Azərbaycan Tarixi
169
birləşmədilər.
Bundan istifadə edən, Uzun Həsən və onun
müttəfiqləri Əbu Səidin ordusunu mühasirəyə alıb darmadağın
etdilər. Əbu Səid əsir alındı və öldürüldü.
Uzun Həsən 1468-ci ildə Təbrizə daxil olub Ağqoyunlu
dövlətinin yaradılmasını elan etdi. Azərbaycanın yeni dövləti
olan Ağqoyunlu dövlətinin ərazisi Şirvan dövləti və Ərdəbil
şeyxlərinin torpaqları istisna olmaqla, bütün Azərbaycanı, o
cümlədən Cənubi Azərbaycanı, Naxçıvanı, İrəvanı, Qarabağı,
Gəncəni və Talışı, habelə Şərqi Türkiyəni, Gürcüstanı, və
indiki İranın mərkəzi hissəsini və şimalını əhatə edirdi.
Ağqoyunlu dövlətinin paytaxtı Təbriz şəhəri idi.
Görkəmli dövlət xadimi Uzun Həsənin daxili siyasətinin
əsasını yaratdığı dövlətin bütövlüyünü qorumaq təşkil edirdi.
O, yerli feodal hakimləri öz ətrafında birləşdirməyə çalışır,
ruhanilərlə sıx əlaqə saxlayır, İslam
dinindən geniş xalq
kütlələrini itaətdə saxlamaq üçün məharətlə istifadə edirdi.
Uzun Həsən xarici siyasətində qonşu ölkələrlə və Avropa
dövlətləri ilə diplomatik münasibətlər yaratmağa xüsusi fikir
verirdi. Bu işdə ona anası Sara xatun fəal kömək edirdi. Sara
xatunu Azərbaycanın ilk diplomat qadını hesab etmək olar.
Ağqoyunlu döblətinin Avropanın xristian dünyası ilə əlaqələri
Trabzon yunan dövlətindən başlayır. Ağqoyunlu hökmdarı
Uzun Həsən sülalə qohumları Trabzon sarayı vasitəsi ilə Qərb
dövlətlərilə diplomatik əlaqələr yaratmışdı. Osmanlı sultanı II
Mehmet 1453-cü ildə Konstantinopolu tutduqdan sonra Qərb
dövlətlərinin ağqoyunlularla əlaqələri genişləndirməkdə marağı
artmışdı. Osmanlı imperiyasına qarşı səlib yürüşü təşkil etməyi
irəli sürən Roma papaları II Kaliket (1455-1458), II Piy (1458-
1464) və II Pavel (1464-1471) Osmanlı imperiyasına qarşı
mübarizə üçün onun bütün düşmənlərindən istifadə etməyə
çalışırdılar. Bu məqsədlə ilk növbədə Ağqoyunlu sarayı ilə
danışıqlar aparılırdı.
Ağqoyunlu-Roma papası-Trabzon ittifaqına gürcü knyaz-
ları da qoşulmaq istədilər. Gürcüstanın nümayəndələri 1458- ci
Qəzənfər Rəcəbli
170
ildə Romaya getdilər, lakin Romanın zəifliyini və
qətiyyətsizliyini görüb geri qayıtdılar. Osmanlı sulatı isə daha
qəti hərəkət etdi, 1461-ci ildə hücüm edib Trabzonu tutdu.
Ağqoyunlu sarayı köhnə müttəfiqi Trabzonu itirdikdən
sonra Qərbi Avropa ilə əlaqələrini daha da genişləndirməyə
başladı. Ağqoyunluların ən geniş əlaqələri osmanlıların əsas
düşmənləri olan Venesiya ilə idi. Uzun Həsən Roma papası və
Venesiyadan əlavə Kipr krallığı və səlibçilərin Rodos ada
dövləti ilə də Osmanlı sultanlığına qarşı danışıqlar aparırdı.
Uzun Həsən 1464-1469-cu
illərdə şərqdə bir çox
dövlətləri özünə tabe edib qüdrətli imperiya yaratdıqdan sonra,
Osmanlı sultanlığının başının Avropada müharibələrə qarışma-
sından istifadə edərək, ona qarşı müharibəyə hazırlaşmağa
başladı. Uzun Həsən müharibəyə hazırlıq ərəfəsində Avropa ilə
münasibətləri nəzərə alaraq, yerli xristian əhaliyə dövlət
qayğısını artırdı. Xristian əhali ilə münasibətlərdə Uzun
Həsənin arvadı, Trabzon şahzadəsi Despina xatun fəal rol
oynayırdı. Uzun Həsən Ərdəbil şeyxləri olan Səfəvilər ilə də
ittifaqı möhkəmlətmək üçün şiə təriqətinin təqib olunmasını
qadağan etdi. O, bacısı Xədicə bəyimi Şeyx
Cüneydə ərə
verməklə Səfəvilər ilə qohumluq münasibətləri yaratdı. Sonra
isə qızı Martuzə bəyimi Şeyx Cünetdin oğlu Şeyx Heydərə ərə
verməklə bu qohumluğu təzələdi (Martuzə bəyim Səfəvilər
sarayında Aləmşah xanım adını daşıyırdı).
Uzun Həsən Avropa müttəfiqləri ilə razılığa gəlib 1472-ci
ilin yazısında Osmanlı sultanlığına qarşı müharibəyə başladı.
Ömər bəyin başçılığı altında Ağqoyunlu ordusu Bitlisdən
hücuma başlayıb avqust ayında Toqqat şəhərini aldı.
Ağqoyunlu dövləti tərəfindən müharibədə Qaraman şahzadələri
Pir Əhməd və Qasım bəy, həmçinin Anadolunun bir sıra
keçmiş kiçik dövlətlərinin hökmdarları da iştirak edirdilər.
Mirzə
Azərbaycan Tarixi
171
Yusif xanın başçılığı altında ağqoyunluların ikinci ordusu
hücumu davam etdirərək Qeysəriyə, Ağsaray və Ağsəhəri tutub
Qaraman ərazisinə daxil oldular.
Osmanlı Sulatını II Mehmet şahzadə Mustafanın başçılıq
etdiyi orduya geri çəkilmə əmri verdi. Ağqoyunlu ordusu
Qaraman dövlətini tutduqdan sonda Aralıq
dənizi sahilinə
çıxdı. Müttəfiqlərlə razılaşmaya əsasən Ağqoyunlu ordusu
burada sahilə çıxdıqda Venesiya şəhər dövləti Geniya gəmiləri
ilə ona odlu silah və topçu mütəxəssislərdən ibarət kömək
göndərilməli idi. Lakin özgə əli ilə Osmanlı imperiyasını
zəiflətmək istəyən Qərb dövlətləri ağqoyunlulara heç bir kömək
göstərmədilər. Sultan II Mehmetin əmri ilə şahzadə Mustafanın
60 min nəfərlik ordusu hücuma keçib Mirzə Yusif xanın ordusu
üzərində qələbə çaldı və Qaramanı geri aldı. Ağqoyunlu
ordusunun qalıqları geri qayıtdı.
Sultan II Mehmet Şah Uzun
Həsənə xəbər göndərdi ki, 1473-cü ildə onun üzərinə yürüş
edəcəkdir.
1472-1473-cü ilin qışında hər iki tərəf ciddi surətdə
müharibəyə hazırlaşdı. 1473-cü ilin iyul ayında ağqoyunlu
ordusu Osmanlı ordusunun hücumunu gözləmədən hücuma
keçdi. Uzun Həsən Qərb müttəfiqlərindən kömək almaq
ümidilə yenə də Aralıq dənizi sahillərinə çıxmağa can atırdı.
Sultan II Mehmet isə onu Anadolunun şərqində qarşılamağı
qərara aldı. 1473-cü il avqustun 1-də Fərat çayı sahilində
Malatyadan bir qədər aralı iki böyük ordu arasında qanlı döyüş
baş verdi. Uzun Həsən hərbi sərkərdəlik
məharəti sayəsində
qalib gəldi, Osmanlı ordusuna topdan istifadə etmək imkanı
vermədi.
Sultan II Mehmet tələsik İstanbula tərəf geri çəkilməyə
başladı. O, qorxurdu ki, Qərbdəki düşmənləri bu
məğlubiyyətdən xəbər tutub, hücum edərək İstanbulu geri
alarlar. Uzun Həsənin ordusu II Mehmetin ordusunu təqib edir,
lakin açıq yerdə yeni döyüşə girmirdi. Çünki osmanlıların
toplarla yaxşı silahlanmış yeniçəri ordusu açıq meydanda daha
Qəzənfər Rəcəbli
172
güclü idi. Ərzincanla Ərzurum arasında Ucaqızlı dərəsində
ağqoyunlular osmanlı ordusunu mühasirəyə alıb hücum etdilər.
Sultan II Mehmet sərkədəlik məharəti
göstərib mühasirəni yara
bildi və orduusunu Tərcan vadisində Otluqbeli adlı təpəliyə
çıxara bildi. Burada açıq yerdə avqustun 11-də şiddətli döyüş
getdi. Ağqoyunlu ordusu üstünlüyü ələ alıb qələbə çalmaq
məqamında ikən II Mehmet yeniçərlərin topçu dəstəsini döyüşə
buraxdı. Toplar döyüşün taleyini həll etdi. Ağqoyunlu ordusu
məğlub oldu. Otluqbeli döyüşü ilə 1472-1473-cü illər Ağqoyun
- Osmanlı müharibəsi qurtardı. Hər iki tərəf öz əvvəlki
mövqelərinə qayıtdı və heç bir sərhəd dəyişikliyi baş vermədi.
Uzun Həsən və onun oğlu Yaqub şahın vəfatından sonra
Ağqoyunlu dövləti zəiflədi. 1499-cu ildə Ağqoyunlu dövləti iki
hissəyə parçalandı. Şah Əlvənt
Mirzənin Ağqoyunlu dövlətinə
Azərbaycan torpaqları, Murad şahın Ağqoyunlu dövlətinə isə
Əcəm İraqı (İran) və Ərəb İraqı (Bağdad) daxil idi.
Ədəbiyyat:
1. Azərbaycan tarixi. 7 cilddə, 3-cü cild, Bakı, 1999, s.
14-107.
2. Azərbaycan tarixi. Dərslik, s. 322-391.
3. А.Ализаде. Социально-экономическая и полити-
ческая история Азербайджана в XIII – XIV вв. Баку., 1956.
4. С.Ашурбейли. Государство Ширваншахов (VI -
XVI). Баку, 1983.
5. C.İbrahimov. Qaraqoyunlu dövləti. Bakı, 1948.
6. Y.Mahmudov. Azərbaycan diplomatiyası. Bakı, 1996.
7. Я. Махмудов. Взаимоотношения государства Ак-
коюнлу и Сефевидов с европейскими странами во второй
половине XV - начале XVII вв., Баку, 1991.