Microsoft Word ocerkler son 'sas doc



Yüklə 2,44 Mb.
Pdf görüntüsü
səhifə27/134
tarix01.07.2018
ölçüsü2,44 Mb.
#52546
1   ...   23   24   25   26   27   28   29   30   ...   134

Azərbaycan Tarixi 
 
 
105 
 
 
 
VIII FßSÈL 
 
BABƏKİN BAŞÇILIĞI  ALTINDA AZƏRBAYCAN 
XALQININ AZADLIQ MÜHARİBƏSI 
 
8.1. Xürrəmilər hərəkatı. VIII əsrin ortalarında Xilafət-
də Əməvilər sülaləsinin ağır vergi siyasəti, məmurların özbaşı-
nalığı,  əhalinin hüquqsuzluğu və istismarı, yerli feodalların 
mülklərinin və imtiyazlarının məhdudlaşdırılması, güclü ərəb-
ləşdirmə  və başqa sosial səbəblər Azərbaycanda ümumxalq 
qəzəbini artırdı. Bu vaxt həm Əməvilər sarayında, həm də Xila-
fətə tabe olan ölkələrin hakim dairələrində dərin daxili mübari-
zə gedirdi. Xilafətə qarşı çıxışlar geniş vüsət alaraq ayrı-ayrı öl-
kələrdə xalq üsyanlarına çevrilirdi. Azərbaycanda Xilafətə qarşı 
ilk güclü üsyan 748-ci ildə Beyləqanda başladı. 752-ci ilə qədər 
davam edən bu üsyan Bərdə  və  Ərdəbilə  də yayıldı. Üsyanda 
əhalinin bütün sosial təbəqələri iştirak edirdi. Üsyana yerli feo-
dallar başçılıq edirdi. Xilafət bu üsyanı  çətinliklə yatıra bildi. 
Lakin xalq kütlələrinin qəzəbi səngiməyib Xilafətə qarşı daha 
mütəşəkkil xalq hərəkatının yaranmasına səbəb oldu. 
Xilafətə qarşı xalq çıxışlarının ən qüdrətlisi Babəkin baş-
çılığı altında azadlıq müharibəsi olmuşdur. Bu müharibə tarixdə 
xürrəmilər hərəkatı adı ilə tanınan Azərbaycan xalqının  ərəb 
istilasına etiraz çıxışları ilə  əlaqədardır. Xilafətə qarşı xalqın 
geniş hərəkatı olan xürrəmilərin çıxışlarının nə vaxt başlanması 
tarixi dəqiq deyildir. Orta əsrlər  ərəb müəllifi Təbəri isə 
xürrəmilər hərəkatının başlanmasını 778/779-cu ilə aid edir. 
Xürrəmilər hərəkatının adı haqqında da müxtəlif fikirlər 
vardır. Əksər tədqiqatçılar IX-X əsrlər müəlliflərinin fikirlərinə 
əsaslanaraq belə hesab edirlər  ki, xürrəmilər hərəkatı öz adını 
Qəzənfər Rəcəbli 
 
 
106
Ərdəbil  şəhəri yaxınlığındakı Xürrəm kəndinin adından 
götürmüşdür. Xürrəm sözünün etimologiyasına gəldikdə isə 
xalq arasında “şən”, “şad” adamlara xürrəm deyilməsi ilə izah 
etmək olar.  Əlbəttə, “xürrəm” sözünün fars dilindəki “xür” 
(“od”) və "Xvar" (“Günəş”) sözlərindən əmələ gəldiyini iddiya 
edənlər də vardır. Xürrəmilər hərəkatının üzərinə kölgə salıb, 
ona qarşı nifrət yaratmaq məqsədi güdən belə müəlliflər xürrə-
milər təlimini atəşpərəstlik ilə əlaqələndirməyə cəhd göstərirlər. 
Onlar xürrəmilərin halal-haram nə olduğunu bilmədiklərini, ya-
xın qohumla evləndiklərini və  əxlaqi məsələlərdə qeyri-ciddi 
olduqlarını iddia edirlər. 
Xalqın azadlığı  uğrunda mübarizə aparan xürrəmilər, 
azadlıq rəmzi olan qırmızı bayraq altında birləşmişdilər. Onlar 
insanın insan tərəfindən istismarına qarşı  çıxır və sosial bəra-
bərlik təbliğ edirdilər.  
Xürrəmilərin tanınmış rəhbərlərindən biri Bəzz qalasının 
sahibi, kiçik feodal Cavidan olmuşdur. Cavidan ilə digər kiçik 
feodal  Əbu  İmran atrasında hərəkata rəhbərlik etmək üstündə 
mübarizə gedirdi. Qaynaqlardan birində  xəbər verilir ki, onlar 
yaz və yay aylarında daim bir-biri ilə vuruşurdular, yalnız payız 
və  qış aylarında hərə öz qalasına çəkilib təsərrüfat işləri ilə 
məşğul olmuşlar. Belə vuruşların birində Cavidan və  Əbu 
İmran ağır yaralanır və həlak olurlar. Cavidanı onun köməkçisi 
və silahdaşı Babək əvəz edib xürrəmi dəstələrini birləşdirir və 
hərəkatın rəhbəri olur. Bu vaxt onun 18 yaşı vardı.  
Qaynaqların verdiyi məlumata görə kiçik feodal 
Cavidanın böyük qoyun sürüləri vardı. O, qoyunlarını satmaq 
üçün Zəncam  şəhərinə gedərdi. Belə  səfərlərdən birində 
Cavidan Babək ilə tanış olur və onu Bəzz qalasına aparır. 
İgidliyi və  zəkası ilə  fərqlənən Babək qısa zamanda hamının 
rəğbətini qazanır və Cavidanın silahdaşına çevrilir. 816-cı ildə 
Cavidan həlak olduqdan sonra Babək Cavidanın vəsiyyətinə 
rəğmən xürrəmilərin başçısı olur. Xürrəmilər hərəkatı 60 ildən 
çox bir dövrü əhatə edir. Bu dövrün üçdə bir hissəsində 


Azərbaycan Tarixi 
 
 
107 
xürrəmilərin mübarizəsinə Babək başçılıq etmişdir. Adı 
xalqımızın qəhrəmanlıq rəmzinə çevrilmiş Babək zəmanəsinin 
böyük sərkərdəsi və görkəmli siyasi xadimi olmuşdur. 
Babək 798-ci ildə  Ərdəbil yaxınlığındakı Bilalaband 
kəndində anadan olmuşdur. Yağ alveri ilə  məşğul olan atası, 
əslən mədainli olan Abdulla kişi, Babək hələ bir yaşında ikən 
vəfat etmişdi. Anası Bərumənd dövlətlilərin evində qulluqçuluq 
etməklə ailəni saxlamış, uşaqlarını böyütmüşdü. Babək 
böyüdükdə bir neçə il çobanlıq etmişdi. Sonra o, Təbriz 
şəhərinə gedərək sənəkrar yanında şagird qalmışdı. Daha sonra 
isə Babək anasının yanına qayıdır. Elə bu vaxt o, Zəncan 
bazarında Cavidan ilə tanış olur. Qoyunları satdıqdan sonra 
Babəkgildə gecələyən Cavidan Babəkin cəsur və  zəkalı  gənc 
olduğunu görür və anasından icazə alıb onu özü ilə  Bəzz 
qalasına aparır. Beləliklə, Babək xürrəmilərə qoşulur, onların 
təlimi ilə tanış olur və azadlıq uğrunda mübarizə çevrilir.  
8.2. Babəkin başçılğı altında Azərbaycan xalqının 
azadlıq müharibəsi. Babək xürrəmilərin başçısı olanadək, yəni 
816-cı ilədək xürrəmilər Xilafət üçün o qədər də  təhlükəli 
qüvvə deyildilər. Onlar yalnız  ərəb istilaçılarının ayrı-ayrı 
nümayəndələrini öldürür, yaxud əmlaklarını  əllərindən alıb 
ölkədən qovurdular. Bu da Xilafəti ciddi narahat etmirdi. 
Babək isə xürrəmilərin başçısı olduqdan sonra Xilafətə 
qarşı üsyan qaldırdı. O, üsyan üçün əlverişli vaxt seçdi. 
Xilafətdə taxt-tac üstündə Əmin və Məmun qardaşları arasında 
gedən mübarizə hakimiyyətin başını paytaxtdakı hadisələrlə 
qatmış, şimal ölkələrindəki hadisələrdən diqqətini yayındırmış-
dı. Babək belə vəziyyətdən istifadə edib Xilafət hakimiyyətinə 
qarşı üsyan bayrağı qaldırdı. Xilafət ilk vaxtlar Babək üzərinə 
xüsusi nizami ordu göndərməyib Azərbaycandakı  hərbi hissə-
lərin qüvvələrindən istifadə edirdi. Lakin üsyan getdikcə geniş-
lənir və Xilafət üçün qorxulu bir qüvvəyə çevrilirdi. Xilafətdə 
taxt-taca yiyələnəndən sonra xəlifə  Məmun xürrəmilərin 
üsyanının Xilafət üçün qorxulu bir təhlükə olduğunu dərk edib 
Qəzənfər Rəcəbli 
 
 
108
ona ciddi münasibət bəslədi. Xəlifə Məmun 819-cu ildə Babəkə 
qarşı  sərkərdə  Yəhya ibn Müəzin başçılığı altında ilk nizami 
ordu göndərdi. Üsyançılar bu ordunu məğlub etdilər.  İlk qələ-
bədən sonra üsyançılar dəfələrlə üzərlərinə göndərilən Xilafət 
ordularını əzib, sərkərdələrini əsir götürdülər. Beləliklə, Xilafə-
tin hakimiyyətinə qarşı Babəkin başçılığı altında xürrəmilərin qal-
dırdığı üsyan 20 il davam edən azadlıq müharibəsinə çevrildi. 
Azərbaycan və qonşu ölkələrin Xilafət hakimiyyətindən 
narazı olan kəndliləri hər tərəfdən axışıb Bəzz qalasına gələrək 
Babəkin bayrağı altında birləşirdilər. Orta əslər  ərəb müəllifi 
Yaqubun yazdığına görə  Cənubi Azərbaycan ilə Arran (Alba-
niya) arasında yerləşən Bəzz qalası üsyançıların mərkəz şəhəri-
nə - paytaxtına çevrilmişdi. 821-822-ci illərdə Babək ordusu 
ərəblərin bir neçə ordusunu məğlub edərək Arsax, Uti, 
Beyləqan, Şəki və başqa ölkələri ərəb istilasından azad etdi. Bu 
ölkələrin xristian əhalisi azadlıq mübarizəsində üsyançılar 
tərəfindən döyüşlərdə fəal iştirak edirdilər. Üsyançıların müvəf-
fəqiyyətlərini görən yerli hakimlərin bir çoxu da Babəkin bay-
rağı altına keçirdilər. 
Xəlifə 827-ci ildə Babəkə qarşı məşhur sərkərdə Məhəm-
məd ibn Hüveydin başçılığı altında 150 min nəfərlik böyük bir 
ordu göndərdi. Məhəmməd Babəkin ordusuna ciddi münasibət 
bəsləyərək döyüşə iki il hazırlaşdı  və 829-cu il iyunun 3-də 
Həştadsər adlı yerdə xürrəmilərlə  həlledici döyüşə girdi. 
Ərəblər bu döyüşə böyük ümüd bəsləyirdilər. Onlar qələbə 
çalıb Bəzz qalasını alacaqlarını  zənn edirdilər. Lakin onların 
ümidi boşa çıxdı. Babəkin sərkərdəlik məharəti nəticəsində 
azadlıq ordusu qələbə çaldı,  ərəb ordusu 30 min nəfər itirərək 
geri çəkilməyə məcbur oldu. Sərkərdə Məhəmməd ibn Hüveyd 
də həlak oldu. Onun ölümü xəlifə Məmuna ağır təsir göstərdi. 
Babək ordusu sürətlə irəliləyərək 830-cu ildə strateji əhə-
miyyəti olan Həmədan  şəhərini azad etdi. Xilafətin paytaxtını 
şərq torpaqları ilə birləşdirən yol Həmədandan keçirdi. Ona 


Yüklə 2,44 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə