Microsoft Word qasimli kenale doc



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə12/28
tarix05.04.2018
ölçüsü0,72 Mb.
#35938
1   ...   8   9   10   11   12   13   14   15   ...   28

 

33

mövcud  dinamikanı  və  potensial  riskləri  nəzərə  alaraq  cari  ildə  bir  sıra  tənzimləmə 



tədbirləri  görülmüşdür.  Nəticədə,  istehlak  kreditlərinin  artım  tempi  ötən  illə    

müqayisədə 1.9 dəfə azalaraq 19%-ə, ipoteka kreditləri istisna olmaqla isə 11%-ə enmiş, 

avtomobil  kreditlərinin  mütləq  həcmi  31%  azalmışdır.  Azərbaycanda  istehlak 

kreditlərinin  kredit  portfelində  payı  Avropa  Yenidənqurma  və  nkişaf  Bankı  üzrə 

ölkələrin  orta  göstəricisindən  aşağıdır.  nkişaf  etmiş  ölkələrdə  isə  istehlak  kreditlərinin 

portfeldə payı 50% və daha yuxarıdır.  

2014-cü ilin ötən dövründə 92 mln. manat məbləğində ipoteka krediti verilmişdir. 

Nəticədə,  poteka  Fondunun  kredit  portfeli  628  mln.  manata  çatmış,  ipoteka  krediti 

alanların  sayı  isə  15700-ü  keçmişdir.  Müvəkkil  banklar,  sığorta  şirkətləri, 

qiymətləndiricilər  və  poteka  Fondu  arasında  “Elektron  ipoteka”-nın  tətbiqinə 

başlanılmışdır.  poteka  kreditlərinin  ümumi  həcmi  25%  artaraq  1  mlrd.  manatı  (qeyri-

neft ÜDM-in 3%-i) üstələmişdir.  

2014-cü ildə  iqtisadi subyektlərin maliyyə xidmətlərinə çıxış imkanlarının genişlənməsi 

davam etmiş, maliyyə infrastrukturundan istifadə səviyyəsi yüksəlmişdir.  

Alternativ  kreditləşmə  mənbələrinin  canlandırılması  məqsədilə  Mərkəzi  Bank 

tərəfindən  bank  olmayan  kredit  təşkilatlarının  fəaliyyəti  cari  ildə  də  dəstəklənmişdir. 

Qeyri-bank kredit təşkilatlarının sayı 157-ə, onların filiallarının sayı isə 222-ə çatmışdır. 

lin  əvvəlindən  qeyri-bank  kredit  təşkilatları  üzrə  aktivlər  13.3%,  kreditlərin  həcmi  isə 

12.3% artmışdır.  

Ə

halinin  maliyyə  xidmətlərinə  çıxış  imkanlarının  genişlənməsində  mühüm  rol 



oynayan elektron bankçılıq xidmətlərinin inkişafı istiqamətində də tədbirlər görülmüşdür. 

Hazırda 23 bank internet bankçılıq, 15 bank mobil bankçılıq xidmətləri göstərir.  

2014-cü  ildə  də  banklara  inam  daha  da  artmış,  nəticədə  bank  sektorunun  resurs 

bazası  genişlənmiş,  resurs  mənbələrinin  dayanıqlığı  güclənmişdir.  2014-cü  ilin  ötən 

dövründə korporativ depozitlər 35.3% artaraq 8.2 mlrd. manata, əhalinin əmanətləri isə 

10.8%  artaraq  7.1  mlrd.  manata  çatmışdır.  Əhalinin  manat  əmanətləri  11  ayda  15% 

artmışdır.  Regionlarda  əmanətlər  12.4%  artmışdır.  Hazırda  ölkədə  hər  1000  nəfərə 473 

ə

manətçi  düşür.  Adambaşına  əmanətin  məbləği  745  manata,  fiziki  şəxslərin  bank 



hesablarının sayı isə 6,4 milyona çatmışdır.  


 

34

Ə



hali  bank  sektoru  ilə  münasibətdə  xalis  kreditordur.  Əhalinin  əmanətlərinin 

həcmi  kreditlərini  2,3  mlrd.  manat  üstələyir.  Cari  ilin  ötən  dövründə  əmanətlər  üzrə 

ə

halinin faiz gəlirləri 450 mln. manat olmuşdur. 



Faiz  dərəcələrinin  azalması  prosesi  davam  etmiş,  bu  prosesin  sürətləndirilməsi 

üçün  Mərkəzi  Bank  tərəfindən  əlavə  tədbirlər  görülmüşdür.  lin  əvvəlindən  əmanətlər 

üzrə  orta  faiz  dərəcəsi  0.4  faiz  bəndi  azalaraq  9.4%-ə  enmişdir.  Mərkəzi  Bankın  uçot 

dərəcəsindən  əlavə  may  ayından  Əmanətlərin  Sığortalanması  Fondunun  Himayəçilik 

Ş

urası tərəfindən sığortalanan əmanətlər üzrə maksimal faiz dərəcəsinin 10%-dən 9%-ə 



endirilməsi də faiz dərəcələrinə azaldıcı təsir göstərmişdir.  

Kreditlər  üzrə  faiz  dərəcələri  də  azalma  meyillidir.  Son  5  ildə  bu  meyil  daha  da 

güclənmiş,  hazırda  kreditlər  üzrə  orta  faiz  dərəcəsi  14.3%,  o  cümlədən  kommersiya 

kreditləri üzrə 10.8% təşkil edir.  stehlak kreditləri üzrə isə orta faiz dərəcələri kreditin 

növündən və təminatlılıq dərəcəsindən asılı olaraq fərqlənir. Ümumən, istehlak kreditləri 

üzrə faiz dərəcələri bir çox ölkələrdəki faiz dərəcələrinə yaxındır.  

2015-ci  ilin  pul  və  məzənnə  siyasəti  qlobal  iqtisadi  risklər,  milli  iqtisadiyyatın 

strateji  inkişaf  çağırışları  nəzərə  alınmaqla  həyata  keçiriləcəkdir.  nflyasiyanın  aşağı 

təkrəqəmli səviyyədə saxlanması pul siyasətinin əsas hədəfini təşkil edəcəkdir. Manatın 

məzənnəsinin  sabitliyi  növbəti  ildə  mühüm  prioritetlərdən  biri  olacaqdır.  qtisadi 

situasiyadan  asılı  olaraq  iqtisadi  artıma  effektiv  dəstək  vermək  üçün  pul  siyasətinin 

çevikliyi  artırılacaqdır.  Bank  sektorunda  maliyyə  sabitliyinin  təmin  olunması  üçün 

prudensial nəzarət gücləndiriləcək, kontr-tsiklik tənzimləmə davam etdiriləcəkdir. Biznes 

kreditlərinə  çıxış  imkanlarının  genişləndirilməsi,  real  sektorun  kreditləşdirilməsinin 

stimullaşdırılması, bank-maliyyə infrastrukturunun inkişafı mühüm prioritetlər olacaqdır.  

Beynəlxalq-maliyyə  kredit  təşkilatlarının  rəyinə  görə  2015-ci  ildə  qlobal 

iqtisadiyyatın  artımı  bir qədər  sürətləcənək,  lakin  bu  artım  regionlar  üzrə  qeyri-bərabər 

qalacaqdır. Qlobal əmtəə bazarlarında volatillik dərəcəsi, maliyyə sektorunun fəallığının 

bərpası  səviyyəsi,  inkişaf  etmiş  ölkələrdə  pul  siyasətlərinin  xarakteri  qlobal  iqtisadi 

artıma təsir edən əsas amillər olacaqdır.  

BVF-nun son proqnozlarına görə 2015-ci ildə qlobal iqtisadi artımın 3.8% olacağı 

gözlənilir. O cümlədən  EÖ üzrə 2.3%,  EOÖ üzrə isə 5% artım proqnozlaşdırılır. 2015-




 

35

ci  ildə  inflyasiya  proqnozu  EÖ  üzrə  1.8%,  EOÖ-də  isə  5.6%  təşkil  edir.  2015-ci  ildə 



ABŞ-da iqtisadi artım və məşğulluq göstəricilərinin yaxşılaşması şəraitində yumşaq pul 

siyasətindən  tədricən  imtina  ediləcəyi  gözlənilir.  Bu,  qlobal  maliyyə  bazarlarında  faiz 

dərəcələrinə təsir edən vacib amil olacaqdır. Avrozonanın aparıcı ölkələrində isə struktur 

islahatları  iqtisadi  artımın  canlanmasında  mühüm  rol  oynayacaqdır.  2015-ci  ildə  qlobal 

ticarətin  5%  artacağı  proqnozlaşdırılır.  Beynəlxalq  kapital  axınlarının  növbəti  ildə  də 

daha  çox  EÖ-lərə  istiqamətlənəcəyi  gözlənilir.  Proqnozlara  görə  2015-ci  ildə  birbaşa 

xarici investisiya axınları  EÖ-lərə 16.3%,  EOÖ-lərə isə cəmi 1.6% artacaqdır.  

2015-ci  ildə  Azərbaycan  iqtisadiyyatında  artım  davam  edəcək,  dövlətin  strateji 

inkişaf  proqramlarının  həyata  keçirilməsi  iqtisadi  artıma  təsir  edən  mühüm  amillərdən 

biri olacaqdır.  qtisadiyyatın şaxələnməsində qeyri-neft sektorunda investisiya fəallığı və 

ixrac potensialının reallaşdırılması mühüm rol oynayacaqdır.  

2015-ci  ildə  ölkənin  xarici  iqtisadi  mövqeyi  əlverişli  qalacaqdır.  Ölkə 

iqtisadiyyatının  makroiqtisadi  sabitliyi  təmin  edən  yüksək  maliyyə  dayanıqlığı 

qorunacaqdır.  Mövcud  makroiqtisadi  proqnozlar  çərçivəsində  tədiyə  balansının  cari 

ə

məliyyatlar  hesabının  profisitli  olması  gözlənilir.  2015-ci  ildə  iqtisadi  artımın  4.4% 



təşkil  etməsi  proqnozlaşdırılır.  qtisadi  artım  əsasən  qeyri-neft  sektoru  hesabına  təmin 

ediləcək, qeyri-neft sektoru üzrə artım proqnozu 8.2% təşkil edir.  qtisadi artımda daxili 

tələbin  rolu  əhəmiyyətli  səviyyədə  qalacaqdır.  Proqnozlara  görə  2015-ci  ildə  daxili 

investisiyalar 6.1%, əhalinin pul xərcləri isə real olaraq 5.2% artacaqdır.  

2015-ci ildə səlahiyyətləri çərçivəsində qiymət sabitliyinin təmin edilməsi Mərkəzi 

Bankın  pul  siyasətinin  əsas  məqsədini  təşkil  edəcəkdir.  Son  qlobal  və  daxili  iqtisadi 

meyilləri nəzərə alaraq, orta müddətli perspektivdə inflyasiyanın aşağı səviyyədə qalması 

gözlənilir. Növbəti ildə inflyasiya 2-3% səviyyəsində hədəflənir.  

Pul siyasətinin həm inflyasiya, həm də deflyasiya risklərinə çevik reaksiyası təmin 

ediləcəkdir.  Bu  reaksiyanın  xarakteri  və  miqyası  inflyasiyaya  təsir  göstərən  tələb  və 

təklif amillərindən asılı olaraq dəyişəcəkdir. Mərkəzi Bank müxtəlif qiymət indekslərinin 

təhlilinə 

və 

inflyasiyanın 



proqnozdan 

kənarlaşması 

risklərinin 

hərtərəfli 

qiymətləndirilməsinə  xüsusi  diqqət  yetirəcəkdir.  nflyasiya  (deflyasiya)  təzyiqlərinin 

müvəqqəti və uzun müddətli amillərini fərqləndirmək üçün baza inflyasiyanın dinamikası 




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə