Azərbaycan Tarixi
201
İranın
Gilan vilayətində Hidayət xan, İsfahan vilayətində
isə bəxtiyarlar tayfasının başçısı Əlimərdan xan və zəndlər
tayfasının başçısı Kərim xan özlərini hakim elan etmişdilər.
1753-cü ildə Kərim xan Zənd Əlimərdan xanı öldürüb İranın
cənubunu özünə tabe etdi. Sonra o, qacarlarla mübarizəyə
başladı. 1758-ci ildə bu mübarizə Məhəmməd Həsən xan
Qacarın öldürülməsi ilə qurtardı. 1760-cı ilə yaxın Kərim xan
Zənd öz hakimiyyətini İranın xeyli hissəsinə yaya bildi.
Məhəmməd Həsən xanın ölümündən sonra Urmu və
Təbrizi ələ keçirmiş Fətəli xan Əfşar Cənubi Azərbaycan
torpaqlarını özünə tabe etməyə cəhd göstərdi. Lakin o, Kərim
xan Zəndə məğlub oldu. Kərim xan
Zənd öz hakimiyyətini
Təbriz, Marağa, Xoy və Salmasa da yaydı. Sonra o, 9 aylıq
mühasirə nəticəsində Urmunu da tutub 1779-cu ilə qədər, yəni
ölümünə qədər Cənubi Azərbaycan xanlıqlarının hamısını
özünə tabe etdi.
Qaradağ xanlığının paytaxtı Əhər şəhəri olmuşdur. Onun
xanı Mustafa xan bəzən Xoy və Ərdəbil xanlarından asılı
olmudur. Ərdəbil xanlığının ərazisi o qədər də böyük
olmamışdır. Ərdəbildə şahsevər tayfalarından olan Nəcəf xan
hökmdar olmuşdur. Marağa xanlığına Əhməd xan başçılıq
etmişdir. Təbriz xanlığı bir müddət Gilanın xanı Hidayət xan
tərəfindən idarə edilmişdir. Urmu, Salmas, Xoy Meşkin və
Cənubi Azərbaycanın digər bölgələri Azərbaycanın və İranın
nüfuzlu hakimlərindən asılı olan yerli feodal xanlar tərəfindən
idarə olunmuşlar.
13.2. Şimali Azərbaycanın əsas xanlıqları. Şimali
Azərbaycanda ilk yaranmış xanlıqlardan biri Talış xanlığı
olmuşdur. Talış xanlığının iqtisadi və siyasi qüdrətinin
möhkəmləndirilməsi Seyid Abbas xanın oğlu Cəmaləddinin adı
ilə bağlıdır. Seyid Abbas xan Nadir şahın fərmanı ilə Talışın
nəsli hakimi təyin edilmişdi. 1747-ci ildə Seyid Abbasın
vəfatından sonra onun oğlu Cəmaləddin Qara xan adı ilə
Talışın xanı olur.
Qəzənfər Rəcəbli
202
Qara xan Talışın siyasi
və iqtisadi qüdrətini möhkəm-
lətmək məqsədilə daimi qoşun təşkil edir. O zaman Talışda tor-
paq sahələrinin əksəriyyəti xan nəslindən olmayan yerli feodal-
ların əlində idi. Qara xan həmin feodalların iqtisadi və siyasi
qüdrətini qırmaq üçün onunla hesablaşmaq istəməyənlərin
torpaqların müsadirə etdi. O, Talısın mərkəzini Astara yaxınlı-
ğındakı Şindan qalasından Lənkəran şəhərinə köçürərək 1747-
ci ildə Lənkəranı Talış xanlığının paytaxtı elan etdi. Şəhərdə
geniş abadlıq işləri apararaq onun ticarət və mədəniyyət mər-
kəzlərindən birinə çevrilməsi üçün şərait yaratdı.
Qara xan xarici siyasətdə Rusiyaya meyl göstərirdi. Bu-
nun səbəbi onun Gilan xanı Hidayət xanla mübarizədə dayaq
axtarması idi. 1768-ci ildə Qara xanın Xəzər dənizində ağalıq
edən rus donanmasının komandanlığı ilə yaxınlığından narahat
olan Hidayət xan 12 min nəfərlik qoşunla Talışa hücum edir.
Şindan qalasına çəkilən Qara xan,
bir müddət müqavimət gös-
tərsə də, təslim olmağa məcbur olur. Hidayət xan çoxlu xərac
alıb geri qayıdır. Gilan təcavüzünə qarşı mübarizə üçün yardım
almaq məqsədilə Qara xan qardaşı Kərbəlayı Sultanı kiçik
silahlı dəstə ilə qubalı Fətəli xanın xidmətə göndərir. Beləliklə,
Talış xanlığı Quba xanlığından asılı vəziyyətə düşür. Yalnız
Fətəli xanın vəfatından sonra Qara xan müstəqil siyasət
yeritməyə başladı.
1786-cı ildə Qara xanın vəfatından sonra onun oğlu Mir-
mustafa xan olur (1786-1814). 1795-ci ildə Ağa Məhəmməd
xan Qacarın hücumu ərəfəsində Mirmustafa xan Rusiyaya meyl
göstərən Azərbaycan xanlarına məktub yazaraq Qacara qarşı
birgə mübarizə aparmağa hazır olduğunu bildirirdi. Ağa Mə-
həmməd xan Talışa hücuma keçərkən
Mirmustafa xan müqavi-
mətin mənasız olduğunu dərk edib Sarı adasına çəkilir. Qacarın
qoşunları Lənkərandan getdikdən sonra Mirmustafa xan 1795-
ci ilin sentyabrında öz nümayəndəsi Zaman bəyi Şimali
Qafqaza, rus qoşunlarının komandanı general Qudoviçin yanına
göndərir. Həmin ilin oktyabrında isə Mirmustafa xan öz
Azərbaycan Tarixi
203
nümayəndəsi Kərbəlayı Əsədulla bəyi Peterburqa göndərdi.
1796-cı il martın 12-də Kərbəlayı Əsədulla bəy Mirmustafa
xanın Talış xanlığının Rusiyanın himayəsinə qəbul edilməsi
haqqında məktubunu imperatriça II Yekaterinaya təqdim edir.
1800-cü ildə Talış xanlığı Rusiyanın himayəsinə qəbul
edilir. 1802-ci il fevralın 26-da Qeorgievskidə Şərqi
Gürcüstanın və Şimali Qafqazın Rusiya tabeliyinə keçməsi
haqqında müqavilənin imzalanması mərasimində Talış xanı
Mirmustafa xan da iştirak edir və həmin müqaviləni imzalayır.
Rus imperatoru Mirmustafa xana
general-mayor hərbi rütbəsi
verir. 1814-cü ildə Mirmustafa xan vərəm xəstəliyindən vəfat
etdikdən sonra onun oğlu Mirhəsən xan hakimiyyətə keçir,
1826-cı ildə isə Talış xanlığı ləğv edilir.
Azərbaycanın ilk xanlıqlarından biri də Quba xanlığı
olmuşdur. Quba xanlığı da yarımasılı bir hökmdarlıq kimi XVII
əsrin sonlarından mövcud olmuşdur. O vaxt onun tərkibinə
Salyan da daxil idi.
Qubada xan adı ilə yerli sülalənin nümayəndələri irsi
hakimiyyətə malik idilər. İlk Quba xanı Hüseyn xan olmuşdur.
Tarixə yalnız onun vəfatı tarixi – 1689-cu il məlumdur.
1721-1722-ci illərdə Qubada hakimiyyət müvəqqəti
olaraq Qazıkumıklı Surxay xan və Müskür mollası Hacı Davud
tərəfindən ələ keçirilir. Türkiyənin dəstəklədiyi Hacı Davud
Qubanın Nügədi, Rustov, Xinalıq və başqa yaşayış yerlərini ələ
keçirmişdi.
