Microsoft Word qasimli kenale doc



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə22/28
tarix05.04.2018
ölçüsü0,72 Mb.
#35938
1   ...   18   19   20   21   22   23   24   25   ...   28

 

63

Bazar iqtisadiyyatının tənzimlənməsi sistemində valyuta siyasəti mühüm yer tutur. 



Valyuta siyasəti ümumdünya təsərrüfat əlaqələri sistemində iqtisadiyyatın daxili və xarici 

dinamik müvazinətini təmin etmək, beynəlxalq ödəmələri müəyyən bir sistem daxilində 

yerinə yetirmək və xarici ödəniş balansını tənzimləmək məqsədilə ölkənin cari və strateji 

məqsədlərinə uyğun olaraq hökümətin həyata keçirdiyi tədbirlərin məcmusudur. Valyuta 

siyasəti  büquqi  cəhətdən  valyuta  qanunvericiliyinə,yəni  ölkədə  və  onun  sərhədləri 

xaricində  valyuta  dəyərləri  ilə  əməliyyatlar  aparılması  qaydalarını  tənzimləyən  hüquqi 

normalar toplusu, habelə valyuta normaları üzrə dövlətlər arasında ikitərəfli və çoxtərəfli 

müqavilələri rəsmiləşdirilir. 

                Son  10  ildə  ölkə  iqtisadiyyatında  müşahidə  olunan  makroiqtisadi  sabitlik, 

xarici    ticarət  münasibətlərinin  dinamik  inkişafı  və  iqtisadi  islahatların  ardıcıllığı 

Azərbaycanın  başqa    ölkələrlə  münasibətlərində  əlverişli  meyllərin    formalaşmasını  və 

BKB-na inteqrasiyasının gücləndirilməsini təmin  etmişdir. Ortamüddətli perspektivdə də 

bu    meyllərin  saxlanması  ölkənin  tədiyə  balansının  əsas  göstəricilərinin  sabit  inkişafını 

qiymətləndirməklə  yanaşı,  yüksək  rəqabət  qabilyyətinə  malik  olan  Azərbaycan 

iqtisadiyyatının DTS-də mövqeyinin daha da gücləndirilməsinə imkan verəcəkdir. 

       Əmtəə  ticarəti.  Xarici    ticarət  münasibətlərinin    inkişaf    meylləri  bir  sıra 

amillərin  təsirini    əks    etdirir.  Bunlardan  iqtisadiyyatın    əsas  ixracat  nomenklaturası  

malların   istehsalının  həcmini  artırmaq  imkanlarını,  ümumi  tələbatın və  ümumi  təklifin 

tənzimlənməsi üzrə daxili siyasəti göstərmək olar. 

    Azərbaycan  ixracatının  əsas  mövqelərinin  dünya  əmtəə  bazarında  qiymətlərinin 

dəyişməsinin  uzunmüddətli  olmamacı  və  2004-cü  ildən  başlayaraq    xam  neft  ixracının 

sıçrayışlı artımı əmtəə ticarəti balansında müsbət saldonun yaranmasını və onun dinamik 

olaraq artımını təmin etmişdir.   

      Araşdırmalar  göstərir  ki,  əmtəə  ixracının  ortamüddətli  inkişaf  perspektivləri  

ə

sas etibarı ilə Xəzərin Azərbaycan sektorundakı karbohidrogenlərin hasilatının artması 



və  onların  xarici  ölkələrə  ixracını  təmin  edən  nəql  yollarının  inkişafı  ilə  bağlıdır.  Əsas  

neft-qaz  kəmərlərinin  bir  qədər  gec  də  olsa  işə  salınması  böyük  neft-qaz  ixracının 

intensivləşdirilməsini  reallaşdırmış  və  artıq  10  ildir  ki,  beynəlxalq  neft-qaz 

sövdələşmələri  çərçivəsində  Azərbaycan  nefti  və  qazı  xarici  ölkələrə  ixrac  olunur.    Bu 




 

64

prosesin orta və uzunmüddətli inkişaf perspektivləri dünyanın ən iri layihələrindən olan 



Ş

ahdəniz-2,  TANAP,  və  2013-cü  ilin  17  oktyabr  tarixində  Azərbaycan  Republikasının 

Prezidenti    lham  Əliyev    tərəfindən  imzalanmış  TAP  layihələrinin  uğurla  yerinə 

yetirilməsi nətiçəsində reallaşaçaq.  

      Azərbaycan ixracatının digər əsas mövqei - qeyri neft-qaz katiqoriysına aid olan 

kənd  və  balıqçılıq  təsərrüfatının  və  kimya  sənayesi  kompleksinin  məhsullarıdır. 

qtisadiyyatın  bu  sahələrinin  gələcək  inkişafı  və  əmtəə  ixracı  potesialının  artırılması 

xarici  və  daxili  investisiyaların  cəlb  ediməsindən  və  xarici  bazara  çıxarılması  nəzərdə 

tutulan  malların beynəlxalq  rəqabətliliyə  davamlılığından  da xeyli  asılı olacğını  ıistisna 

etmək olmaz. 

     Milli valyutanın məzənnəsinin yaxın gələcəkdə heç bir kəskin dəyişikliyə məruz 

qalmayacağı  ilə  yanaşı  maşın,  avadanlıq  və  zəruri  istehlak  mallarına  daxili  tələbatın 

yüksək  olması  gələcəkdə  də  bu  tip  əmtəə    idxalının  artmasını  şərtləndirəcək.  Maşın  və 

avadanlıqlar başlıca olaraq daxili sərmayələr hesabına müassir infrastruktur lahiyələrinin 

(nəqliyyat,  su,  rabitə,  turizm  və  s.)  icrası  və  beynəlxalq  neft-qaz  layihələri  ilə  əlaqədar 

daha çox gətiriləcək və əmtəə idxalının  mühüm tərkib hissəsi olacaqdır.  

       Eyni zamanda qeyd etməliyik ki, ortamüddətli dövürdə idxal ediləcək malların 

nəzərə  çarpacaq  hissəsi  əvvəlki  illərdə  olduğu  kimi  yenə  də  rezident  fiziki  şəxslər 

tərəfindən  gətirələcək  və  bütövlükdə  Azərbaycanın  qeyri  neft-qaz  sektoru  üzrə  əmtəə  

ticarəti balansının və xüsusən uzaq xarici ölkələrlə ticarətin mənfi saldosu başlıca olaraq 

bu cür əmtəə (minik atomobilləri, zəruri ərzaq və digər istehlak malları) idxalının məhz 

dəyər  həcmi  ilə    əlaqədar  olacaq.  Azərbaycanın  Çin,  Türkiyə,  Rusiya  Fedarasiyası, 

Almaniya,  ran  və  Birləşmiş  Ərəb  Əmirlikləri  ilə  ticarət  əlaqələrinin  sabitliyi,  məkik 

idxalçılar  üçün  vergilərdəki  fərq  və  qeyri-ərzaq    istehlak  malları  istehsalının  ölkə 

daxilində  hələ  ki,  ləng  inkişafı  belə  güman  etməyə  əsas  verir  ki,  ortamüddətli 

perspektivdə də əmtəə ticarəti dövriyyəsinin nəzərəçarpacaq hssəsi fiziki şəxslərin idxal 

ə

məliyyatlarının payına düşəcək.  



      Bütövlükdə  qeyd  etmək  istərdik  ki,  Azərbaycan  neftinin  dünya  bazarındakı 

qiymətinin  yaxın  gələcəkdə  də  son  10  ilin  orta  qiyməti  səviyyədə  olacağının  və  əsas 

ixracat mallarının fiziki həcimlərini, xüsusi ilə qazın ixracının artmasınım labüd nəticəsi 



 

65

kimi ixracatın ümumi dəyərinin və əmtəə ticarəti balansının müsbət saldosunun mövcud 



səviyyəsi qorunub saxlanılacaq. 

       Beynəlxalq  xidmətlər.  Məlum  olduğu  kimi,  milli  iqtisadiyyatların    qlobal 

rəqabətliliyini və ortamüddətli inkişaf perspektivlərini müəyyən edən amillərdən biri də 

infrastrukturun  inkişaf  səviyyəsidir,  xüsusilə  də  DTS-nə  inteqrasiya  kontekstində.  Bu 

amillə bağlı  tədiyə  balansının  göstəricilərinin  təhlili göstərir  ki,  Azərbaycanın    DTS-də 

mövqeinin  gücləndirilməsində  və  milli  iqtisadiyyatın  davamlı  və  dayanıqlı  inkişafında  

ölkənin beynəlxalq xidmət ticarətinin intensiv inkişafının müstəsna rolu olmuşdur. Belə 

ki, yalnız son 10 ildə  beynəlxalq  xidmətlər dövriyyəsinin ümumi dəyəri 64 mlrd.doll. 

bərabər  olmuşdur.  Avropa  ilə  Asiya  arasında  tranzit  ərazi  kimi  respublikanın  əlverişli 

geosiyasi  və  coğrafi  vəziyyəti  tranzit  xidmətlərin  ixracını  inkişaf    etdirmək  üçün  yaxşı 

perspektivlər  nəzərdə    tutur.  Bu  inkişaf  mövcud  nəqliyyat  infrastrukturu  və 

kommunikasiya  obyektlərinin  genişləndirilməsini  və  tikintisini  davam  etdirilməklə 

yanaşı yeni ixrac kəmərlərinin çəkilişini də nəzərdə tutur. 

         Azərbaycanın  infrastruktur sahələrinin inkişafına yönəldilmiş investisiyaların, 

xüsusilə  daxili  investisiyaların  mövcud  həcmi  və  gələcək  görüntüləri  belə  bir  fikir 

söyləməyə  imkan  verir  ki  ,  yaxın  gələcəkdə  beynəlxalq  xidmətlər  üzrə  nəzərdə  tutulan 

proqramların  həyata  keçirilməsi  ölkənin  beynəlxalq  xidmətlərinin  nəinki  keyfiyyətinin 

yüksəlməsinə  və  sayca  artmasına,  həm  də  xidmətlərə    çoxsahəli  xarakter  verilməsinə 

imkan yaradacaqdır.  

      Hər  şeydən  əvvəl  nəqliyyat,  kommunikasiya  və  turizm  sahəsində  mühüm 

irəliləyiş  nəzərdə  tutulur.  Azərbaycan  hökuməti  əsas  nəqliyyat  infrastrukturu  və  

kommunikasiya obyektlərinin yenidən qurulmasını və tikintisini davam etdirmək, ixracat 

üçün  yeni  neft-qaz    kəmərlərinin  çəkilişi  sahəsində  beynəlxalq  danışıqları 

intensivləşdirmək, göstərilən sahələrin  strukturunun  dəyişdirilməsi və nəticə ehtibarı ilə 

beynəlxalq  xidmətlər  bazarında  daha  intensiv  iştirak  etmək    niyyətindədir.    TAP 

layihəsinin  imzalanmasi  buna  əyani  sübut  olmaqla  yanaşı    Azərbaycan  dövlətinin 

aktivinə yazılan daha bir tarixi qərardır.  

    TRASEKA  (  Avropa-  Qafqaz  nəqliyyat  dəhlizi)  yeni  “ pək  yolunun” 

fəaliyyətinin genişləndirilməsi, mövcud neft və qaz borusu kəmərlərinin səmərəliliyinin 



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə