Microsoft Word qasimli kenale doc



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə20/28
tarix05.04.2018
ölçüsü0,72 Mb.
#35938
1   ...   16   17   18   19   20   21   22   23   ...   28

 

57

    lkin  və  təkrar  gəlirlər.  Tədiyə    balansının  bu  göstəricilərinin    təhlili  də 



Azərbaycanın  DTS-nə  inteqrasiyasının  mövcud  vəziyyətinin  araşdırılmasında  və  milli 

iqtisadiyyatın ortamüddətli inkişaf perspektivlərinin müəyyənləşdirilməsində mühüm rol 

oynaya bilər. 

    Araşdırmalar  göstərir  ki,  xaricdən  cəlb  edilən  maliyyə  və  əmək  ehtiyatlarının 

artması  nəticəsində  həmin  ehtiyatlardan  istifadəyə  görə  qeyri-rezidentlərə  faiz  və 

investisiya  gəlirləri  şəkilində  ödənişlər  son  10  ildə  dinamik  olaraq  artmışdır.  Bu  illər 

ə

rzində  qeyri-rezidentlərin  xeyrinə  hesablanmış  vəsait  41,6  mlrd.  doll.  məbləğində 



olmuşdur ki, onun da çox hissəsini (85 %) ölkənin neft sektoruna cəlb olunmuş birbasa 

investisiyalarla bağlı xarici investorlara məxsus (xam neft şəkilində repatriasiya edilmiş) 

gəlirlər təşkil edir. Eyni zamanda nəzərdən keçirilən dövür ərzində  DTS-ə inteqrasiyanın 

bu  istiqaməti  üzrə  xarici  ölkələrdən  daxilolmalar  da  xeyli  atrmış  və  toplam  olaraq  6 

mlrd.doll. təşkil etmişdir. 

     Daxilolmalar.  Müstəqilliyimizin  ilk  illərində  unvestisiyalara  təlabatın  yüksək 

olduğu bir zamanda və iqtiaadiyyatın daxili vəsaitinin aşağı səviyyədə olması onun xarici 

aktivlərinin  artmasına  imkan  vermidir.  Xarici  ölkələrə  uzunmüddətli  investisiyaların 

ə

slində  sıfır  səviyyədə  olduğu  bir  zamanda,  xarici  maliyyə  aktivlərindən  gələn  gəlir 



ə

sasən  Mərkəzi  Bankın  beynəlxalq  ehtiyatları  və  2-ci  səviyyəli  bankların  aktivləri 

hsabına formalaşırdı.  

    2001-ci  ildən  başlayaraq  Azərbaycan  Mərkəzi  Bankı  ilə  yanaşı  Dövlət  Neft 

Fondunun da xarici avuarlarından gəlirlər daxil olmağa başlamışdır. Yalnız, 2013-ci ildə 

strateji  valyuta  ehtiyatlarının  idarə  olunmasından  daxilolmalar  800  mln.doll.  təşkil 

etmişdir.  Qeyd  etmək  lazımdır  ki,  ölkənin  strateji  valyuta  ehtiyatlarından  daxil  olan 

gəlirlərin  o  qədər  də  yüksək  olmaması  xaricdə  yerləşdirilmiş  ehtiyatların  strukturunda 

ölkə rəbərliyi tərəfindən düzgün seçilmiş siyasət, yəni daha gəlirli olanlarının payının az 

olması  siyasəti  ilə  əlaqədardır.  Çünki  strateji  valyuta  ehtayatlarının  idarə  olunmasında 

risksiz siyasətə üstünlük verilməsi daha müdrük yanaşmadır. 

    Ödənişlər.  2001-ci  ildən  başlayaraq    ölkəyə  cəlb  olunmuş  xarici  sərmayələrdən 

istifadə edilməsinin həcminin və qeyri-rezidentlərin əmək ehtiyatlarının idxalının daha da 

artması  gəlirlər  balansı  üzrə  xərclərin  çoxalmasına  səbəb  olmuşdur.    lk  illərdə  bu 




 

58

xərclərin  əsas  hssəsini  BVF-un  kreditləri  və  xarici  investorların  ssudaları  üzrə 



hsablanmış  faizlərin  ödənilməsi  təşkil  etmişdir.  Ödənişlərin  müəyyən  hissəsi  isə  xarici 

investorlrın birbaşa investisiyalardan əldə etdikləri gəlirlərin payına düşürdü.  

    Xaricdən cəlb olunmuş birbaşa  investisiyaların  xeyli  hissəsini  səhmdar  kapital  

şə

klində    neft-qaz    sektoru    üzrə    xarici    şirkətlərdən    daxil    olmuş    vəsait,  xaricdə  



yerləşən   baş  firmaların   Azərbaycandakı filiallarına  bir  ildən  çox  olmayan  müddətə  

verdikləri sərmayələr və birgə müəssisələrə xarici payçılar tərəfindən daxil olmuş vəsait 

təşkil  edir.  Həmin  sərmayələrdən  əldə  edilən  gəlirlərin  repatriasiyası  hesabına  neft-qaz  

sektoru üzrə faiz ödənişləri 2000-ci ildən hesablanmağa başlanmış və həmin il cəmi 50 

mln.dollar olmuşdur. Qeyri neft-qaz sektorunda  isə   birbaşa  investorların  gəlirlərinə  

hesablanmış faizlər  cəmi  10  mln. doll. təşkil  etmişdir. Beləliklə, demək olar ki, ilkin 

gəlirlər  üzrə  ödənişlərin    ümumi    həcmində  birbaşa  investisiyalar  üzrə  faiz    ödənişləri 

həmin dövürdə o qədər də çox olmamışdır.  

     Sonrakı  illərdə  xarici    kapitaldan  istifadə    edilməsində    neft-qaz      sektorunun  

iştirakının daha da  genişlənməsi  kapitalın (əsas borcun) repatriasiyası ilə yanaşı onlara 

hsablanmış  faiz  ödənişlərinin,  əmək  hqlarının  və  digər  gəlirlərin  də  reptriasiyası 

durmadan  artmağa  başlamış  və  artıq  2003-cü  ildə  0,5  mlrd.,  2013-ci  ildə  isə  4,4  mlrd. 

doll. vəsait gəlirlərin repatriasiyası şəklində xarici sərmayədarlara ödənilmişdir.    

  2.  DTS-nə  inteqrasiya  üzrə  maliyyə  əməliyyatları:  BKB-na  inteqrasiya. 

Müstəqillik  illəri  dövründə,  xüsusilə  də  “Əsrin  müqviləsi”  bağlanandan,  1994-ci  ildən 

sonra  Azərbaycanı  dünyaya  tanıdan  ən  mühüm  faktorlardan  biri  də  dinamik  iqtisadi 

inkişafıdır. Bu istiqamətdə ən böyük uğurlardan biri isə xaricdən sərmayə cəlb edilməsi 

üçün  əlverişli  imkanların  yaradılması  olmuşdur.  Eyni  zamanda  xaricdən  cəlb  olunmuş 

kapitalın və investisiya gəlirlərinin xarici sərmayədarlara qaytarılması (repatriasiyası) və 

Azərbaycan  rezidentlərinin  xaricə  sərmayə  qoymaları  üçün  də  şəraitin  yaradılmasını 

qeyd etmək lazımdır. Deyilənlərin əyani təsdiqini ölkənin tədiyə balansının “Maliyyə ilə 

ə

məliyyatlar”  üzrə  göstəricilərinin,  yəni  Azərbaycanın  BKB-na  inteqrasiyası  üzrə 



göstəricilərinin təhlili zamanı görmək olar. Bu göstəriciləri təhlil edərkən onları 2 dövrə, 

1994-2003-cü və 2004-2013-cü illərə bölmək olar.  




 

59

       Birinci  dövür  ölkəyə  xalis  xarici  kapital  axınının  artması  ilə  səciyyələnir.  Bu 



illər  ərzində  Azərbaycanın  xarici  maliyyə  aktivlərindəki  və  öhtəliklərindəki 

dəyişikliklərin  dinamikası  göstərir  ki,  ölkəyə  xalis kapital  axını  artımının  yüksək sürəti 

başlıca  olaraq  maliyyə  öhtəliklərinin  daha  sürətli  artımı  ilə  əlaqədərdir.    Rezidentlər 

tərəfindən xarici aktivlərə yönəldilmiş investisiyaların çox aşağı olduğu bir halda ölkəyə 

1994-2003-ci  illər  ərzində  xaricdən  bütün  formalarda  cəlb  olunmuş  mütləq  kapital 

axınının ümumi məbləği 15,4 mlrd. doll. olmuşdur.  

   Ölkə iqtisadiyyatının BKB-na inteqrasiyası dərinləşdikcə onun tərkibində mühüm 

dəyişikliklər  də  baş  verirdi.  Belə  ki,  xarici  kapitalın  ümumi  axınında  dövlət  təminatı 

olmayan kapital axınlarının payı 1994-cü illərdə 40 faiz təşkil etmişdirsə, 2003-cü ildə 90 

faiz olmuşdur. Bu illər ərzində dövlət borcu yaratmayan xarici kapital, əsas ehtibarı ilə 

birbaşa investisiya müəssisələrinə cəlb olunmuş və 11,1 mlrd.doll. məbləğində olmuşdur. 

Ölkəyə  qeyri-borc  kalpitaı  axınının  -  birbaşa  xarici  investisiyaların  cəlb  olunması  həm 

neft-qaz sektoru hesabına, həm də birgə müəssisələr hesabına təmin edilmiş və müvafiq 

olaraq 9,5 və 1,6 mlrd.doll. olmuşdur. Azərbaycan iqtisadiyyatının BKB-ə inteqrasiyası 

üzrə  bu  dövrü  səciyələndirən  əsas  amillərdən  biri  də  odur  ki,  2000-ci  ildən  balayaraq 

xarici ölkələr qarşısındakı öhtəliklərin nəzərəçarpacaq dərəcədə azalması ilə yanaşı xarici 

aktivlərin  də  tədricən  çoxalması  müşahirə  olunur.  Belə  ki,  2003-cü  ilin  sonuna  3,6 

mlrd.doll.  vəsait  geyri-rezidentlərə  qaytarılmış  və  ölkədən    xaricə  yönəldilmiş  birbaşa 

investisiyaların  həcmi  1,3  mlrd.  doll.  çatmışdır.  Pozitiv  hal  olaraq  onu  da  qeyd  etmək 

lazımdır  ki,    2003-cü  ilin  sonuna  qədər  ölkənin  strateji  valyuta  ehtiyatları  da  bir  qədər 

artaraq  1,6  mlrd.doll.  çatmışdır.  Bu  isə  ölkənin  beynəlxalq  aktivlərinin  6,1  mlrd.  doll. 

səviyyəsinə çatmasını şərtləndirmişdir. Nəticədə beynəlxalq öhtəliklər ilə aktivlərin, yəni 

ölkənin  xalis  beynəlxalq  investisiya  mövqeyinin  mənfi  saldosu  da  tədricən  azalmağa 

başlamışdır.  

      kinci dövrün, yəni 2004-2013-cü illərin göstəricilərinə nəzər yetirsək görərik ki, 

son  10  ildə  BKB-na  inteqrasiya  ilə  bağlı  ölkənin  iqtisadi  əlaqələrində  əhəmiyyətli 

keyfiyyət dəyişiklikləri baş vermişdi. Belə ki, bu illər ərzində xaricdən bütün formalarda 

cəlb  olunmuş  kapital  1994-2003-cü  illərin  göstəricisinə  nisbətən  cəmi  4,9  dəfə  artaraq 

75,3 mlrd.doll. təşkil etdiyi halda 2004-2013- cü illər ərzində  xaricə  yönəldilmiş  kapital 



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə