Microsoft Word qafqaz albanlar-duzelishli doc



Yüklə 3,67 Mb.
Pdf görüntüsü
səhifə101/107
tarix30.10.2018
ölçüsü3,67 Mb.
#76555
1   ...   97   98   99   100   101   102   103   104   ...   107

 
337
YARAŞMAX - yaraşmaq 
YARĞU – məhkəmə  
YARĞU ETMƏG – mühakimə etmək 
YARĞU YARMAX (bax: yarğu etməg) 
YARĞULAMAĞ – mühakimə etmək (bax həmçinin: yarlıxamax) 
YARĞUÇİ – hakim 
YARGUÇU (bax: yarğuçi) 
YARIMDIX – yarımçıq, qeyri-kamil, təkmil olmayan 
YARIMKEÇƏ – gecə yarısı 
YARIMKÜN – günorta, gün ortası 
YARIX – işıq, nur 
YARINQ - sabah 
YARLIĞAMAX – mühakimə etmək (bax həmçinin: yarğulamağ) 
YARLI – kasıb, yoxsul 
YARLIĞAP – etiraf, boynuna almaq 
YART – tərəf (şəxs mənasında) 
YAS - yas 
YAS SAXLAMAX – yas saxlamaq 
YAŞAR – yaşlı (3 yaşar – 3 yaşlı, 10 yaşar – 10 yaşlı) 
YAZĞAN – yazıLı, yazılmış, yazılı mətn 
YAZIYIRBİZ – yazırıq  
YAZIYIRMEN – yazıram  
YAZIYIRSƏN - yazırsan 
YAZIYIRSİZ – yazırsınız  
YAZIX – günah  
YAZIXLI – günahkar  
YAZMAX – yazmaq  
YAZOV – hərf, fonetik işarə 
YEBERDMƏX – göndərmək 
YEDİ - yeddi 
YEDİNÇİ - yeddinci 
YEKİBDOS (bax: Mısır) 
YEL – yel, külək, hava 
YELLİ – yelli, küləkli, havalı 
YEMİŞ – meyvə 
YENQİL - yüngül 


 
338 
YENQİL ESLİ – ağıldan kəm, geri zəkalı, yüngül xasiyyət 
YENQMƏX – yenmək, qalib gəlmək 
YER – yer 
YETKİNÇƏ – yetərincə, kifayət qədər 
YEVA – Həvva, ilk qadın, Həzrət Adəmin (ə) arvadı 
YƏNƏ – yenə 
YƏNQİ – yeni  
YƏNQİ TÖRƏ – yeni qanunlar, Əhdi – Cədid 
YƏŞİL – yaşıl (rəng) 
YIXMAX – yıxmaq, qalib gəlmək 
YIL – il  
YILAN (bax: yilan) 
YILAN YIL (bax: yilan yıl) 
YIRIXLANMAQ – bərabər tutmaq, nümunə götürmək 
YIĞMAX – yığmaq, toplamaq 
YIXKÜN – bazar günü  
YIXPAŞKÜN – bazar ertəsi  
YIXÖV – kilsə  
YİMAX – yemək 
YİSUS – İsa (Həzrət İsanın (ə) yunanca adı) 
YİSUS KRİSDOS – İsa Məsih (ə) 
YOQARI - yuxarı 
YOQURT - yoğurt 
YOLDIZ – ulduz, bax həmçinin: yultuz 
YOX – yox 
YOXTUR - yoxdur 
YÖPMƏX – öpmək 
YÖPSÜNMƏX – hesab etmək, lazım bilmək, qəbul etmək 
YOHANNES AVEDARANÇİ – Yəhya. 4 “İncil”dən birinin yazarı. 
Mənbələrdə adı sadəcə Yohannes, Ohannes kimi də çəkilir. 
YOL – yol 
YOLDUZ – bax: yulduz 
YOLUXMAX – baş çəkmək, baş vurmaq, girmək, daxil olmaq 
YOLÇUN – yolçu, səyyah 
YOXESƏ – yoxsa  
YOXSA (bax: yoxsesə) 


 
339
YOVANNES (surp Yovannes) – Həzrət Yəhya (ə) 
YULDUZ - ulduz 
YUXU – yuxu, röya 
YUMURTQA - yumurta 
YUTA (İUDA, YƏHUDA) – İsa Məsihin (ə) 12 həvvarisindən biri, 
peyğəmbəri satan şəxs 
YÜGÜNMƏX – ibadət etmək (şükr etmək mənasında da işlənir) 
YÜRƏG – ürək, qəlb 
YÜZ 1 – yüz (say) 
YÜZ 2 – üz  
YÜZ KÖRMƏX – üzgörənlik etmək, güzəşt etmək 
YÜZMƏX – üzmək 
YÜZÜK – üzük 

 
ZADA – zədə 
ZAXOTÇA (ZAXOÇÇA) – iddiaçı, məhkəmədə  çəkişən tərəf 
(alban mühacirlərinin dilinə keçmiş slavyan mənşəli sözlərdəndir) 
ZAFRAN – zəfəran 
ZAMAN – zaman  
ZAMANƏ – zəmanə, dövr 
ZERA – zira, çünki 
ZARAR – zərər 
ZİNDAN – zindan, məhbəs, türmə, qazamat 
ZİNCİBİL – zəncəfil 
ZORK – zor, qüdrət, güc (orta fars mənşəli sözdür, erməni dilində 
də işlənir) 
ZRGEL – məhrum 
ZRGEL ETMƏX – məhrum etmək 
 


 
340 
SON SÖZ ƏVƏZİ 
 
Ermənilərin xalqımıza və ölkəmizə qarşı apadıqları ideoloji – 
informativ müharibədə xristian amilindən gen – bol istifadə etdik-
ləri, Qərb dövlətlərinin himayəsini qazana bilmək üçün xristian 
həmrəyliyi ideyalarını daim qabartdıqları və bu amilin onlara bəzi 
üstünlüklər verdiyi məlumdur. Bu təbliğat zamanı mənfur düşmən-
lərimizin guya dünyada xristianlığı ilk qəbul edən xalq olduğu 
barədə uydurma iddialar da daim ortaya atlır. 
Məlum olduğu kimi, Azərbaycan xalqı da tarixinin müəyyən 
dövründə xristian olmuş  və  həmin dövr tariximizin ayrılmaz bir 
parçasını  təşkil edir. Maraqlıdır ki, bu dövrdə baş vermiş elə ma-
raqlı və fenomenal hadisələr olmuşdur ki, onları qabartmaq və təb-
liğat məlzəməsinə çevirməklə  həm erməni təbliğatının effektiv-
liyini minimuma endirmək, həm də xristian dünyasının Azərbay-
cana olan marağını artırmaq mümkündür. Bu hadisələrdən,  şüb-
həsiz ki, ən maraqlısı  və diqqətçəkicisi Həzrət  İsaya (ə) ilk səcdə 
edən üç nəfər azərbaycanlı ilə bağlıdır. Bu barədə  İncil məlumat 
verməkdədir. Belə ki, Matta “İncil”inin II fəslinin 1 və 2–ci 
ayələrində deyilir: 
“İsa hökmdar Hirodun (hakimiyyəti)  günlərində, Yəhudeya 
Beytlehemində anadan olduğu zaman, Şərqdən Yerusəlimə (Qüdsə) 
münəccimlər gəlib dedilər: 
-Anadan olmuş  yəhudi hökmdarı haradadır? Çünki onun ul-
duzunu Şərqdə gördük və ona səcdə qılmağa gəldik” 
Məlumat üçün bildirək ki, İncildə  və ümumiyyətlə Bibliyada 
“Şərq” dedikdə Azərbaycan  ərazisi nəzərdə tutulmuşdur ki, bu 
barədə bir qədər sonra ətraflı  məlumat verəcəyik. Bibliyanın yu-
nanca olan ən əski mətnlərində Azərbaycan türkcəsinə “münəccim” 
kimi tərcümə edilmiş söz “maq” kimi yazılmışdır. Bibliyanın 
sonrakı dövrə aid mətnlərində isə “maq” kəlməsi “volxv” (sehrbaz 
və şah anlamlarına gəlir) kəlməsi ilə əvəz edilmişdir. Halbuki, Bib-
liyada əslində söhbət maqlardan, yəni sehrbaz və münəccimlərdən 
deyil, 6 Maday (Midiya) boyundan biri olan maq xalqının nü-


Yüklə 3,67 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə