Microsoft Word Mushviq I luda doc



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə38/54
tarix28.06.2018
ölçüsü0,98 Mb.
#52211
1   ...   34   35   36   37   38   39   40   41   ...   54

 
240 
Uyut məni yatağında! 
Könül açan nəğmən, şerin 
Pıçıldasın bu şairin 
Ləpələnən dodağında. 
Yetər artıq üzülməmiz, 
İşıq kimi əzilməmiz 
Qaranlığın tapdağında! 
Ahımızdan meh durmadı, 
Elə yandıq, şeh durmadı 
Ömrümüzün yarpağında. 
Yax lampanı lalə kimi, 
Sərin nurlu halə kimi 
Gəlnimizin otağında! 
 
XV 
 
Gəl döyəlim döşümüzə, 
Başlayalım işimizə, 
Qüvvət səndən, hikmət məndən. 
Daşkəsəndə, dağda, daşda, 
Hər cəbhədə-mərd savaşda 
Himmət səndən, cürət məndən. 
Ölkəmizə dəmir gərək, 
Dəmirdədir asan çörək, 
Şiddət səndən, zəhmət məndən. 
Qaxax, Yevlax yollarında, 
Elektirik qatarında 
Sürət səndən, söhbət məndən. 
Elə işıq səndən gəlsin
Yar-yaraşıq səndən gəlsin, 
Şeir, nəğmə, sənət məndən. 
 
XVI 
 
 
241
Tərtərhesi seyrə gəlin, 
Eybi yoxdur bu gözəlin, 
Bu torpağın aləmi var. 
Hər dərənin bir əsrarı, 
Hər yamacın bir baharı, 
Hər dağın bir görkəmi var. 
Bu yerlərdə çalışanın, 
Ay, gün kimi alışanın 
Nə dərdi var, nə qəmi var? 
Axşam çağı tarın səsi, 
Qarabağın şikəstəsi, 
Hər kəsin bir həmdəmi var. 
Batma, günəş, bir az dayan, 
Dar gəlməzmi sana o yan, 
Bundan gözəl ölkəmi var?! 
 
XVII 
 
Çağırıram mən hər kəsi, 
Gəlsin, görsün Tərtərhəsi, 
Bilsin, burdan nə hal keçir
Burda köhnə məzarlıqdan, 
Xəyal olan bir varlıqdan, 
Bir uzunca kanal keçir. 
Bu yerdə bir qoca gördüm, 
Üzünə baxınca,  gördüm 
Könlündən bir sual keçir. 
Dedim: Qoca, dərdi burax, 
Mən nəyəm bir ovuc torpaq, 
Qabağından xəyal keçir. 
Bu inadlı vurğuya bax, 
Bu möhtəşəm qurğuya bax, 
Ömür sönür, tonqal keçir… 
 


 
242 
XVIII 
 
Əlimdə bir sınıq qafa… 
Ömrümüzə yoxmuş vəfa, 
Dühündüm hər adam kimi. 
Bir aralıq batdım qəmə, 
Sonra dedim: - Cəhənnəmə! – 
Gülümsədim Xəyyam kimi. 
Öz-özümə verdim ürək, 
Dedim, ömrüm keçsin gərək. 
Bir işıqlı bayram kimi! 
Göz gəzdirdim sola-sağa, 
Baxdım, Tərtər qalxır dağa 
Bizim köhlən əyyam kimi. 
Məni aldı bu tamaşa, 
Boş qafanı çaldım daşa 
Meysiz, ruhsuz bir cam kimi. 
 
XIX 
 
Ey bu axan duru çaydan, 
Gözlərimiz nuru çaydan 
Bir dirilik uman ellər! 
Bu torpaqla, bu Tərtərlə, 
Alnımızdan axan tərlə 
Doğrulacaq zaman, ellər! 
Zaman bizə bir qonaqdır, 
Alnı açıq, üzü ağdır, 
Ey mehmana mehman ellər! 
Onu yaxşı yola salın, 
Hər dərdini xəbər alın, 
Aman ellər, aman ellər! 
Könlümuzdə, gözümüzdə, 
Qəlbimizdə, üzümüzdə 
 
243
Görünməsin duman, ellər! 
 
XX 
 
Səhər, axşam öz yerindən 
Keçsin, çocuq gözlərindən 
Keçən lətif uyqu kimi. 
Filiz deyə, çiçəək deyə 
İş nəğməmiz hər zəmiyə 
Hopsun sərin bir su kimi. 
Hər şey ləzzət versin bizə. 
Dolsun geniş qəlbimizə 
Bu dünyada arzu kimi. 
İşdən sonra, axşam çağı, 
Əlimizdə mey bardağı 
Mələşəlim quzu kimi. 
Sinədə tar, əldə qaval, 
Bu dünyada bir kapital 
Varmı insan oğlu kimi? 
 
XXI 
 
Bir saz kimi dərələrdə, 
Çağıldayın pərdə-pərdə, 
Ey ruhuma yaxın, sular! 
Yoxdur sizdən fərqim mənim, 
Sükut deyil şərqim mənim, 
Dayanmayın, axın, sular! 
Bir uyqusuz ürək kibi 
Çeşməmizin həyat dibi 
Qurumasın, saqın, sular! 
Bizim yaşıl ruhumuzun 
Mahnısını uzun-uzun 
Çağırınız, daşqın sular! 


 
244 
Söyləyiniz dastanını, 
Çınlatınız kamanını 
Gözəlliyin, aşqın, sular! 
 
XXII 
 
Dayanmayın, ellər, gəlin, 
Ey tükənməz sellər, gəlin, 
Səslənəlim rübab kimi. 
Hər könül öz hesabına, 
Əbədiyyət rübabına 
Toxunmalı mizrab kimi. 
Ürəyimiz sərin olsun, 
İzlərimiz dərin olsun 
Göy üzündə şəhab kimi. 
Al günəşin altında biz 
Kaşanələr tikməliyiz, 
İşıqları mehtab kimi. 
Dostlar, baxın bir yuxarı, 
Göydə ulduz salxımları, 
Sıxın, için şərab kimi! 
 
XXIII 
 
Bu nəğmələr Tərtərdəki, 
Torpaqdakı, bəşərdəki 
İşıq-qüvvət nəğməsidir, 
Bu nəğmələr mədəniyyət
Dünyadakı şirin ləzzət, 
Yüngül zəhmət nəğməsidir. 
Bu nəğmələr dərin-dərin, 
Geniş-geniş ürəklərin 
Səmimiyyət nəğməsidir. 
Bu nəğmələr məlahətə 
 
245
Gözəlliyə, məhəbbətə 
Olan hörmət nəğməsidir. 
Bu nəğmələr kainatınÖ, 
Dadlı-duzlu bir həyatın 
Əbədiyyət nəğməsidir! 
 


 
246 
SƏNƏTKAR 
 
Ah, nə böyük şərəfdir sənətkar olmaq, 
Könüllər dünyasından xəbərdar olmaq! 
Nə xoşdur bir hiss kimi qəlblərə girmək 
                   səssiz-sorğusuz. 
Bütün fənalıqları yıxıb devirmək 
                   qara-qorxusuz. 
 
Mən ruhlanıb çevrəmi saran yığından, 
Hayqırıram xalqımın ucalığından. 
Orda candan, könüldən mənimlə ellər 
                   olmuşkən tanış. 
Mənə bu aralıqda kim deyə bilər: 
                   çox bil, az danış? 
 
Mən qarşımda yamyaşıl çöllər görürəm
Qeyrətli, bacarıqlı ellər görürəm. 
Görürəm o dağdakı toyu, düyünü 
                    yeni səhnədə. 
Görürəm Tərtərhesin köpürdüyünü 
                     polad dəhnədə. 
 
Getsin iş əvəzində mənə söz verən, 
Gəlsin dəmiri döyən, yeri becərən. 
Mənimki onlarladır, onlar da ancaq 
                     bizə tərəfdir. 
Əvət, bu insanların şairi olmaq 
                     böyük şərəfdir. 
 
Mən bir dövürdəyəm ki, tunc qanadlanır, 
Qara daşın, mərmərin köksü atlanır, 
Boylanır qabağımda böyük bir əməl, 
                     ucalır başım. 
 
247
Fərəhlə seyr edincə, şerimdən əvvəl 
                      axır göz yaşım. 
 
Ah, nə böyük şərəfdir sənətkar olmaq, 
Könüllər dünyasından xəbərdar olmaq! 
Nə xoşdur bir hiss kimi qəlblərə girmək 
                   səssiz-sorğusuz. 
Bütün fənalıqları yıxıb devirmək 
                   qara-qorxusuz. 
 
 
SOSİALİZM  YOLÇUSU 
 
Söylə, bu yolçulıq nə yolçuluqdur? 
Eşitdim, dinlədim min bir həvəslə. 
Ürəyim keçdiyin yola yovuqdur, 
Məni də, qardaşım, ardınca səslə! 
 
Bir zaman dolaşıb bu diyarda mən, 
Hər daşın üstünə başımı qoydum. 
Ey yolçu, atlığın addımlarda mən 
Döyünən qəlbimin səsini duydum. 
 
Dadıma yetmədi günəşlər, aylar, 
Qaranlıq yollarda səni aradım. 
Torpağın altından səni haraylar, 
Ömrü əsarətlə keçən əcdadım. 
 
Düşün, bu dağların hər ətəyində 
Nə qanlar udmadı elin Fərhadı. 
Qırıldı çarların daş ürəyində 
Şirin gəlinlərin şüşə fəryadı. 
 
Keçdim bu vadidən, gördüm nə varsa, 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə