141
Günəş fəallığının dəyişməsini öyrənir. Bu şəkildə daşıyıcının Spartalı
201 peykini buraxan avtomatik qolu görünür. Sağda daşıyıcının nazik
quyruğu görünür. Təsvir Yerin fonunda verilir.
Şəkil 1.4. Şəkildə təsvir olunan orbital Skayleb laborotoriyası 1973-
cü ilin mayında Saturn-5 raketi vasitəsilə orbitə çıxarılmışdır. ABŞ-ın
MAKA astronavtları orada üç dəfə olmuş, ümumilikdə 2.5 ay vaxt
ərzində orbitdə çalışmışlar. Skaylabda bir çox elmi təcrübələr və
ultrabənövşəyi və rentgen oblastlarda müşahidələr aparılmışdır.
142
Skayleb stansiyası Koqouteka kometi, Günəş haqqında,
eləcə də
kosmik fon şüalanması haqqında qiymətli məlumatlar toplamışdır.
Skayleb 1979-cu il iyulun 11-də Yerə düşmüşdür.
143
Şəkil 1.5. 17 il əvvəl aşağı Yer orbiti ilə hərəkət edən Kompton
Qamma rəsədxanası orbitə çıxarıldı. Bu şəkildə illüminatordan Yerin
kənarı və daşıyıcıdan ayrılmış parıldayan rəsədxana görünür.
Rəsədxanada qurulmuş alətlər atmosferdən kənarda olduğundan
yüksək ener$ili qamma şüaları müşahidə edə bilir. Əsas qamma-
rəsədxana 2-5 il ərzndə qoyulmuş planı artığı ilə yerinə yetirmişdir.
Lakin bu yaxınlarda yönəldici qurğunun işində pozulma baş
verdiyindən ABŞ MAKA (NASA) mütəxəssisləri peyki atmosferə
qaytarmağı qərara almışlar. Kompton rəsədxanası indiyədək 400-dən
çox mənbənin qamma-şüalanmasını ölçmüş, 2500 - qamma parıltını
qeyd etmişdir.
Şəkil 1.6. Orbital «Rentgen» rəsədxanası və orbital «Kvant» modulu.
XX əsrin 80-ci illərində keçmiş SSRİ-də Moskvadakı Kosmik
144
Tədqiqatlar İnstitutunda sovet kosmik orbital stansiyası «Salyut-7»
hazırlanması təşəbbüsü irəli sürüldü. Kvant Modulu 31 mart 1987-ci
ildə orbitə çıxarıldı. Modul iki hissədən ibarətdir: laboratoriya
bölməsi və havasız qapalı bölmədə olan cihazlar. Bu 11 tonluq modul
astrofiziki cihazlar, kosmonavtların həyat şəraitini təmin edən alət və
vasitələrlə təmin olunmuşdur. Kvant modulu həm də antiviruslar
sahəsində biotexnolo$i təcrübələr aparmağa imkan verirdi.
Şəkil 1.7. «Çandra» kosmik rəsədxanası. Peyk 0.1-10 KeV standart
rentgen diapazonunda müşahidələr aparmaqdadır. Bu rəsədxananın
145
əsas üstünlüyü 1"-dən kiçik bucaq ayırdetməsinə malik olmasıdır.
Müqayisə üçün deyək ki, bu ayırdetmə «XMM» peykindəkindən 6
dəfə yüksəkdir.
146
Şəkil 1.8. ABŞ Milli Aerokosmik agentliyinin
və Avropa kosmik
agentliyinin atmosferdənkənar rəsədxanası. 25 aprel 1990-cı ildə
Diskoveri kosmik gəmisi ilə hündürlüyü 600 km, periodu 100 dəqiqə
olan yer orbitinə çıxarılmışdır. Teleskopun uzunluğu 13.3 m, çəkisi
11000 kq-dır. Onun 2.4 m diametrli teleskopu 0.
"
1 ayırdetməsinə
malikdir. Teleskopun işi yerdən idarə olunur. Onun aldığı müşahidə
materialı bütün dünya mütəxəssisləri tərəfindən tədqiq olunur.
Rəsədxanada cihaz və avadanlıqlıqları dəyişmək üçün bir neçə ildən
bir onun heyətinə astronavtlar gəlir. İlk 3 heyətin gəlişi uğurlu
nəticələnmişdi. Lakin «Kolumbiya» daşıyıcısının qəzasından sonra
MAKA oraya heyət göndərməməyə qərar vermişdir.
147
Şəkil 1.9. Linzaşəkilli NGc 1553 qalaktikası. Qalaktikanın optik
diapazondakı fotoqrafiyası üzərinə «Çandra» rəsədxanasının
müşahidə etdiyi rentgen şüalanma mənbələrinin yeri də qeyd
edilmişdir. Təsvir Blanton və b. Astrophysi$al c. 2001, v.552, p.106-
da nəşr olunan işindən götürülmüşdür.
148
Şəkil 1.10. Elliptik NGc 4697 qalaktikası. Təsvirdə diffuz şüalanma
mənbəyi ilə yanaşı Çandra rəsədxanası vasitəsi
ilə müşahidə olunan
rentgen mənbələrinin yeri də aydın görünür.
2. ASTRONOMİYADA YENİ TƏDQİQAT
İSTİQAMƏTLƏRİ VƏ PROBLEMLƏR
1. Müasir astronomiya
Astronomiya ifadəsi, əsasən, göy cisimləri haqqında elm kimi başa
düşülməkdədir. Bununla bərabər, çox zaman astrofizika termini də
istifadə olunur. Bu sözün hərfi mənası yunancadan ulduz fizikası
mənasına gəlir. Bununla bərabər, son dövrlərdə bu söz daha geniş
mənada işlədilməkdədir. Astrofizika – Kainatda olan fiziki hadisələr