Azərbaycan Tarixi
177
Şeyx Cüneydin siyasətini Şeyx Heydər davam etdirdi. O,
dayısı Uzun Həsən qızı Martuza bəyimlə,
yaxud Marta ilə
evlənli. (Sonra Martuzənin adı dəyişdirildi və Aləmşah xanım
adlandırıldı). Beləliklə, Səfəvilər Ağqoyunlu sarayı ilə ittifaqı
daha da möhkəmlətdilər. Digər tərəfdən 1478-ci ildə Uzun
Həsənin vəfatından sonra onun oğlu Yaqub şah Şirvanşah
Fərrux Yasarın bacısı ilə evləndiyindən, bu qohumluq əlaqələri
daha da genişləndi. Bu qohumluq əlaqələrindən istifadə edən
Şeyx Heydər 1483-cü ildə Şirvanşah torpağından sərbəst
keçərək Dağıstana yürüş etdi. Həmin yürüş nəticəsində çoxlu
qənimət əldə etmiş Şeyx Heydər 1894-cü
ildə onu ikinci dəfə
təkrar etdi. Dağıstana hərbi səfərlər nəticəsində əldə etdiyi
vəsait Şeyx Heydərə Səfəvi ordusunu yenidən qurub möhkəm-
lətməyə imkan verdi.
Səfəvi ordusunun döyüşçüləri başlarına, 12 şiə imamı-
nın şərəfinə 12 qızılı- qırmızı zolaqlı parçadan hazırlanmış çal-
ma qoyurdular. Məhz buna görə Səfəvi ordusu “Qızılbaş” ordu-
su, döyüşçüləri isə “qızılbaşlar” adlandırıldı. Beləliklə, Şeyx
Heydər ordunun geyimi ilə şiəlik təbliğatını bir qədər də
genişləndirdi.
Şeyx Heydər arvadı Aləmşah xanımı Qum şəhərinə qar-
daşı Yaqub şahın yanına göndərərək, qaynının razılığını alan-
dan sonra 1488-ci ildə Dağıstana üçüncü dəfə yürüş etdi. O, bu
dəfə Şirvan torpağından keçərkən, Şirvanşahlar dövlətinin pay-
taxtı Şamaxı şəhərinin müdafiəsinin
zəif olduğunu bilib şəhərə
hücum etdi. Qəflətən yaxalanan şah Fərrux Yasar qaçıb Gü-
lüstan qalasında gizləndi. Ağqoyunlu hökmdarı Yaqub şah
Şeyx Heydərin bu hərəkətini özünə qarşı hörmətsizlik sayaraq,
qaynı Fərrux Yasarın köməyinə yaxşı təlim görmüş 4 min
süvaridən ibarət nizami qoşun göndərdi. Dərbəndi mühasirə
etmiş Şeyx Heydər Ağqoyunlu ordusunun Fərrux Yasarın
köməyinə gəlməsindən xəbər tutub, mühasirədən əl çəkdi və
geriyə Tabasarana qayıtdı. Birləşmiş Ağqoyunlu və Şirvanşah
orduları ilə Səfəvilərin “Qızılbaş” ordusu arasında bir neçə gün
Qəzənfər Rəcəbli
178
döyüş getdi və nəticədə “qızılbaşlar” məğlub oldular. Son
döyüşdə Şeyx Heydər həlak oldu. Onu Həzrə kəndində dəfn
etdilər.
Bu hadisədən sonra Yaqub şah Şeyx Heydərin oğlanları
Sultanəli, İbrahim və İsmayılı anaları ilə birlikdə həbs edib
Şiraz şəhəri yaxınlığındakı İstəxri – Fars qalasında zindana
saldırdı. Şeyx Heydərin əmlakı müsadirə edildi.
1490-cı ildə Yaqub şah anası Şahxatunun
dərman
əvəzinə səhvən verdiyi zəhəri içməklə vəfat etdi. Hakimiyyətə
onun oğlu Baysunqur keçdi. O, da Şahxatunun xahişinə
baxmayaraq, bibisini və bibisi oğlanlarını zindandan azadlığa
buraxmadı. Lakin 2 il sonra, 1492-ci ildə Baysunqur əmisi oğlu
Rüstəm tərəfindən taxtdan devrildi. Rüstəm özünü şah elan etdi
və Şeyx Heydərin ailəsini zindandan azad edərək, onun böyük
oğlu Sultanəlini Ərdəbilə hakim təyin etdi.
Hakimiyyətdən devrilmiş Baysunqur Şamaxıya dayısı
Fərrux Yasarın yanına qaçdı. Şirvanşah Fərrux Yasar 1493-cü
ildə Ağqoyunlu şahı Rüstəmə qarşı müharibəyə başladı.
Rüstəm şahın Şirvanşah ordusuna qarşı göndərdiyi qoşuna
Sultanəli başçılıq edirdi. Fərrux Yasarın qoşunları Bərdə
yaxınlığındakı döyüşdə məğlub edildi,
döyüşdə Baysunqur da
həlak oldu. Bərdə döyüşündə Ağqoyunlu ordusu tərəfindən “qı-
zılbaş” dəstələri xüsusilə fərqlənmişdilər. Qələbədə Sultanəli-
nin sərkərdəlik məharəti də az rol oynamamışdı. Odur ki, qalib
ordu Təbruzə qayıdan zaman şəhər əhalisi Sultanəlini şahlara
layiq təntənə ilə qarşıladı. Sultanəlinin şöhrətinin artmasından
narahat olan Rüstəm şah Şeyx Heydərin oğlanlarını aradan
götürməyi qərara aldı. O, İbrahim və İsmayılın tərbiyəsi ilə
özünün şəxsən məşğul olmaq istəyi adı ilə onları Təbrizə şah
sarayına gətirtdi. Onun tapşırığı ilə Şeyx Sultanəlinin qardaşları
böhtanlanıb edam edilməli idilər. Sarayda Səfəvilərə rəğbət
bəsləyən bir nəfər şahın niyyətindən xəbər tutub bunu Şeyx
Sultanəliyə çatdırdı. Şeyx Sultanəli bir dəstə yaxın adamları ilə
birlikdə gizlicə Təbrizə gəlib qardaşlarını saraydan qaçırır.
Azərbaycan Tarixi
179
Sarayda şeyx Sultanəlinin qardaşlarının qaçırıldığından xəbər
tutulduqda, Rüstəm şah onların tutulması üçün 5 min nəfərlik
atlı göndərir. Sultanəli təqib olunduğunu bildiyinə görə heç
yerdə dayanmadan özünü tez Ərdəbilə yetirir. Şeyx Sultanəli
müridləri yığıb qardaşı İsmayılı varis
təyin etdiyini bildirir və
ailəsinin etibarlı yerdə gizlədilməsi üçün tapşırıqlar verir. Özü
isə şah qoşununu müəyyən qədər yubatmaq üçün 700 atlı ilə
onlara qarşı döyüşə gedir. Qeyri bərabər döyüşdə Şeyx
Sultanəli və onun “qızılbaşları” qəhrəmancasına həlak olurlar.
Ərdəbil şeyxinin müridləri İbrahim və İsmayılı etibarlı
yerdə gizlədir, sonra isə gizli yol ilə Gilan vilayətinin Biyəpiş
mahalına göndərirlər. Mahal hakimi Mirzə Əli Şeyx İsmayıl və
onu müşayiət edən 80 müridi Lahicanda yerləşdirdi. Mirzə Əli
öz fəxri qonağına böyük hörmət göstərərək onun tərbiyəsi üçün
əlindən gələni etdi. Ərəb-fars dilləri və Qurani-Kərimi
öyrətmək üçün müəllim kimi görkəmli ilahiyyat alimi
Şəmsəddin Lahıci dəvət olundu. İsmayıl və onun qardaşı üçün
yaxşı tərbiyəçilər ayrıldı. Tərbiyəçilərdən Hüseyn bəy Lələ,
Dədə bəy Talış, İlyas bəy Xınıslı və Xadim bəy
Xülafə Şeyx
İsmayılın tərbiyəsi ilə məşğul olub onu bacarıqlı döyüşçü,
görkəmli sərkərdə və gələcək dövlət xadimi kimi hazırladılar.
12.2. Azərbaycan Səfəvilər dövlətinin yaranması və
genişlənməsi. 1497-ci ildə Rüstəm şah öldükdən sonra
Ağqoyunlu dövləti parçalandı. Murad şah İraqi-Ərəb, İraqi-
Əcən, Fars və Kirmanın hökmdarı oldu. Cənubi Azərbaycan,
Qarabağ, Naxçıvan və indiki Ermənistandan ibarət olan digər
Ağqoyunlu dövlətinin şahı isə 1498-ci ildən Əlvənd oldu.
Səfəvilərə düşmən olan şah Əlvənd Ərdəbilə Əli bəy adlı birini
hakim təyin etdi. 1498-ci ildə 12 yaşlı Şeyx İsmayıl ətrafına
topladığı 300 nəfər mürid ilə Ərdəbilə qayıtmaq istədi. Lakin
Əli bəy onları şəhərə buraxmadı. Şeyx İsmayıl öz müridləri ilə
qayıdıb Talışa gəldi. Talış hakimi Məhəmməd onları indiki
Astara rayonunun Ərçivan kəndində yerləşdirdi. Onlar bir il
burada qaldılar. Şirvanşah Fərrux Yasar Məhəmmədə 1000
Qəzənfər Rəcəbli
180
tümən qızıl pul təklif etdi ki, Şeyx İsmayılı tutub ona versin.
Məhəmməd bu təklifi
rədd edərək bildirdi ki, qonaq “Allah
qonağı” hesab edilər. Ona görə də qonağı qorumaq hər bir
müsəlmanın müqəddəs borcudur. Şah Əlvəndin isə göndərdiyi
cəza dəstəsinin başçısı Qasım bəy Şeyx İsmayılın təslim
olunmasını tələb etdikdə, “Qurana” əl basıb and içdilər ki, onun
ayaqları Talış torpağında yoxdur. Belə ki, Şeyx İsmayılı iri bir
zənbilə qoyub sıx yarpaqlı bir ağacdan asmışdılar. Ona görə də
sonralar, həmin ağacın olduğu kənd Şahağac kəndi adlandırıldı.
Şeyx İsmayılın dəstəsi 1499-1500-cü ilin qışını Talış və
Muğanda keçirdi. Bu vaxt onun dəstəsində artıq 1500 nəfər
mürid və “qızılbaş” döyüşçüsü vardı. Yaxın müridlərin və
əmirlərin məsləhəti ilə Şeyx İsmayıl 1500-cü ildə Qarabağa,
oradan Gəncə, Göyçə, İrəvan, Şoragöl, Mingöl, Kağızman, Pər-
can, Sarıqaya və nəhayət Ərzincana getdi. Burada onun bayrağı
altında şamlı, rumlu, ustaclı, təkəli,
zülqədər, əfşar, qacar, va-
saq soylarından, həmçinin Talış və Qaradağ sufilərindən ibarət
7 mindən çox “qızılbaş” qazısı birləşmişdi. Buradan o, Ərdəbilə
gəldi.
Şeyx İsmayıl Azərbaycanın bütün torpaqlarını birləşdi-
rib vahid Azərbaycan dövləti yaratmağı qarşısına məqsəd qoy-
muşdu. Azərbaycanın vahid dövlət halında birləşdirilməsi tarixi
zərurət idi. Feodal pərakəndəliyi ölkənin ayrı-ayrı bölgələri
arasında sabit təsərrüfat əlaqələrinin yaranmasına və məhsuldar
qüvvələrin inkişafına mane olurdu. Əhalinin vəziyyəti ağırlaş-
mış, ölkədə mədəni həyat tənəzzül etmişdi. Feodal pərakəndəli-
yi ticarətin inkişafına mane olurdu. Tacirlər saysız-hesabsız
feodal sərhədlərini keçərkən gömrük vergiləri ödəməli idilər.
Odur ki, tacirlər də güclü mərkəzləşmiş dövlətin olmasını arzu
edirdilər. Orta və xırda torpaq sahibləri də iri feodalların
özbaşınalığından əziyyət çəkirdilər. Onlara da mərkəzləşmiş və
güclü dövlət lazım idi. Əkinçilərin, maldarların və sənətkarların
narazılıqları ölkədə tez-tez üsyanlar baş verməsilə nəticələnirdi.
Üsyançılar çox vaxt dini bayraq altında çıxış edirdilər. Nəhayət,