_______________ Milli Kitabxana _______________
19
Kimdə inam olsa
iradətlə yar,
Daim olar sonda səadətlə yar.
Getsə inamla ayaq olmazmı baş?!
Böylə fikirlə zərə dönməzmi daş?!
Olsa inamla qədəmin üstüvar,
Daima oddan su, sudan od çıxar.
Başqa olurlar inam əhli tamam,
Bizlər ayaq, oldu baş onlar müdam.
Əməyə və əmək adamına dərin məhəbbət Nizami yaradıcılığını
səciyyələndirən əsas keyfiyyətlərdəndir. Şair başqa əsərlərində olduğu kimi
"Sirlər xəzinəsi"ndə də bu mövzuya xüsusi diqqət yetirir, əməyi insanın
zinəti, yaraşığı, onu hər cür bəlalardan qoruyan bir vasitə sayır. Nizami belə
hesab edir ki, hər bir adam işləməli, zəhməti ilə dolanmalıdır. İstər
məqalətlərdə, istərsə də ayrı-ayrı hekayələrdə onun insanı işləməyə çağıran
hərarətli çağırışlarını eşidirik.
Ey əxi,
nəfs itdir, onu çək dara,
Ruzi üçün açma əl alçaqlara.
Dadına paxıl rizqini, ye torpağı,
Torpaq olub, olma rəzil tapdağı.
Qoy əlinə, qəlbinə batsın tikan,
İşlə, çalış durma bekar bircə an.
"Süleyman və əkinçi", "Kərpickəsən qocanın dastanı" hekayələrində
Nizami öz fədakar zəhməti ilə ruzi qazanan, zəhmət çəkməyi özünə borc
bilən sadə adamların heyranedici surətini yaradır. Nizami əmək adamlarından
həmişə dərin məhəbbət, yüksək hörmət hiss ilə danışır, onları hər cəhətdən
başqa adamlara, xüsusən əməyə xor baxan tüfeyli hakim təbəqəyə qarşı
qoyur. Quru bir çöldə dırnağını bel, alın tərini su edib məhsul becerən
əkinçini görən Süleyman peyğəmbər onun zəhmətini mənasız sayır, qocanı
toxumu zay etməməyə çağırır. Lakin əkinçi öz ağıllı cavabı, sonsuz inamı,
insanın həyatda vəzifəsi haqqında sağlam təsəvvürü
ilə müdrik peyğəmbər
Süleymanı utandırır. Otdan-ələfdən özünə paltar toxuyub, kərpic kəsməklə
əldə elədiyi qazancla dolanan qoca bir kişi qızğın işlədiyi vaxt yanına tüfeyli
bir gənc gəlir. Nizaminin təsvirindən görünür ki, bu gənc varlı təbə-
_______________ Milli Kitabxana _______________
20
qəyə mənsubdur. O, qocaya məsləhət görür ki, yaşı ötmüşdür, daha
işləməsin, heç kəs ondan bir parça çörək əsirgəməz. Qoca ağıllı, mərdanə
cavabı ilə həmin avara gənci utandırır, onu öz nadanlığı,
tüfeyliliyi üçün göz
yaşı tökməyə məcbur edir. Qocanın sözlərində sağlam, ayıq bir həyat
fəlsəfəsi gülümsəyir, hər kəsi öz həyatına nəzər salmağa, kim olduğunu
anlamağa yönəldir. Nizami əsərlərində əmək və əmək adamlarına belə
sağlam münasibət şairin yaradıcılığındakı demokratizmin,
humanizmin ən
parlaq ifadəsidir.
İsa peyğəmbərlə əlaqədar verdiyi bir hekayədə Nizami müdrik bir
insanın surətini yaradır. Bazarın başında bir dəstə adam qarğa-quzğun kimi
bir it cəmdəyini dövrəyə alıb, onun üfunət, xəstəlik mənbəyi olmağından
danışır, dodaq büzürlər. Növbə İsa peyğəmbərə çatanda, o söyləyir ki, heç
inci də bu itin dişləri qədər ağ ola bilməz. Bu sözlər hər kəsi heyran edir,
hamı başını aşağı dikib gedir, çünki düşündüklərinə, danışdıqlarına görə
xəcalət çəkirlər.
Nizami özü xarakteri etibarilə həmişə,
hər yerdə hünər və gözəllik
axtarmış, tovuz quşunun əlvan rənginə baxmış, heç kəsdə eyib
axtarmamışdır. Dahi şairin misilsiz poeziyası, hekayədə olduğu kimi, orta
əsrlər cəmiyyətinin eybəcərliklərini göstərməklə bərabər, onun işıqlı və
təqdirəlayiq cəhətlərini də görmüş və əks etdirmişdir.
Nizami yaradıcılığının böyük idraki əhəmiyyəti də məhz bunda, həyatı
ziddiyyətli şəkildə göstərməsindədir. Şair "Sirlər xəzinəsi"ndə dövrün geniş
bədii mənzərəsini yaratmış, ən müxtəlif məsələlərdən danışmış, müxtəlif
təbəqələrin həyatından söhbət açmışdır. Əfsanəvi, tarixi şəxsiyyətlərdən
tutmuş müasir dövrün adi adamlarına qədər hamı burada əks olunmuşdur.
Peyğəmbərlər, şahlar, xəlifələr, ruhanilər, kəndlilər, kərpickəsənlər, əlsiz-
ayaqsız qarılar, avara,
tüfeyli şəhər gəncləri, yeniyetmə uşaqlar, darğalar,
oğrular, zəvvarlar, saray əyanları, yəhudi, atəşpərəst, müsəlman, xristianlar,
saray xidmətçiləri, sufilər, varlı şəhərlilər - Nizami poemasındakı adamların
ümumi və qısa siyahısı belədir. Ancaq dahi şair ilk poemasında bununla da
kifayətlənmir. Adəmdən başlamış müasirlərinə qədər insanlığı bütün keçmişi,
bu günü və sabahı ilə əks etdirməyə çalışan şair insanı yaşadığı təbiətdən,
canlı və cansız aləmdən təcrid olunmuş şəkildə deyil, onunla birlikdə təsvir
edir. Şair nədən danışırsa danışsın, onu müasir həyat,
müasir insanlar
düşündürür, haqsızlıq, ədalətsizlik, zülm və özbaşınalıq hökm sürən bu
dövrünsə adamları əsasən məhdud görüşlü,