Azərbaycan Tarixi
181
xarici hücumlardan qorunmaq ehtiyacı da
güclü mərkəzləşmiş
hakimiyyətin yaranmasını tələb edirdi. Bütün bunlar Şeyx
İsmayıla Azərbaycanı vahid dövlət halında birləşdirməyə şans
verirdi.
Vahid Azərbaycan uğrunda mübarizədə Şeyx İsmayılın
üç əsas düşməni var idi: Şirvanşah Fərrux Yasar, Ağqoyunlu
şahı Əlvənd və Ağqoyunlu şahı Murad. Qaynaqların
məlumatına görə Ərdəbilə gəlməmişdən öncə Şeyx İsmayılın
Ərzincanda keçirdiyi müşavirədə vahid Azərbaycan dövləti
yaratmaq məqsədilə ilk zərbəni Səfəvilərin sülalə düşməni olan
Şirvanşah Fərrux Yasara endirmək qərara alınmışdı.
1500-cü ilin payızında 14 yaşlı Şeyx İsmayıl
Şirvanşahlar dövləti üzərinə hücuma keçdi. Şah
Fərrux Yasar
Şamaxını tərk edərək, qoşun toplamaq üçün Qəbələyə çəkildi.
Şamaxı şəhərinin əhalisi də qorxuya düşüb dağlara qaçmışdı.
Şeyx İsmayıl Qulu adlı elçisi vasitəsilə şamaxılılara xəbər gön-
dərdi ki, evlərinə qayıtsınlar, heç kəsə toxunulmayacaqdır.
Əhali şəhərə qayıtdı. “Qızılbaş” ordusu iki gün Şamaxı şəhərin-
də qaldı.
Şeyx İsmayıl xəbər tutdu ki, şah Fərrux Yasar böyük bir
qoşun toplayıb Gülüstan və Qəleybuğurd qalaları arasındakı
meşədə düşərgə salmışdır. Tarixçilərdən İskəndər Münşi,
Həsən Rumlu və Xantemirin yazdıqlarına görə Fərrux Yasarın
ordusunda 20 min süvari və 6 min piyada vardı. “Qızılbaş”
ordusu isə 7 min süvaridən ibarət idi. Oktyabr ayının 20-də
Çabanı adlı yerdə qanlı döyüş baş verdi və Şirvanşah
ordusu
məğlub oldu. Şah Fərrux Yasar qaçmaq istədikdə öldürüldü.
Şeyx İsmayıl qışı Muğanda keçirmək üçün Mahmud-
avar kəndinə gəldi. 1501- ci ilin yazında “Qızılbaş” ordusu
Məhəmməd bəy Ustaclı və İlyas bəy Xınıslının başçılığı altında
Şirvanşahların ikinci igamətgahı və xəzinəsi yerləşən Bakı
üzərinə hücum etdi. Onlar Bakı qalasının təslim olmasını tələb
etdilər. Bakı qalasının hakimi Fərrux Yasarın oğlu Qazı bəy
qardaşı Bəhram bəy ilə birlikdə dağlarda Səfəvilərə qarşı
Qəzənfər Rəcəbli
182
müqaviməti davam etdirmək məqsədilə Qəleybuğurd qalasına
çəkilmişdilər. Bakının müdafiəsinə Qazı bəyin arvadı
Bibixanım başçılıq edirdi. O, şəhərin təslim edilməsi təklifini
qəti surətdə rədd etdi. Həsən bəy Rumlunun yazdığına görə
Bibixanım qalanın təslim edilməsi təklifini gətirən Səfəvi
elçisinin edam olunmasını əmr etdi. Bakının darğası Əbülfət
bəy onu bu addımdan çəkindirməyə cəhd göstərdikdə
Bibixanım onun da edam olunmasını əmr etdi. Şeyx İsmayıl
Bakı qalasına hücuma rəhbərlik etmək üçün özü bura gəldi.
“Qızılbaşlar” çətinliklə də olsa, qala divarlarının altından lağım
ataraq Bakıya daxil oldular. Şəhər ağsaqqallarından 70 nəfər
əllərində müqəddəs “Quran” Şeyx İsmayıldan aman istədilər.
Şeyx İsmayıl yalnız 1000 tümən qan bahası alıb şəhər əhalisini
bağışladı. Şeyx İsmayıl Şirvanşahların xəzinəsini ələ keçirdi və
Şirvanşahlar dövlətini asılı vəziyyətə salan müqavilə bağladı.
Şeyx İsmayılın növbəti hədəfi Ağqoyunlu şahı Əlvənd
oldu. Şeyx İsmayıl Kür çayını keçərkən
onun üzərindən körpü
saldırdı. Şah Əlvənd “qızılbaşları” qabaqlayıb onlara qəflətən
zərbə endirmək üçün sərkərdə Qaraca Mahmudun başçılığı
altında qoşun göndərdi. Lakin Cavad kəndi yaxınlığında “qızıl-
başlara” qəflətən hücum edən Ağqoyunlu ordusu məğlubiyyətə
düçar oldu və sərkərdə Qaraca Mahmud öldürüldü. Şah Əlvənd
“qızılbaşların” üzərinə sərkərdə Osman bəyin başçılığı altımda
ikinci ordu göndərdi. Bu ordu da Naxçıvan yaxınlığında sər-
kərdə Piri Halvaçı oğlunun başçılıq etdiyi “qızılbaş” ordusu
tərəfindən məğlub edildi, sərkərdə Osman isə əsir alınıb
öldürüldü.
Şah Əlvənd Şərur düzündə düşərgə salmış Səfəvi
ordusuna qarşı 30 min nəfərlik yeni qoşun göndərdi. Lakin
Ağqoyunlu ordusunun döyüşçüləri vahimə içində idilər. Onlar
“qızılbaşların” hücuma keçməsindən xəbər tutan kimi cəbhəni
qoyub vahimə içində qaçırdılar.
Vahiməyə düşmüş döyüşçülər
qaçmasın deyə, şahın əmri ilə dəvələri zəncirlə bir-birinə
bağlayaraq qoşunun ətrafına üç tərəfdən çəpər çəkildi. Şahın bu
Azərbaycan Tarixi
183
tədbiri də kömək etmədi. Ağqoyunlu ordusu 8 min döyüşçüsü-
nü itirərək məğlub oldu. Şah Əlvənd ordunun qalıqları ilə Ər-
zincana qaçdı.
Şərur qələbəsindən dərhal sonra, 1501-ci ilin payızında
Şeyx İsmayıl təntənə ilə Təbrizə daxil oldu və özünü şah elan
etdi, adına xütbə oxutduraraq sikkə kəsdirdi. Beləliklə,
Səfəvilər dövləti yarandı. Səfəvilər dövləti ilk vaxtlar
Azərbaycanın Şirvan, Qarabağ, Naxçıvan, Talış,
Muğan və
Qızıl Üzən çayına qədər Cənubi Azərbaycan torpaqlarını əhatə
edirdi.
Lakin siyasi vəziyyət Şah İsmayılın qarşısında daha
geniş vəzifələr qoydu. Səfəvi ordusu Şərur döyüşündən sonra
Ərzincana qaçmış Əlvəndi təqib edərək Sarıqaya adlı yerdə
yenidən məğlubiyyətə uğratdı. Əlvənd Bağdada qaçdı və sonra
Diyarbəkrə gedərək, 1504-cü ildə orada vəfat etdi.
Şah İsmayıl 1503-cü ilin payızında Qənbər ağa adlı bir
müridini Əlvəndin qardaşı Murad şahın yanına göndərib itaət
etməsini tələb etdi. Məktubda Səfəvilərlə Ağroyunluların
qohumluq əlaqələrini xatırladan Şah İsmayıl Muradın onun
hakimiyyətini tanıdığı təqdirdə İraqi-Əcəmin bir hissəsini ona
təklif edirdi. Murad məktuba mənfi cavab verdi və Qum hakimi
Asılmaz ilə ittifaqa girib Həmədanda 70 min nəfərlik böyük
qoşun topladı. Belə olduqda Şah İsmayıl 12
min nəfərlik süvari
ordu ilə Qızıl Üzən çayını keçərək Həmədana doğru irəlilədi.
1503-cü il iyunun 21-də Həmədan yaxınlığındakı Almabulağı
adlı yerdə Şah İsmayılın ordusu ilə Murad şahın ordusu
arasında döyüş baş verdi. Sayca üstün olmasına baxmayaraq
Ağqoyunlu ordusu məğlub oldu, Fars və İraqi-Əcəmin böyük
bir hissəsi Səfəvi dövlətinə qatıldı. Ağqoyunlu dövlətinə son
qoyuldu. Murad Şiraza qaçdı. Şah İsmayıl özünü babası Uzun
Həsənin qanuni varisi hesab edir və dövlətini Ağqoyunlu
sərhədləri daxilində bərpa etməyə çalışırdı. O, 1503-cü ildə
Şirazı, İsfahanı, Kaşanı və Qumu tutdu. Şah İsmayıl 1504-cü
ildə Yəzdi ələ keçirdi, sonra qərbə doğru hərəkət edərək 1506-
Qəzənfər Rəcəbli
184
1507- ci illərdə Suriyə sərhədlərinə çıxdı və Uzun Həsənin
vətəni Diyarbəkri ələ keçirdi. 1508-ci ildə isə Bağdadla birlikdə
bütün İraqi-Ərəbi tutdu. Şah İsmayıl 1510-cu ildə Xorasan
istisna olmaqla bütün müasir İranı Səfəvilər dövlətinə qatdı. Bu
istilaları ilə Şah İsmayıl mərkəzləşdirilmiş böyük Azərbaycan
Səfəvilər dövlətini yaratdı.
Şah İsmayıl böyük fateh idi. K.Marksın dediyi kimi o,
14 ildə 14 ölkəni tutdu. Şah İsmayılın istilaçılıq
siyasəti iki əsas
rəqiblə qarşı-qarşıya gəldi: onlardan biri şərqdə - güclü özbək
hökmdarı Məhəmməd Şeybani, digəri qərbdə əzəmətli Osmanlı
imperiyası idi.
Hələ 1508-ci ildə Məhəmməd xan Şeybani Xorasana
hücum etdikdə Xorasan hakimi Hüseyn Baykal şah İsmayıldan
kömək istəmişdi. O vaxt Şah İsmayıl Kiçik Asiyada müharibə
etdiyi üçün ona kömək edə bilmədi. Şeybani Məhəmməd xan
Xorasanı tutub Şah İsmayıla hədələyici məktub göndərmişdi.
Məktubda deyilirdi: “Yaxşı olar ki, sən də babaların kimi
dərvişlik edəsən. Yoxsa İrana və Azərbaycan sərhədlərinə
qoşun çəkərəm, Hicaza qədər bütün ərazini tutaram.” Şah
İsmayıl ona belə bir cavab məktubu yazmışdı. “Məsləhətlərin
üçün çox sağ ol. Mən həqiqətən dərvişliyi çox sevirəm. Allah
qoysa yaxın vaxtlarda öz "qızılbaşlarımla” birlikdə İmam
Rzanın qəbrini ziyarət etmək üçün Xorasanın
Məşhəd şəhərinə
gələcəyəm. Söhbətimizi orada davam etdirərik.”
Lakin Şah İsmayılın Xorasana yürüşü bir qədər ləngidi.
O, kiçik Asiyadan sonra, 1509-cu ildə Şirvana gəlməli oldu.
Səfəvilərin vassalı olan Şiranşah Fərrux Yasarın oğlu Şeyxşah
Şah İsmayıla tabe olmaqdan imtina etmişdi. Şah İsmayıl öncə
Bakıya gəldi və burada mehribanlıqla qarşılandı. Sonra Şamaxı
şəhərini tutub Dərbəndə getdi. Dərbənd şəhəri də Şamaxı kimi
müqavimət göstərdi. Səfəvi ordusu qala divarları altından 12
yerdən lağım atıb şəhərə daxil oldu. Şirvanın şəhərləri
tutulduqdan sonra Şah İsmayıl sərkərdəsi Lələ bəyi Şirvana
hakim təyin edib. 1510-cu ilin qışında Təbrizə qayıtdı.