Azərbaycan Tarixi
213
XVIII əsrin II yarısında vəziyyət bir qədər dəyişir. Ölkə
qonşu böyük dövlətlərin hücumlarından
müəyyən müddət xilas
olub azad nəfəs alır. Yalnız 1795-1797-ci illərdə İran tərəfindən
hərbi müdaxilə olmuşdur. Əlbəttə zəhmətkeş kütlələrin yerli
feodallar tərəfindən istismarı davam edirdi. Qonşu xanların və
quldur dəstələrinin soyğunçu basqınları da davam edirdi. Bu da
ayrı-ayrı bölgələrdə bütöv təsərrüfat sahələrinin tənəzzülünə
səbəb olurdu. Məsələn, 1772-ci ildə Ağası xanın silahlı
dəstələrinin qarətçi hücumları nəticəsində Salyanda balıqçılıq
təsərrüfatı tamamilə tənəzzülə uğramışdı. Rus konsulunun
məlumatında deyilirdi ki, Lənkəranda baramaçılığı inkişaf
etdirməklə bir xeyli miqdarda ipək istehsal etməyə imkan
vardır. Lakin Gilandan olan quldurların basqınları buna imkan
vermir. Lənkərandan 17 ucrs məsafədə məskən salmış quldur
dəstələri tez-tez basqın edir, tut ağaclarını qırır, Təbrizdən və
Ərdəbildən gələn ticarət karvanlarını qarət edirdilər.
Bütün bunlara baxmayaraq xanlıqlar
dövründə Azərbay-
canın təsərrüfat-iqtisadi həyatı XVIII əsrin I yarısı ilə müqayi-
sədə II yarısında xeyli inkişaf edir. Bunu prof. İ.Petruşevski və
prof. H.Abdullayevin tədqiqatları sübut edir. İ.Petruşevski ayrı-
ayrı xanların ölkənin məhsuldar qüvvələrini bərpa etməyə çalış-
dıqlarını, Şuşa, Şəki, Quba, İrəvan kimi şəhərlərin inkişaf etdi-
yini qeyd edir. Əlbəttə İ.Petruşevski bunu təsdiq etmək üçün
konkret faktlar gətirmir, yalnız elmi fərziyyələrlə məhdudlaşır.
Prof. H.Abdullayevin əsəri isə belə faktlarla zəngindir.
Azərbaycan iqtisadiyyatının əsas sahələri əkinçilik və
maldarlıq idi. XVIII əsrdə ölkənin ayrı-ayrı bölgələri arasında
təsərrüfat ixtisaslaşması davam edirdi. Gəncə, Qazax, Şamaxı,
Quba, Şəki, Aran Qarabağ bölgələrində əkinçiliyin daha çox
inkişaf etmiş sahəsi taxılçılıq (buğda və arpa) idi. Talış və
Bərquşat bölgələri isə çəltik istehsalı ilə məşhur idilər.
Abşeronda – zəfəran, Gəncə, Şamaxı, Qarabağ və Dərbəndə –
üzümçülük inkişaf etmişdi. Gəncə, Şamaxı, Şəki,
Qəbələ və
Təbriz əsas ipəkçilik rayonları idilər.
Qəzənfər Rəcəbli
214
Xanlıqlar dövründə qiymətli texniki bitkilərin əkin
sahələri o qədər də böyük deyildi. Pambıqçılıq. İpəkçilik və
üzümçülüklə, əsasən varlı kəndlilərin və bəylərin təsərrüfat-
larında məşğul olurdular. Şamaxı, Cavad, Qazax, Aran
Qarabağ, Gəncə, Talış, Salyan və b. bölgələrdə süni suvarma
şəbəkələrindən istifadə edilirdi.
Maldarlıq Azərbaycanın təsərrüfat həyatında ikinci yeri
tuturdu. Əhalinin əksər
hissəsi həm əkinçilik, həm də
maldarlıqla məşğul olurdu. Bu, xüsusilə, Qarabağ, Şamaxı,
Təbriz və Naxçıvan üçün daha çox xarakterik idi.
Xəzər sahili bölgələrdə, Şəki və Gəncə xanlıqlarında
balıqçılıq təsərrüfatı da əhalinin həyatında mühüm yer tuturdu.
Sənaye sahələrindən Abşeronda neft, Daşkəsəndə dəmir,
Gədəbəydə mis, Qubanın Sahdağ rayonunda gümüş istehsalını
qeyd etmək olar.
Xanlıqların şəhərlərində sənətkarlıq
və ticarət də inkişaf
edirdi. Şamaxı, Şəki və Basqalda ipək parçalar hazırlayan
sənətkarlıq, Lahıcda mis qab-qacaq, xəncər, qılınc, çaxmaqlı
silah istehsalı sənətkarlığı, Qubada xalçaçılıq, Bakıda boyaq-
çılıq, Lənkəranda dulusçuluq, həsirçilik və s. hörmə sənətkar-
lığı, ağac qab-qacaq istehsalı sənətkarlığı, Qarabağ və Naxçı-
vanda xalçaçılıq və dəridən şeylər hazırlayan sənətkarlıq,
Təbriz və Ərdəbildə yun və ipək parçalar, zərgərlik məmulatı
hazırlayan sənətkarlıq sahələri xeyli inkişaf etmişdi.
Xanlıqlar dövründə Azərbaycanda feodal torpaq mülkiy-
yəti formalarında bəzi dəyişikliklər baş verdi.
Hələ Sasanilər
dövründən mövcud olan divanı və xassə kimi torpaq üzərində
mülkiyyət formaları xanlıqlar dövründə aradan çıxdı. Onların
hər ikisi xan torpaqları adlanmağa başladı. Divani torpaqlarının
hesabına xüsusi torpaq mülkiyyəti forması artmağa başladı.
Torpaq sahibliyinin formalarından biri mülk idi. Mülk
feodalın, xana xidmətdən asılı olmayaraq, xüsusi mülkiyyəti
idi. Onun sahibinə mülkədar deyilirdi. Azərbaycanda feodal
torpaq sahibliyinin formalarından biri də tiyul idi. Tiyul xana
Azərbaycan Tarixi
215
xidmətə görə feodala istifadə üçün verilən şərti torpaq sahibliyi
idi. Xanlıqlar dövründə tədricən şərti
feodal torpaq sahibliyi
tiylun mülkə çevrilməsi prosesi gedirdi.
Ədəbiyyat:
1.
Azərbaycan tarixi. 7 cilddə, 3-cü cild, s. 404-439.
2. Azərbaycan tarixi. Dərslik, s. 522-568.
3. E.Babazadə. Gəncə xanlığı. Bakı, 2012.
4. F.Əliyev. Naxçıvan xanlığı. Bakı, 1996.
5. M.İsmayılov və M.Bağırova. Şəki xanlığı. Bakı, 1997.
6. C.Mustafayev. Xanlıqlar dövründə Azərbaycanda
sənətkarlıq. Bakı, 2009.
Qəzənfər Rəcəbli
216
XIV FßSÈL
ORTA ƏSRLƏR AZƏRBAYCAN
MƏDƏNİYYƏTİ
14.1. XI-XVIII əsrlərdə Azərbaycanda maarif, elm və
fəlsəfə. Azərbaycan xalqı dünyanın ən qədim xalqlarından
biridir. Xalqımız əsrlər boyu yüksək mədəniyyət yaratmışdır.
Xalqımız yaratdığı mədəniyyət inciləri ilə bəşər mədəniyyətini
zənginləşdirmişdir.
Bütün müsəlman dünyasında olduğu kimi Azərbaycanda
da təhsil və elm XI-XII əsrlərdə yüksək
inkişaf səviyyəsinə
çatmışdı. Bu dövrdə Azərbaycanın paytaxt şəhərləri Təbriz və
Şamaxıda, həmçinin Naxçıvan, Gəncə, Beyləqan, Bakı və baş-
qa iri şəhərlərdə görkəmli elm xadimləri yaşamış və yarat-
mışlar. Onlar elmin müxtəlif sahələrə hələ bölünmədiyi bir
dövrdə elmi biliklərin bütün məcmusuna sahib olan şəxslər idi-
lər. Belə şəxslərə xalq alim, yaxud şeyx deyirdi. Təbiidir ki, be-
lə alimlərin yetişməsi üçün mükəmməl təhsil sistemi olmuşdur.
XI-XII əsrlərdə Azərbaycanda
təhsil və elm sahəsində
çalışan şəxsləri Şirvanşahlar və Eldəgəzlər dövlətlərinin hökm-
darları himayə edirdilər. Monqol əsarəti Azərbaycana müəyyən
zərbə vurmuş, maarifin və elmin inkişafını ləngitmişdi. Lakin
monqollar istər-istəməz yerli mədəniyyəti qəbul etməli olmuş-
dular. Odur ki, Azərbaycan hətta monqol işğalı dövründə də
Şərqin ən mühüm mədəniyyət mərkəzlərindən biri olaraq qal-
mışdı.
XIV əsrin əvvəllərində Təbrizin şimal-şərqində yerləşən
Rəbi-Rəşididə təsis edilmiş Darülfünün Bağdadın “Nizamiyyə”
mədrəsəsindən sonra Yaxın və Orta Şərqin ən böyük ali təhsil