Azərbaycan Tarixi
321
XX FßSÈL
ŞİMALI AZƏRBAYCANDA XIX-XX ƏSRİN
ƏVVƏLLƏRİNDƏ MƏDƏNİYYƏT
20.1. XIX-XX əsrin əvvəllərində Şimali Azərbaycanda
təhsil və elm. Azərbaycan Rusiya və İran arasında
bölüşdürüldükdən sonra Şimali Azərbaycanda maarif durumu
Azərbaycanın ənənəvi təhsil formalarının inkişafı ibtidai rus
məktəblərinin təhsili ilə də yanaşı səciyyələnir.
İbtidai təhsil məscidlərin nəzdindəki məktəblərdə təşkil
olunmuşdu. Şuşada İbrahim xan məscidi nəzdində olan
məktəbin əsası hələ 1801-ci ildə qoyulmuşdu. 1842-ci ildə
Bakı, Şamaxı, Lənkəran, Quba, Şuşa və Şəki qəzalarında
məscidlərin nəzdində 502 məktəb vardı. Onlarda 534 müəllim
dərs deyirdi və 5242 şagird oxuyurdu. Məscidlərin nəzdində
olmayan məktəblərin sayı isə çox idi. Belə məktəblər, demək
olar ki, hər kənddə vardı. Onlar mollaların, axundların
evlərində
təşkil olunurdular. Məktəblərdə sosial
mənsubiyyətindən asılı olmayaraq müxtəlif yaşlı oğlanlar
oxuyurdular. Qız məktəbləri çox az idi. XIX əsrin 30-cu
illərində Bakıda İçərişəhərdə iki qız məktəbi vardı.
Onlarda
qadın mollalar dərs deyirdi və yalnız varlı ailələrin qızları
oxuyurdular.
Məktəblərdə ruhani şəxslərlə yanaşı, dünyəvi fənlərdən
dərs deyən müəllimlər də çalışırdılar. Onlardan nisbətən daha
savadlıları öz şagirdlərinə Şərq dillərindən və ədəbiyyatından
mükəmməl biliklər verirdilər. Azərbaycanın bir çox görkəmli
mədəniyyət xadimləri, o cümlələr, Mirzə Şəfi Vazeh və M. F.
Axundzadə ilk təhsillərini belə məktəblərdə almışdılar.
Qəzənfər Rəcəbli
322
Azərbaycanda ibtidai məktəblərdən başqa orta ruhani
məktəbləri - mədrəsələr də fəaliyyət göstərirdilər.
Mədrəsələr
adətən böyük məscidlərin yanında açılır və onların hesabına
saxlanılırdı. Mədrəsələrdə tədris və yaşamaq pulsuz idi.
Mədrəsələri bitirən gənclər dini rütbə alırdılar. Mədrəsələrdə
ərəb dilini sərbəst bilməyə əsaslanan tədris planına "Quran" və
ilahiyyat fənni ilə yanaşı fəlsəfə, tarix, coğrafiya, astronomiya,
təbabət, islam hüququ və b. fənlər də daxil idi.
1832-ci ildə A.Bakıxanov Bakıda pansionlu dünyəvi
məktəb layihəsini işləyib hazırladı. Layihədə ana dili ilə yanaşı
fars və rus dilləri, tarix, coğrafiya və hesab fənlərinin tədrisi
nəzərdə tutulurdu. Lakin layihə həyata keçmədi. Bu zaman
artıq ölkədə rus ibtidai məktəbləri şəbəkəsi yaranmağa
başlanmışdı.
1830-cu ildə Şuşada ilk qəza məktəbi açıldı. Onun
ardınca 1832-ci ildə Bakıda, 1833-cü
ildə Şəkidə, 1837-ci ildə
Gəncədə, 1838-ci ildə Naxçıvan, İrəvan və Şamaxıda qəza
məktəbləri açıldı. Təhsilin rus dilində aparıldığı bu
məktəblərdən Şamaxı qəza məktəbi dördsinifli məktəb idi.
Digər altı məktəb isə üçsiniflı qəza məktəbləri idilər. Bunlardan
əlavə üç şəhərdə (Quba, Lənkəran və Ordubad) birsinifli ibtidai
qəza məktəbi açılmışdı.
XIX əsrin ikinci yarısından başlayaraq rus təhsil
müəssisələri Azərbaycanın təhsil sistemində aparıcı rol
oynamağa başlayırlar. Onların əksəriyyəti ibtidai məktəblər
olmuşdur. 1872-ci il 13 may Əsasnaməsi ilə bütün qəza
məktəbləri təhsil müddəti altı il olan pullu şəhər məktəblərinə
çevrildi. 1865-ci ildə Azərbaycanda ilk gimnaziya Bakı
şəhərində təşkil olundu. 70-ci illərdə isə Azərbaycanda ayrı-
ayrı məktəblər yeni üsula (üsuli-cədidə) keçməyə başladılar. Bu
yeni tədris üsulunun əsas prinsiplərindən biri "hərf-heca"
üsulundan daha səmərəli "səs" üsuluna keçməkdən ibarət idi.
Üsuli-cədid məktəblərinin ən
mühüm xüsusiyyəti və
əhəmiyyəti ondan ibarət idi ki, burada ilk dəfə olaraq elmi
Azərbaycan Tarixi
323
biliklərin əsasları ana dilində öyrədilməyə başlandı. Bir sıra
məktəblərdə ana dili ilə yanaşı rus dili də tədris olunurdu. Yeni
üsul əzbərləmə sisteminin zəifləməsinə və şüurlu mühakimə
təliminə əsaslanırdı.
Yeni tipli ilk məktəblərdən biri görkəmli Azərbaycan
şairi Seyid Əzim Şirvaninin 1869-cu ildə Şamaxıda açdığı
məktəb idi. Böyük pedaqoqlar Həsənəli Qaradaği, Mir Möhsün
Nəvvab və C.Fətəlibəylinin Şuşada, Mirzə İsmayıl Qasirin
Lənkəranda açdıqları məktəblər
də dünyəvi xarakterlərilə
"üsuli-cədid" məktəblərinə yaxın idilər. Yeni tipli məktəblərin
yayılmasında 1882-ci ildə Ordubadda "Əxtar" ("Ulduzlar"),
1894-cü ildə Naxçıvanda "Tərbiyə" adlı məktəbləri açmış
Məmmədtağı Sidqinin xüsusi xidməti olmuşdu. 1896-cı ildə
Naxçıvanda ilk qızlar məktəbini də Məmmədtağı Sidqi
açmışdır.
Azərbaycan əhalisinin maariflənməsi prosesində rus-tatar
(Azərbaycan) məktəbləri nəzərə çarpacaq dərəcədə rol
oynamışdır. İlk belə məktəbi Bakıda gənc pedaqoq Həbib bəy
Mahmudbəyli və Sultan Məcid Qənizadə 1887-ci ildə açmışlar.
Bu məktəbin ardınca 1894-cü ildə Naxçıvanda, 1894 və 1898-
ci illərdə Şəkidə, 1896-cı ildə Şuşada, 1897-ci ildə Salyanda və
1899-cu ildə Gəncədə belə məktəblər açıldı.
Azərbaycanın yeni tipli məktəbləri üçün müəllimlərin
hazırlanmasında Qori Müəllimlər seminariyası və onun 1879-
cu ildə M.F.Axundzadə və A.O.Çernyayevskinin
səyləri
nəticəsində açılmış Azərbaycan şöbəsi müstəsna rol oynadı.
1899-cu ilədək Qori seminariyası 89 nəfər azərbaycanlı
müəllim hazırlamışdı. Bu məktəbin məzunlarından Rəşid bəy
Əfəndiyev, Firidun bəy Köçərli, Teymur bəy Bayraməlibəyov,
Sultan Məcid Qənizadə, Mustafa Mahmudov, Mehdi bəy
Hacıbababəyov, Səfərəli bəy Vəlibəyov, Əlicabbar
Orucəliyev,
Mehdi Quliyev və başqalarının Azərbaycanda maarifçilik
sahəsindəki xidmətləri əvəzedilməzdir.
Qəzənfər Rəcəbli
324
XX əsrin əvvəllərində məktəblər azərbaycanlı uşaqların
xeyli hissəsini əhatə edirdi. 1914-cü ilin sonunda təkcə
Yelizavetpol quberniyasında 5188 şagird və 192 müəllimi olan
153 məktəb vardı. Bu dövrdə yeni mədrəsələr də açılırdı: 1901-
ci ildə Şuşada, 1906-cı ildə Gəncədə, 1907-ci ildə Bakıda yeni
mədrəsələr açılmışdı. Köhnə məktəblər, sayca çox olmalarına
baxmayaraq, öz mövqelərini itirir və üsuli-cədid məktəbləri ilə
əvəz olunurdular. 1900-cü
ildə Mərəzədə, (indiki Qobustanda)
1905-ci ildə Salyanda, 1907-ci ildə Lənkəranda, 1908-ci ildə
Şamaxı və Ağdaşda, 1909-cu ildə Gəncə, Şəki, Balakən və
Gədəbəydə, 1913-cü ildə Qax və Zaqatalada yeni üsul
məktəbləri açıldı.
Bəzi ruhanilər yeni üsul məktəblərinə qarşı çıxır, onları
islamın ruhuna zidd hesab edirdilər. Lakin onların əksinə olaraq
Azərbaycanı ali din xadimləri, o cümlədən,
Qafqaz
müsəlmanlarının şeyxül-islamı Axund Əbdülsalam Axundzadə,
Molla Məhəmməd Pişnamazzadə, Müfti Hüseyn Əfəndi
Qayıbov xalqın maariflənməsinə hər cür şərait yaratmağa
çalışırdılar. Onlar "Quran"a əsaslanır və Məhəmməd (s)
peyğəmbərin vəsiyyətlərində hər bir müsəlmanın biliklərə
yiyələnməkləri barədə kəlamları olmasını yada salırdılar.
Azərbaycan orta təhsili ciddi təşkilat və maliyyə
çətinlikləri ilə qarşılaşdığı üçün çox zəif inkişaf edirdi. 1910-cu
ilə qədər Bakıda cəmisi iki orta ümumtəhsil məktəbi vardı:
realnı məktəb və gimnaziya. 1910-cu ildə Bakıda, 1915-ci ildə
Şəkidə və 1916-cı ildə Lənkəranda yeni kişi gimnaziyaları,
1900-cu ildə Şamaxıda, 1911-ci ildə Bakının Balaxanı
kəndində və 1916-cı ildə Salyanda realnı məktəblər açıldı.
Onlarda yalnız oğlanlar oxuyurdular. Bakıda l903, 1913 və
1916-cı illərdə, Lənkəranda 1913-cü ildə qız gimnaziyaları
açılmışdı. Gəncədə 1913-cü ildə və Şəkidə 1915-ci ildə
Müqəddəs Nina qız məktəbləri fəaliyyətə başlamışdılar. l918-ci
ilə qədər Azərbaycanda heç bir orta məktəbdə tədris ana dilində