barəsində fikirləşmə, çünki yolu o adam daha çox azmış olar ki,
yol olmayan yerdə yol axtarsın. Peyğəmbər əleyhissəlam
demişkən: "Allahın ne'mətləri haqqında fikirləşin, zatı haqqında
fikirləşməyin". "Əgər bizi yaradan Allah şəriət
sahibləri vasitəsi
ilə öz bəndələrinə onun yolunu tapmağa cəsarət etmək ixtiyarını
verməsə idi, heç kəsdə o cür'ət ola bilməzdi ki, Allah-taalanın
dərk edilməsi haqqında bir söz deyə bilsin, çünki sən haqqı nə
adlandırırsan adlandır, ona nə kimi sifət verirsən ver, bu,
yaradanın ilahilik və rübubiyyətinə deyil, yalnız sənin acizlik və
miskinliyinə dəlalət edər, çünki sən Allahı heç vaxt layiq olduğu
qədər tə'rifləyə bilməzsən, belə olan təqdirdə sən onu necə dərk
edə bilərsən? Əgər sən tövhidin nə olduğunu bilmək
istəyirsənsə, bil ki, sənin üçün mümkün ola bilməyən hər şey
onun üçün mümkündür, məsələn, təklik kimi. Kim təkliyin
mahiyyətini anlasa, o, müşriklikdən azad olmuş olar. Təklik
yalnız böyük yaradana xasdır, ondan başqa
nə varsa, hamısı
cütdür.
Xüsusiyyətinə görə ikiləşən hər şey ya tərkibinə görə
ikiləşər,
cisim kimi, ya parçalanmağına görə ikiləşər ədəd kimi,
ya cəmlənməsinə görə ikiləşər, sifət kimi, ya təzahürə görə
ikiləşər, cövhər kimi, ya mənşəyə görə ikiləşər, əsli və fər'i kimi,
ya məkana görə ikiləşər, fəza və boşluq kimi, ya vəhmə görə
ikiləşər, ağıl və nəfs kimi, ya müvazinətə
görə ikiləşə bilər,
təbiət və surət kimi, ya qarşılaşmaya görə ikiləşə bilər, oxşarlıq
və fərqlilik kimi, ya quruluşuna görə ikiləşə bilər, maddə və
ünsür kimi, ya hadisənin başlanğıcına görə ikiləşə bilər, məkan
və zaman kimi, ya həddinə görə ikiləşə bilər, ehtimal və qətilik
kimi, ya qəbul edilmə nöqteyi-nəzərindən iki cür ola bilər, azlıq
və çoxluq kimi, ya dərk edilmə nöqteyi-nəzərindən iki ola bilər,
varlıq və yoxluq kimi. Bunlar nə qədər ziddiyyətli və əksli
olsalar da, yenə ikilik əlamətinə malikdir və həqiqətdə onları tək
adlandırmaq olmaz. Təklik yalnız Allah-taalaya aiddir. İkilik
xüsusiyyəti olan nə varsa, onların heç biri Allah ola bilməz.
Tövhidin mahiyyəti ondan ibarətdir ki, ürəyinə gələn hər şeyin
Allah olmadığını biləsən, onların şəriki və tayı olmayan bir
Allah tərəfindən yaradıldığını qəbul edəsən.
36 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
İkinci fəsil
PEYҒƏMBƏRLƏRİN YARANMASI HAQQINDA
Ey oğul, bil ki, böyük yaradan bu dünyanı məqsədlə
yaratmış hədərə yaratmamışdır, onu ədalət və hikmət əsasında
qurmuşdur, çunki o varlığın yoxluqdan, xeyrin şərdən, bolluğun
qıtlıqdan, gözəlliyin eybəcərlikdən daha yaxşı olduğunu bilirdi.
O, bunların hər ikisini bilir və hər
ikisini yaratmağa qadir idi,
lakin o, yaxşılarını yaratdı, bildiyinin əksinə etmədi, hər şeyi
vaxtında və ədalət əsasında yaratdı, cəhl, fəsad və nadanlıq
əsasında yaratmadı. Beləliklə, dünyanın bünövrəsi hikmətlə
qoyuldu. Hər nə gözəl idisə, onu da yaratdı. O, edə bilərdi ki,
günəşsiz işıq versin, buludsuz yağış yağdırsın. tərkibsiz maddə
yaratsın, ulduzlara ehtiyac olmasın, yaxşı və pis hadisələr
cərəyan etsin, lakin dünya qanuna uyğunluq əsasında
qurulduğundan o, səbəbsiz olaraq heç bir şey yaratmadı və bu
səbəbi dünyanı nizama salan bir vasitə etdi. Bu vasitə ortalıqdan
qalxsa, işləri nizama salan səbəb də ortalıqdan qalxar, səbəb
ortalıqdan qalxdıqda isə bütün nəzm-nizam da pozular. hər bir
işdə nizam olduğu kimi onu yaradan vasitə də lazım olar.
Vasitəni ona görə yaratmışdır ki, biri hakim olsun, biri məhkum,
biri ruzi verən olsun, biri ruzi yeyən. Bu ikilik isə Allahın
təkliyinə dəlalət edər. Deməli, sən yalnız vasitəni görə bilərsən.
Ona görə diqqətli ol ki, az və çoxluğu vasitədən deyil, vasitəni
yaradan Allahdan biləsən. Əgər torpaq məhsul vermirsə, onu
təqsirkar
hesab etmə, əgər ulduz ədalətli gərdiş etmirsə, onu
müqəssir sayma. Ulduzların ədalət və zülmdən nə qədər xəbəri
var isə, yerin də məhsul yetirməkdən o qədər xəbəri var.
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib
Torpaq şirin meyvə əkilən yerdə zəhər bitiirə bilmədiyi
kimi, ulduzlar da öz bildiklərini edə bilməzlər, yaxşılığa adət
etmiş olan pislik edə bilməz.
Dünya hikmətlə bəzəndirilmiş olduğundan ona zinət də
lazım idi. Bu dünyaya diqqətlə bax ki, onun zinətini görə
biləsən. Bu zinət nəbatat, heyvanat, yemək, içmək, geyim və
müxtəlif ne'mətlərdən ibarətdir. Bunlar hamısı hikmət əsasında
yaradılmışdır, neçə ki, özü bu barədə deyir:
"Biz yeri, göyü və onlar arasında nə varsa, hamısını
əyləncə üçün yaratmadıq, onları biz hikmətlə yaratdıq"
9
.
İndi ki sən dünyanın Allah tərəfindən hədərə
yaradılmadığını bildin, onu da bilməlisən ki, bu yaradılan
ne'mətlər kimə isə ruzi verilməsə idi mə'nasızlıq olardı. Ruzi
ona deyərlər ki, sən çörəyi ehtiyacı olana verəsən ki, o da yeyə.
Bax, ədalət buna deyərlər. O, insanları yaratmaq istədi ki, onlara
ruzi versin, indi ki insanlar yaranıbdır, deməli, bütün ne'mətlər
onlarındır.
Lakin insanlara dövlət və qayda-qanun lazımdır, dövlət isə
rəhbərsiz keçinə bilməz, çünki ədalət və qayda-qanun
olmadıqda ruzi yeyən adam ruzi verənin qədir-qiymətini bilməz.
Bu isə ruzi verənin nöqsanı olar ki, o, öz ne'mətini nadana verə.
Ruzi verən nöqsansız olduğundan öz ruzi yeyənlərini nadan
qoymadı. O özü Qur'anda belə deyir: "insanların bilmədiklərini
onlara öyrətdi".
O, peyğəmbərlər göndərdi ki, onlar bilik, ruzi yemək və
ruzi verənə şükr etmək qayda-qanunlarını insanlara öyrətsinlər.
Beləliklə, dünyanın əsası ədalətlə, ədalətin təkmilliyi hikmətlə
hikmətin tamlığı ne'mətlə, ne'mətin
bütövlüyü ruzi alanlarla,
ruzi alanların kamilliyi yolgöstərici peyğəmbərlə tamamlansın.
Peyğəmbərin ruzi alanlardan üstünlüyu orasındadır ki,
onlar ruzi yeyənlərə ruziyə çatmaq yolunu göstərirlər.
Deməli, əgər ağıl gözü ilə baxsan, görərsən ki, ruzi alan
aldığı ruzi və ne'mət müqabilində, arzu və istəklərinin yerinə
yetirilməsi xatirinə öz rəhbərinin haqqını e'tiraf etməyə və ruzi
verəninə minnətdar olduğunu bildirməyə borcludur. Demək,
peyğəmbərlərin haqq olduğuna inanmalısan, onlardan kömək
ummalısan və Adəmdən tutmuş Məhəmmədə (xatəmə) qədər
(Allah onların hamısına rəhmət eləsin) bütün peyğəmbərlərin
düz danışan olduğunu qəbul etməlisən, dinin dediklərinə əməl
etməlisən, şükr və niyazda ehmallıq göstərməlisən, haqqın
buyruqlarını yerinə yetirməlisən ki, beləliklə, yaxşı ad qazanıb
tə'riflənəsən.
38 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
Üçüncü fəsil
NE'MƏT SAHİBLƏRİNƏ MİNNƏTDARLIQ HAQQINDA
Ey oğul, bil ki, ne'mət sahibinə minnətdarlıq lazımdır, bu
hamıya vacibdir, özü də onun layiq olduğu qədər deyil,
buyurulan qədər, çünki əgər hamı bütün ömru boyu yalnız
şükürlə məşğul olsa, yenə onun
layiq olduğunun mində birini
yerinə yetirə bilməz. Əgər Allah-taala hər verdiyi ne'mət
qarşısında azca belə şükür istəsə, bu olduqca çox olar, ona görə
islam dinində taət beşdir, bunların ikisi yalnız varlılara, üçü isə
hamıya aiddir. Bunlardan biri (haqqı) dildə iqrar edib ürəkdə
təsdiq etmək, o biri beş dəfə namaz qılmaq, üçüncüsü isə
otuzgünlük oruc tutmaqdır.
Şəhadət haqdan başqa hər şeyi inkar etməyin dəlilidir,
namaz bəndəliyi iqrar etmək üçün sidqlə deyilən söz, oruc isə
Allah-taalaya verilən və'di təsdiq üçündür. Elə ki, dedin: mən
bəndəyəm, gərək bəndəlik bağını da boynuna bağlayasan, elə ki
dedin: o, ağadır. gərək ağanın buyruğuna da qulaq asasan.
İstəyirsən ki, qulun sənə itaət etsin, sən də öz ağana itaət
etməkdən boyun qaçırma, boyun qaçırsan, öz qulundan itaət
gözləmə, çünki sənin öz quluna etdiyin mərhəmət Allahın sənə
göstərdiyi mərhəmətdən çox ola bilməz.
İtaət etməyən bəndə olma
10
, çünki
itaət etməyən bəndə
Allahlıq iddiasına başlar və tez məhv olar.
B e y t
Layiqlir vurulsa o qulun başı
Ki, Allahlıq edə hər addım başı.
Bil və agah ol ki, namaz və oruc Allaha xasdır, onda
ehmallıq etmə, xasda ehmallıq edən xalqa aid olan bütün
işlərdən məhrum olar. Onu da bilməlisən ki, bizim şəriət sahibi
namazı bütün dinə bərabər hesab etmişdir: kim namazdan əl
çəksə, o bütün dindən əl çəkmiş olar, dinsiz adam isə bu
dünyada ölümə və rüsvay edilməyə, o dünyada isə Allahın
qəzəbinə gəlməyə layiqdir.
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib