Microsoft Word ocerkler son 'sas doc



Yüklə 2,44 Mb.
Pdf görüntüsü
səhifə28/134
tarix01.07.2018
ölçüsü2,44 Mb.
#52546
1   ...   24   25   26   27   28   29   30   31   ...   134

Azərbaycan Tarixi 
 
 
109 
görə  də Xilafət orduları üzərində Babəkin sayca bu beşinci 
qələbəsinin böyük əhəmiyyəti vardı. 
IX əsrin 30-cu illərinin başlanğıcında xürrəmilər hərəkatı 
daha da genişlənərək İranın, İsfahan, Fars və Kuhistan vilayət-
lərini də bürüdü. 15 illik hakimiyyəti dövründə xürrəmilərə qar-
şı müharibədə daim məğlubiyyətə uğrayan xəlifə Məmunu Ba-
bək orduları vahiməyə salmışdı. Babəki Xilafət üçün ən böyük 
təhükəli düşmən sayan xəlifə Məmun 833-cü ildə vəfat edərkən 
onu əvəz edən qardaşı xəlifə Mütəssimə vəsiyyətində demişdi: 
“Xürrəmilərə qarşı müharibəyə  qətiyyətli və amansız adam 
göndər, ona pulla, silahla, atlı  və ya piyada qoşunlarla, səbrlə 
yardım et. Müharibə uzanarsa tərəfdarların və yaxın adam-
larınla özün onlara qarşı get.” Yeni xəlifə Mütəssim qardaşının 
vəsiyyətinə  əməl edərək Babəkə qarşı müharibəyə ciddi 
hazırlaşmağa başladı. Xəlifə Mütəssim yaxşı anlayırdı ki, 
Babək orduları ilə müharibəyə soyuq yanaşmaq Xilafətin öz 
varlığı üçün təhlükə yarada bilər. 
833-cü ildə Cibal vilayətindən gəlmiş yeni silahlı 
qüvvələr xürrəmilərə qoşularaq Həmədan bölgəsində düşərgə 
saldılar. Xəlifə Mütəssim sərkərdə İshaq ibn İbrahimin başçılıq 
etdiyi ordunu onlara qarşı göndərdi. Həmədan yaxınlığında 
döyüşdə  ərəb ordusu qələbə çaldı. Döyüşdə üsyançılardan 60 
min nəfər həlak oldu. Məğlubiyyətə  uğramış üsyançıların 14 
min nəfərdən ibarət qalıqları  sərkərdə  Nəsr başda olmaqla 
Bizansa qaçdılar. Qaynaqların məlumatına görə onlar 
xristianlığı  qəbul edərək Bizans qoşunlarının Xilafətə qarşı 
müharibəsində fəal iştirak etdilər. 
Həmədan döyüşündən sonra xəlifə Mütəssim başa düşdü 
ki, Babək kimi təhlükəli və güclü rəqib üzərində qələbə çalmaq 
üçün Bizans ilə müharibəni müvəqqəti olaraq dayandırmaq 
lazımdır. Bizansla aparılan danışıqlar nəticəsində Xilafət 
Bizans cəbhəsində  əldə edilmiş dörd illik sakitlik xəlifə 
Mütəssimə Xilafətin bütün qüvvələrini Babəkə qarşı müharibə 
üçün səfərbər etməyə imkan verdi. 
Qəzənfər Rəcəbli 
 
 
110
Xəlifə Mütəssim Babəkə qarşı uzunmüddətli müharibəyə 
hazırlaşmağa başladı. O, Xilafətin yeni paytaxtı Samirə ilə Ər-
dəbil arasındakı, müharibə vaxtı dağıdılmış bütün şəhər və 
qalaları  bərpa etdirdi. Onlarda hərbi hissələr yerləşdirdi və 
müşahidə qüllələri tikdirdi. Ərdəbil ilə Samirə arasında rabitə 
sistemi yenidən quruldu. Atlı qasidlər komandanlığın məlumat-
larını dörd gün ərzində  Xəlifəyə çatdıra bilərdilər. Müharibə 
tarixində ilk dəfə olaraq Samirə  İlə  Ərdəbil arasında poçt gö-
yərçinlərindən istifadə edildi. Yalnız uzunmüddətli müharibəyə 
ciddi hazırlıq tədbirləri başa çatdıqdan sonra 835-ci ildə xəlifə 
Mütəssim, Misir ilə müharibə zamanı xüsusi fərqlənmiş 
sərkərdə Afşir Heydər ibn Kavusu Babək üzərinə göndəriləcək 
bütün orduların baş komandanı təyin etdi. 
Ərdəbilə  gələn baş komandan öz qərargahını  Bəzz qala-
sına yaxın yerdə dağ ətəyindəki Bərzənd yaşayış məntəqəsində 
yerləşdirdi. O, qərargah ilə Ərdəbil arasındakı qalaları bərpa et-
dirib möhkəmləndirdi. 
Bu müddət ərzində Babək ordusunun dəstələri fəaliyyət-
siz qalmamışdılar. Müaviyyənin başçılıq etdiyi bu dəstələrfən 
biri  ərəb sərkərdəsi  Əbu Səid Məhəmmədin ordusuna hücum 
edərək xeyli döyüşçüsünü əsir götürdü. Öz qüvvələrini yenidən 
toplayan  Əbu Səid Bəzzə  tərəf çəkilən Müaviyyənin dəstəsi 
üzərinə hücum edib onu məğlub etdi. Bu Afsimin nizami 
ordusunun Babəkin dəstələri üzərində ilk qələbəsi idi. Bu 
məğlubiyyət öz xüsusi mülahizələri və  məqsədləri ilə vaxtıilə 
Babəkə qoşulmuş  bəzi yerli hakimlərin ondan uzaqlaşmasına 
səbəb oldu. Onlardan biri Təbriz hakimi Məhəmməd idi. O, 
qaynatası Babəkin məğlub olacağından ehtiyat edərək ondan 
aralandı  və  hətta Babəkin sərkərdələrindən biri olan İsmanın 
dəstəsi üzərinə hücum edib onu məğlub etdi. İsmanın özünü isə 
tutub xəlifənin hüzuruna göndərdi. İsma ona verilən işgəncələrə 
dözməyərək Babəklə mübarizədə  ərəblərə kömək etməyə 
razılıq verdi. Ərəb müəllifi Təbərinin fikrinə görə bu xəyanət 
Babəkə vurulan ağır zərbə idi. 


Azərbaycan Tarixi 
 
 
111 
Bütün 835-ci il boyu Afşin Bəzz qalası ətrafındakı məntə-
qələrin möhkəmləndirilməsi işini davam etdirir və vaxtaşırı Ba-
bəkin dəstələrinə  həmlələr edirdi. Belə döyüşlər gah Afşinin 
dəstələrinin, gah da Babəkin dəstələrinin qələbəsi ilə başa çatır-
dı. Doğma yerlərə yaxşı bələd olan xürrəmilər Afşinin qoşunla-
rın  ərzaq və  hərbi sursat gətirən karvanların yolunu kəsərək 
ərəb ordusunun təchizatı üçün maneələr törədirdilər. 
836-cı ildə Həştadsər dağı yaxınlığında yeni böyük döyüş 
oldu.  Ərəb ordusuna Afşinin sərkərdələrindən biri Buğa baş-
çılıq edirdi. O, baş komandanın  əmrini gözləmədən hücuma 
keçdi və ağır məğlubiyyətə düçar oldu, öz canını zorla xilas edə 
bildi. 836-cı ilin qışında Babəkin ən yaxşı sərkərdələrindən biri 
Tarxanın öz malikanəsində  xəyanət nəticəsində öldürülməsin-
dən sonra babəkilər bir daha qələbə əldə edə bilmədiər. 
Afşin Babək və Təbəristan hakimi Məzyəd ilə danışıqlar 
apardığına görə Bəzz qalası üzərinə həlledici hücumu ləngidir-
di. Afşinin Babək və Məzyəd ilə son sövdləşməsi baş tutmadıq-
da  ərəb orduları  Bəzz qalasına lap yaxınlaşıb onu mühasirəyə 
aldılar. Afşin xəlifə ilə razılaşıb Babəkə sülh təklif etdi. Afşin 
elə hesab edirdi ki, Babək kimi bir sərkərdənin gücündən 
Bizansla müharibədə istifadə etmək olar. O xəlifənin adından 
Babəkə böyük vəzifə, imtiyazlar və hədiyyələr təklif etdi. Lakin 
Afşinin bütün cəhdlərinə baxmayaraq Babək əqidəsindən dön-
mədi, Vətənin istiqlaliyyətini  şəxsi xoşbəxtliyinə qurban ver-
mədi. O, Xilafət ilə sülhü xalqına xəyanət kimi qiymətləndirə-
rək Afşinin təklifini rədd etdi. Babək ilə danışıqlar baş tutma-
dıqdan sonra Afşin Bəzz qalasına qəti hücum haqqında  əmr 
verdi. 
Bəzz qalasına qəti hücum 837-ci ilin avqustun 26-da 
başladı. Babəkin müttəfiqi Bizans imperatoru Teofil Babəkə 
kömək etmək məqsədilə 100 min nəfərlik qoşunla arxadan ərəb 
orduları üzərinə hücum etdi. Lakin Teofilin bu cəhdi Bəzz 
qalasının müdafiəçilərinə kömək etmədi.  Ərəb qoşunları  hər 
tərəfdən qalaya hücum edirdilər. Sərkərdələrdən Cəfər, Əhməd, 
Qəzənfər Rəcəbli 
 
 
112
Əbu Sübhan və başqalarının orduları hücumda daha çox 
fərqlənirdilər. Qalanın alınmasında daş atan və yanğın törədən 
hərb mancanaqlarından da istifadə edilirdi. 
Qalaya ilk olaraq türk mənşəli  ərəb sərkərdəsi Cəfərin 
ordusu daxil oldu. Öncə Afşinin sülh təklifini rədd edən Babək 
yalnız bu zaman Afşinə müraciət edərək özü və ailəsi üçün 
aman istədi. Afşin, adları qabaqcadan bildirilmiş girovların 
göndərilməsi  şərtilə onun xahişinə razılıq verdi. Lakin həmin 
məqamda Afşinin istədiyi girovlar döyüş meydanında 
olduqlarına görə Babəkin onları Afşinə girov kimi göndərmək 
imkanı yox idi. 
Afşin Bəzz qalasının yandırıb yerlə-yeksan edilməsi 
haqqında sərəncam verdi. Yandirilan Bəzz qalasının alovları 
böyük məşəli xatırladırdı. Bəzz qalasının alınması döyüşlərində 
80 min nəfər xürrəmi öldürülmüş, 7 min nəfər  əsir alınmışdı. 
Əsir alınanlar arasında Babəkin oğulları və onların ailə üzvləri 
də vardı. Babək özü isə tacir libasınla qaladan çıxaraq Həştad-
sər dağı  ətəyindəki qalın meşəlik və  sıx kollarla örtülmüş ba-
taqlıq dərədə gizlənə bilmişdi. Afşin bütün yolların nəzarət altı-
na alınması haqqında sərəncam verdi və Azərbaycanın həm şi-
mal, həm də cənub şəhərlərinə məktub göndərərək, Babəki tu-
tub Xilafətə təhvil verənə böyük mükafat vəd verdi. 
Babək bir müddət bataqlıqda qaldıqdan sonra ərzağı qur-
tardığına görə dərədən çıxıb Albaniyanın Sünik vilayətinə gəlir 
və bir bulaq başında düşərgə salır. Sünik hakimi Səhl Sumbat 
bundan xəbər tutub Babəki sarayına dəvət edərək, yazda ona 
Bizansa getməyə kömək edəcəyini vəd edir. Vaxtilə Babəkin 
müttəfiqi olmuş  Səhl gizlicə Afşinə  xəbər göndərib Babəkin 
onun sarayında olduğunu bildirir. Babək və qardaşı Abdulla 
Afşinin göndərdiyi sərkərdə Əbu Sac Dibdad tərəfindən tutulub 
837-ci il sentyabrın 15-də Bərzənd şəhərinə gətirilir. Afşin Ba-
bəki Samirəyə yola salmazdan qabaq öncə onun bir xahişini 
yerinə yetirir, dağılmış  və yerlə-yeksan edilmiş  Bəzz qalasını 
ona göstərir. Babək 838-ci il yanvarın 4-də (bəzi qaynaqlara 


Yüklə 2,44 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə