Microsoft Word ocerkler son 'sas doc



Yüklə 2,44 Mb.
Pdf görüntüsü
səhifə26/134
tarix01.07.2018
ölçüsü2,44 Mb.
#52546
1   ...   22   23   24   25   26   27   28   29   ...   134

Azərbaycan Tarixi 
 
 
101 
Xaqanı ilə sülh bağlamağa məcbur olur və xaqanın qızı ilə 
evlənib bu müqaviləni möhkəmləndirir. 
Cavanşirin Albaniyanın siyasi müstəqilliyini qorumaq 
naminə Xilafətə  və Xaqanlığa güzəştə getmək siyasəti bəzi 
yerli bütpərəst hakimlərin narazılığına səbəb olurdu. Onlar 
hökmdar Cavanşirə qarşı sui-qəsd hazırlayırlar. 680/681-ci ildə 
Alban hökmdarı Cavanşir sui-qəsd nəticəsində öldürülür. 
Cavanşirin ölümü Xəzər Xaqanlığı ilə bağlanmış sülhü təhlükə 
qarşısında qoyur. Xəzər Xaqanı kürəkəninin intiqamını almaq 
üçün Albaniyaya qoşun göndərir. Albaniyanın yeni hökmdarı 
Varaz Tridat çox çətinliklə olsa da Xaqanlıqla sülhü bərpa edib, 
Xəzər Xaqanlığının qoşunlarının ölkədən çıxarılmasına nail 
olur.  
Xilafət hökmdar Cavanşirin ölümündən sonra tədricən 
Albaniyanın müstəqilliyini məhdudlaşdırmağa başlayır. 715-ci 
ildə Albaniya vassal dövlət statusunu itirdi. Albaniyanın 
hökmdarı öz hakimiyyətini formal olaraq saxlayırdı.  Əslində 
isə ölkə  ərəb canişinləri tərəfindən idarə olunurdu. Beləliklə, 
şimallı – cənublu bütün Azərbaycan  ərəblərin hakimiyyəti 
altına düşdü. 
7.3. Azərbaycan xalqının müsəlmanlığı  qəbul etməsi. 
Xilafətin işğalına qədər Azərbaycan  əhalisi Sasani – Bizans 
müharibələrindən, xəzərlərin hücumlarından çox əziyyət 
çəkmişdi. Ona görə də xalq ərəb istilaçılarına gətirdikləri İslam 
dininin bərabərlik, səadət və  əmin-amanlıq vədlərinə inam və 
ümid bəsləyirdi.  
İlk vaxtlar ərəblər vergi və töycüləri toplamaqla kifayətlə-
nib xalqların dini inamlarına toxunmurdular və ölkədə  əmin-
amanlığı qoruyurdular. Həm də Azərbaycanda Xilafətin topla-
dığı vergi və töycülər Sasanilərin hakimiyyəti dövründəkindən 
xeyli az idi. Bu da xalqın ərəblərin gətirdiyi yeni dinə rəğbətini 
və inamını artırırdı.  
Ərəbistanda olduğu kimi Azərbaycanda da yalnız bütpə-
rəstlər zorla, yəni qılınc gücünə müsəlmanlaşdırılırdılar. Yerdə 
Qəzənfər Rəcəbli 
 
 
102
qalan  əhalidən isə  məbləği öncədən xəbər verilmiş vergidən 
başqa, heç bir əlavə vergi toplanmırdı.  Əhli-Kitab xalqlardan 
(müsəlmanlardan, xristianlardan və cuhudlardan), həmçinin 
atəşpərəst azərbaycanlılardan “cizyə” (can vergisi) yığılmırdı. 
Azərbaycanda öncə düzən bölgələrin əhalisi İslamı qəbul 
etmişdir. Çünki ərəblər əsasən düzən bölgələrdə məskunlaşmış-
lar. Ərəblər dağlıq şəraitə adət etmədiklərindən dağlıq bölgələrə 
getmir və onların dağlılara təsiri çox az idi. Azərbaycanda  İs-
lam dinini çox erkən vaxtlarda qəbul edənlər sırasında yerli feo-
dallar və hakimlər öndə gedirdilər; çünki onlar ərəblərin sima-
sında özlərinin sosial dayaqlarını görürdülər;  İslamı  qəbul et-
məklə onlar özlərinin mülklərini və torpaqlarını qorumuş olur-
dular.  Şəhərlərin  əhalisi kəndlərin  əhalisinə nisbətən müsəl-
manlığı daha tez qəbul edirdi. Çünki İslam ticarət və sənətkarlı-
ğın inkişafı üçün təminatlı şərait yaradırdı. 
Müsəlmanlıq Azərbaycanın cənub torpaqlarında  şimal 
vilayətlərinə nisbətən çox erkən qəbul edilmişdir. Bu da şimal 
vilayətlərinin  əhalisinin etnik baxımdan çox rəngarəng olması 
ilə bağlı idi. Etnik baxımdan fərqlənən müxtəlif soyların hər 
birinin öz inam, etiqad, adət-ənənələri var idi. Daxili qayda-
qanunların, etiqadların, adət-ənənələrin çox güclü olduğu müx-
təlif soylar İslamın qanunlarına çox ehtiyatla yanaşırdılar.  
Qaynaqlarda xəlifə  Əli (ə.) dövründə  ərəblərin kütləvi 
surətdə Azərbaycana köçürülməsi barədə və onlara yerli əhalini 
İslama daha fəal dəvət etmək tapşırığı verilməsi barədə  məlu-
mat vardır. Məhz, bu dövrdə Azərbaycanın cənub torpaqlarına 
hakim təyin edilmiş əl-Əşas ibn Qeys Ərdəbil şəhərində cümə 
məscidi tikdirdi. Bu Azərbaycanda ilk müsəlman məscidi idi. 
Azərbaycanda ilk müsəlman məscidləri  əsasən  ərəblərin 
məskunlaşdıqları şəhərlərdə tikilirdi. Sonralar isə Azərbaycanın 
hər bir yaşayış  məntəqəsində  məscidlər tikilməyə başladı. Bu 
məscidlər yerli əhalinin  İslamı  qəbul etməsində  fəal rol 
oynayırdılar. Beləliklə, ilk ərəb istilasından keçən təqribən üç 


Azərbaycan Tarixi 
 
 
103 
əsr  ərzində bütün Azərbaycanda  əhalinin  əksəriyyəti  İslamı 
qəbul etdi.  
Ərəblərin Azərbaycana gəlmələri Xilafət tərəflərindən 
aparılan işğalçılıq müharibəsinin nəticəsində baş vermişdi. Bu 
baxımdan Xilafətin istilaları bir tarixi hadisə kimi 
pislənməlidir. Lakin tarixdə baş verən digər istilalardan fərqli 
olaraq, Xilafətin Azərbaycanı istilası həm niyyətinə görə, həm 
də sosial-siyasi nəticələrinə görə çox müsbət, mütərəqqi tarixi 
hadisə idi.  
Xilafət istilalarının niyyəti yeni və ən mütərəqqi din olan 
İslamı yaymaq idi. Ərəb istilalarının nəticəsi olaraq Azərbaycan 
xalqı daha mütərəqqi din olan İslamı qəbul etdi, onun dünyada 
ən kamil sayılan  əxlaq normalarına yiyələndi. Bu istila 
nəticəsində  İslam dini bütün Azərbaycanı vahid dövlət 
tərkibində birləşdirdi. Bu da bir tərəfdən Azərbaycanı böyük 
müsəlman ölkələri iqtisadi bazarına qoşdu, bu bazar vasitəsilə 
dünya iqtisadi bazarına çıxardı ki, nəticədə Azərbaycan 
iqtisadiyyatı daha sürətlə inkişaf etmək imkanına nail oldu. 
Digər tərəfdən Azərbaycanda çox saylı etnosların və soyların 
vahid din vasitəsilə qaynayıb-qarışmasına və vahid Azərbaycan 
xalqının təşəkkülü prosesinin sürətlənməsinə şərait yaratdı. 
İslam dinini qəbul etməkdə Azərbaycan xalqı böyük 
müsəlman mədəniyyətinə qovuşdu. Müsəlman mədəniyyəti isə 
təxminən min illik bir tarixi dövrdə dünyada mədəni birinciliyi 
əlində saxlamışdır. Azərbaycan xalqı müsəlman mədəniyyəti 
dünyasına daxil olmaqla ondan çox şeylər  əxz eləmiş, 
bəhrələnmiş  və öz növbəsində onun zənginləşməsində  fəal 
iştirak etmişdir. Müsəlman mədəni dünyasının nümayəndələri 
olan azərbaycanlılar dünya ədəbiyyatının, incəsənətinin və 
elminin inkişafına təsir göstərmiş, öz qiymətli töhfələri ilə onu 
zənginləşdirmiş  və ümumbəşəri mədəniyyətin yaradılmasının 
iştirakçıları olmuşlar. 
 
Qəzənfər Rəcəbli 
 
 
104
Ədəbiyyat: 
 
1. Azərbaycan tarixi. 7 cilddə, 2-ci cild. s.84-236. 
2. Azərbaycan tarixi. Dərslik. s. 236-256. 
3. Z.M.Bünyadov. Azərbaycan VII-IX əsrlərdə. Bakı. 
1989. 
4. N.Vəlixanlı. Ərəb Xilafəti və Azərbaycan. Bakı, 1993.     
 
 
 
 
 


Yüklə 2,44 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə