Microsoft Word Mushviq I luda doc



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə35/54
tarix28.06.2018
ölçüsü0,98 Mb.
#52211
1   ...   31   32   33   34   35   36   37   38   ...   54

 
218 
Rübabın gurlasın inqilab deyə. 
Əl çək bir dəfəlik bu ikilikdən: 
Ya o cəbhəyə keç, ya bu cəbhəyə! 
Günəş işığından, ay işığından 
Aldığım ilhamla ruhları parlat; 
Qəlbinin, beyninin qarışığından  
Göylərə sığmayan bir cahan yarat! 
 
 
219
BUZLU  YOLLAR 
 
Hər tərəf buz içində, buzdur hər tərəf, 
Qorxurgünəş də orda olmasın tələf, 
              Yan verib keçir, 
Üzünü qorxa-qorxa göstərib keçir. 
 
Dağ buzlar, qaya buzlar, sıldırım buzlar… 
Görməmiş bir alovlu ildırım buzlar. 
Əsrlər yatağında səssiz yatalı: 
             Buzlar xatalı… 
 
Keçdi Amundsenin də axır çağları 
               Orda, nə dəhşət! 
Qəbrinin barmaqlığı buz saçaqları 
                Oldu nəhayət. 
 
Çox zaman bu iqlimə, araq daşıyan 
Amerkanın taciri oldu müştəri. 
İstərdi ki, bu yerdə qursun aşiyan
               Dondu əlləri. 
 
Gözəl xəz var, kömür var uzaq şimalda, 
Aparsınmı yad ellər bu sərvətləri? 
Qoy «Krasin» gəmisi əlində balta, 
               Qoşsun iləri! 
 
Qırsın, kəssin, doğrasın, ta ki, bu yollar 
Yolçuları salmasın qorxuya bir də. 
                Düşmən şad olar, 
Qatarımız ləngisə uzaq Sibirdə… 
 
Bu yol, bu uğurlu yol, ayaq dəyməyən 
Soyuq, gizli çölləri çəkəcək işə, 


 
220 
Yen, ey insan arzusu, təbiəti yen, 
               Düşmə təşvişə! 
 
Ey vaxtilə gülməli əfsanələrdən 
Zövq alaraq, divlərə heyrət edənlər! 
Ya kimdir şimaldakı taqi-zəfərdən 
                Keçib gedənlər?! 
 
Alqış bu insanlığa yeni yol açan, 
Yeni əməl uğrunda çarpışanlara! 
Salam buzlu çöllərə işıqlar saçan 
                 Kəhkəşanlara!.. 
 
Alqış bu təbiəti gözəlləndirən 
İnsanlığın əbədi iqtidarına, 
Onun, yeni cahana yeni ruh verən 
                       İstismarına!.. 
 
Mən nə deyim, Çelyuskin nəfərlərinin 
Həyəcana sığarmı qəhrəmanlığı? 
Nə böyükdür o səma əsgərlərinin 
                      Canfəşanlığı!.. 
 
Gördüm qızıl xətlərlə iş kitabında 
Ey Şmidt, yazdırdığın böyük şanları. 
Gəlsin, çalsın bir Homer öz rübabında  
                      Bu dastanları! 
 
 
221
QADIN 
 
Yoldaş, səfalətin uçrumlarından 
Səni ilk qurtaran böyük xilaskar, 
Yoldaş, səadətin uçrumlarından 
Ən dadlı səslərlə bizi haraylar. 
 
Sənin unutduğun ilk məhəbbəti, 
O saxlar qəlbinin ən boş yerində, 
İnsanın tükənməz əbədiyyəti 
Çiçəklənir onun sinirlərində. 
 
Söylə, şirinlikdə, hansı fidanda, 
Hansı gülüstanda, hansı cahanda, 
Ey yoldaş, ey qadın, sənin varın var? 
 
Harda, ey xalqımın böyük yarısı, 
Anası, bacısı, qızı, qarısı, 
Bizdə olan kimi ixtiyarın var?! 
 
 


 
222 
GÜZGÜ  QAYITDI 
 
Mənim Ceyranım məktəbli bir qız 
Olur Bakının dağ hissəsində. 
Bu suyuşirin, bu qarayağız 
                  Qızın sinəsində 
                  Duyğusu dərin 
                  Yeni günlərin 
Şirin dalğalı ahəngi yaşar. 
Bu lətif ahəng ruhları oxşar. 
 
Girmişdir payız, yarpaqlar sarı… 
Mənim Ceyranım payız kibidir. 
Aləm axışır məktəbə sarı, 
                 O əsəbidir. 
                 Həyata qanıq, 
                 Ürəyi yanıq, 
Çünki Ceyranım yaşa dolmuşdur, 
Anası deyən «gəlin olmuşdur». 
 
Qonşuda bir qız yaxdı özünü, 
Bir acı, soyuq, küləkli gündə 
Yeni həyata yumdu gözünü. 
                   Bu iş üstündə 
                   Ceyranın fəqət, 
                   Bundan bir ibrət 
Almadı yenə ata-anası, 
Qulaqlarında elin zurnası. 
 
Gəldi Ceyranı kim sevirdisə, 
Dilə tutuldu, «həri» alındı. 
Ceyran bilmədi, qapıldı hissə, 
                     Razı salındı, 
                     Məktəbi atdı. 
                     Dadına çatdı 
 
223
Bu zaman onun bir qız yoldaşı. 
Ceyran düşündü, çatıldı qaşı. 
Girmişdi payız… Ceyran neylədi? 
Elm ocağına ketdi bir səhər, 
Öz ürəyini açdı söylədi… 
                      Uzaq bir şəhər, 
                      Burdan çox uzaq… 
                      Tiren alaraq 
Ceyranı atdı həmən şəhərə. 
Yerin altında gəzən şəhərə… 
 
El-gün yığıldı, məclis qurdular, 
Dedilər: «Ceyran Bakıda deyil» 
Bir ilan kimi qovrulurdular 
                         Onlar elə bil. 
                         Bir titrəyirdi, 
                         İnildəyirdi. 
Bu nə kələkdir, bu nə ədadır? 
Deyirlər Ceyran Moskvadadır. 
 
 Avam anası tutuldu qəmə, 
Avam atası qaşını çatdı. 
Nifrət etdilər yeni aləmə. 
                         Güzgü qayıtdı… 
                         Oğlan evindən 
Qopdu bir şivən: 
-
 
Yerə girəsən, a belə gəlin! 
Görüm ağ günə çatmasın əlin!.. 
 
Ceyran oxuyur… Moskvadadır. 
Bakıda gəzir… sərxoş adaxlı. 
Bu nə kələkdir, bu nə ədadır? 
                         Mən bu maraqlı 
                         Lövhəni aldım, 


 
224 
                         Kitaba saldım. 
Başıma sanki mövzu qəhətdi… 
Adını qoydum: «Güzgü qayıtdı». 
 
1936 
 
ŞERİM 
 
Sən varlığın eynisən, buna sözmü var? 
Ürəyisən, beynisən, buna sözmü var? 
Gecələr ay sənindir, gündüzlər günəş 
                       kainat kimi! 
Hər şey gözəlləşmədə, sən də gözəlləş 
                       bu həyat kimi. 
 
Varlığın rəngi sənsən, ahəngi sənsən! 
Çiçəklərin, nurların çələngi sənsən. 
Bülbülün qarşısında açıl, şirinləş 
                         qızıl gül kimi! 
Hər şey dərinləşmədə, sən də dərinləş 
                       bir könül kimi! 
 
Dərinlik çox gözəldir, sadə olursa, 
Nə çıxar o şeirdən başımı yorsa? 
Mənalı səslərinlə, şerim incələş 
                      bir kaman kimi! 
Hər şey sadələşmədə, sən də sadələş 
                      hər insan kimi! 
 
Doğrudur, zərifliyin adı başqadır; 
Qüvvətə gəl, qüvvətin dadı başqadır. 
Ölkələr silahlanır, sən də silahlan 
                       ölkələr kim! 
Can deyə, canan deyə cəbhədə haxlan 
                        bir əsgər kim! 
 
 
225
Hər kəs bilir həyatın sonu ölümdür, 
Ah bu qəmli dəyişmə yaman zülümdür. 
Şerim! Bu gülünc oyun bəllidir yarın 
                         bizi də bəklər; 
Sən də öl mənim kimi, fəqət məzarın 
                         olsun ürəklər! 
ÜÇ  SAĞLIQ 
 
Gecənin dodaqları gülümsəyirdi, 
Masabəyi sevinclə: - İçin! – deyirdi. – 
-
 
İçin, bu altun şərab torpağımızda, 
Şirin zəhmətimizlə, can bağımızda 
Bəslənən tənəklərin şirəsidir ki, 
Hətta bir az köhnədir, deyil bu ilki… 
Üzlərdən ruzgar kimi keçdi fərəhlər, 
Gecə gün bulağından doldu qədəhlər. 
Dostlar içib gözləri süzülü qaldı; 
Tuş meydən dodaqları büzülü qaldı. 
Bu insanlar kimdilər? Sizin tanışlar! 
Sizin kimi dünyada çağıldamışlar. 
Canlarından fışqıran hər yeni zəhmət 
Artırmış bir qüvvətin üstüqə qüvvət! 
Bu gecə bu səbəbdən ləzzət alırlar, 
Boş vaxtı kefləndirib yola salırlar. 
Çalan kim, oxuyan kim, qarışmış ara, 
Qonaqlar bir ağızla söz vermiş tara. 
Tar da sarı simində nəysə deyirdi… 
Gecənin dodaqları gülümsəyirdi. 
 
Bu gün təzə bir gülün açdığı gündür, 
Dünyadan yalnızlığın qaçdığı gündür. 
Dost evində çəkilmiş yeni nəfəslər, 
Əks etmiş divarlara işıqlı səslər. 
Başlamış bu ocaqda yeni sevişmə, 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə