Microsoft Word qasimli kenale doc



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə9/28
tarix05.04.2018
ölçüsü0,72 Mb.
#35938
1   ...   5   6   7   8   9   10   11   12   ...   28

 

24

Revalvasiya - pul vahidindəki qızıl tərkibinin rəsmi surətdə artırılması və ya başqa 



ölkələrin xarici valyutalarına münasibətdə milli valyuta məzənnəsinin  artırılmasıdır. 

Devalvasiya  əhalinin  məşğul  hissəsinin  həyat  səviyyəsinin  aşağı  düşməsinə, 

revalvasiya  isə  daha  ucuz    xarici  əmtəələrlə  rəqabətə  tab  gətirə  bilməyən  sahələrdə 

işsizliyin  artmasına  gətirib  çıxarır.  Devalvasiya  ölkələr  arasındakı  rəqabət  mübarizəsini 

kəskinləşdirir.  Qərbi  Avropa  ölkələrinin  ABŞ  dollarının  2  devalvasiyasından  itkiləri 

təxminən 10 milyard dollar olmuşdur.  nkişaf etməkdə olan ölkələr aparıcı valyutaların 

devalvasiyasından böyük zərər çəkirlər.  

Valyuta  məhdudiyyətləri  dövlətin  daxili  valyuta  bazarındakı  əməliyyatların,  eləcə 

də ölkəyə xarici valyuta daxilolmalarının və ölkədə milli və xarici valyuta çıxarmalarının 

məhdudlaşdırılması  istiqamətində  həyata  keçirdiyi  valyuta  tənzimlənməsi  siyasətidir. 

Ə

sas  etibar  ilə  valyuta  məhdudiyyəti  valyuta  bazarında  valyuta  məzənnəsinin 



tənzimlənməsinə xidmət edir. Valyuta məhdudiyyəti milli iqtisadiyyatın xarici təsirlərdən 

qorunması məqsədi güdür.  

  Valyuta  məhdudiyyətlərinin  2  əsas  sferası  fərqləndirilir:  tədiyyə  balansının  cari 

ə

məliyyatları  (  ticarət  və  “görünməyən”  əməliyyatlar)  və  maliyyə  (kapital  və  kreditin 



hərəkəti, gəlirlərin köçürülməsi, vergi və başqa ödəmələr) 

  lk dəfə olaraq valyuta məhdudiyyətləri birinci dünya müharibəsi illərində döyüşən 

ölkələrdə tətbiq edilmişdir. 1924-1928-ci illər müvəqqəti stabilizasiya zamanı onlar ləğv 

olundu. 1929-1933-cü illər dünya maliyyə böhranı zamanı, xüsusilə 1931-ci il müxtəlif 

ölkələrdə  tədiyyə  balansının  pisləşməsi,  kapitalın  “uçuşu”  ,  qızıl  standartının  dağılması 

ilə əlaqədar olaraq valyuta məhdudiyyətləri geniş vüsət aldı.  kinci dünya müharibəsinin 

başlanması  ilə  valyuta  məhdudiyyətləri  demək  olar  ki,  bütün  ölkələrə  yayılmışdı. 

Müharibədən  sonrakı  dövr  üçün  yeni  xüsusiyyət  valyuta  məhdudiyyətlərinin  

dövlətlətarası tənzimlənməsi orqanı olan BVF-nin yaranması oldu. 

     Valyuta  siyasətinin  istiqamətləri  və  formaları  ölkələrin  valyuta  –  iqtisadi 

vəziyyəti və dünya iqtisadiyyatının inkişafı ilə şərtlənir.     Bu və ya digər ölkənin həyata 

keçirdiyi valyuta siyasəti ölkənin daxili və xarici bazarlarında reallaşdırdığı məhsulların 

milli  valyutada  öz  əksini  tapmış  qiymətlərə  təsir  göstərmək  üçün  tətbiq  edilir.  Öz 

növbəsində  bir  çox  amillərin,  məsələn,  dünya  təsərrüfatının  təkamülü,  ölkənin  iqtisadi 




 

25

vəziyyəti  və  dünya  arenasında  qüvvələr  nisbətini,  onların  qarşılıqlı  təsiri  və 



“dalğalanması”  fonunda  onun  ilkindən  başlayaraq  növbəli  şəkildə  təsnifatını  özündə 

ehtiva edir. Ölkənin valyuta siyasətinin iqsadi təbiəti tarixi - təkamül baxımından təhlilə 

məruz  qaldığı  üçün  növbənöv  sıralanmalar,  yəni  onu  valyuta  məhdudiyyətləri,  valyuta 

ə

məliyyatlarının liberallaşdırılması, valyuta tənəzzüllərinin qarşısının alınması və valyuta 



dayanıqlığının  təmin  edilməsi  kimi  prioritet  və  konkret  məqsədlərin  qoyuluşunda  öz 

imkanını tapır. 

    Milli  valyuta  strategiyasının  formalaşmasında  valyuta  siyasətinin  aktual 

ə

həmiyyət  kəsb  etməsi,  onun  valyuta  böhranlarının  qarşısının  alınmasında  mühüm  rol 



oynaması  ilə  də  səciyyələnir.  Belə  ki,  müasir  qloballaşma  şəraitndə  valyuta  böhranının 

axın  şəklində  yayılması  prosesi  açıq-aydın  müşahidə  olunmaqdadır.  Milli  valyutalar 

zaman-zaman  iri  möhtəkirlərin  hücumuna  məruz  qalırlar.  Bu  hücumlar  çox  asanlıqla 

ölkədəki sabitliyi poza bilər. Valyuta siyasəti nəticəsində bu kimi mənfi halların qarşısını 

almaq olur.  

nkişaf  etmiş  bazar  iqtisadiyyatı  olan  ölkələrdə  valyuta  siyasəti,  əsasən,  pulun 

alıcılıq  qabiliyyətini  saxlamağa  və  valyuta  məzənnəsini  sabitləşdirməyə  yönəlir.  Milli 

valyutaların  məzənnəsinin  sabitliyinin  təmin  edilməsi,  yalnız  beynəlxalq  iqtisadi 

ə

laqələrin  maneəsiz  genişlənməsi  üçün  deyil,  həm  də  ölkə  daxilində  sosial-iqtisadi 



problemlərin həlli üçün mühüm əhəmiyyət kəsb edir.   Bu problem tənzimlənən sabit və 

dəyişən  valyuta  məzənnəsi  sistemləri  tətbiq  edildikdə  xüsusən  böyük  əhəmiyyətə 

malikdir.  Valyuta  məzənnəsinə  təsir  göstərmək  üçün  mərkəzi  banklar  valyuta  bazarına 

müdaxilə  edir  və  vəziyyətdən  asılı  olaraq  beynəlxalq  ehtiyatlar  müqabilində  milli 

valyutanı alıb-sata bilirlər. 

    Nəhəng  və  yüksək  inkişaf  etmiş  ölkələrin  valyutasındakı  dəyişmələr,  dollar  və 

avro  arasındakı  nisbətin  dəyişməsi  zəif  inkişaf  edən,  iqtisadiyyatı  asılı  olan  dövlətlərin 

valyuta strategiyasına birbaşa təsir edir. 

 

 

 




 

26

1.3 Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın müasir vəziyyəti və 



valyuta strategiyasının  vəzifələri.

 

Son  illərdə  Azərbaycan  iqtisadiyyatının  inkişaf  xüsusiyyətlərini  şərtləndirən  əsas 

amillər    inkişafın    sürətinin  yüksək  olması  ilə  yanaşı  inkişafın  ölkənin  beynəlxalq 

rəqabətliliyini  təmin  etməsi  hesab  edilə  bilər.  Azərbaycan  hökumətinin  məqsədyönlü 

siyasəti  nəticəsinadə  müasir  dünyada  baş  verən  ciddi  iqtisadi  təlatümlər  bizim 

iqtisadiyyatımıza  iqtisadi  təhlükəsizliyimizə  təsir  edəcək  qədər    mənfi  təsirlər  gətirə 

bilməmişdir.  Məsələn təkcə sonuncu,  2014-cü ildə mürəkkəb qlobal iqtisadi proseslər 

fonunda  Azərbaycan  iqtisadiyyatında  dinamik  inkişaf  və  makroiqtisadi  sabitlik  davam 

etmişdir.    Qeyri-neft  sektoru  iqtisadi  artımın  əsas  mənbəyi  olmuş,  investisiya  fəallığı 

yüksək  səviyyədə  qalmışdır.  Tədiyə  balansının  profisiti  strateji  valyuta  ehtiyatlarının 

artımını təmin etmişdir. Azərbaycan dünya ölkələri arasında makroiqtisadi sabitlik üzrə 

ilk onluqdakı yerini qorumuşdur. Azərbaycan Respublikasının Prezidenti  lham Əliyevin 

uğurla  həyata  keçirdiyi  iqtisadi  artım  və  şaxələnmə  siyasətinə,  “Azərbaycan  2020: 

gələcəyə  baxış”  nkişaf  Konsepsiyasında  öz  əksini  tapmış  strateji  inkişaf  prioritetlərinə 

uyğun  olaraq  bütün  dövlət    idarəetmə  orqanları  və  o  cümlədən,  pul-kredit  siyasəti  və 

valyuta  siyasətinin  formalaşdırılması  və  həyata  keçirilməsinə  bilavasitə  məsul  olan 

Mərkəzi  Bank  2014-cü  ildə  də  ölkədə  makroiqtisadi  sabitliyin  təmin  olunmasında  fəal 

iştirak  etmişdir.  Mərkəzi  Bank  öz  fəaliyyətini  inflyasiyanın  aşağı  təkrəqəmli  səviyyədə 

saxlanılması, manatın məzənnəsinin və bank sektorunda maliyyə sabitliyinin qorunması, 

bankların iqtisadi inkişafda rolunun artırılmasına yönəltmişdir. Qlobal iqtisadi mühitdən 

irəli  gələn  risklərə  baxmayaraq,  bütün  bu  məqsədlərə  nail  olunmuşdur.  Makroiqtisadi 

sabitlik  qorunmuş,  manat  bir  daha  özünü  sabit  valyuta  kimi  təsdiq  etmişdir.  l  ərzində 

dayanıqlı  maliyyə  sabitliyi  təmin  olunmuş,  bank  sektorunun  iqtisadi  artımda  və 

investisiya  fəallığının  dəstəklənməsində  rolu  daha  da  artmış,  maliyyə  xidmətlərinə  və 

resurslarına çıxış imkanları genişlənmişdir.  

Ölkə iqtisadiyyatının şaxələndirilməsi siyasətinə uyğun olaraq Hökumətlə yanaşı,  

Mərkəzi  Bank  2015-ci  ildə  makroiqtisadi  və  maliyyə  sabitliyinin  qorunmasına,  bank 

sektorunun maliyyə dərinliyinin artırılmasına, maliyyə-bank infrastrukturunun inkişafına 

yönəlmiş fəaliyyətini davam etdirmək əzmindədir. Məsələn,  Mərkəzi Bank pul siyasəti 



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə