Microsoft Word qasimli kenale doc



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə28/28
tarix05.04.2018
ölçüsü0,72 Mb.
#35938
1   ...   20   21   22   23   24   25   26   27   28

 

81

 

     Dünyanın  müasir  inkişaf  mərhələsində    kapital    axını  milli  və  regional  iqtisadi  

həyatda əsas rol oynayır.  nkişaf etmiş dünyanın beynəlxalq maliyyə və kapital bazarı ilə 

bağlı manevr etməsi üçün üzən valyuta məzənnələrindən yaxa qurtarmasına baxmayaraq, 

valyuta məzənnə siyasəti bu bazarla əlaqəni saxlayır. Belə vəziyyət, çağdaş dövrümüzdə 

dünyanın  iqtisadi  inkişafında  baş  verən  mənfi  məqamların  ilk  növbədə  maliyyə 

sektorundan rəvaclanmasını şərtləndirən amillərdəndir . Dövlət həyata keçirilən valyuta 

siyasətinin  başlıca  subyektidir.  O,  perspektiv  üçün  valyuta  münasibətlərinin  inkişafının 

ə

sas  istiqamətlərinin  strategiyasını,  qarşıdakı  dövrə  fəaliyyət  taktikasını,  iqtisadi 



məsələlərə  nail  olmağın  vasitə  və  yollarını  müəyyən  edir.  Valyuta  siyasəti  iqtisadi 

siyasətin  mühüm  tərkib  hissəsidir  və  onun  çoxtərəfli  məqsədlərinin  yerinə 

yetirilməsinə,yəni dayanıqlı iqtisadi inkişafın təmin edilməsinə, işsizlik və inflyasiyanın 

artımının  dayandırılmasına,  tədiyyə  balansı  tarazlığının  dəstəklənməsinə  yönəldilir. 

Valyuta siyasətinin əsasən bu formalarda həyata keçirilir: diskont, deviz siyasəti və onun 

növləri  olan,  valyuta  intervensiyası,  valyuta  ehtiyatlarının  diversifikasiyası,  valyuta 

məhdudlaşdırmaları,  valyuta  dönərliliyi  dərəcəsinin  tənzimlənməsi,  valyuta  məzənnəsi 

rejimi, devalvasiya, revalvasiya.     

Bu  gün  Azərbaycana  daxil  olan  xarici  kapitalın  da  həcmində  neft  sektoru  böyük 

paya 


malikdir.  Ümumiyyətlə  Azərbaycanda  sənayenin  strukturunda  xarici 

investisiyaların bölgü ölçüləri əlverişsizdir. Xarici investisiyaların sahəvi diversifikasiya 

ə

msalı illər üzrə 1.4-1.7 ətrafında dəyişir ki, bu da ideal hesab olunan 3-dən çox aşağıdır.



 

Azərbaycan  Mərkəzi  Bankı  (AMB)  tərəfindən  yürüdülən  dolların  manata  qarşı 

ucuzlaşdırılması  siyasəti  nəticəsində  isə  ölkənin  ixracı,  o  cümlədən  onun  əsas  hissəsini 

təşkil edən neft ixracını ucuzlaşdırır. 

Dissertasiya  çərçivəsində  apalımış  tədqiqatların  yekunu  olaraq  aşağıdakları  qeyd 

etməyi  məqsəd  müvafiq  hesab  edirik.  Eyni  zamanda    valyuta  strategiyasının  nəzəri 

aspektlərini  kifayət  qədər  və  dərindən  təhlil  edildiyi  üçün  yalnız  Azərbaycana  aid 

təkliflərlə kifayətlənəcəyik:  

1.Valyuta 

sistemi 


iqtisadi 

nöqteyi-nəzərdən 

təsərrüfat 

ə

laqələrinin 



beynəlmiləlləşməsi  əsasında  meydana  gəlmiş  valyutanın  fəaliyyəti  ilə  əlaqədar  iqtisadi 


 

82

münasibətlərin  məcmusu  kimi  yaranan,  milli  qanunvericilik  və  dövlətlərarası  sazişlər 



ə

sasında  mövcud  valyuta  məzənnəsi  və  ödəmə  münasibətlərini  tənzimləyən  prinsip  və 

razılaşmalar  toplusudur.    Valyuta  siyasəti  iqtisadi  siyasətin  mühüm  tərkib  hissəsidir  və 

onun  çoxtərəfli  məqsədlərinin  yerinə  yetirilməsinə,  yəni  dayanıqlı  iqtisadi  inkişafın 

təmin  edilməsinə,  işsizlik  və  inflyasiyanın  artımının  dayandırılmasına,  ödəniş  balansı 

müvazinətinin dəstəklənməsinə yönəldilir.  

    Valyuta  siyasətinin  əsasını  rəsmən  qəbul  edilmiş  nəzəri  doktrinalar  təşkil 

edir.Valyuta  siyasəti  hüquqi  cəhətdən  valyuta  qanunvericiliyinə,  yəni  ölkədə  və  onun 

sərhədləri xaricində valyuta dəyərləri ilə əməliyyatlar aparılması qaydalarını tənzimləyən 

hüquqi  normalar  toplusu,  habelə  valyuta  normaları  üzrə  dövlətlər  arasında  ikitərəfli  və 

çoxtərəfli müqavilələrlə rəsmiləşdirilir. 

    Milli valyuta sistemi – milli qanunvericiliklə müəyyən edilən ayrı – ayrı ölkələrin 

valyuta münasibətlərinin təşkili formasını ifadə edir.  Milli valyuta sistemlərinin əsasını 

dövlətin  qanunla  müəyyən  etdiyi  milli  valyuta  təşkil  edir.  Milli  pul  beynəlxalq  iqtisadi 

münasibətlərdə istifadə edildikdə valyuta olur. 

2.  Dövlətlərin  milli valyuta strategiyaları dedikdə onların daxili valyuta siyasətləri 

başa  düşülür.  Dövlətin  valyuta  siyasəti  onun  iqtisadi  siyasətinin  əsas  məqsədlərinə  nail 

olmasına  yönəldilən  siyasətidir.  Bu  siyasətə  iqtisadi  artımın  davamlılığının  təmin 

edilməsi,  işsizliyin  və  inflyasiyanın  artımının  qarşısının  alınması,  tədiyə  balansının 

tarazlığının təmin edilməsi daxildir.   

3.   Azərbaycan Respublikasında valyuta siyasəti sahəsində sərbəst fəaliyyət 1991-ci 

ildə  dövlət  müstəqilliyi  əldə  edildikdən  sonra  başlanmışdır.  Bu  məsələ  ilə  bağlı  ilk 

qərarların  qəbulu  1992-ci  ilə  təsadüf  edir.    1993-cü  ilin    avqust  ayında  imzalanmış 

prezident  fərmanı  ilə  manat  1994-cü  il  yanvarın  1-dən  Azərbaycan  Respublikası 

ə

razisində yeganə ödəniş vasitəsi rolunu yerinə yetirməyə başlamışdır. 



  Azərbaycan  Respublikası  “Valyuta  Tənzimi  Haqqında”  qanuna  əsasən 

respublikamızın milli valyutasına aşağıdakılar aid edilir : 

- tədavüldə olan, eləcə də tədavüldən çıxarılan, lakin tədavüldə olan pul nişanlarına 

dəyişdirilə  bilən  Azərbaycan  Respublikası  Mərkəzi  bankının  banknotları  şəklində  olan 

manatları və sikkələri; 



 

83

- Azərbaycan Resbublikasında banklarda və digər kredit təşkilatlarnda hesablarında 



olan manat vəsaiti; 

Azərbaycan  Respublikasından  kənarda  yerləşən  baklarda  və  digər  kredit 

təşkilatlarında hesablarda olan manat vəsaiti. 

4.  Azərbaycanın  beynəlxalq  valyuta  sisteminə  inteqrasiyasına  təsir  göstərən  əsas 

amillərdən biri neft amilidir. Bu amil bizi bütün dünyada tanıdan amillər sırasındadır.      

Azərbaycanın  beynəlxalq  valyuta  sisteminə  inteqrasiyasına  səbəb  olan, 

zəruriləşdirən  amillərdən  biri  də  Azərbaycanın tranzitiv ölkə  olmasıdır.  Bu  xüsusiyyətə 

malik  olmaqla  ölkəmiz  bir  çox  ölkələr  arasındakı  əlaqəni  genişləndirir,  sürətləndirir  və 

ölkələr  arasındakı  dostluq  münasibətlərinin  formalaşması  və  inkişafında  mühüm  rol 

oynayır.  Xarici  ölkələrin  və  beynəlxalq  təşkilatların  marağına  səbəb  olan  bu  amil 

nəticəsində Azərbaycan xeyli gəlir əldə edir.   

     5.  Azərbaycan  Respublikasının  tədiyə  balansının  əsas  göstəricilərinin  cari  

vəziyyətini    təhlil  edərkən  onun  xarici  amillərin  təsiri  ilə  xüsusi  bağlılığını  və  milli 

iqtisadiyyatın  beynəlxalq  rəqabətə  davamlı  iqtisadiyyat  kimi  formalaşdığını 

səciyyələndirən aşağıdakı məqamları qeyd etmək olar: 

Azərbaycanın  əmtəə  ixracında    ketdikcə    çoxsahəli  meylin  artmasına  baxmayaraq 

hələ  də  obyektiv  olaraq  ixracat    xammal  yönümlüdür.  Azərbaycan  ixracatının  əsas 

maddələri  olan  xam  neft,  neft  emalı  məhsulları  və  təbii  qaz  ümumi  ixracatın  dəyər 

həcminin  95  faizini  təşkil  edir  ki,  bu  da  ixracat  nomenklaturalı  malların  dünya 

qiymətlərindəki dəyişikliklərdən Azərbaycan ixracatının asılılığını müəyyən edir.  Xəzər 

ş

elfi  yataqlarından  istifadə  edilməsi  və  nəql  üzrə  ixrac  boru  kəmərlərinin  istifadəyə 



verilməsi  ilə  əlaqədar  neft-qaz  ixracatının  nəzərdə  tutulan  intensivləşməsi  nəticəsində 

obyektiv  olaraq  gələcəkdə  də  ixracatın  ümumi  həcmində  neft  və  qaz  məhsullarının 

paynın yüksək səviyyədə qalacağını şərləndirir. Eyni zamanda karbohdrogenlərin dünya 

qiymətlərinin  azalması  ilə  bağlı    asılılıqdan  yaxa  qurtarmaq  üçün  müvafiq  dövlət 

proqramı  çərçivəsində  ixracata  çoxsahəli  xarakter  verilmişdir.  Belə  ki,  2003-cü  ilin 

yekunlarına  nisbətən  2012-ci  ildə  qeyri  neft-qaz  sektorunun  ümumi  ixracı  1,5  dəfə 

artaraq  2  mlrd.  doll.  çatmışdır    və  bu  tendensiyanın  gələcəkdə  də  davam  etdirilməsi 

nəzərdə tutulur.                            




 

84

6.  nvestisiyaların  cəlb  edilməsinə  dair  dövlət  siyasəti  strateji    sahələr  üzrə 



Azərbaycanın  əlverişli  imkanlarını,  partnyor  ölkələrin  Azərbaycanın    ixracat 

nomenklaturasına ehtiyaclarını və mümkün satış bazarlarını nəzərə almaqla respublikada 

yeni  ixracyönümlü  istehsalın  təşkilinin  və  mövcud  sahələrin  genişləndirilməsinin 

məqsədəuyğunluğu nəzərə alınmaqla həyata keçirilmişdir.  Ölkəyə cəlb olunmuş birbaşa 

investisiyaların və digər valyuta axınlarının geri qaytarılması ilə bağlı öhtəliklərin yerinə 

yetirilməsi müvafiq qanunvericiliklə tənzimlənmişdir. Belə əməliyyatlar xam neft ixracı  

hesabına  kapitalın  geri  qaytarılması,  yəni  neft-qaz  sektoruna  cəlb  olunmuş 

investisiyaların geri qaytarılması (repotriasiyası) və digər xarici öhdəliklərin ödənilməsi 

şə

klində  həyata  keçirilmişdir.  Bu  isə  öz  növbəsində  Azərbaycanın  etibarlı  tərəfdaş 



olduğunun əyani sübutudur.    

       7.  Xarici  ticarətin    sərbəstləşdirilməsi    və    xarici    kapitalın  hərəkəti    üzərində  

məhdudiyyətlərin    olmaması    respublikaya    investisiyaların    cəlb    edilməsinin    əsas 

şə

rtlərindən  biri  olmuşdur.  Bu  da  həm    milli  iqrisadiyyatın  beynəlxalq  rəqabətliliyinin 



artmasına  şərait  yaratmış,  həm  də  ölkənin        tədiyə    balansının  sabitliyinin  təmin 

olunmasını  şərtləndirmişdir.  Bunun  da  nəticəsində  ölkənin  strateji  valyuta  ehtiyatları 

yüksək templə çoxalaraq 50 mlrd. doll. çatmışdır.  Azərbaycanın 20 illik kredit tarixinin 

1-ci dekadası  xarici  kapitalın  cəlb  edilməsi  sayəsində  respublikanın   üstünlüklərini  

dəqiq  müəyyənləşdirməyə  imkan  vermişdir.  Bunlar   birbaşa  investisiyalar,  əsasən   

güzəştli    xarakter      daşıyan    uzunmüddətli    kreditlər    və    qeyri  -  dövlət    sektoru  

tərəfindən  xarici   vəsaitin  cəlb edilməsi   üçün   şərait  yaradılmasıdır. Bu tarixin 2-ci 

dekadasını  səciyələndirən  əsas  amil  isə  ondan  ibarətdir  ki,  ölkədən  xaricə  maliyyə 

axınları artmağa başlamışdır. Bu axınlar 2 katiqopiyadan  ibarət olmuşdur :     

- cəlb olunmuş investisiyaların ( borcların ) repotriasiyası, yəni qeri qaytarılması; 

-  xarici  investorların  qazandıqları  gəlirlərin  ödənilməsi.  Cəlb      olunan    xarici  

kapitalın      strukturu    ölkənin    sabit    tədiyə    qabiliyyəti    baxımından      kifayət    qədər  

ə

lverişli olmuşdur:  xaric kapitalın   üçdə iki  hissəsindən  çoxu  birbaşa   investisiyalar  



şə

klində      cəlb    olunmuş  və    beynəlxalq      maliyyə    təsisatları      tərəfindən      verilən  

uzunmüddətli  dövlət    borclarınin    payı    cəmi  10  faizə  qədər  idi.  Qeyri-dövlət  sektoru  

tərəfindən   cəlb  edilən  kapitalla bağlı da  orta  müddətli  borcların  həcminin  artması  




 

85

meyli  sabit olmuşdur. Bununla  belə  xarici  öhdəliklərin   yığılması  nəhayətsiz  davam  



edə    bilməzdi  və  milli  iqtisadiyyatın  rəqabətliliyini  yüksəldmək  məqsədi  ilə 

respublikanın    tədiyə  qabiliyyətini    qoruyub    saxlamaq    üçün  cari  əməliyyatlar  üzrə 

göstəricilərin      profisitinə   nail   olunmuşdur.    Bu  məqsdə çatmaq  üçün  əsas strategiya 

ondan ibarət olmuşdur ki,  cəlb  olunan  xarici  kapitaldan səmərəli istifadə  edilmiş və 

onlar    məhsuldar      investisiyaların    maliyyələşdirilməsi    istiqamətlərinə  yönəldilmisdir. 

Bütün  bunlar  daxili    vəsait    qıtlığının    kompensasiya  edilməsinə  və  ixracyönümlü  

iqtisadiyyatın  inkişafına  kömək  göstərilmişdir.  Nəticədə hökumətin  apardığı uğurlu 

islahatlar    gedişində    iqtisadiyyatın    makrosabitliyi    əldə    edilmiş,    xaricdən      kifayət  

qədər    cəlb    olunmuş    investisiyalar      daxili      investisiyaların    inkişaf    etdirilməsinə  

zəmin    yaratmış  və    Azərbaycan  kapitalının  xarici  ölkələrdə  yerləşdirilməsi  prosesi 

başlanmışdır.  

       8.  Başlıca    olaraq    neft-qaz  sektorunda,  habelə    iqtisadiyyatın    tikinti    və  

kommunikasiya    sahələrində  uğurla  davam  etdirilən    inkişaf    proqramlarının    həyata  

keçirilməsi  üçün  xarici  maliyyələşdirmə  axını bir daha təsdiq edir ki,   Azərbaycanın 

xarici  ölkələrdən    investisiya    cəlb    etməsini    şərtləndirən  əsas    xüsusiyyətlər:-  ölkə  

ə

razisində      investisiyaların    gəlirli    olması;  nadir    xammal    ehtiyatlarının    olmas; 



islahatların gedişinə   beynəlxalq  təşkilatlarının    etimad    dərəcəsinin artması və nəhayət  

milli  iqtisadiyyatın  rəqabət  qabiliyyətliliyinin    artması  ilə  bağlıdır.  Tədiyə    balansının 

cari  vəziyyətinin təhlili belə qənaətə gəlməyə əsas verir ki,  milli iqtisadiyyatın rəqabət 

qabiliyyətliliyinin    gücləndirilməsi:-    ixracyönümlü  istehsalın    artırılması;  beynəlxalq 

xidmətlərin  inkişafı;  investisiyaların    stimullaşdırılması  və  milli    valyutanın  

məzənnəsinin  sabit   saxlanılması amillərindən xeyli asılı olcaqdır.   

   Qeyd olunan amillərin icrasına  yönəldilən  dövlət siyasəti  tədbirləri  bu   və  ya  

digər  dərəcədə başqa məsələlərlə ziddiyyət yaratmasn deyə  xarici  ticarət,  pul - kredit   

və  vergi - büdcə  siyasəti   yeridən  dövlət  orqanları  görüləcək  tədbirlərini  bir -  biri  

ilə  razılaşdırmaları və birgə  fəaliyyət  göstərmələri məqsədəuyğundur 

  

                            stifadə olunmuş ədəbiyyat siyahısı. 



 

86

1.  Ш.Г.Гаджиев.  Азербайджан  на    пути  к  мировомусообществу:  стратегия  



внешнеэкономического

   развития, Киев, 2000, 504 c. 

2.  R.T.  Həsənov.  qtisadi  siyasət:  metodologiya  və  praktika,  dərs  vəsaiti,  qtisad 

Universiteti nəşriyyatı, Bakı 2009, 282 səh. 

3.  R.T.Həsənov.  Azərbaycan  Respublikasının  sosial  iqtisadi  inkişafının  bazar 

modelinin konseptual əsasları, Bakı, 343 səh. 

4.    Ə.Həsənov.  Müasir  Beynəlxalq  münasibətlər  və  Azərbaycanın  xarici  siyasəti. 

Dərslik, Bakı, 2005. 

5    Ə.Həsənov.  Azərbaycan  Respublikasının  milli  inkişaf  və  təhlükəsizlik  siyasəti, 

Bakı 2011, 437 səh. 

6.  . Kərimli. Beynəlxalq iqtisadi münasibətlərin müasir problemləri, Bakı, 2006. 

7.  A.Ş.Şəkərəliyev.  Dövlətin  iqtisadi  siyasəti:  Dayanıqlı  və  davamlı  inkişafın 

təntənəsi, monoqrafiya,  qtisad Universiteti nəşriyyatı, Bakı 2011, 542 səh. 

8.  A.Abdullayev.  qtisadiyyat və iqtisadi siyasət, Bakı 2003, 227 səh. 

9.    E.M.Hacızadə.  Azərbaycan  iqtisadiyyatının  dünyadakı  reytinqi,  Bakı,  Elm 

nəşriyyatı, 2011, 128 səh. 

10.  J.Stiqlis Qloballaşma və onun doğurduğu narazılıqlar, Bakı 2004. 

     11.  П.  Велъфенс. Основыэкономической политики. 2002. – 495 с. 

12.Azəbaycan Respublikasının Mərkəzi Bankı, 1994-2014-cü illər üzrə Azərbaycan 

Respublikasının Tədiyə Balansları, www.nba.az     

13.Azərbaycanın statistik göstəriciləri, 2002-2014 cü illər, Bakı: “Səda” 

14 Руководство по платежному балансу. Пяатое издание.  МВФ, 1995 

15 Справочник по составлению плтежного баланса. МВФ, 1995 

16. 


www.azstat.org

 – Azərbaycan Dövlət Statistika Komitəsinin internet səhifəsi 

17. 

www.cbar.gov.az



 – Azərbaycan Mərkəzi Bankın internet səhifəsi 

18. 


www.oilfund.az

 – Azərbaycan Neft Fondunun internet səhifəsi 



 

 

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə