Microsoft Word qasimli kenale doc



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə19/28
tarix05.04.2018
ölçüsü0,72 Mb.
#35938
1   ...   15   16   17   18   19   20   21   22   ...   28

 

54

MDB  dövlətləri     



4267 

1649 


2618 

-969 


Digər dövlətlər 

38665 


30127 

8538 


+21589 

 

    Əmtəə  ixracı.  Xarici  ticarətin  daha  da  sərbəsləşdirilməsi  sahəsində  tədbirlər 



görülməsi,  yanacaq  kompleksinin  ixracat  yönümlü  müəssisələrində  istehsalın  inkişafı, 

habelə  son  illərdə  neftin  əlverişli  qiyməti  ixracatın  sürətlə  artmasını  təmin  etmişdir. 

2013-cü  ildə  ixracın  ümumi  dəyəri  2003-cü  ilə  nisbətən  12,1    dəfə  artaraq  31,8  mlrd. 

doll. bərabər olmusdur.    

Hesablamalar  göstərir  ki,  son  10  ildə  də    Azərbaycanın  ixracatının    iqtisadiyyatın 

neft-qaz  sektoru  malları  üzərində  təmərgüzləşməsi  davam  etmiş  və  həmin  malların 

xüsusi çəkisinin ixracatın  həcmində 94,4 %-ə qədər qalxmasına səbəb  olmuşdur. Belə 

ki,  2013-cü    ildə  xarici  bazarlara  ümumi  məbləğ    30  mlrd.  doll.  bərabər  olan  neft-qaz 

məhsulları,  o  cümlədən  26,9  mird.    doll.  xam  neft    ixrac  edilmişdir  ki,  bunun  da  25,3 

mlrd.  doll.Azərbaycan  Beynəlxaq  Əməliyyat  Şirkəti  (  ABƏŞ)  tərəfində  hasil    olunmuş 

neftin payına düşür. Qeyd etmək lazımdır ki, 2013 ildə  ABƏŞ-in hasil  etdiyi neftin 68,8 

%-i,  yəni  17,4  mlrd.  doll.  Azərbaycanın  payına  düşən  və  30,8  %-i,  yəni  7,9  mlrd.doll. 

ABƏŞ-in xarici səhmdarlarının payına düşən neftdir. Xarici səhimdarların xeyrinə ixrac 

olunmuş neftin 3,6 mlrd. dolla. “Əsrin müqaviləsi” ilə bağlı xarici səhmdarlar tərəfindən 

Azərbaycana  yönəldilmiş  birbaşa  investisiyaların  repatriasiyası  kimi,  yəni  neft 

sektorunun xarici öhtəliklərinin azalması hsabına, 4,3 mlrd. doll. isə xarici səhmdarların 

gəlirləri  kimi  ixrac  edilmişdir.  Neft  məhsullar  ixracının  artması  ilə  yanaşı  son  illər 

ə

rzində  təbii  qazın  da  ixracı  artmağa  başlamış  və  son  beş  il  ərzində  xarici  ölkələrə  6,2 



mlrd.doll.  qaz  ixrac  olunmuşdur. 

 

    Onu  da  qeyd  etmək  lazımdır  ki,    ixracatın    ümumi    dəyər    həcminin    müəyyən  



hissəsi  qeyri neft-qaz sektorunun  məhsullarının   payına  düşür.  Təqdirəlayıq haldır ki, 

son  on  ildə  iqtisadiyyatın    bu    sahəsinə  xeyli  xarici  investisiya  cəlb  edilmiş  və  bəzi  iri 

ixrac  yönümlü  müəssisələr  xarici  şirkətlərin  idarəçiliyinə  verilmişdir.    Nəticədə  1994-

2003-  ci  illərin  yekunlarına  nisbətən  2004-2013-cü  illərdə  qeyri  neft-qaz  sektorunun 

ümumi ixracı 1,8 dəfə artaraq 14,0 mlrd. doll. təşkil etmişdir. Yalnız 2013 cü ildə xarici 



 

55

ölkələrə 1,7 mlrd. doll. maşın-avadanlıq, kənd təsərrüfatı ,  kimya, metallurgiya və digər 



neft-qaz  malları ixrac olunaraq 2012-ci ilin göstəricisinə nisbətən 6% artmışdır.  

   Əmtəə  idxalı.      2004-2013-ci  illər  ərzində  milli  iqtisadiyyatın  inkişafı  ilə  bağlı 

ölkəyə gətirilən maşınların, avadanlığın, cihzların, tikinti materiallarının və digər istehsal 

yönümlü  mlların  xeyli  artması  nəticəsində  idxalın  ümumi  dəyər  həcmi  2013-cü  ildə 

2003-cü  ilə  nibətən  4  dəfədən  çox  artmış  və  11.2  mlrd.  doll.  çatmışdır.  Əvvəlki 

dövürlərdə  olduğu  kimi,  2013-ci  ilqə  də  idxalın  strukturu  ixracın  strukturundan  köklü 

surətdə  fərqlənir.  Tədiyə  balansının  tərtibi  metodoloqiyasına  uyğun  düzəlişlər    nəzərə 

alınmaqla 2013- ci il ərzində ölkəyə 4,5 mlrd. doll. istelak malları gətirilmişdir. Bunun da 

31  %-i,  yəni  1,4  mlrd.  doll.  qədəri    ərzaq  məhsullarının  payına  düşür.  Bundan  başqa  

2013-ci il ərzində ölkəyə 6,7 mlrd. doll. istehsal  təyinatlı  maşın-avadanlıq, kimya, qara 

və əlvan metal məhsulları və s. xammal gətirilmişdir. Müqisə üçün qeyd etmək lazımdır 

ki,  2003-cü  ildə  həmin  məhsulların  idxalı  cəmi  2,5  mlrd.doll.  məbləğində  olmuşdur. 

Nəzərdən    keçirilən  2004-2013-cü  illər  ərzində  idxalın  ümumi  dəyəri  əvvəlki  10  ilə 

nisbətən  5  dəfədən  çox  artaraq  71,8  mlrd.  doll.  olmuşdur.      Bütövlükdə    isə  son  20  il 

ə

rzində  ölkəyə  86  mlrd.  doll.  əmtəə  idxal  olunmuşdur.  Bunun  da  15  mlrd.  doll.  qədəri 



neft-qaz sektorunda həyata keçirilən beynəlxalq layihələrin icrası ilə bağlı idxal olunmuş 

mallardır.  

      Beynəlxalq  xidmətlər.  Azərbaycan  iqtisadiyyatının  çoxşaxəli    inkişaf  

strategiyasının   həyata  keçirilməsi  sahəsində  dövlətin  ardıcıl siyasəti  və  qeoiqtisadi  

ə

laqələrdə      baş    verən    müsbət    dəyişikliklər    beynəlxalq    xidmət    ticarətinin    sabit  



qaydada  artmasına  və  inkişafına  gətirib  şıxarmışdır. Hesab edirik ki,  Azərbaycanın 

beynəlxaq    xidmətlər  bazarındakı  cari  vəziyyətinin    kompleks  şəkildə  tədqiqi 

Azərbaycanın  DTS-nə  inteqrasiyasının  müassir  vəziyyətinin      daha    düzgün   

qiymətləndirilməsində  və  milli  iqtisadiyyatın  ortamüddətli  inkişaf  perspektivlərinin 

müəyyənləşdirilməsində    əvəzsiz    rol    oynaya    bilər.    Bu    məqsədlə  ölkənin  tədiyə 

balansında  beynəlxalq  xidmətlər  üzürə  əks  etdirilmiş  ümumi  və  ayrı-ayrı  xidmət 

sahələrinin  göstəricilərinin thlilinə  üstünlük  verilməlidir.                                                                                                 

    Tədiyə  balansının    təhlili    göstərir  ki,  Azərbaycanda    beynəlxalq    xidmət  

siyasətinin  dinamikası  xdmətlərin  kifayət  qədər  yüksək  sürətlə  artdığını  təsdiq  edir. 



 

56

Belə  ki,  2013-cü  ildə  xarici  ölkələrlə  qarşılıqlı  xidmət  dövriyyəsi  2003- cü  ildəkinə  



nisbətən  2  dəfə  artaraq  12,4 mlrd.  doll. bir qədər çox olmuşdur.  Bunun isə 8,3 mlrd. 

doll.  qeyri-rezidentlər  tərəfindən    Azərbaycana,  4,1  mlrd.  doll.  isə  əksinə  qeyri-

rezidentlərə göstərilən xidmətlərdir.   

   Ölkənin  beynəlxaq  xidmətlər  bazarına  inteqrasiyasının  artım  dinamikası  ilk 

növbədə milli iqtisadiyyatın  xarici ölkələrlə əmtəə ticarəti dövriyyəsinin sürətlə  artması 

və  tranzit  nəqliyyat  xidmətlərinin  intensivləşməsi  nəticəsində  beynəlxalq  daşımaların 

çoxalması ilə yanaşı 3-cü cədvəldən göründüyü kimi xidmət  ixracının və idxalının  bəzi  

sahələrinin  kifayət  qədər  inkişaf  etməsi  ilə  səciyyələnir. 

                                                                                                                    3-cü cədvəl 

2004-2013-cü illərin yekunları üzrə beynəlxalq xidmətlər 

                                                                                                        Mlrd. ABŞ dolları                   

 

                                                  XRAC               DXAL            FƏRQ 



                                                         ( daxilolmalar)      (ödənişlər) 

Turizm  xidmətləri                                    7,7                     9,2                   -1,5                               

Nəqliyyat  xidmətləri                                5,8                     6.8                   -1,0 

Tikinti  xidmələri                                      1,2                     9,5                   -8,3 

Hökumət  xidmətləri                                 0,9                     0,7                    0,2 

Rabitə  xidmətləri                                      0,6                     0,4                    0,2 

Digər  xidmətlər                                        3,8                   17,4                  -13,6 

        CƏM                                               20,0                  44,0                  -24,0 

     

Bütövlükdə  2004-2013-cü  illərdə  beynəlxalq  xidmət  dövriyyəsi  64  mird.doll. 



oimuşdur  ki,  bunun  da  20  mlrd.  doll.  bu  illər  ərzində  Azərbaycanın  xarici  ölkələrə 

göstərdiyi xidmətlərin dəyəridir. 

    Beləliklə qeyd etmək istərdik ki, Azərbaycanın beynəlxalq xidmətlərinin  inkişaf 

dinmikası, xüsusən “Turizm”,  “Nəqliyyt”  və “Tikinti” sahlərində baş vermiş  kəmiyyət 

və  keyfiyyət  dəyişiklikləri  ölkənin  milli  iqtisadiyyatının  DTS-də  mövqeyinin  

gücləndirilməsinə nəzərəçarpacaq dərəcədə təsir etmişdir. 




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə