Azərbaycan Tarixi
185
1510-cu ilin sonunda Şah İsmayıl Şeybani
Məhəmməd
xana qarşı yürüşə başladı. Səfəvi qoşunları hələ Xorasanda
olarkən Şeybani Məhəmməd xan paytaxtı Herat şəhərini tərk
edib, qoşun toplamaq üçün Mərv şəhərinə getdi. Şah İsmayıl
yaxşı möhkəmləndirilmiş Mərv qalasına hücum etmədi, şəhərin
10 km.- liyindəki Mahmudi kəndində düşərgə saldı. Şah
İsmayıl hərbi taktika işlədərək 1510-cu il dekabrın 2- də Şey-
bani Məhəmməd xanı Mərv şəhəri yaxınlığındakı düzəngahda
döyüşə cəlb edə bildi. Mərv döyüşündə Şah İsmayıl qalib gəldi,
Şeybani Məhəmməd xan öldürüldü.
Mərv qələbəsi nəticəsində Şah İsmayıl Xorasan vilayətin-
dən əlavə Mərv, Herat və Bəlx şəhərlərini əhatə edən Şey-
banilər dövlətinin ərazisinin bir hissəsini tutub Amu-Dərya
çayına çatdı. İndi Səfəvilər dövlətinin sərhədləri şərqdə Amu-
Dərya çayından qərbdə Fərat çayına qədər, cənubda İran kör-
fəzindən şimalda Dərbənd şəhərinə qədər böyük bir ərazini
əhatə edirdi.
Şah İsmayıl yaxşı başa düşürdü ki,
Səfəvilər dövləti tez-
gec qərbdə Osmanlı imperiyası ilə toqquşacaqdır. Şah İsmayıl
Osmanlı sultanlığı ilə müharibədən çəkinirdi. Onu bu
müharibədən çəkindirən türk ordusunda topların olması idi. O
vaxt türk topları bütün Avropanı qorxudurdu. Səfəvi ordusunda
isə heç bir odlu silah yox idi. Şah İsmayıl hələ 1505-ci ildən
Venetsiya və digər Avropa dövlətləri ilə Osmanlı imperiyasına
qarşı ittifaq bağlamaq üçün danışıqlar aparırdı. Bu danışıqlarda
əsas məqsəd odlu silah əldə etmək idi. Lakin Səfəvilər odlu
silah əldə edə bilməmişdilər.
Osmanlı sultanlığında da Səfəvilər dövlətinə qarşı
müharibəyə ciddi hazırlıq gedirdi. Lakin Sultan II İldırım
Bəyazid tərəddüd edirdi. Onun tərəddüdündən cana doyan
hərbiçilər sultanın oğlu Səlim Yavuzu başdan çıxarıb, onun
razılığını aldıqdan sonra 1512-ci ildə dövlət çevrilişi etdilər. II
İldırım Bəyazidi taxtdan salıb, Səlim Yavuzu I Sultan Səlim adı
ilə Osmanlı taxtına oturtdular.
Qəzənfər Rəcəbli
186
Sultan Səlim dərhal bir neçə Avropa dövləti ilə Səfəvilərə
qarşı ittifaq bağladı. O, gələcək müharibə zamanı Şərqi Anado-
luda yaşayan şiələrin arxadan təhlükə yarada biləcəyindən ehti-
yat edərək, 7 yaşından 70 yaşına qədər şiə təriqətinə etiqad
edən bütün kişiləri siyahıya aldırdı və bu siyahı əsasında 40
min nəfər təşkil edən kişi cinsindən
olan şiələr bir gecə ərzində
öldürüldülər, ailələri isə imperiyanın Avropa qitəsində olan
torpaqlarına köçürüldülər.
Sultan Səlim 1514-cü ildə təxribat məqsədilə Şah
İsmayıla 4 təhqir edici məktub göndərdi. Bu məktubların
məzmunu Şeybani Məhəmməd xanın məktubları ruhunda idi.
Şah İsmayıl məktubların üçünə cavab vermədi. Sultan Səlim 4-
cü məktubu ilə Şah İsmayıla bir nimdaş dərviş libası, bir
təsbeh, bir çəlik (əsa) və qoz ağacından hazırlanmış və
dərvişlərin pul yığmaq üçün istifadə etdikləri piyalə göndərir.
Şah İsmayıl 4-cü məktuba cavab yazır və məktubla birlikdə
Sultan Səlimə bir kiçik mücrü dolu tiryək göndərir. Məktubda
yazılmışdı: “Başa düşürəm, sən də ölmək istəyirsən İnşallah
arzunu ürəyində qoymaram. O ki, qaldı sənin Azərbaycana
sahib olmağına, arzuna bu tiryəkdən çəkdikdən sonra, ağlın
dumanlanıb, gözlərin yaşla dolanda çatarsan".
Bu məktub müharibəyə başlamaq üçün bəhanə oldu.
Sultan Səlimin vəzirləri onu bu müharibədən çəkindirməyə
çalışsalar da bu mümkün olmadı. Osmanlılar və Səfəvilər
arasında müharibə başlandı. Osmanlı ordusunda 100 min
döyüşçü və topçu dəstəsi var idi. Səfəvi ordusunda isə cəmi 20
min süvari döyüşçü vardı. Səfəvi sərkərdəsi Məhəmməd Ustaclı
Şah İsmayıla
məsləhət gördü ki, Osmanlı ordusu sayca çox
olduğu və toplarla silahlandığı üçün hələ yolda yürüş
formasında hərəkət etdiyi zaman kiçik dəstələrlə cinahlardan
qəflətən hücümlar etməklə taqətdən salmaq və ordu vahimə
içində olduqdan sonra baş döyüş vermək lazımdır. (Bu hərbi
taktikadan hələ 474 il əvvəl məşhur səlcuq oğuz sərkərdəsi
Çağrı bəy Qəznəvi Sultan Mahmudun ordusunu məğlub
Azərbaycan Tarixi
187
edərkən istifadə etmişdi.) Şah İsmayıl yaxşı bilirdi ki, məğlub
olacaq. Odur ki, o, ordunun
ruh yüksəkliyini saxlamaq üçün,
qələbələri Allahın adı ilə bağlandığı kimi, baş verəcək
məğlubiyyəti də Allahın “istəyi"lə bağlamaq məqsədilə bu
təklifi rədd edərək demişdi: “Mən karvan soyan quldur
deyiləm. Qoy Allah necə bilir, elə də olsun.”
1514-cü il avqustun 23-də Maku şəhəri yaxınlığında
Çaldıran düzündə Səfəvi və Osmanlı qoşunları arasında böyük
döyüş baş verdi. Döyüşün əvvəlində Səfəvi döyüşçüləri
üstünlüyə malik idilər. Lakin döyüşün taleyini Osmanlı topları
həll etdi. Qolundan və çinindən yaralanan Şah İsmayıl ordunun
qalıqları ilə geri çəkilib Bağdad tərəflərə getdi.
Sultan Səlim döyüş meydanını gəzərkən öldürülmüş
döyüşçülər arasında kişi paltarı geymiş çoxlu qadın meyitinə də
rast gəldi. O, qadınlarının
meyitlərini hörmətlə, müsəlman
qaydası ilə dəfn etdirdi. Çaldıran döyüşündən sonra tutulmuş
çoxlu əsirlər arasında Şah İsmayılın hərəmxanasından Bəhruzə
xanım və Taclı xanım adlı iki qadın da vardı. Onlar Şah
İsmayılın sevimli hərəmləri olmuşdular. Sultan Səlim Şah
İsmayıla mənəvi zərbə vurmaq üçün Bəhruzə xanımı vaxtilə
Şah İsmayıla həcvlər yazmış, sonra isə İstanbulda sığınacaq
tapmış şair Cəfər Çələbiyə bağışladı. Taclı xanımı isə öz
hərəmxanasına götürmək istədi, lakin o, tabe olmaq istəmədiyi
üçün zindana atıldı.
Sultan
Səlim Xoy, Mərənd və b. Azərbaycan şəhərlərini
tutub Təbrizə daxil oldu. Hər yerdə Osmanlı ordusu nifrətlə
qarşılanırdı. Təbriz əhalisi mülki itaətsizlik göstərdi. Bütün
evlərin və həyətlərin qapıları bağlandı. Osmanlı ordusunun
şəhərdə olduğu müddətdə şəhər əhalisindən heç kəs küçəyə
çıxmadı, Təbriz ölü şəhərə çevrilmişdi. Sultan Səlim ciddi
müqavimətə rast gəldiyi üçün Təbrizdə cəmi 9 gün qaldı və geri
qayıtmaq əmri verdi. Təbrizi tərk edərkən Sultan Səlim demişdi
ki, Azərbaycanı hərbi güc ilə tutmaq olar, lakin əcnəbilər zorla
Qəzənfər Rəcəbli
188
onu idarə edə bilməzlər. Təbrizdən çıxan Sultan Səlim heç
yerdə dayanmadan bir başa İstanbula qayıtdı.
Çaldıran döyüşü Şah İsmayılın birinci və sonuncu
məğlubiyyəti oldu. O, 1515- 1516-cı illərdə 2 dəfə böyük
elçilik göndərib Sultan Səlim ilə sülh bağlamaq istədi. Lakin
Sultan Səlimin sərəncamı ilə elçiləri İstanbulda heç sultan
sarayına belə buraxılmadılar. Odur ki, Şah İsmayıl Venetsiya,
Macarıstan, Polşa, Almaniya, hətta İspaniya və Rusiya ilə
danışıqlar aparıb odlu
silah almağa cəhd göstərərək, Osmanlı
sultanlığına qarşı müharibəyə hazırlaşmalı oldu. Bu dövlətlər
ona silah satmağı vəd etsələr də öz vədlərinə əməl etmirdilər.
Beləliklə, Şah İsmayılın sağlığında Səfəvi dövlətinin ordusu
odlu silahla silahlana bilmədi.
Şah İsmayılın hakimiyyəti dövründə bütün Cənubi
Qafqaz Səfəvilərin vassal asılılığında idi. Şah İsmayılın
göndərdiyi sərkərdə Div Sultan Rumlunun başçılığı altında
“qızılbaşlar” gürcü feodal hökmdarları arasında ziddiyyətlərin
həll edilməsində əsas rol oynayırdılar. Bir qaynağın
məlumatına görə 1519-cu ildə Təbrizdə Şah İsmayılın qış
sarayında Cənubi Qafqazın feodal hökmdarlarından Şirvanşah
Şeyxşahın, Şəki hakimi Həsən bəyin, Kaxetiya çarı Levanın
(Ləvənd xanın) və Mesxetiya çarı IV Kvarkvarenin yerli
Azərbaycan hakimlərindən rəşdli Müzəffər Sultan, gilanlı
Xanəhməd və b. ilə birlikdə şahın hüzurundakı xalça
üzərində
oturmaları, onların Şah İsmayıla tabe olduqlarını sübut edir.
Digər qaynağa görə 1521-ci ildə Gürcüstan feodal hökmdarları
Ləvənd xan, Kvarkvare və David bəy Div Sultan ilə
Naxçıvanda qışlayan Şah İsmayılın yanına gəlib Səfəvilərə hər
il bac və xərac verməyi öhdələrinə götürürlər.
12.3. Səfəvi – Osmanlı müharibələri. Azərbaycan
Səfəvilər dövlətinin zəifləməsi və tənəzzülü. Şah İsmayıl
1524-cü ildə 38 yaşında vəfat etdi. Onun oğlu şah I Təhmasibin
hakimiyyətinin əvvəllərində ölkədə əyanların müstəqillik
meylləri gücləndi. Məsələn, 1536-cı ildə Şirvanşah olmuş