Microsoft Word qasimli kenale doc



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə2/28
tarix05.04.2018
ölçüsü0,72 Mb.
#35938
1   2   3   4   5   6   7   8   9   ...   28

 

4

zaman-zaman  iri  möhtəkirlərin  hücumuna  məruz  qalırlar.  Bu  hücumlar  çox  asanlıqla 



ölkədəki sabitliyi poza bilər. Valyuta siyasəti nəticəsində bu kimi mənfi halların qarşısını 

almaq olur.Bu baxımdan dissertasiya işinin mövzusu yetərincə aktual hesab edilir. 



Dissertasiya  işinin  əsas  məqsədi:        Azərbaycanda  milli  iqtisadi  sistemin  dünya 

təsərrüfat  sisteminə  fəal  inteqrasiyası  şəraitində    iqtisadi  inkişaf  siyasətinin  mühüm 

elementi  kimi  valyuta  strategiyasının  formalaşmasını    şərtləndirən  amillərin 

qiymətləndirilməsi  və  onların  inkişaf  perspektivlərinin  müəyyənləşdirilməsinin  tədqiqi  

hesab edilir. Milli effktiv valyuta strategiyasının qiymətləndirilməsi aşağıdakı vəzifələrin 

tədqiqini tələb edir: 

Müasir şəraitdə iqtisadi inkişafın əsas dominantlarınnı müəyyənləşdirilməsi;  

Valyuta sisteminin və strategiyasının inkişafı şəraitinin tədqiqi; 

Azərbaycanın beynəlxalq valyuta sisteminə inteqrasiyasının xüsusiyyətləri və zəruri  

edən   amillərin müəyyənləşməsi; 

Azərbaycanın tədiyyə balansı və onun valyuta  siyasətinin formalaşmasına təsiri; 

 Tədiyyə balansının milli iqtisadiyyatın rəqbətqabiliyyətliliyinin   təmin edilməsində   

 rolunun qiymətləndirilməsi; 

 Müasir şəraitdə Azərbaycanın valyuta siyasətinin təkmilləşdirilməsi   vəzifələri  və  

istiqamətlərinin mqəyyənləşdirilməsi. 

 Tədqiqatın  obyekti  və  predmeti:  Magistr  dissertasiyasının    tədqiqat  obyektini  

milli  valyuta  strategiyasının  formalaşması  prosesləri  təşkil  edir.  Tədqiqatın  predmetini 

isə  Azərbaycanda  milli  valyuta  strategiyasının  formalaşması  xüsisuiyyətləri,əsas 

elementləri və strategiyanın inkişaf perspektivləri təşkil edir. 

Ə

sas  elmi  nəticələr:    Dissertasiya  çərçivəsində  apalımış  tədqiqatların  yekunu 

olaraq aşağıdakları qeyd etməyi məqsəd müvafiq hesab edirik.  

Valyuta  sistemi    -  təsərrüfat  əlaqələrinin  beynəlmiləlləşməsi  əsasında  meydana 

gəlmiş valyutanın fəaliyyəti ilə əlaqədar iqtisadi münasibətlərin məcmusu kimi yaranan, 

milli  qanunvericilik  və  dövlətlərarası  sazişlər  əsasında  mövcud  valyuta  məzənnəsi  və 

ödəmə  münasibətlərini  tənzimləyən  prinsip  və  razılaşmalar  toplusudur.    Valyuta 

strategiyası  və  siyasəti  iqtisadi  siyasətin  mühüm  tərkib  hissəsidir  və  onun  çoxtərəfli 

məqsədlərinin  yerinə  yetirilməsinə,  yəni  dayanıqlı  iqtisadi  inkişafın  təmin  edilməsinə, 




 

5

işsizlik  və  inflyasiyanın  artımının  dayandırılmasına,  ödəniş  balansı  müvazinətinin 



dəstəklənməsinə yönəldilir.  

Azərbaycanın  beynəlxalq  valyuta  sisteminə  inteqrasiyasına  təsir  göstərən  əsas 

amillərdən  biri  neft  amilidir.  Bu  amil  bizi  bütün  dünyada  tanıdan  amillər  sırasındadır.     

Azərbaycanın  beynəlxalq  valyuta  sisteminə  inteqrasiyasına  səbəb  olan,  zəruriləşdirən 

amillərdən biri də Azərbaycanın tranzitiv ölkə olmasıdır. Bu xüsusiyyətə malik olmaqla 

ölkəmiz  bir  çox  ölkələr  arasındakı  əlaqəni  genişləndirir,  sürətləndirir  və  ölkələr 

arasındakı  dostluq  münasibətlərinin  formalaşması  və  inkişafında  mühüm  rol  oynayır. 

Xarici  ölkələrin  və  beynəlxalq  təşkilatların  marağına  səbəb  olan  bu  amil  nəticəsində 

Azərbaycan xeyli gəlir əldə edir.   

Azərbaycan Respublikasının tədiyə balansının əsas göstəricilərinin cari  vəziyyətini  

təhlil  edərkən  onun  xarici  amillərin  təsiri  ilə  xüsusi  bağlılığını  və  milli  iqtisadiyyatın 

beynəlxalq rəqabətə davamlı iqtisadiyyat  kimi formalaşdığını səciyyələndirən aşağıdakı 

məqamları qeyd etmək olar:  Azərbaycanın əmtəə ixracında  ketdikcə  çoxsahəli meylin 

artmasına baxmayaraq hələ də obyektiv olaraq ixracat  xammal yönümlüdür. Azərbaycan 

ixracatının  əsas  maddələri  olan  xam  neft,  neft  emalı  məhsulları  və  təbii  qaz  ümumi 

ixracatın dəyər həcminin 95 faizini təşkil edir ki, bu da ixracat nomenklaturalı malların 

dünya qiymətlərindəki dəyişikliklərdən Azərbaycan ixracatının asılılığını müəyyən edir.    

 Xarici  ticarətin    sərbəstləşdirilməsi    və    xarici    kapitalın  hərəkəti    üzərində  

məhdudiyyətlərin    olmaması    respublikaya    investisiyaların    cəlb    edilməsinin    əsas 

şə

rtlərindən  biri  olmuşdur.  Bu  da  həm    milli  iqrisadiyyatın  beynəlxalq  rəqabətliliyinin 



artmasına  şərait  yaratmış,  həm  də  ölkənin        tədiyə    balansının  sabitliyinin  təmin 

olunmasını  şərtləndirmişdir.  Bunun  da  nəticəsində  ölkənin  strateji  valyuta  ehtiyatları 

yüksək templə çoxalaraq 50 mlrd. doll. çatmışdır.   

 Başlıca    olaraq    neft-qaz  sektorunda,  habelə    iqtisadiyyatın    tikinti    və  

kommunikasiya    sahələrində  uğurla  davam  etdirilən    inkişaf    proqramlarının    həyata  

keçirilməsi  üçün  xarici  maliyyələşdirmə  axını bir daha təsdiq edir ki,   Azərbaycanın 

xarici  ölkələrdən    investisiya    cəlb    etməsini    şərtləndirən  əsas    xüsusiyyətlər:-  ölkə  

ə

razisində      investisiyaların    gəlirli    olması;  nadir    xammal    ehtiyatlarının    olmas; 



islahatların gedişinə   beynəlxalq  təşkilatlarının    etimad    dərəcəsinin artması və nəhayət  


 

6

milli  iqtisadiyyatın  rəqabət  qabiliyyətliliyinin    artması  ilə  bağlıdır.  Tədiyə    balansının 



cari  vəziyyətinin təhlili belə qənaətə gəlməyə əsas verir ki,  milli iqtisadiyyatın rəqabət 

qabiliyyətliliyinin    gücləndirilməsi:-    ixracyönümlü  istehsalın    artırılması;  beynəlxalq 

xidmətlərin  inkişafı;  investisiyaların    stimullaşdırılması  və  milli    valyutanın  

məzənnəsinin  sabit   saxlanılması amillərindən xeyli asılı olcaqdır.   

Ölkənin  beynəlxalq  iqtisadi  münasibətlər    sistemində  səmərəli  fəaliyyəti  və 

ümumiyyətlə,  sistem  dəyişikliyin  əsas  məqsədlərindən  biri  olan  milli  iqtisadi  sistemin 

formalaşdırılması nöqteyi-nəzərindən valyuta strategiyası son dərəcə mühüm əhəmiyyət 

kəsb  edən  məsələlərdən  biri  kimi  ortaya  çıxır.  Valyuta  siyasəti  milli  iqtisadi  inkişaf 

strategiyasının  üzvi  tərkib  elementi  olmaqla  bahəm,  əksər  makroiqtisadi  göstəricilərin 

dinamikasina,  milli  təsərrüfat  subyektlərinin  xarici  iqtisadi  fəaliyyətinə  və  bütövlükdə, 

tədiyyə balansına güclü təsir göstərmək iqtidarındadir. 

Tədqiqatın  nəticələrinin  istifadəsi  :  Tədqiqat  işinin  nəticələri  milli  valyutaa 

strategiyasının    təkmilləşdirilməsi  ilə  bağlı  qanun,  proqram,  layihə  və  təkliflərin 

hazırlanması  prosesində,  elmi-tədqiqat  işlərində,  həmçinin  ali  məktəblərdə  müvafiq 

ixtisas kurslarının tədrisində istifadə oluna bilər. Bununla yanaşı, tədqiqatın nəticəsində 

irəli  sürülən  tövsiyələrin  həyata  keçirilməsi  dayanıqlı  iqtisadi  inkişafın  daha  da 

genişlənməsi və səmərəliliyinin yüksəldilməsinə gətirib çıxara bilər. 

 Dissertasiyanın  strukturu:    Dissertasiya  işi  giriş,  3  fəsil,    7  paraqraf,    nəticə    və 

təkilflər, həmçinin istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir.    

 

 



 

 

 



 

 

 



 

 



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə