Microsoft Word ocerkler son 'sas doc



Yüklə 2,44 Mb.
Pdf görüntüsü
səhifə44/134
tarix01.07.2018
ölçüsü2,44 Mb.
#52546
1   ...   40   41   42   43   44   45   46   47   ...   134

Azərbaycan Tarixi 
 
 
173 
 
 
 
XII FßSÈL 
 
AZƏRBAYCAN SƏFƏVİLƏR DÖVLƏTİ 
 
12.1. Səfəvilərin  Ərdəbil hakimiyyəti.  Azərbaycanşü-
naslıq ideologiyası baxımından Azərbaycanın dövlətçilik tari-
xində  Səfəvilər dövlətinin xüsusi yeri vardır.  Şimallı-cənublu, 
şərqli-qərbli bütöv Azərbaycanı birləşdirən Səfəvilər dövləti 
xalqımızın ən böyük və qüdrətli milli dövləti olmuşdur. 
Səfəvilər dövlətini yaratmış sülalənin banisi Şeyx Səfiəd-
din  İshaq olmuşdur. Səfəvilər sülaləsinin etnik mənşəyi haq-
qında müxtəlif fikirlər vardır. Görkəmli şərqşünas alim akade-
mik V.Bartold tarixi qaynaqlar əsasında Şeyx Səfiəddinin türk 
mənşəli olması fikrini söyləmişdir. Digər rus alimi professor 
İ.Petruşevski də Səfəvilərin türk mənşəli olması fikrini dəstək-
ləmişdir.  
Dərviş  Təvəkkül ibn İsmayıl ibn Bəzzadın XIV əsrin 
ikinci yarısında tərtib edilmiş “səffat və  əs-səfa”, (“saflığın 
saflığı”) əsərində Səfəvilərin əcdadlarının ərəb mənşəli seyidlər 
nəslindən, yəni Məhəmməd Peyğəmbərin nəslindən olmaları 
haqqında məlumat vardır. Tədqiqatçılar, o cümlədən İran tarix-
çisi  Əhməd Kəsrəvi Təbrizi belə bir fikirdədirlər ki, dərviş 
Təvəkkülün əsərinin əlyazması müxtəlif dəyişikliklərə uğramış, 
saxtalaşdırılmışdır və  Səfəvilərin nəsil  şəcərəsini sonralar 
Səfəvi tarixçiləri uydurub onun əsərinin mətninə daxil etmişlər. 
Ə.Kəsrəvi  şeyx Səfiəddinin  ərəb mənşəli olmadığını sübut 
etdikdən sonra onun türk mənşəli olmasına da şübhə edir və 
kürd mənşəli olması ehtimalını irəli sürür. Digər İran tarixçiləri 
S.Rəhimzadə və N.Şeybani Ə.Kəsrəvinin dəlillərinin zəifliyinə 
əhəmiyyət verməyərək, onun ehtimalını gerçəklik kimi qələmə 
Qəzənfər Rəcəbli 
 
 
174
verirlər. Bu konsepsiyada İran müəllifləri istisnalıq təşkil 
etmirlər, Türkiyə müəllifi Zəki Vəlidi Toqan da Səfəvilərin 
mənşəyinə  həsr olunmuş  məqaləsində onların kürd mənşəli 
olmalarını  əsaslandırmağa cəhd göstərir. Zəki Toqan belə 
ehtimal edir ki, Şeyx Səfiəddinin  əcdadları  və onun mənəvi 
hamisi olan Şeyx Zahidin əcdadları  Rəvvadilərin hərbi 
yürüşləri zamanı Diyarbəkirdən Gilana və  Ərdəbilə  gəlmişlər. 
Sonralar, XIV əsrin əvvəlinə qədər Ərdəbil kürd şeyxinin nəsli 
tədricən türkləşmişdir. Lakin Səfəvilər sülaləsinin əzəldən kürd 
mənşəli olması haqqında ehtimal mötəbər mənbələrin 
məlumatlarına əsaslanmır. 
“Səffat  əs-Səfa”da  Şeyx Səfinin “piri - türk” (“türkün 
piri”) adlandırılması isə  Səfəvilərin  İran dilli etnosa mənsub 
olması fikrini sübut etməyə çalışanları maraqlandırmır. Bu 
baxımdan  Şeyx Səfiəddinin fars əyaləti olan Şirazda öz 
müridləri ilə söhbətlərindən bəhs edən hekayədə ona dəfələrlə 
türk kimi müraciət olunması çox səciyyəvidir. Beləliklə,  Şeyx 
Səfiyyəddinin türk etnosuna mənsub olması haqqında akademik 
V.Bartoldun fikri gerçəkliyə daha çox uyğundur və tarixdə heç 
bir  şübhə doğura bilməz.  Əlbəttə, sırf “təmizqanlı” millət 
olmadığı kimi,  tarixdə “təmizqanlı” sülalələr də yoxdur. Şeyx 
Səfiəddini mənşəcə talış hesab edilən məşhur Azərbaycan 
filosofu  Şeyx Zahid ilə qohumlaşması,  Şeyx Cüneydin Ağ-
qoyunlu  şahı Uzun Həsənin bacısı ilə,  Şeyx Heydərin isə  şah 
Uzun Həsənin qızı ilə evlənməsi, Ağqoyunlu hökmdarlarının, 
bir  ənənə olaraq, yunan mənşəli Trabzon imperator sarayının 
şahzadə qızları ilə evlənmələri nəticəsində Səfəvilər sülaləsinin 
nümayəndələri də müxtəlif etnosların qarışması prosesində da-
ha da sağlam olmuş və kamilləşmişdir. 
Səfəvilər sülaləsi Azərbaycan və  İran tarixində uzun və 
şərəfli yer tutur. Bu sülalənin nümayəndələri 1736-cı ilə qədər 
400 ildən çox, öncə Ərdəbil  şeyxi – hökmdarı, sonra isə səfə-
vilər dövlətinin hökmdarları kimi hakimiyyətdə olmuşlar. 


Azərbaycan Tarixi 
 
 
175 
Səfəvilər sülaləsinin  şəcərəsi 18 nümayəndə ilə  təmsil 
olunmuşdur: 
1. Şeyx Səfiəddin İshaq (1252-1334); 
2. Şeyx Sədrəddin Musa (1334-1392); 
3. Şeyx Xacə Əli (1392-1427); 
4. Şeyx İbrahim (1427-1447); 
5. Şeyx Cüneyt (1447-1460); 
6. Şeyx Heydər (1460-1488); 
7. Şeyx Sulatanəli (1488-1494); 
8. Şeyx – Şah I İsmayıl (1494-1524); 
9. Şah I Təhmasib (1524-1576); 
10. Şah II İsmayıl (1576-1578); 
11. Şah Məhəmməd Xırdabəndə (1578-1587); 
12. Şah I Abbas (1587-1629); 
13. Şah Səfi (1629-1642); 
14. Şah II Abbas (1642-1666); 
15.  Şah Süleyman (1666-1694); 
16.  Şah Hüseyn (1694-1722); 
17.  Şah II Təhmasib (1722-1732); 
18.  Şah III Abbas (1732-1736); 
Sülalənin banisi Şeyx Səfiəddin ictimai-siyasi fəaliyyə-
tinə “Səfəviyyə” adlı dini orden yaratmaqla başlamışdır. Səfə-
viyyə ordeninin ideoloji əsası öncə İslam dininin sünni təriqəti 
olmuşdur.  Şeyx Səfiəddin  İshaq ilahiyyat elmlərini  Şirazda 
Rüknəddin Reyzavi və  Əmir Abdulladan öyrənmişdir.  Əmir 
Abdullanın məsləhəti ilə Şeyx Səfiəddin Talışa gəlir və burada 
XIII  əsrin görkəmli Azərbaycan alimi Şeyx Zahid Gilani ilə 
görüşür. Filosof Şeyx Zahidin məqbərəsi Lənkəran  şəhərinin 
Şıxakəran kənd qəbristanlığındadır. Şeyx Zahidi özünə mürşid 
seçən Şeyx Səfiəddin, onun qızı ilə evlənir və öz dini ordeninin 
ideoloji  əsası kimi İslam dininin şiyəlik təriqətini seçir. O, 
şiəliyi Azərbaycan, İran, İraq və qismən də Orta Asiyada təbliğ 
etməklə  qısa müddətdə böyük nüfuz qazanır və  Ərdəbili 
Səfəviyə ordeninin mərkəzinə çevirir.   
Qəzənfər Rəcəbli 
 
 
176
  Səfəviyyə ordeni xalqın ədalətli şah haqqında arzularına 
əsaslanaraq,  şəriət qanunları ilə  nəzərdə tutulmayan hədsiz 
vergilərə qarşı çıxır, XV əsrin ortalarına qədər xalqın antifeodal 
hərəkatına başçılıq edirdi. Bu dövrə qədər Ərdəbil şeyxləri kimi 
tanınan Səfəvilərin hakimiyyəti dini hakimiyyət olmuşdur. 
Şeyx Cüneyddən başlayaraq Səfəvilər həm də dünyəvi haki-
miyyət uğrunda mübarizə aparırlar. 
 Qaraqoyunlu hökmdarı Cahanşah Şeyx Cüneydin nüfu-
zunun artmasından və qüvvətlənməsindən ehtiyat edərək ondan 
öz dövlətinin  ərazisini tərk etməyi tələb edir. Şüyx Cüneyd 
başına topladığı 20 min nəfərlik süvari ilə 1447-1453-cü illərdə 
Şərqi Türkiyədə,  Ərəbistanda və Diyarbəkrdə  gəzib dolanır. 
Qaraqoyunlular ilə mübarizə edən Ağqoyunlu hökmdarı Uzun 
Həsən  Şeyx Cüneydin hərbi qüvvəsindən istifadə etmək 
məqsədilə onu öz düşərgəsinə  dəvət edir. Şeyx Cüneyd buna 
həvəslə razı olur. O, Ağqoyunlu şahı Uzun Həsənin bacısı Xə-
dicə  bəyimlə evlənir və  Ərdəbilə qayıdır. Bu vaxt Ərdəbilin 
hakimi Şeyx İbrahimin oğlu Şeyx Cəfər idi. O, sünni təriqətinə 
qayil idi. Şeyx Cəfər  Şeyx Cüneydi Ərdəbilə buraxmır. Lakin 
Uzun Həsən  Ərədəbilə  gəlib onu şəhərin hakimliyindən kənar 
edir və şeyx Cüneydi 1459- cu ildə Ərdəbilin hakimi təyin edir. 
  Şeyx Cüneyd 1459-cu ildə  Ağqoyunlu müttəfiqlərinin 
dəstəyinə arxalanaraq, “kafir” çərkəzləri müsəlman etmək adı 
altında Dağıstana hərbi yürüş edir və xeyli qənimət  ələ 
keçirərək qışlamaq üçün Qarabağa qayıdır.  Şeyx Cüneydin bu 
yürüşündən narahat olan Şirvanşah I Xəlilullah ona xəbər 
göndərir ki, bu yerlərə bir daha gəlməsin.  Şeyx Cüneyd bu 
xəbərdarlığa  əhəmiyyət vermir və 1460-cı ildə yenə  də 
Şirvanşahlar dövlətinin  ərazisindən keçərək Dağıstana yürüş 
edir.  Şirvanşah I Xəlilullah Qaraqoyunlulardan kömək alıb 
Səfəvilərə qarşı müharibəyə başlayır. 1460-cı il martın 3-də 
Samur çayı sahilində baş verən döyüşdə  Səfəvi qoşunları 
məğlub olur və döyüdə Şeyx Cüneyd həlak olur, onun müridləri 
isə Ərdəbilə qayıdırlar. 


Yüklə 2,44 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə