Microsoft Word qasimli kenale doc



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə8/28
tarix05.04.2018
ölçüsü0,72 Mb.
#35938
1   ...   4   5   6   7   8   9   10   11   ...   28

 

21

uzun  müddət  aşağı  düşməsi  başa  düşülür.  12  valyutanın  birgə  üzməsinə  əsaslanan 



Avropa valyuta sistemində ( 2,25%, 1993-cü ilin avqustundan 1,5% hədlərində) vaxtaşırı 

olaraq  rəsmi  devalvasiya  və  revalvasiya  (1979-1993-cü  illərdə  16  dəfə)  keçirilirdi. 

Beynəlxalq Valyuta Fondunun (BVF) üzv ölkələri 10%-dən az ölçüdə öz valyutalarının 

planlaşdırılan  devalvasiya  haqqında  Fondu  xəbərdar  etməli  və  10%-dən  yuxarı 

devalvasiya zamanı onun (Fondun) ilkin icazəsini almalıdır. Devalvasiya çox zaman pul 

islahatının  aparılması  metodu  kimi  istifadə  olunur.  Belə  ki,  1924-cü  ildə  Almaniyada 

markanın  devalvasiyası  və  1  yeni  marka  =  1  trln.  köhnə  marka  nisbətində  köhnə  pul 

vahidlərinin  yeni  pul  vahidlərinə  mübadiləsi  həyata  keçirildi.  Devalvasiya  tədiyyə 

balansının  əsas  tənzimlənmə  metodlarından  biridir,  lakin  onun  səmərəliliyi  konkret 

şə

raitdən  asılıdır.  Devalvasiyanın  nəticələri  milli  idxalatçılar  və  ixracatçılar  üçün 



müxtəlifdir.  Bir  tərəfdən,  devalvasiya  milli  ixracatçılara  əlverişlidir,  belə  ki,  onlar  öz 

qiymətdən  düşmüş  valyutasına  daha  sabit  xarici  valyutanın  mübadiləsi  zamanı 

devalvasiya  (ixrac)  mükafatını  alır  və  qiymətdən  düşmüş  valyuta  ilə  öz  öhdəliklərini 

ödəyən  borclulara  əlverişlidir.  Digər  tərəfdən,  devalvasiya  nəticəsində  idxalatçılar 

(hesablaşmalar)  üçün  zəruri  xarici  valyutanın  alınması  onlara  baha  başa  gəlir);  öz 

tələblərinə  görə  devalvasiya  olunan  valyutanı  alan  kreditorlar,  eləcə  də  avuarların 

sahibləri  ziyana  düşürlər.  xracın  stimullaşması  üçün  devalvasiyanın  səmərəliliyi  ixrac 

potensialının  mövcudluğundan  və  dünya  bazarında  rəqabət  şərtlərindən  asılıdır.  Əgər 

ölkə  beynəlxalq  ixtisaslaşma  ilə  əlaqədar  xarici  malların  idxalından  nisbi  azaddırsa  və 

idxalı  əvəzləyən  siyasəti  uğurla  həyata  keçirirsə,  idxalı  ləngidə  bilər.  Devalvasiyanın 

nəticələri müəyyən dövrdən sonra təzahür edir. Az ölçüdə devalvasiya (məsələn, 1967-ci 

ildə  funt  sterlinqin  14,3%,  1971-ci  ildə  dolların  7,89%)  valyuta  möhtəkirliyinə  təsir 

göstərərək,  valyuta  məzənənsinin  təkrar  azalması  təhlükəsini  saxlayır  (adı  çəkilən 

valyutalarla  bu  hal  baş  vermişdir).  Devalvasiyanın  ölçüsü  adətən  digər  valyutaların 

azaldılmasında  zəncirvari  reaksiyaya  səbəb  olur  və  bu  zaman  təşəbbüskarda  rəqabət 

üstünlükləri  yox  olur.  Devalvasiyanın  səmərəliliyinin  yüksəldilməsi  üçün  ölkələr, 

xüsusən  inkişaf  etməkdə  olan  ölkələr  ixrac  və  idxal  üzrə  diferensiallaşmış  rüsumlar  və 

subsidiyalar tətbiq edirlər. 




 

22

  Valyuta  siyasəti  əslində  ölkənin  öz  milli  valyutasının  məzənnəsinin  və  onun 



vasitəsi  ilə  xarici  sövdələşmələrin  idarə  olunmasından  ibarətdir.  Valyuta  məzənnəsinin 

devalvasiya və revalvasiya nəticəsində dəyişməsi milli  gəlirin dinamikasına əhəmiyyətli 

tə’sir  edir.  darəetmə  baxımından  təcrübədə  daha  çox  istifadə  olunan  metod  valyutanın 

devalvasiyası  yoludur.  Çünki  devalvasiya  ixracın  real  həcminin  artmasına  və  idxalın 

azalmasına gətirir, ona görə də  ixrac  yönlü  və idxala rəqabətli  sahələrdə  yeni iş  yerləri 

açılır  və  gəlir  artır.  Lakin  ilk  baxışdan  yuxarıdakı  məntiq  doğru  olsa  da,  bu  həmişə 

müsbət nəticə vermir. 

1.Devalvasiya beynəlxalq ticarət şəraitini pisləşdirərək, ölkəni hər idxal vahidi üçün 

daha  çox  ixraca  məcbur  edə  bilər.  Çünki  ticarət  şəraiti  (R/Rm)  pisləşirsə  ölkənin  real 

alıcılıq qabiliyyəti aşağı düşür. Digər tərəfdən bunu dərk edərək əhali öz xərclərini azalda 

bilər, bu isə neqativ prosesləri daha da gücləndirir. Ona görə də devalvasiya ancaq ticarət 

şə

raitini yaxşılaşdırdığı və ya ən azı ona tə’sir etmədiyi halda milli gəliri artıra bilər. 



2.Devalvasiya  tədiyyə  balansını  tənzimləməyə  xidmət  etdikdə  müsbət  nəticəyə 

gətirir.  Çünki  devalvasiya  yaranmış  kəsiri  aradan  qaldırmaqla  Milli  bankı  valyutanın 

məzənnəsini sün’i surətdə stabil saxlamaq üçün daha çox valyuta ehtiyatı xərcləməkdən 

xilas edir. 

3.Devalvasiya  ticarət  balansını  yaxşılaşdırmaya  bilər,  çünki  real  məzənnə  alıcılıq 

qabiliyyəti  pariteti  səviyyəsinədək  artdıqda  ixrac  artır.  Bu  səviyyədən  sonra  ixracın 

artımı baş vermir. Əksinə  daxili xərclər artdığı üçün ticarət balansı pisləşir. 

Beləliklə aydın olur ki, valyuta siyasətini ancaq  onun məzənnəsinin idarə olunması 

kimi  qəbul  etmək  düz  deyil.  Valyuta  strategiyasının  ölkədə  makroiqtisadi  stabilliyin 

tə’min olunmasına istiqamətləndirilməsinin beş üsulu vardır. Həmin üsulların fərqlərini 

aydın görmək üçün onların həm tədiyyə balansının kəsiri, həm də valyuta məzənnəsinin 

düşməsi – devalvasiyaya təsirini araşdıraq. 

1.Milli iqtisadiyyatda mövcud şəraiti və ya valyuta məzənnəsini dəyişmədən tədiyyə 

balansı  kəsirinin  müvəqqəti  maliyyələşdirilməsi.  Kəsir  yaranmasının  müvəqqəti  olduğu 

mə’lumdursa,  ölkə  sadəcə  olaraq  öz  ehtiyatlarını  istifadə  edir,  lakin  dövriyyədə  pul 

təklifinin  çoxalmamasını  gözləyir.  Ümumi  balans  və  müsbət  saldo  yarandıqda 

ehtiyatların bərpasına çalışır. 



 

23

2.Valyuta  nəzarətinin  tətbiqi.  Hökumət  ölkə  ilə  qalan  dünya  arasında  bütün 



ə

laqələrə ciddi nəzarəti həyata keçirir. Məsələn, rəsmi valyuta məzənnəsini dəyişmədən 

rezidentlərə xaricə  aparılmaq  üçün  valyutanın  dəyişdirilməsinə  məhdudiyyət  qoyulması 

mümkündür. 

3.  Üzən  valyuta  məzənnələrinin  tətbiqi.  Valyuta  bazarında  məzənnənin  müstəqil 

müəyyənləşdirilməsi  üçün  şərait  yaradılması.  Bu  zaman  məzənnə  valyuta  tarazlığı 

yarananadək düşə bilər. 

4.Təsbit olunmuş daimi məzənnələrin tətbiqi. Rəsmi dövlət orqanları iqtisadiyyatda 

dəyişikliklər aparmaqla onu formalaşmış valyuta məzənnəsinə uyğunlaşdıra  bilərlər. Bu 

ə

sasən, o halda baş verir ki, ölkə uzun müddət ərzində xarici ödəmə kəsirinə malik olur 



və  ona  görə  də  xaricilər  onun  valyutasını  almaq  istəmirlər.  Belə  olduqda  ölkə  valyuta 

ehtiyatlarının axırına çıxmaqla pul təklifini azalda bilər, devalvasiya etməklə qiymət və 

gəlirləri  azalda  bilər.  Bu  o  vaxta  qədər  davam  edəcəkdir  ki,  xarici  valyutaya  tələb  və 

onun təklifi müəyyən qeyd olunmuş paritetdə tarazlaşacaqdır. Bu üsul tədiyyə balansının 

qeyri – stabilliyinin aradan qaldırılması üçün «klassik  üsul» hesab olunur. 

5.Valyuta  məzənnələrinin  kombinasiyası  üsulu.  Yə’ni  hökumət  «üzən  valyuta»  və 

«təsbit  olunmuş  valyuta»  üsullarının  kombinasiyasını  tətbiq  edə  bilər.  Bu  halda  iki 

variant  mümkündür.  Birinci  variant  Bretton  –  Vuds  sistemi  olan  «dəyişən  valyuta 

paritetləri»  üsuludur.  Yə’ni  təsbit  olunmuş  məzənnə  siyasəti  aparılması  üçün 

iqtisadiyyatda  cüzi  dəyişikliklər  həyata  keçirilir.  Lakin  bu  tədbirlər  kifayət  etmədikdə 

devalvasiya edilir və yeni qeyd olunmuş səviyyədə məzənnə müəyyənləşdirilir. Bu üsul 

1944-1971-ci illərdə aparıcı üsul olmuşdur.  kinci variantda isə valyutaların tənzimlənən 

üzməsi  tətbiq  edilir.  Yə’ni  hökumət  valyuta  məzənnəsini  yeni  paritet  əldə  olunanadək 

tədricən dəyişir. Yeni paritetə doğru isə valyuta gündəlik, əvvəlcədən müəyyənləşən və 

e’lan  olunan  ölçüdə  («sürüşkən  bağlılıq»),  əvvəlcədən  e’lan  olunan  dövrülüklə,  böyük 

addımlarla  (sürünən  bağlılıq)  və  ya  hər  gün  əvvəlcədən  e’lan  edilmədən  (çirkli  üzmə) 

devalvasiya  edilə  bilər.  Lakin  hər  üç  halda  hökumət  iqtisadiyyatın  yeni  şəraitə 

uyğunlaşdırılması üçün tədbirlər görür və valyuta bazarında əməliyyatları asanlaşdırmaq 

üçün maliyyə mənbələri axtarır. Dünya təcrübəsini və iqtisadi mahiyyətini təhlil etdikdə 

yuxarıdakı beş üsulun yalnız son üçünün seçim üçün əlverişliliyi aydınlaşar.  




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə