Microsoft Word qafqaz albanlar-duzelishli doc



Yüklə 3,67 Mb.
Pdf görüntüsü
səhifə102/107
tarix30.10.2018
ölçüsü3,67 Mb.
#76555
1   ...   99   100   101   102   103   104   105   106   107

 
341
mayəndələrindən getməkdədir. Yəni mətndə “maq” termini etno-
nim kimi işlənmişdir və orta əsrlər xristian ilahiyyatçılarının, 
demək olar ki, hamısı bu terminlə midiyalılara işarə edildiyini 
bilmiş  və  əsərlərində bunu elə beləcə  də qeyd etmişlər. Məsələn, 
Oruc bəy Bayatn (Don Juanın) da xatırlatdığı kimi, orta əsrlərin ən 
tanınmış  və sanballı ilahiyyatçılarından olan müqəddəs Antoni 
onların Midiyadan olduğunu yazmışdır. 
Məlum olduğu kimi, qədim yunan mənbələrində “maq”, qədim 
Elam yazılarında “makuiş”,  ərəb və müsəlman mənbələrində 
“muğ”, əski türk mənbələrində isə “moğoç” adlandırılan bu Midiya 
boyu ən əski çağlardan Muğan ərazisində yaşamışlar və “Muğan” 
etnotoponimi də onların adı ilə bağlıdır. Midiya iki yerə - Böyük 
Midiya və Atropatenaya (Azərbaycana) parçalandıqdan sonra isə 
(bu, Həzrət  İsanın (ə) doğuşundan 330 il öncə baş vermişdi) Mu-
ğanın məhz Atropatenada, yəni Azərbaycanda qaldığı məlumdur.  
İncildə onların  Şərqdən gəldikləri ifadə edilmişdir. Bibliyada 
və ümumiyyətlə  yəhudi və xristian mənbələrində  “Şərq” dedikdə, 
bilavasitə qədim Azərbaycan ərazisini nəzərdə tutulmuşdur ki, bu, 
xristian – alban tarixçisi Musa Kağankatlının “Alban tarixi”, 
Mxitar Qoşun “Alban salnaməsi”, Kirakos Gəncəlinin “Tarix”, elə-
cə də erməni tarixçilərinin əsərlərindən açıq – aydın görünməkdə-
dir. Belə ki, bu müəlliflərin  əsərlərində  “Şərq ölkəsi” ifadəsi 
Albaniya adının sinonimi kimi istifadə olunur. Məsələn, Musa 
Kağankatlının “Alban tarixi” kitabının VI fəsli “İlahinin biz, Şərq 
xalqına zühur etməsi”, VII fəsli isə “Şərqin maarifpərvəri müqəd-
dəs Yeliseyin cəsədinin tapılması” adlanır ki, hər iki fəsildə söhbət 
məhz Albaniyadan və alban xalqından gedir. 
“Alban tarixi”ndə olduğu kimi, əski erməni mənbələrində  də 
Albaniya əvəzinə bəzən “Şərq ölkəsi” ifadəsi işlənməkdədir. Çağ-
daş erməni müəllifləri bu ifadəni çox zaman “şərq tərəf” kimi 
tərcümə etməkdə  və yazmaqda, bununla da faktları  təhrif edərək, 
guya Albaniyanın müstəqil dövlət deyil, Ərməniyyənin şərq əyaləti 
olduğunu söyləməkdədirlər. Bu barədə Qiyasəddin Qeybullayev 
yazır: 


 
342 
"...Bu konsepsiyanın  (Albaniyanın guya Ərməniyyənin  şərq 
əyaləti olması barədə konsepsiyanın) xeyrinə Musa Kağankatlının 
“Alban tarixi kitabında işlədilmiş “şərq” ifadəsi hesab edilir. 
Doğrudan da bu mənbədə  “Şərq ölkəsi” (II kitab, XX fəsil), 
“Şərq” (I kitab, VIII fəsil), “Şərq məmləkəti”(I kitab, XXVII fəsil
II kitab, I, XXVII və XXXVII fəsillər) ifadələri yer almaqdadır. 
Erməni tarixçiləri bu ifadələri “Erməni  Şərqi”, “Şərqi 
Ərməniyyə”, “Ərməniyyənin  şərq  əyaləti” kimi, eləcə  də 
Mehranilər sülaləsindən Cavanşir barədə söylənmiş “Şərq knyazı” 
(II kitab, XXVIl fəsil, II kitab, XXVIII fəsil) ifadəsini “Erməni 
Şərqinin erməni knyazı” kimi, “Şərq xalqı” (I kitab, VI fəsil) 
ifadəsini isə “Erməni Şərqinin erməni əhalisi” kimi qəbul edirlər. 
Əslində isə bu ifadələrin heç birində  “Ərməniyyə” sözü yox-
dur. Fəridə  Məmmədovanın haqlı olaraq vurğuladığı kimi, Musa 
Kağankatlı  “Şərq” ifadəsi altında, o dövrün xristian dünyasının 
təsəvvürlərindən çıxış edərək, Albaniyanın xristian dünyasının  ən 
şərqində yerləşdiyini göz önündə tutaraq, Albaniyadan söz 
açmışdır. Eyni müəllif xristian bizanslılardan danışarkən də 
“Qərb”ifadəsini işlətmişdir və bu halda Ərməniyyəni yox, xristian 
Bizansı nəzərdə tutmuşdur (məsələn, I kitab, XXII fəsil, II kitab, X 
fəsil). Məsələn, Çar İraklinin Bizans əsgərləri “Qərbin  əsgərləri” 
adlandırılmışdır. Buna müqabil olaraq, Xəzər dənizi “Şərq də-
nizi”(II kitab, II fəsil), Aralıq dənizi isə “Qərb dənizi” kimi təqdm 
edilib (II kitab, II fəsil). Məsələn, fars şahı Xosrov Ənuşirəvanın 
məktubunda Bizans hökmdarı “Məndən qorxub Qərb dənizində 
gizlənən” kimi səciyyələndirilir (II kitab, II fəsil). Eyni mənbədə 
xəlifədən də “Cənubun  şahı” deyə söz açılmaqdadır: “Cənubun 
şahı  Şərqin knyazını,  şöhrətli Cavanşiri yanına dəvət etdi” (II 
kitab, XXVIII fəsil). Türküstan, yəni türklər ölkəsi isə  “Şimal” 
adlandırılır (II kitab, XXVII fəsil), hunlar, savirlər və xəzərlər üçün 
isə “şimal xalqları”, “şimallılar” ifadələri işlədilir(I kitab, XII və 
XXVII fəsillər; II kitab, XIII fəsil)... Gördüyümüz kimi, əsərdəki 
“Şərq”, “Qərb”, “Cənub” və  “Şimal” ifadələrinin  Ərməniyyənin 
kordinatları ilə heç bir əlaqəsi yoxdur.”  


 
343
Bir sözlə,  əski xristian mənbələrində  “Şərq” və ya “Şərq 
ölkəsi” ifadəsi altında məhz Azərbaycan ərazisi nəzərdə tutulmuş-
dur. Bibliyada söhbətin məhz Şərqdən gələn maqlardan getməsi də 
bir daha sübut edir ki, bu halda azərbaycanlı maqlar nəzərdə 
tutulmuşdur. Yəni müqəddəs Antoni və onun fikrini təsdiq edən 
Oruc bəy Bayat (Don Juan) tamamilə haqlıdırlar. Bunu dövrümü-
zədək uyğur əlifbası ilə və uyğur türkcəsində gəlib çatan və Matta 
“İncil”ində söylənilənlərlə üst-üstə düşən  əfsanə  də  təsdiqləyir. 
Orada “maq” etnoniminin türkcə qarşılığı olan “moğoç” etnonimi 
işlənmişdir. 
Həmin üç nəfər maq haqqında Matta “İncil”ində daha sonra 
oxuyuruq: 
“...Onların  Şərqdə gördükləri ulduz qabaqlarında gedirdi və 
körpənin olduğu yerə  gələrək həmin yerin üzərində durdu. Onlar 
da ulduzu gördükləri zaman çox böyük sevinclə  şadlandılar. Evə 
girib anası Məryəm ilə körpəni gördülər və yerə sərilib ona səcdə 
qıldılar. Sərvətlərini açaraq ona hədiyyələr – qızıl, buxur və mirra 
təqdim etdilər.” 
Matta “İncil”ində söylənilənlərlə heyratamiz şəkildə  səsləşən 
və çox gümün ki, hansısa başqa bir “İncil” variantının tərcüməsi 
olan uyğur əfsanəsi isə belədir: 
““...Gəlib onun ləyaqətinə sitayiş edək” – deyib otündülər. O 
zaman Xirodis sevimli balalarım, yaxşıca yola düşün, ürəkdən can 
atıb xahiş edin, istəyin. Nə şəkildə tapsanız, geri dönün, gəlib mənə 
bildirin. Mən də gedib sitayiş edim ona.” 
Beləcə, o moğoçlar Urislıma (Yerusəlimə) necə çıxıb getdilrsə, 
o ulduz da onlar ilə gedər oldu. O moğoçlar Bidilximə (Vifliyemə) 
çatanda o ulduz tərpənmdən şax durdu. Sonra orada Msixa tanrını 
(İsa Məsihi)  tapdılar. O zaman yaxına gəlib (mağaraya) girdilər. 
Öz yüklərini açdılar, üç cür xəzinə - qızıl, zümrüd və səndəl ağacı 
gətirdiklərini ucadan bildirdilər. Tapınaraq, Tanrıya alqış etdilər, 
ulu Msixa tanrıya (İsa Məsihə) baş əydilər. Fikirləşdilər ki, əgər o, 
Tanrı  oğludursa, zümrüdü, mədhiyyəni götürəcək.  Əgər o, xan-
dırsa, qızılı götürəcək.  Əgər o, həkimdirsə, onda dava – dərmanı 


Yüklə 3,67 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə