Microsoft Word qasimli kenale doc


 Fəsil    Milli valyuta sistemi v



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə3/28
tarix05.04.2018
ölçüsü0,72 Mb.
#35938
1   2   3   4   5   6   7   8   9   ...   28

 

7

1 Fəsil    Milli valyuta sistemi və valyuta strategiyalarının 



formalaşmasının nəzəri-metodoloji əsasları. 

        1.1 Milli valyuta sistemi: mahiyyəti, əsas elementləri və funksiyaları.                                                      

  Valyuta sistemi təsərrüfat həyatının beynəlmiləlləşməsi və dünya bazarının inkişafı 

ə

sasında formalaşmış, beynəlxalq müqavilə və dövlət-hüquqi normalarında əks olunmuş 



pul-kredit  münasibətlərinin  məcmusudur.  Valyuta  sistemini  iki  tərəfdən  nəzərdən 

keçirmək  olar:  birincisi,  o,  obyektiv  reallıq  olub,  ölkələr  arasında  iqtisadi  əlaqələrin 

dərinləşməsi  nəticəsində  yaranır,  ikincisi,  bu  obyektiv  reallıq  dərk  olunaraq  hüquqi 

normalarda  və  beynəlxalq  razılaşmalarda  əks  olunur.  Məhz  bu  mənada  məqsədyönlü  

fəaliyyət  kimi  valyuta  sisteminin  yaradılmasından  danışmaq  olar.  Beləliklə,  valyuta 

sistemini    valyutanın  fəaliyyəti  və  onun  təşkilinin  formaları  ilə  əlaqədar  iqtisadi 

münasibətlər  toplusu  kimi  müəyyənləşdirmək  olar.  Təsərrufat  əlaqələrinin 

beynəlmiləlləşməsi artdıqca milli, regional və dünya valyuta sistemləri formalaşır.  lkin 

olaraq  milli  valyuta  sistemi  yaranmışdır.  Bu,  tarixən  formalaşmış  və  milli 

qanunvericilikdə  öz  əksini  tapmış  ölkənin  valyuta  münasibətlərinin  təşkili  formasıdır. 

Milli  valyuta  sistemi  ölkənin  valyuta qanunvericiliyi  ilə  müəyyən  olunur.  Milli  valyuta 

sistemi  daxili  pul  sisteminin  tərkib  hissəsidir  və  onun  xarakterik  xüsusiyyətləri  ilə 

müəyyən olunur. Lakin eyni zamanda, milli valyuta sistemi nisbətən müstəqildir və milli 

çərçivələrdən  kənara  çıxır.  Onun  əsas  xüsusiyyətləri  inkişafın  səviyyəsi,  ölkənin 

iqtisadiyyatı və xarici iqtisadi əlaqələrinin vəziyyəti ilə müəyyən olunur. 

Milli valyuta sistemi  dünya valyuta sistemi ilə ayrılmaz əlaqələrə malikdir. Dünya 

valyuta sistemi dünya təsərrüfatı çərcivəsində valyuta münasibətlərinin təşkilinin qlobal 

formasıdır. Bu forma çoxtərəfli dövlətlərarası sazişlər əsasında beynəlxalq valyuta-kredit 

və maliyyə təşkilatları tərəfindən tənzimlənir.  

Dünya  valyuta  sistemi  özündə  bir  tərəfdən  valyuta  munasibətlərini,  digər  tərəfdən 

isə  valyuta  mexanizmini  əks  etdirir.  Valyuta  munasibətləri  fiziki  və  hüquqi  şəxslərin, 

firmaların,  bankların  beynəlxalq  hesablaşma,  kredit  və  valyuta  əməliyyatlarını  həyata 

kecirmək məqsədilə valyuta və pul bazarlarında əlaqələri əhatə edir. Valyuta mexanizmi 

hüquqi normaları və bu normaları milli, həm də beynəlxalq səviyyədə əks etdirən alətləri 

özündə birləşdirir.  



 

8

  Dünya  valyuta  sistemi  XIX  əsrin  ortalarında  mürəkkəbləşdi.  Dünya  valyuta 



sisteminin  stabilliyi  və  fəaliyyət  xüsusiyyəti  onun  dünya  təsərrüfatı  strukturunun 

prinsiplərinə  uyğunluğu  və  aparıcı  dövlətlərin  maraqlarının  və  güclərinin  qruplaşması 

səviyyəsindən  asılıdır.  Verilmiş  şərtlərin  dəyişməsi  ilə  əlaqədar  olaraq  dünya  valyuta 

sistemində  periodik  böhranlar  yaranır  ki,  bu  da  son  nəticədə  sistemin  dağılması  və 

yenisinin  əmələ  gəlməsi  ilə  nəticələnir.  Ancaq  dünya  valyuta  sistemi  qlobal  dünya 

təsərrüfat  məqsədləri  güdür  və  fəaliyyətin  və  tənzimlənmənin  xüsusi  mexanizminə 

malikdir. O, milli valyuta sistemləri ilə yaxından əlaqəlidir. Bu əlaqələr milli banklar və 

xarici iqtisadi fəaliyyət xidmətləri vasitəsilə həyata keçirilir və aparıcı dövlətlərin valyuta 

siyasətlərinin koordinasiyası və dövlətlərarası valyuta tənzimlənməsi zamanı əmələ gəlir. 

Dünya və milli valyuta sistemləri arasındaki qarşılıqlı əlaqə onların eyni olması mənasına 

gəlmir , belə ki onların məqsədləri, fəaliyyət və tənzimlənmə şərtləri, dünya təsərrüfatına 

və  ayrı-ayrı  ölkələrin  iqtisadiyyatlarına  təsiri  müxtəlifdir.  Onlar  arasındakı  əlaqə  və 

müxtəliflik bu sistemləri təşkil edən elementlərdə təcəssüm olunur. 

stənilən  valyuta  sisteminin  baza  elementi  valyuta  hesab  edilir.  Valyuta  deyəndə 

yeni  növ  pul  deyil,  onların  funksiya  göstərməsinin  xüsusi  üsulu  başa  düşülür  ki,  bu 

zaman da milli pullar beynəlxalq ticarət, kredit, ödəmə-hesablaşma əməliyyatlarını əhatə 

edir.  Əksər    təsərrüfatçılıq  fəaliyyətlərinin  nəticələrinin    mübadiləsi  və  onların 

beynəlxalq  hesablaşması  pul  formasında  həyata  keçirilir.  Ona  görə  də  beynəlxalq 

münasibətlərdə bir ölkənin pul vahidi digər ölkənin pul vahidi  ilə qarşı-qarşıya dayanır. 

Ölkə  daxilində  milli  pul  vahidi  həmin  həmin  ölkənin  pul  nişanı  kimi  fəaliyət  göstərir. 

Müxtəlif  səbəblərdən  (xarici  ticarət,  kapital  ixracı  və  s.)  milli  pul  vahidi  ölkə 

sərhədlərindən  kənara  çıxdıqda  ,  o,  yeni  keyfiyyət    kəsb  edir  –valyuta  kimi  çıxış  edir. 

Statusuna gorə valyutaları aşağıdakı növlər üzrə təsnifləşdirirlər:  

milli  (ölkənin  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  pul  vahidi,  buraxıldığı  ölkənin 

ə

razisində qanuni ödəmə vasitəsi);  



xarici (digər ölkələrin valyutalarında ifadə olunmuş əskinaslar, monetlər və tələblər, 

digər ölkələrin ərazilərində qanuni odəmə vasitələri);  

 beynəlxalq şərti (X H);  

regional (avro). 




 

9

  Milli  valyuta  sisteminin  əsasını  milli  valyuta  təşkil  edir.  Beynəlxalq  iqtisadi 



münasibətlərdə  istifadə  olunan  pullar  valyuta  şəklini  alır.  Beynəlxalq  hesablaşmalarda 

adətən  digər  ölkələrin  pul  vahidi  olan  xarici  valyutadan  istifadə  olunur.  Xarici  valyuta 

valyuta  bazarlarında  alqı-satqı  obyektidir,  beynəlxalq  hesablaşmalarda  istifadə  olunur, 

bankların  hesablarında  saxlanılır,  ancaq  göstərilən  dövlətin  ərazisində  qanuni  tədiyyə 

vasitəsi  sayılmır  (güclü  inflyasiya  dövrləri  istisna  olmaqla).  “  Valyuta”    kateqoriyası 

milli və dünya təsərrüfatları arasındakı qarşılıqlı əlaqəni təmin edir. 

  Dünya valyuta sistemində bir sıra valyutalar rəsmi olaraq BVF tərəfindən verilən 

ehtiyat  valyuta  statusuna  malikdirlər.  Ehtiyat  valyuta  –  beynəlxalq  ödəmə  və  ehtiyat 

vasitəsi  funksiyasını  yerinə  yetirən  dönərli  milli  valyutadır.  O,  digər  ölkələrin 

valyutalarının  valyuta  paritetlərinin  və  valyuta  məzənnələrinin  müəyyən  edilməsi  üçün 

baza rolunu oynayır. Ehtiyat valyutalardan valyuta müdaxilələrinin həyata keçirilməsi və 

dövlətlərin  rəsmi  qızıl-valyuta  ehtiyatlarının  formalaşdırılması  üçün  istifadə  edirlər. 

Beləliklə,  ehtiyat  valyutaların  əsas  təyinatı  beynəlxalq  iqtisadi  munasibətlərə  xidmət 

gostərməkdir.  Ölkələr  ehtiyat  valyutada  özlərinin  likvid  aktivlərini  saxlayırlar  və  bu 

aktivlərdən tədiyə balansının mənfi kəsirini örtmək üçün istifadə edirlər. 

  Hər hansı sistemi xarakterizə edərkən  valyutanın dönərliliyi səviyyəsi, yəni xarici 

valyutaya  dəyişməyin  sərbəstlilik  dərəcəsi    mühüm  əhəmiyyət  kəsb  edir.  Buna  görə  də 

valyuta  dönərliliyinin  müxtəlif  səviyyələrini  xarakterizə  edən  sərbəst  dönər  valyuta, 

nisbətən  dönər  valyuta  və  qapalı-valyuta  meyarlarından  istifadə  edilir.  Dönərlilik 

səviyyəsi valyutanın xarici valyutaya dəyişdirilməsinə tətbiq olunan və yaxud da tətbiq 

olunmayan  məhdudiyyətlər,  onu  tənzimləyən  reqlamentləşdirici  tədbirlər  sisteminin 

mövcudluğundan,  valyuta  əməliyyatlarının  növləri  və  sübyektlərinə    tətbiq  olunan 

hüquqi və kəmiyyət məhdudiyyətlərinin mövcudluğu ilə müəyyən olunur. Hazırki dövrdə 

ancaq  bir  sıra    sənayecə  inkişaf  etmiş  ölkələrin  valyutaları  tam  sərbəst  dönərliliyə 

malikdir,  qalan  ölkələrin  əksəriyyətində  valyuta  əməliyatlarına  bu  və  ya  digər 

məhdudlaşdırıcı tədbirlər mövcuddur. 

  Dönərlilik  üsuluna  gorə,  yəni  bu  və  ya  digər  valyutanın  müxtəlif  ölkələrin 

valyutalarına  nə  dərəcədə  sərbəst  mübadilə  edilməsindən  asılı  olaraq  aşağıdakı  növ 

valyutaları fərqləndirirlər:  



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə