2
1986-cı ildə «İşıq» nəşriyyatının çap etdiyi bu kitab indiki variantda müəllif tərəfindən redaktə
orlub
Kitabın içindəkilər
Ön söz
I Fəsl. Bildiricilərə düzülmüş estetik mədəniyyət
Bildirici həssaslığı ilə duyulan üz (sifət)
Mənalar bildirən bədən
Davranış bildiricisindən görünən insan
Olacaqları bildirən işarələr
Ortaçağ incəsənətində bildirici ziddiyyətləri
İİ Fəsl. Dillər və tekstlərdə açılan estetik mədəniyyət
Semiotika, dil, tekst
Orta əsrlərdə davranış dilləri, davranış tekstləri
Miniatür Dili, miniatür teksti
Klassik poeziada dil və tekst
Orta əsrlərdə bədii dillərin mərtəbələnməsi
Açıqlamalar və qaynaqlar
3
Ön söz
Ortaçağ Azərbaycan estetik mədəniyyəti ən dürlü və bir-birindən uzaqda bulunan hadisələri
özünə qatır. Ova çıxan əyanların həvəsində,
sarayda keçirilən məclislərdə, kiminsə fərasətli, qəribə
hoqqalar çıxarmasında, hökmdara xoş gəlmək üçün yapılan davranışlarda estetik özəlliklər çox
güclü idi. Adamların məclisə, süfrəyə, oyunlara ilişgisində gözəllik duyğusu özünü qabarıq şəkildə
göstərirdi. Həmin olayların doğurduğu ovqatlar dad, qoxu duyğuları ilə zənginləşdikcə daha güclü
etgisi, təsiri, daha güclü çəkimi, cazibəsi olan faktlara çevrilirdilər. Ortaçağ adamının gördüyü
gözəllik onun bilincində (şüurunda) şirin dadla, xoş ətirlə şiddətlənirdi.
O çağın Azərbaycan türkü yaman surətsevər idi, görklü, baxımlı nəsnələrə güclü meyl
göstərirdi. Bu surətsevərlik bəzən kəskin özünütənqid duyğuları oyadırdı. Surətə vurğunluq geniş
yayılanda onun tənqidi də vurğulu məna qazanır. Özü də bəzi təsəvvüf cərəyanlarında olduğu kimi,
surətsevərlik çox vaxt üzdə çirkin olsa da, «içdə gözəl olan» varlıq adından pislənir. Bununla belə, o
çağların heç bir sufisi, heç bir «adi» adamı gül-çiçəyə, bağ-bağata, naxışlara, gözoxşaən formalara,
heyrət doğuran bəzəklərə biganə deyildi. İnsanla bağlı surətsevərlikdən qaçanlar təbiətlə ilgili
surətsevərlikdən qaça bilmirdilər və istər-istəməz bu sual qarşısındı durmalı olurdular: hansı nəsnə
və olay estetikdir – gözəldir? Yaxud: gözəllik – estetiklik nədir?
Bu sualların qısa cavabını belə vermək olar: elə ki, hadisənin mahiyyəti zahirindən ifadəli
bilinir, hadisədə estetikləşmə gedir. Məzmunu formasından, batini zahirindən ifadəli, yəni təsirli,
duyğulandırıcı «görünənlər», saçılanlar estetik hadisələrdir. Gözəllik ona görə estetik olaydır ki,
onun məzmunu formasından gur şəkildə, qabarıq, ifadəli biçimdə bilinir. Gözəllikdə məzmun
əxlaqi, siyasi və s. baxımdan müsbət olur, bu məzmunu ifadəli göstərən ötürücülər (işıq, naxış,
oynaq cizgilər və s.) isə gözəlliyin forması kimi duyulur. Çirkinikdə isə durum tərsinələşir: mənfi
məzmun əyri-üyrü, qarmaqarışıq, bulanıq foromalardan özünü göstərir.
Ortaçağ azərbaycanlısı dinin, əxlaqın, fəlsəfənin sayəsində dünya olaylarını ya müsbət, ya da
mənfi məzmunda görürdü. Çağdaş Azərbaycan filosoflarının, estetiklərinin araşdırmaları Nizami,
Xəqani, Nəsimi, Füzuli kimi parlaq sənətçilərin yaradıcılığını bu yöndən hərtərəfli işıqlandırmışdır
və ona görə də bizim hazırkı araşdırmamız məhz həmin tədqiqatların sayəsində mümkün olmuşdur.
«Gözəllikdə, çirkinlikdə, ülvilikdə, rəzillikdə, faciəvilikdə, komiklikdə Ortaçağ azərbaycanlı
sənətkarının və «adi» adamının gözünə hansı mənalar ifadəli biçimdə görünürdü?» sualı ciddi və
önəmlidir. İndiki Azərbaycan alimlərinin araşdırmaları bu məzmun, məna kompleksləri haqqında
bizə geniş bilgi verir. Ancaq diqqət edilsə, həmin sualın ikinci tərəfi də var. Biz «ifadəli görünmək»
tərəfini deyirik. Orta əsrlər azərbaycanlısı öz davranışında, incəsənətində hansısa məzmunu gur
bildirmək üçün hansısa formalar, bildiricilər, əlamətlər, nişanlar seçirdi, onları gözəllik üçun
xarakterik sayırdı. Bu kitabda bizi sualın ikinci tərəfi, yəni Ortaçağın hadisələrində, incəsənətində
göstərmək,
bildirmək, bildirici etmək, ifadələndirmək kimi özəlliklər ilgiləndirəcək. Bizə elə
gəlir ki, bu problem elmdə özünü istənilən səviyyədə tapmamışdır və onu işıqlandırmaq üçün
hazırda semiotika – işarələri, yəni bildiriciləri öyrənən elm böyük imkanlar yaradır. Biz burada
eləcə də çalışmışıq ki, həm semiotikanın bir elm kimi başlıca anlayış və müddəalarını anlaşıqlı
biçimdə açıqlaəq, həm də Ortaçağ Azərbaycan estetik mədəniyyətində onların hansı özəllikləri üzə
çıxardığını göstərək.
Eyni nəsnəni adi göz, böyüdücü şüşə, mikroskop fərqli görünüşdə, quruluşda, biçimdə
görür, göstərir. Bu durum fərq ayrı-ayrı metodlarda da yer alır. Hər elmin problemləri anlatmaq,
açmaq üçün özəl göstərmək, modelləşdirmək araçları, vasitələri (anlayışları, müddəaları),
kateqorial aparatı var. Estetikanın anlayışlarından görünən incəsənət – sənətşünaslıqdan görünən
incəsənətdən xeyli ayrılır. Həmin ayrıntılara görə də bir elmin öyrəndiklərini başqası öyrənə bilmir.
Semiotika adlanan elmi aparatın Ortaçağ Azərbaycan estetik mədəniyyətinə tətbiqi bu səbəbdən
gərəklidir.
Ölkəmizdə 60-cı illərdə formalaşan semiotika elmi mədəniyyətin bir çox bölgələrini
öyrənməyə yönəlmişdir. Bu sahədə aparılmış araşdırmalar bir ümumiləşdirməyə əsas vermişdir:
«Ortaçağ mədəniyyəti çox semiotikdir». Həmin deyimə əsasən nəticə çıxarmaq olar ki, Orta əsrlər
Azərbaycan mədəniyyəti güclü semiotik əsaslarda qurulduğundan semiotika bu mədəniyyətin