Azərbaycan Tarixi
173
XII FßSÈL
AZƏRBAYCAN SƏFƏVİLƏR DÖVLƏTİ
12.1. Səfəvilərin Ərdəbil hakimiyyəti. Azərbaycanşü-
naslıq ideologiyası baxımından Azərbaycanın
dövlətçilik tari-
xində Səfəvilər dövlətinin xüsusi yeri vardır. Şimallı-cənublu,
şərqli-qərbli bütöv Azərbaycanı birləşdirən Səfəvilər dövləti
xalqımızın ən böyük və qüdrətli milli dövləti olmuşdur.
Səfəvilər dövlətini yaratmış sülalənin banisi Şeyx Səfiəd-
din İshaq olmuşdur. Səfəvilər sülaləsinin etnik mənşəyi haq-
qında müxtəlif fikirlər vardır. Görkəmli şərqşünas alim akade-
mik V.Bartold tarixi qaynaqlar əsasında Şeyx Səfiəddinin türk
mənşəli olması fikrini söyləmişdir. Digər rus alimi professor
İ.Petruşevski də Səfəvilərin türk mənşəli olması fikrini dəstək-
ləmişdir.
Dərviş Təvəkkül ibn İsmayıl ibn Bəzzadın
XIV əsrin
ikinci yarısında tərtib edilmiş “səffat və əs-səfa”, (“saflığın
saflığı”) əsərində Səfəvilərin əcdadlarının ərəb mənşəli seyidlər
nəslindən, yəni Məhəmməd Peyğəmbərin nəslindən olmaları
haqqında məlumat vardır. Tədqiqatçılar, o cümlədən İran tarix-
çisi Əhməd Kəsrəvi Təbrizi belə bir fikirdədirlər ki, dərviş
Təvəkkülün əsərinin əlyazması müxtəlif dəyişikliklərə uğramış,
saxtalaşdırılmışdır və Səfəvilərin nəsil şəcərəsini sonralar
Səfəvi tarixçiləri uydurub onun əsərinin mətninə daxil etmişlər.
Ə.Kəsrəvi şeyx Səfiəddinin ərəb mənşəli olmadığını sübut
etdikdən sonra onun türk mənşəli olmasına da şübhə edir və
kürd mənşəli olması ehtimalını irəli sürür. Digər İran tarixçiləri
S.Rəhimzadə və N.Şeybani Ə.Kəsrəvinin dəlillərinin zəifliyinə
əhəmiyyət verməyərək, onun ehtimalını gerçəklik
kimi qələmə
Qəzənfər Rəcəbli
174
verirlər. Bu konsepsiyada İran müəllifləri istisnalıq təşkil
etmirlər, Türkiyə müəllifi Zəki Vəlidi Toqan da Səfəvilərin
mənşəyinə həsr olunmuş məqaləsində onların kürd mənşəli
olmalarını əsaslandırmağa cəhd göstərir. Zəki Toqan belə
ehtimal edir ki, Şeyx Səfiəddinin əcdadları və onun mənəvi
hamisi olan Şeyx Zahidin əcdadları Rəvvadilərin hərbi
yürüşləri zamanı Diyarbəkirdən Gilana və Ərdəbilə gəlmişlər.
Sonralar, XIV əsrin əvvəlinə qədər Ərdəbil kürd şeyxinin nəsli
tədricən türkləşmişdir. Lakin Səfəvilər
sülaləsinin əzəldən kürd
mənşəli olması haqqında ehtimal mötəbər mənbələrin
məlumatlarına əsaslanmır.
“Səffat əs-Səfa”da Şeyx Səfinin “piri - türk” (“türkün
piri”) adlandırılması isə Səfəvilərin İran dilli etnosa mənsub
olması fikrini sübut etməyə çalışanları maraqlandırmır. Bu
baxımdan Şeyx Səfiəddinin fars əyaləti olan Şirazda öz
müridləri ilə söhbətlərindən bəhs edən hekayədə ona dəfələrlə
türk kimi müraciət olunması çox səciyyəvidir. Beləliklə, Şeyx
Səfiyyəddinin türk etnosuna mənsub olması haqqında akademik
V.Bartoldun fikri gerçəkliyə daha çox uyğundur və tarixdə heç
bir şübhə doğura bilməz. Əlbəttə, sırf “təmizqanlı”
millət
olmadığı kimi, tarixdə “təmizqanlı” sülalələr də yoxdur. Şeyx
Səfiəddini mənşəcə talış hesab edilən məşhur Azərbaycan
filosofu Şeyx Zahid ilə qohumlaşması, Şeyx Cüneydin Ağ-
qoyunlu şahı Uzun Həsənin bacısı ilə, Şeyx Heydərin isə şah
Uzun Həsənin qızı ilə evlənməsi, Ağqoyunlu hökmdarlarının,
bir ənənə olaraq, yunan mənşəli Trabzon imperator sarayının
şahzadə qızları ilə evlənmələri nəticəsində Səfəvilər sülaləsinin
nümayəndələri də müxtəlif etnosların qarışması prosesində da-
ha da sağlam olmuş və kamilləşmişdir.
Səfəvilər sülaləsi Azərbaycan və İran tarixində uzun və
şərəfli yer tutur. Bu sülalənin nümayəndələri 1736-cı ilə qədər
400 ildən çox, öncə Ərdəbil şeyxi – hökmdarı, sonra isə səfə-
vilər dövlətinin hökmdarları kimi hakimiyyətdə olmuşlar.
Azərbaycan Tarixi
175
Səfəvilər sülaləsinin şəcərəsi 18
nümayəndə ilə təmsil
olunmuşdur:
1. Şeyx Səfiəddin İshaq (1252-1334);
2. Şeyx Sədrəddin Musa (1334-1392);
3. Şeyx Xacə Əli (1392-1427);
4. Şeyx İbrahim (1427-1447);
5. Şeyx Cüneyt (1447-1460);
6. Şeyx Heydər (1460-1488);
7. Şeyx Sulatanəli (1488-1494);
8. Şeyx – Şah I İsmayıl (1494-1524);
9. Şah I Təhmasib (1524-1576);
10. Şah II İsmayıl (1576-1578);
11. Şah Məhəmməd Xırdabəndə (1578-1587);
12. Şah I Abbas (1587-1629);
13. Şah Səfi (1629-1642);
14. Şah II Abbas (1642-1666);
15. Şah Süleyman (1666-1694);
16. Şah Hüseyn (1694-1722);
17. Şah II Təhmasib (1722-1732);
18. Şah III Abbas (1732-1736);
Sülalənin banisi Şeyx Səfiəddin ictimai-siyasi fəaliyyə-
tinə “Səfəviyyə” adlı dini orden yaratmaqla başlamışdır. Səfə-
viyyə ordeninin ideoloji əsası öncə İslam dininin sünni təriqəti
olmuşdur. Şeyx Səfiəddin İshaq ilahiyyat elmlərini Şirazda
Rüknəddin Reyzavi və Əmir Abdulladan öyrənmişdir. Əmir
Abdullanın məsləhəti ilə Şeyx Səfiəddin Talışa gəlir və burada
XIII əsrin görkəmli Azərbaycan alimi Şeyx Zahid Gilani ilə
görüşür. Filosof Şeyx Zahidin məqbərəsi Lənkəran şəhərinin
Şıxakəran kənd qəbristanlığındadır. Şeyx Zahidi özünə mürşid
seçən Şeyx
Səfiəddin, onun qızı ilə evlənir və öz dini ordeninin
ideoloji əsası kimi İslam dininin şiyəlik təriqətini seçir. O,
şiəliyi Azərbaycan, İran, İraq və qismən də Orta Asiyada təbliğ
etməklə qısa müddətdə böyük nüfuz qazanır və Ərdəbili
Səfəviyə ordeninin mərkəzinə çevirir.
Qəzənfər Rəcəbli
176
Səfəviyyə ordeni xalqın ədalətli şah haqqında arzularına
əsaslanaraq, şəriət qanunları ilə nəzərdə tutulmayan hədsiz
vergilərə qarşı çıxır, XV əsrin ortalarına qədər xalqın antifeodal
hərəkatına başçılıq edirdi. Bu dövrə qədər Ərdəbil şeyxləri kimi
tanınan Səfəvilərin hakimiyyəti dini hakimiyyət olmuşdur.
Şeyx Cüneyddən başlayaraq Səfəvilər
həm də dünyəvi haki-
miyyət uğrunda mübarizə aparırlar.
Qaraqoyunlu hökmdarı Cahanşah Şeyx Cüneydin nüfu-
zunun artmasından və qüvvətlənməsindən ehtiyat edərək ondan
öz dövlətinin ərazisini tərk etməyi tələb edir. Şüyx Cüneyd
başına topladığı 20 min nəfərlik süvari ilə 1447-1453-cü illərdə
Şərqi Türkiyədə, Ərəbistanda və Diyarbəkrdə gəzib dolanır.
Qaraqoyunlular ilə mübarizə edən Ağqoyunlu hökmdarı Uzun
Həsən Şeyx Cüneydin hərbi qüvvəsindən istifadə etmək
məqsədilə onu öz düşərgəsinə dəvət edir. Şeyx Cüneyd buna
həvəslə razı olur. O, Ağqoyunlu şahı Uzun Həsənin bacısı Xə-
dicə bəyimlə evlənir və Ərdəbilə qayıdır.
Bu vaxt Ərdəbilin
hakimi Şeyx İbrahimin oğlu Şeyx Cəfər idi. O, sünni təriqətinə
qayil idi. Şeyx Cəfər Şeyx Cüneydi Ərdəbilə buraxmır. Lakin
Uzun Həsən Ərədəbilə gəlib onu şəhərin hakimliyindən kənar
edir və şeyx Cüneydi 1459- cu ildə Ərdəbilin hakimi təyin edir.
Şeyx Cüneyd 1459-cu ildə Ağqoyunlu müttəfiqlərinin
dəstəyinə arxalanaraq, “kafir” çərkəzləri müsəlman etmək adı
altında Dağıstana hərbi yürüş edir və xeyli qənimət ələ
keçirərək qışlamaq üçün Qarabağa qayıdır. Şeyx Cüneydin bu
yürüşündən narahat olan Şirvanşah I Xəlilullah ona xəbər
göndərir ki, bu yerlərə bir daha gəlməsin. Şeyx Cüneyd bu
xəbərdarlığa əhəmiyyət vermir və 1460-cı ildə yenə də
Şirvanşahlar dövlətinin ərazisindən keçərək Dağıstana yürüş
edir. Şirvanşah I Xəlilullah Qaraqoyunlulardan kömək alıb
Səfəvilərə qarşı müharibəyə başlayır. 1460-cı il martın 3-də
Samur çayı sahilində baş verən döyüşdə Səfəvi qoşunları
məğlub olur və döyüdə Şeyx
Cüneyd həlak olur, onun müridləri
isə Ərdəbilə qayıdırlar.