Hamin kitabın aşağısında haşiyədə, çıxarış 1-də yazılır:
"Mərdavicin Sasanilərdən olduğu haqqında əfsanə sonralar
yaltaq tarixnəvislər tərəfindən yaradılmışdır".
"Qabusnamə" müəllifinin dediyinə görə isə o, ata
xətti ilə
deyil (Mərdavic xətti ilə deyil), ana xətti ilə Sasanilərlə bağlı idi.
Keykavusun anasının onüçüncü babası məşhur Ənuşirəvanın
qardaşı olmuşdur.
"Qabusnamə"nin bu barədə verdiyi mə'lumat da bə'zi
tədqiqatçıların fikri ilə düz gəlmir
1
.
Ümumiyyətlə, "Qabusnamə"də bu kimi tarixi şəxsiyyətlər,
tarixi. hadisələr haqqında ixtilaf və ziddiyyətlərə tez-tez təsadüf
edilir. Bu, əsasən, "Qabusnamə -nin özünə deyil, bu kitabla
başqa mə'xəzlər arasındakı fərqlərə aiddir. Məsələn,
"Qabusnamə"də müəllifin özünün hökmdarlığı haqqında heç bir
mə'lumat olmadığı halda, onu bə'zi mə'xəzlər Deyləmilər
hökmdarı adlandırır. "Qabusnamə"nin verdiyi mə'lumata görə,
Sultan Modudun 1041—1048-ci illər arasında hökmdarlıq
etdiyi, yə'ni təqribən səkkiz il əmir olduğu nəzərə alınsa,
Keykavusun bütün bu illəri onun yanında nədim olduğu aşkara
çıxar. Səlcuqilərin də 1041-ci
ildə Deyləm və Təbəristana
gəldikləri mə'lumdur. Buradan, tamamilə haqlı olaraq Y. E.
Bertelsin dediyi kimi, elə bir ehtimal meydana çıxır ki,
Keykavusun Qəznəyə Sultan Modudun yanına getməsinə səbəb
məhz Səlcuqilərin Xəzər dənizi cənubuna etdikləri hücumlar
olmuşdur.
Keykavus 1021 -1022-ci illərdə anadan olmuşdur. Bu
zaman Ziyarilər xanədanından Mənuçehr hakimiyyət başında
idi. Mənuçehrün ölüm tarixi 1039-cu il yazılmışdır. Ondan
sonra 1049-cu illərə qədər Ənuşirəvan əmir olmuşdur.
Keykavus 1041-ci ildə iyirmi yaşında bir gənc ikən Qəznəya
nədimliyə getmişdir. Ondan sonra isə onun hökmdarlığa çatması
üçün heç bir tarixi şərait olmamışdır və "Qabusnamə"də də bu
barədə bir işarə yoxdur.
1
Е. Э. Бертельс. "Кабус-намэ", сəһ. 266.
12 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
"Qabusnamə" müəllifinin ölümü haqqında
da tarixi
dolaşıqlıq var. Məsələn, XV əsr tarixçisi Zəhirəddin onun 460-cı
hicri, yə'ni 1067-1068-ci illərdə, Rzaqulu xan hidayət 462-ci,
yə'ni 1069-1070-ci illərdə vəfat etdiyini qeyd edir.
"Qabusnamə" müəllifi özü isə kitabın 475-ci il, yə'ni 1082-
1083-cü illərdə yazıldığını söyləyir.
"Qabusnamə"də mübahisəyə səbəb olan məsələlərdən biri
də kitabın adıdır. Əsərin özündə kitabın necə adlandırıldığı
barədə xüsusi bir göstəriş yoxdur. O, bütün Şərq və Qərb
aləmində "Qabusnamə" kimi şöhrət tapmış, bütün dillərə bu ad
altında tərcümə edilmişdir. Buna baxmayaraq tədqiqatçılar bu
adın düzgün olmadığını irəli sürürlər. Məsələn, "Qabusnamənin
son iki nəşrini hazırlayıb
1312
və
1320
-ci illərdə (1933 və
1941) çap etdirmiş məşhur İran alimi Səid Nəfisi bu kitabın
"Qabusnamə" deyil, əslində "Nəsihətnamə" adlandırıldığını
iddia edir.
"Qabusnamə"ni geniş müqəddimə və ətraflı şərhlə birlikdə
ilk dəfə olaraq rus dilinə tərcümə etmiş məşhur sovet şərqşunası,
mərhum Y. E. Bertels də S. Nəfisinin fikrini müdafiə edir1.
Bunun tam əksinə olan fikirlər də vardır, yə'ni bir sıra alimlər
Keykavusun bu kitabı məhz babası Qabusa həsr etdiyini yazır
və onu əsaslandırmağa da çalışırlar. Məsələn. akademik A.
Krımski bu məsələyə xüsusi bir fəsil ayırır və Qabusun guya
həmin Keykavus olduğunu iddia edən Rzaqulu xan Hidayəti
kəskin tənqid edir2.
"Qabusnamə"nin doğrudan Keykavusun öz babasına həsr
edib etmədiyi haqqında fikrimizi söyləməzdən əvvəl onu
xatırlatmaq
istəyirik ki, Rzaqulu xan Hidayətin nəşri əsasında
çap olunmuş və bizim əlimizdə olan "Qabusnamə" nüsxəsində
belə bir iddia yoxdur. Rzaqulu xan heç yerdə iddia etmir ki,
"Qabusnamə" Keykavus tərəfindən öz babası Qabus ibn
1
Е. Э. Бертельс, "Кабус-намэ", М., 1958, сəһ. 27-28.
2
А. К р ы м с к и й. История Персии, ея литературы и дервишской теософищ, т. I, М., 1912,
сəһ. 530-531.
www.duddud.com -
Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib
Vəşmgirin adına yazılmamışdır. A. Krımskinin bu nəticəsi
bizim üçün tamamilə qaranlıq qalmışdır. Rzaqulu xan Hidayətin
bizim əlimizdə olan nüsxəsində bunun tam əksi yazılmış və
məhz "Qabusnamə"nin Şəmsülməali Qabusa
həsr edildiyi
deyilmişdir. Yalnız burada "Qabus" sözünün farsca hamin
"Kavus olduğu qeyd edilmişdir, Rzaqulu xanın yazdığı
müqəddimədə oxuyuruq:
سﻮﺑﺎﻗ___ﺪﺟ_مﺎﻧ_و__ﻦﺑ_ﺮﻴﮕﻤﺷ_و_ﻦﺑ_سووﺎآ_ﺮﻴﻣا_وا__ﻦﻳا_و_ﺖﺳا_ﯽﻤﻠﻳد_دﺎﻳز_ﻦﺑ_ﺞﻳوادﺮﻣ'>ﺖﺳا سووﺎآ بﺮﻌﻣ سﻮﺑﺎﻗ
ﺪﺟ مﺎﻧ و
ﻦﺑ ﺮﻴﮕﻤﺷ و ﻦﺑ سووﺎآ ﺮﻴﻣا وا
ﻦﻳا و ﺖﺳا ﯽﻤﻠﻳد دﺎﻳز ﻦﺑ ﺞﻳوادﺮﻣ
ﺪﻨﻧاﻮﺧ رﺎﻳز لﺁ ﻪﻤﻟﺎﻳد ار ﻪﻘﺒﻃ
1
"Qabus (sözü) Kavusun ərəbiləşmişidir və onun babasının
adı Əmir Kavus ibn Vəşmgir ibn Mərdavic ibn Ziyar deyləmidir
və bu tayfa Al-ziyar deyləmiləri adlanır".
Buradan göründüyü kimi, söhbət kitabın Keykavus
tərəfindən yazıldığı haqqında getmir, əksinə onun babası
Qabusun adının ərəbcə
سﻮﺑﺎﻗ
və onun farsca ekvivalentinin
سووﺎآ
olduğu haqqında gedir. Buna isə şübhə etməyə
dəyməz. Belə misallar tarixdə çoxdur
və ərəblər bir çox fars
adlarını öz əlifba və dil qanunlarına uyğunlaşdıraraq yazmışlar
(məsələn, Bozorgmehr əvəzinə Bozorcmehr və s.).
İndi istər sovet alimləri, istərsə də farsların özləri A.
Krımskinin "Qabusnamə"nin Keykavus tərəfindən babası Qabus
ibn Vəşmgirin xatirinə belə adlandırdığı fikrini qəbul etmir və
kitabın belə adlandığını "səhv" və "anlaşılmazlıq" hesab edirlər.
"Qabusnamə"nin nə üçün belə adlandığı məsələsi
şərqşünaslar tərəfindən hələlik açıq buraxılmış və onun həlli
gələcək tədqiqatçıların öhdəsinə buraxılmışdır. Azərbaycanlı
oxuculara ilk dəfə olaraq təqdim edilən bu kitabın bu "qəribə"
(Y. Bertels) adı haqqında yürüdülən mühakimə və nəticələr
1
ص ،ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ ، ﺖﻳاﺪه نﺎﺧ ﯽﻠﻗﺎﺿر
40
14 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
tarixçilərin, təzkirəçilərin və Keykavusun özünün verdiyi cüz'i
materiallar və məntiqi mühakimələr əsasında çıxarıldığından biz
də həmin üsulla öz fikrimizi demək istəyirik. Fikrimizi sübut
etmək, mühakimələrimizi əsaslandırmaq üçün hər şeydən əvvəl
tarixlə, Keykavusun mənsub olduru xanədanın həyatı ilə tanış
olmalı, tarixi faktları Keykavusun "Qabusnamə"də verdiyi
mə'lumatlarla tutuşdurub məntiqi nətiçə çıxarmalıyıq.
Ziyarilər ərəb xəlifəliyinin zəiflədiyi bir dövrdə, ərəblərə
qarşı hər yanda arası kəsilmədən bir-birini əvəz edən üsyanlar
dövründə meydana çıxmış, İranın cənubunda, Təbəristan və
Gurganda həmişəlik olaraq ərəb
xəlifəliyinə son qoya
bilmişdilər. Ziyarilərin (928-1045)
1
ilk nümayəndəsi sayılan
Mərdavic (farscası: Mərd-aviz) hicri-qəməri 315, miladi ilə
927/8-ci illərdə Xəzər dənizinin (Absükun) cənub" vilayətlərini
ələ keçirməklə kifayətlənməyib, əvvəlcə İranın qərb ölkələrini
tutmaq, sonra isə Bağdada gedərək xilafətə son qoymaq
istəyirdi.
İbn əl-Əsirin dediyinə görə Mərdavic iflasa uğramış bir
kəndli olmuş, sonra əkinçiliyi buraxaraq muzdlu ordu sırasına
getmiş və orada hərbi şöhrət qazanmışdı. Lakin Ziyarilər
özlərini Sasanilər nəsli hesab edir, hər şeydə özlərini onlara
oxşatmağa çalışırdılar. Məsələn,
sülalənin banisi Mərdavic
tacını Sasanilər kimi qızıldan qayıtdırır, ona tabe olan feodal
valilərin başına isə gümüşdən taç qoyurdu, qızıl taxtda oturur,
sasani şahları kimi böyük cah-cəlal, əzəmət və təntənəli qəbul
günləri tə'yin edir, "səde" (od bayramı) keçirir, ordu üçün eyş-
işrət məclisləri düzəldir, Sasanilər
kimi hakim şovinist ruhunu
aşılamağa çalışır, ərəblərə, ərəblərə xidmət edən iranlılara,
başqa tayfalarla qohumluq edənlərə amansız divan tuturdu.
Mərdavic xidmətçiləri arasında təbərilər, deyləmilər, muzdlu
hərbçilər xüsusi üstünlüyə malik idilər; türk və başqa tayfadan
olan qulamlar isə əksinə, təhqir edilir, döyülür, haqq-nahaq tez-
1
Бах:История Ирана с древнейших времен до конца 18 века, сəһ. 129.
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib