Azərbaycan Tarixi
189
Şahruxun fəaliyyətsizliyindən istifadə edən Şirvan əyanları
əslində özləri hakimiyyəti idarə edirdilər. Bu da xalqın
narazılığına səbəb olurdu. Şah I Təhmasib həmin əyanların
müstəqillik meyllərini qırmaq məqsədilə 1538-ci ildə qardaşı
Əlqas Mirzənin başçılığı ilə Şirvana 20
min nəfərlik süvari
qoşun göndərdi. Əlqas Mirzə 4 aylıq mühasirədən sonra
Şamaxı şəhərini ala bildi və Şirvanşah Şahruxu tutub Təbrizə
göndərdi. Şirvanşahlar dövləti ləğv edildi və Səfəvilər
dövlətinin əyalətlərindən birinə çevrildi. Şah I Təhmasib
qardaşı Əlqas Mirzəni Şirvana bəylərbəyi təyin etdi. O, 1546-cı
ildə Bakını da tutdu. Lakin Əlqas Mirzə müstəqil hökmdar
olmaq məqsədilə 1547-ci ildə qardaşına qarşı qiyam qaldırdı və
məğlubiyyətə uğrayıb Osmanlı imperiyasına qaçdı. Şah I
Təhmasib Abdulla xanı Şirvana bəylərbəyi təyin etdi. O, 1551-
ci ildə Şəkinin Səfəvilər dövlətinə tabe olmasına nail oldu.
XVI əsrin 30-cu illərində Osmanlı türklərinin hücumu ilə
bir əsrdən çox davam edən Səfəvi – Osmanlı müharibələri
başlandı. Öncə Ülamə bəyin başçılığı altında türk soylarından
ibarət olan köçərilər. Anadoludan
hücuma keçərək Təbrizi
tutmağa cəhd göstərdilər, lakin məğlub olub geri qayıtmağa
məcbur oldular. 1533-cü ildə isə 80 minlik Osmanlı ordusu Şah
I Təhmasibin Xorasan tərəfdə özbəklərə qarşı müharibədə
olmasından istifadə edərək Səfəvilər dövlətinin sərhədini keçib
Təbrizi tutdu, lakin paytaxt əhalisinin kəskin müqavimətinə rast
gəlib geri qayıtmağa məcbur oldu. 1534-cü ildə Osmanlı
ordusu yenidən Azərbaycana hücum etdi. Bu dəfə Səfəvi
ordusu Osmanlı ordusunu əzib Azərbaycandan qovdu.
15 illik fasilədən sonra, 1548-1549-cu illərdə Osmanlı
qoşunlarının Azərbaycana yeni yürüşü oldu.
Bu yürüşə Şah I
Təhmasibin qardaşı Əlqas Mirzə başçılıq edirdi. Səfəvi ordusu
Həmədan yaxınlığında Əlqas Mirzənin türk ordusunu məğlub
etdi və Əlqas Mirzəni əsir alıb qardaşının yanına gətirdilər. Şah
I Təhmasib xəyanət etmiş qardaşını, ömrünün axırınadək əzab
çəksin deyə, Qəh-Qəhə qalasında zindana saldırdı.
Qəzənfər Rəcəbli
190
1552-ci ildə Sultan Süleyman Ərzurum hakimi İskəndər
paşanın başçılığı ilə Azərbaycana qoşun göndərdi. İskəndər
paşa Xoy və İrəvanı tutub taladı. 1553-cü ildə isə Sultan
Süleyman özü Azərbaycana hücum edib Naxçıvanı ələ keçirdi
və qarət edib Ərzuruma çəkildi.
1554-cü ildə Sənan paşanın başçılığı ilə Osmanlı ordusu
Azərbaycana soxuldu. Bu yürüşdə Krım xanı da iştirak edirdi.
Osmanlı ordusu Səfəvi ordusu tərəfindən darmadağın edildi.
Sultan Süleyman vəziri Mahmud paşa vasitəsilə sülh bağlamağı
təklif etdi. 1555-ci il mayın 29-da Səfəvilər dövləti ilə Osmanlı
sultanlığı arasında Amasiya sülhü bağlandı. Amasiya sülh
müqaviləsinə görə tarixi Ermənistan və Gürcüstanın qərb
hissəsi Osmanlı imperiyasına verildi, şərqi
Gürcüstan isə
Səfəvilər dövlətində qaldı. Amasiya sülhü ilə Səfəvi – Osmanlı
müharibələrinin birinci mərhələsi başa çatdı.
1555-ci ildə Şah I Təhmasib paytaxtı Osmanlı sərhədin-
dən uzaqlaşdırmaq məqsədilə Təbriz şəhərindən Qəzvin şəhə-
rinə köçürtdü. Amasiya sülhündən sonraki fasilə zamanı Azər-
baycanda təsərrüfat və mədəniyyətin inkişafı üçün müəyyən qə-
dər şərait yarandı. Lakin 1576-cı ildə Şah I Təhmasibin vəfatın-
dan sonra hakimiyyət uğrunda onun oğlanları arasında
mübarizə başladı. Nəhayət, II İsmayıl qalib gəldi. Ancaq Şah II
İsmayılın hakimiyyəti uzun sürmədi. 1578-ci ildə onun qardaşı
kor Məhəmməd Xüdabəndə Şah II İsmayılı öldürdü və
hakimiyyəti ələ keçirdi. Məhəmməd Xüdabəndənin hakimiyyəti
dövrü Səfəvi sülaləsinin hakimiyyətinin ən uğursuz dövrü oldu.
Bu barədə A.Bakıxanov belə yazıb: “Kor Məhəmməd Xü-
dabəndə iradəcə zəif adam idi. O, ifrat dərəcədə ənam pay-
layırdı. Məhz ona görə də dövlətin bünövrəsinə rəxnə düşdü.”
Şah Məhəmməd Xüdabəndənin
hakimiyyəti dövründə
Səfəvilər dövləti xeyli zəiflədi. Əmirlərin özbaşınalığı gücləndi,
onların arasında daxili mübarizə başladı. Ölkədə yaranmış
vəziyyətdən istifadə edərək 1578-ci il avqustun 9-da Mustafa
Lələ paşanın başçılığı altında 100 min nəfərlik Osmanlı ordusu
Azərbaycan Tarixi
191
Azərbaycana hücum etdi. Bununla da Səfəvi – Osmanlı
müharibələrinin ikinci mərhələsi başlandı.
Müharibəyə başlamazdan öncə Osmanlı dövləti
Azərbaycana və Şimali Qafqaza sünni missionerləri göndərərək
dini təbliğat aparır və sünni təriqətini yayırdı. Osmanlı Sultanı
III Murad Şirvanşahların nümayəndələrinə Şirvanşahlar
dövlətinin müstəqilliyini bərpa edəcəyini vəd verirdi.
Osmanlı ordusu Gürcüstanı tutub Qanıx çayı yaxınlığında
Səfəvi ordusu ilə qarşılaşdı. 50 min nəfərlik Səfəvi ordusu
Osmanlı ordusunun hücumunun qarşısını ala bildi. Lakin ilk
döyüşdən sonra Səfəvi əmirləri arasında baş verən çəkişmələr
ordunu növbəti döyüşlər üçün təşkil etməyə imkan vermədi.
Mustafa
Lələ paşa Şəkini, Dərbəndi və Gəncəni tutub,
Ərzuruma çəkildi. O, Azərbaycandan özü ilə 60 min nəfər əsir
apardı.
Azərbaycanda Osman paşanın qoşunları və Krım xanının
qardaşı Adil Gərayın qoşunları qaldılar. 1078-ci il noyabrın 20-
də Ağsu çayı yaxınlığında baş verən döyüşdə Səfəvi ordusuna
Şah Məhəmməd Xüdabəndənin oğlu Həmzə Mirzə başçılıq
edirdi. Bu döyüşdə düşmən ordusu məğlub oldu. Adil Gəray
döyüşdə öldürüldü, Osman paşa isə Dağıstana qaçdı.
1581-ci ildə Krım xanı Məhəmməd Gəray Dərbəndə gəldi
və Osman paşanın qüvvələri ilə birləşdi. Onlar 2 dəfə Kür çayı
sahillərinə hücum etdilər, əhalini
qarət edib Dərbəndə
qayıtdılar. Osman paşa Dərbəndə getsə də Osmanlı ordusunun
hissələri Azərbaycanda qalmaqda davam edirdi. Bakı şəhəri də
onların əlində idi. Səfəvi ordusu Bakı qalasını 18 gün
mühasirədə saxlasa da ala bilmədi. Ərzağı tükənmiş ordu aclığa
davam gətirməyib geri qayıtdı. Dəfələrlə qarət olunmuş
Azərbaycanda aclıq baş verdiyinə görə əhali ordunu ərzaqla
təmin edə bilmədi.
Səfəvilər 1586-cı ildə Rusiya ilə ittifaq yaratmağa
çalışdılar. Onlar Dərbənd, Bakı və Şamaxı şəhərlərini Rusiyaya
Qəzənfər Rəcəbli
192
güzəştə getməklə ondan hərbi kömək istədilər. Lakin Rusiya o
vaxt buna razı olmadı.
1587-ci ildə Səfəvilər taxtına Şah I Abbas oturdu. O,
1590-cı il martın 21-də İstanbulda sülh müqaviləsi bağladı.
İstanbul sülhünün şərtlərinə görə Ərdəbil və Talış istisna
olmaqla bütün Azərbaycan və Gürcüstan Osmanlı sultanlığında
qaldı.
Azərbaycanda Osmanlı hökmranlığı dövrü başlandı.
Ölkədə Osmanlı üsul-idarəsi yaradıldı. Azərbaycan inzibati
cəhətdən paşalıqlara və sancaqlara bölündü. Paşalıqları idarə
edən Osmanlı paşaları əhalini qarət edirdilər. Qaynaqların
məlumatına görə Marağada Cəfər paşa əhalidən bir ildə 15 ulağ
yükü qızıl toplamışdı. Nəticədə əhali o qədər haldan düşmüşdü
ki, sonrakı il paşa heç bir şey toplaya bilmədi.
Şah I Abbas 1598-ci ildə Səfəvilər dövlətinin paytaxtını
Qəzvindən İranın daxili bölgələrinə - İsfahan şəhərinə köçürdü.
Paytaxtın fars torpağına köçürülməsi sarayda və dövlət apara-
tında fars əyanlarının təsirinin artmasına, fars təmayülünün
güclənməsinə səbəb oldu.
Şah I Abbas mərkəzi hakimiyyətin gücləndirilməsində
marağı olan feodal qruplarının,
tacirlərin və sənətkar
təbəqələrinin dəstəyinə arxalanaraq hərbi-köçəri “qızılbaş”
əmirlərinin müqavimətini qıra bildi. O, güclü nizami ordu
yaratdı. Ordu odlu silahlarla təchiz edildi və birbaşa mərkəzi
hakimiyyətə tabe edildi. Nizami ordunun döyüşçülərinin sayı
110 min nəfərə çatırdı. “Qızılbaş” süvari dəstələri də yenidən
təşkil olundu. 44 min nəfərlik “qulamlar” dəstəsi (şah qvardiya-
sı) yaradıldı.
Şah I Abbas fəal xarici siyasət yeritməyə başladı. O,
1599-cu il iyulun 29-da Şeybaniləri məğlub edib Xorasanı ye-
nidən Səfəvilər dövlətinə birləşdirdi. Osmanlı imperiyası ilə Al-
maniya arasında müharibə getməsindən istifadə edərək, Şah I
Abbas 1602-ci ildə Osmanlı sultanlığına qarşı müharibəyə baş-
ladı. 1603-cü il sentyabrın 14-də Səfəvi
ordusu hücuma keçib,