152
SON
Bu
yeni il Stalinqrad
Zavodlarında çıxan,
Ukrayna çöllərini,
Özbəkistan, Azərbaycan millərini
Hərəkətə gətirən
Pambıq, taxıl yetirən
Traktorlar bayramı.
Div motorlar bayramı.
Bu yeni il
Bizə həyat,
Bizə yeni bir kainat
Bizə qat-qat
Əzm-səbat
Gətirən il.
Bu il bizdən əvvəlki
Köhnə sərxoş il deyil.
Bu yeni il xaricdəki düşmənlərin
Şaşdığı gün.
Proletar qüvvəsinin
Aşıb-aşıb daşdığı gün.
Bu yeni il insanları dəyişən il,
Bu yeni il ictimai cəmiyyətçin döyüşən il.
Bu yeni il
dünyamızı çevirməkçin
Bir istinad noqtası.
Bu illərin əlindədir
Kapitalizmin noxtası.
153
İLİÇ BUXBASI
Girmiş dənizin bağrına
qaynar
Qəlbimdəki sellər kimi Buxta.
Qarşımda siyah dalğalar oynar.
Çarxlar havalandıqca buruqda.
Tarixi binalar kimi bir çox
Evlər görürəm ayna sularda,
Ərzin bu qızıl feyzinə son yox,
Axmaqda dəmirdən borularda.
Öz feyzini hər yanda təbiət
Vermiş bizə zəhmətlə, əməklə.
İllərcə çalışmış bəşəriyyət
Varlıqdakı şimşəklə, küləklə.
Bir duyğu fəqət qəlbi yaxırdı,
Başqaydı keçən qanlı zamanlar.
Hər feyzə təhəssürlə
6
baxırdı,
Lakin gecə-gündüz çalışanlar.
Bax, indi təbiət bizə yoldaş,
Yoldaş deyil, hətta bizə həmdəm.
Hər sahədə hər dalğa və hər daş
İşçilə qurur bir yeni aləm.
Mən Buxtayı ruhumdakı sazla
Xoşdur nə qədər seyrə qoyulsam.
Yüksəltmək
üçün ölkəmi, - fəzlə –
Daim çalışan bir buruq olsam.
6
Тящяссцрля – щясрятля.
154
ÜÇDƏN BİRƏ
Yenə bizim gönlümüzdən
bir səs gəlir,
Bu səs bizim qurduğumuz
Həyit kimi yüksəlir.
Yüksəldikcə çəkir bizi özünə,
çəkir bizi –
Fikrimizi, qəlbimizi
Qardaşlığın günəşli gündüzünə.
Bu səs bolşevik səsi.
Bu səsə cavab verir
milyonların beynəlmiləl nəğməsi.
Bu səs tarladan qopur,
Bu
səs dəcgahdan gəlir,
Bu səsin üzərində
həyatımız yüksəlir.
Cana gəldik
On-on iki il bundan əvvəl
bizə əngəl
Əsrlərin ehtiraslı əlindən;
Kürün rəngi qızardı
Qacarın Tiflisdəki
Canavar əməlindən
Hər axına keçid olduq,
yaş süzməkdən yorulduq.
Əridi həyatımız,
Ağımız, bayatımız.
Unutmadıq
Qarabağda
Qacarın qarşısında
Lalə kimi sallanan
qanlı-qanlı başları.
155
Unutmadıq Gürcüstandan İrana
qamçılarla yollanan
təzələri –yaşları.
Unutmadıq Şirvandakı talanı.
Yox sözümün yalanı.
Çapavul Osman paşa
Şirvanı tutdu daşa.
Qılınclara dayandı xəncərlər.
Qapılar, pəncərələr
yerindən çıxarıldı.
Hətta şişə gəlinlərin
cingildəyən biləkləri qarıldı.
Unutmadıq yerli dərəbəylərin
Qışda isti, yayda sərin
ipək saraylarını.
Çox
eşitdik tarixin
məchul üfüqlərindən
Yoxsul, köylü qızların
Odalıqlardan gələn
gücsüz haraylarını.
Unutmadıq çöllülərin
qarşısında diz çökən,
«Oğlum ölsün» - dəyərək,
yalandan min dil tökən,
Hər arşına üç çərək
sürüşdürən taciri.
Unutmadıq iki başlı qartal çarı,
Çəkdi bizi gah aşağı,
gah yuxarı.
O da illər uzunu
Buludlu uzaqlardan
156
Bir qanlı şimşək kimi
sıyırdı xəncərini.
Unutmadıq onların
miyançısı kəsilən,
mərhəmətli əksilən
Qafqazın bəylərini.
Unutmadıq xalqı soyan,
xalqı quru yerdə qoyan
Seyidləri,
mollaları, axundları,
dərvişləri,
məscidləri, pirləri.
Bizi az oynatmadı, bu «cənnət müxbirləri».
Unutmadıq müsavatı,
menşeviki,
daşnaqı.
Çalındı əməkçi kütlənin haqqı.
Hərəsi bir cahancirin nökəri:
Biri alman,
digərləri ingilisin çakəri.
Bunlar belə az qırmadı.
Bunlar da az anqırmadı
bu diyarda,
buralarda.
Bir gün qalxdı bizimkilər,
Keçmişləri yaxdı, yıxdı bizimkilər.
Bizimkilər
yıxdı, qurdu,
Qovdu burdan
bu üç qurdu.
157
Bu gün bizim şənliyimiz…
Biz hər şeyə hakimiz.
Hakimiz təbiətə,
Kür işlər, Zahes işlər.
Mil düzündə, Bakıda
Ağ qızıl, qara qızıl
Deyərək, hər kəs işlər.
Həyat genişləməkdə;
İnsanlar işləməkdə.
Çağlayanlar əlimizdə güc olur.
Yarın savaş oolursa,
fikrimiz çəkic olur
Əzmək üçün kapitalın başını.
Biz atmışız, atacağız
tək daxmanın,
tək öküzün, tək tarlanın,
tək ocağın, tək odun,
tək fabrikin,
tək zavodun
daşını!
Əldə beşillik plan,
Böyük işdir – yapılan.
Məqsəd dəmir, iş dəmir,
Həyat – tərpəniş dəmir.
Qurduğumuz bu dünyanın
dönən çarxı dəmirdən.
Mədənləri,
şaxtaları,
tarlaları,
Gavur-arxı dəmirdən.
Bu diyarda