Rusiya imperatoru I Pyotrun ilk yürüşləri nəticəsində Qu-
ba xanlığı Rusiyanın tabeliyinə keçdi.
Bu vaxtdan başlayaraq
Quba xanlığının taleyinin həllində Rusiya fəal iştirak etməyə
başlayır.
Butkovun məlumatına görə 1726-cı ildə Rusiya tərəfin-
dən Hüseynəli xan Quba xanı təyin edilir. 1727-ci ildə Müskür,
Şabran, Rustov, Beşbarmaq, Niyazabad və Xudat Rusiyanın ta-
beliyinə keçdilər. Rustovda rus qarnizonu yerləşdirildi və qala
tikildi.
Qəzənfər Rəcəbli
204
Tədqiqatçı İ.Berezin elə hesab edir ki,
Hüseynəli xan
Nadir şah tərəfindən bu vəzifəyə təyin edilmişdir. Ancaq
P.Butkov kimi, tədqiqatçı Qnclin və məşhur Azərbaycan
tarixçisi A.Bakıxanov Hüseynəli xanın I Pyotr tərəfindən xan
vəzifəsinə təsdiq edilməsini qeyd edirdilər. Bu mənbələrdən
belə çıxır ki, Hüseynəli xan 1726-cı ildə deyil, 1722-ci ildə
Quba xanı təsdiq edilmişdir. Çünki mənbələrdə göstərilir ki, I
Pyotr Dərbənddə olarkən Hüseynəli xanı Qubaya xan təyin
etdi. O, Əfrasiyab və Fərəməzi Hüseynəli xana köməkçilər –
naib və nazir təyin etdi. Xanın təyin edilməsi haqqında
fərmanda deyilirdi ki, o, tələb olunduqda öz təbəələri ilə
birlikdə müharibəyə getməli idi.
Məlumdur ki, I Pyotr 1722-ci
ildə Dərbənddə olmuşdur. Bu sənəddən məlum olur ki, Quba
xanlığı Rusiya imperiyasından vassal asılılığında olmuşdur.
Qarabağ xanlığının əsasını birləşmiş Azərbaycan (türk)
və kürd soyları – otuzikilər və həmçinin Qarabağın düzənlik
hissəsində məskunlaşmış cavanşir və kəbirli soyları təşkil
etmişlər. Cavanşir və kəbirli soyları yerli elatlar idilər. İskəndər
Münşinin məlumatına görə Otuziki XVI əsrdən ölkə hesab
edilirdi və cavanşir qəbiləsinin başçısı onun irsi hakimi olurdu.
Mirzə Camal Cavanşirin «Qarabağ tarixi» əsərində göstərilir ki,
cavanşir qəbiləsi qızılbaş və ya əfşar soylarının qollarından biri
olmamışdır. Onlar bəhmənli soylarının qollarından törəmişlər.
Nadir şah dövründə cavanşir, otuziki və kəbirli soyları zorla
Xorasan vilayətinə köçürülmüş, onun ölümündən sonra isə
Qarabağa qayıtmışlar.
Qarabağ xanlığının yaranmasının başlıca qüvvəsi Pənah
xanın başçılığı altında cavanşir elatlarının feodal əyanları
olmuşdur. Pənah xan Sarıcallı oymağından
olan cavanşir
soyunun feodal əyanlarına məxsus olmuşdur. O, otuzikilər
soybirləşməsinin rəhbəri, Cavanşir və Qazaxda 20 min ailənin
əmiri olmuşdur. O, bir müddət Nadir şahin yanında xidmət
etmiş, lakin öz həyatı üçün təhlükə hiss etdiyindən bir qrup
yaxın adamı ilə birlikdə öncə Xorasana getmiş, sonra isə 1738-