qasırğalarla 
Sarsılan çarəsiz bir yelkənmidir? 
Onun gözlərində həyat şənmidir? 
Bu yanda səfalı qalın bir orman, 
Yaz olsun, qış olsun, gülür hər zaman. 
Quşların nəğməsi, suların səsi, 
Ətirli güllərin sərin nəfəsi 
Davasız dərdlərə gizli əlacdır. 
Məni düşündürən yalnız ağacdır. 
Zavallı qardaşım! Böylə keçərsə, 
Ədədiyyət sənə qanad da versə, 
Səndən qalmayacaq nişan dünyada
Dirilik eşqilə coşan dünyada. 
Bir tufan qopacaq, saralacaqsan, 
Bir şimşək vuracaq, qaralacaqsan. 
Başında oynayıb qəm buludları, 
Sökəcək bağrını ölüm qurdları. 
Mən də sənin kimi yalnız ağacdım, 
Təklikdən usanıb axırda qaçdım. 
 
253
Qəlbimlə, ruhumla qoşuldum elə, 
Düşüncəm sakitdir o gündən belə. 
Bax, indi mən hara, yalnızlıq hara? 
Azad fikirlərə, azad quşlara 
Qəlbimin hər gözü bir aşiyandır, 
Bədbəxt bu dünyada tək yaşıyandır! 
 
 
 
 
GÖZƏLLİK 
 
Gözəllik əzəldən bütün ellərin 
Həvəslə qoşduğu bir şanlı qayə; 
Gözəllik ruhudur qızıl güllərin 
Bülbüllər üstünə saldığı sayə. 
 
Xoşdur gözəl görüb bütün elləyi 
Çalışsaq, yaşamaq, sevmək, sevilmək! 
Xoşdur xilqətdəki hər gözəlliyi 
Ürəkdən duyaraq anlaya bilmək! 
 
Ey bizim dünyanın ən birincisi, 
Mehriban gözəli, nadir incisi, 
Mən sevmişəm səni hər kəsdən əvvəl! 
 
Fəqət yabançıdır cohqun ruhuma, 
Elimə, ölkəmə, təbi-şuxuma 
Mənasız gözəllik, mənasız gözəl!.. 
 
 


 
254 
AXŞAMÜSTÜ 
 
Günəş solğun. Üfüq də tutulmuş kimi dərdə, 
Orda sarı buludlar sallanır pərdə-pərdə 
Və gül rəngli kölgələr çörəmizdə sıxlaşır. 
 
Aman! Şu qan gölündə günəşi kimdir boğan?! 
Sevda yollarımızda nə işıq, nə işılğan, 
Əzablı ruhlar kimi hava qaranlıqlaşır. 
 
Mənim təmiz eşqimi zülmətdə nə dərdi var? 
Həramilərə qalsın qara, qorxulu yollar, 
Mənə günəş batınca ulduz verin, ay verin! 
 
Sevdamızı işıqlı bir yola çıxarmağa, 
Yeri-göyü qaplayan zülmətləri yarmağa 
İliç günəşlərindən mənə bir alay verin. 
 
 
NƏ  DEMƏKDİR? 
 
Çoxdandır çalınmayır divardan aslı tarın, 
Tutqun bir ürək kimi telləri paslı tarın, 
Ey mehriban sevdiyim, gurlayacaq, yoxsa yox?! 
 
Mən bilirəm, sənin ki, bir qəlbin var sədəfdən, 
İçindəki incilər saçılıb hər tərəfdən, 
Dodağında şərqilər parlayacaq, yoxsa yox?! 
 
Sən iclasdan gəlirsən, məni də yormuş kitab, 
Nə dayanmaq vaxtıdır, iştə tar, iştə mizrab
Nə gözəldir nəğmələr qanadında ucalmaq!.. 
 
Həyat işdir, döyüşdür, səadətdir, əməkdir, 
 
255
Bilə-bilə bunları dayanmaq nə deməkdir?! 
Nə deməkdir dünyada tez qarıyıb qocalmaq?! 
OXU 
 
Oxu, sevdiciyim, öz həvəsinlə! 
İlzam qanadlanır sənin səsinlə. 
Nəğməndə oynasın sellərin səsi, 
Dan yerindən əsən yellərin səsi. 
Gülləri qoxlayan bir rüzgar kimi, 
Qumları oxşayan dalğalar kimi 
Titrəyən, çağlayan nəğmən olaydım, 
Ürəyindən qopan səs mən olaydım, 
Oxu! Qüvvət gəlsin şerə, sənətə, 
Könlümün quşunu gətir heyrətə! 
Nə qədər bənzəyir, vardım fərqinə, 
Ömrümün ahəngi sənin şərqinə. 
Ürək kövrəkləşir sən oxuyanda, 
Sən də dinləsəydin mən oxuyanda! 
Oxu, sevdiciyim, öz həvəsinlə! 
İlham qanadlanır sənin səsinlə! 
 
 
SƏNİN  GÖZLƏRİN 
 
Nə gözəl süzülür qara gözlərin, 
Əcəba, onları süzmək vaxtımı? 
Duruşun mənalı, baxışın dərin, 
Mən bu dərinlikdə buldum baxtımı. 
 
Sənin gözlərinmi gənclik bağında, 
Yoxsa nərgizlərin sayrışıb oynar? 
Yoxsa çıxılmayan eşqin dağında 
Ömrümün dirilik çeşməsi qaynar? 
 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə