Microsoft Word qasimli kenale doc



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə23/28
tarix05.04.2018
ölçüsü0,72 Mb.
#35938
1   ...   20   21   22   23   24   25   26   27   28

 

66

artırılması,  tranzit  ticarəti  sahəsində  hökumətlərarası  və  beynəlxalq  sazişlərdə 



Azərbaycanın iştirakının genişləndirilməsi, habelə geniş  miqyaslı iqtisadi inkişaf və bir 

sıra  Asiya-Sakit  okean  regionu  ölkələrinin  xarici  ticarət  dövriyyəsinin      daim  artması 

tranzit xidmətlərinin inkişafı üçün mühüm zəmin yaradacaq. Bu baxımdan 2015-ci ildə 

tikintilərinin başa  çatdırılması  nəzərdə tutulan  “Ələt  Beynəlxalq  Dəniz  Ticarət  Limanı” 

və “Bakı –Tbilisi-Qars” dəmir yolu mühüm əhəmiyyət kəsb edəcək. 

        Azərbaycan  artıq  “Kosmik”  dövlətdir  və  Azərbaycanın  sünii  peykinin 

beynəlxalq xidmətlərindən dünyanın bir çox ölkələri istifadə etməyə başlamışdır. Yaxın 

gələcəkdə bu xidmətlərin coğrafiyası genişlənəcək və ökəyə milyonlarla gəlir gətirəcək. 

Telekommunikasiya  sistemində  ediləcək  digər  keyfiyyət  və  struktur  dəyişiklikləri 

sahənin inkişaf  etdirilməsinə, yenidən qurulmasına və modernləşdirilməsinə, respublika 

və  xarici  investisiyaların  cəlb  edilməsinə,  göstərilən  rabitə  xidmətlərinin  çeşidinin 

genişlənməsinə, keyfiyyətinin və həcminin artmasına və nəticə etibarilə rabitə xidmətləri 

sahəsində uzun illərdir yaranmış müsbət balansın möhkəmlənsinə  kömək göstərəcəkdir. 

       BKB-na  inteqrasiya.  Azərbaycanın  BKB-na  inteqrasiyasının  ortamüddətli 

perspektivləri  bilavasitə  ölkənin  ixracyönümlü  əmtəə  və  xidmət  sahələrinin  inkişafı  və 

onun  geoiqtisadi  siyasəti  ilə  əlaqədar  olacaq.  Ötən  illərin  təcrübəsi  də  bu  amillərin 

həledici  rol  oynadığını  göstərmişdir.  Belə  ki,  Xəzər  dənizinin  Azərbaycan  sektorunun 

mənimsənilməsi  ilə  bağlı  ölkə  rəhbərliyinin  apardığı  uğurlu  siyasət  nəticəsində  düya 

miqyaslı ən iri beynəlxalq konsorsiumlar  yaradılmış və ölkəyə 55 mlrd. doll. çox birbaşa 

investisiya  axını  təmin  edilmişdir.  Nəticədə  2004-2013-cü    illər  ərzində  beynəlxalq 

müqavilələr çərçivəsində xarici ölkələrə 176,1 mlrd. doll. xam neft və 7,3 mlrd. doll. qaz 

ixrac  olunmuşdur.  Dünya  bazarında  karbohidrogenlərin  qiymətlərinin    epizodik  olaraq 

dəyişilməsi  də  nəzərə  alınmaqla  qarşıdakı  5  ildə  beynəlxalq  müqavilələr  çərçivəsində 

xarici ölkələrə daha 100 mlrd. doll. xam neft və qaz ixracı nəzərdə tutulur. Onu da qeyd 

etməliyik  ki,  neft-qaz  kompleksi  müəssisələrinə    bundan  sonra  xarici  investorların 

vəsaitinin daxil olması əvvəlki dövrlərə nisbətən bir qədər azala bilər . Bu amili nəzərə 

alaraq  ölkənin iri sənaye müəssisələrinin  daha intensiv özəlləşdirilməsi  xarici kapitalın 

ölkəyə  cəlb edilməsinin strategiyasına çevrilməlidir.  




 

67

   Yaxın  gələcəkdə  bu  strategiyanın  həyata  keçirilməsi  ölkədə  investisiya  iqliminə 



öz  təsirini  gücləndirərək  milli  iqtisadiyyatın  qeyri  neft-qaz  sahələrinə  kapital  axınının 

stimullaşdırılmasına gətirib çıxaracağına zəmin yarada bilər. Xarici kapitalın köməyi ilə 

telekommunikasiyaların,  kənd  və  balıq  təsərrüfatlarının,  tikintinin  və  turizmin  daha  da 

inkişaf  etdirilməsinə  şərait  yaradılacaqdır.  Bu  isə  belə  qənaətə  gəlməyə  əsas  verir  ki, 

Azərbaycana  illik  xarici  kapital    axını  yaxın  gələcəkdə  də  milyardlıq  səviyyədən  aşağı   

olmayacaq. Bunun da nəticəsində  ölkə iqtisadiyyatı birbaşa  xarici investisiyaların cəlb 

edilməsində  digər  tranzit  iqtisadiyyatlar  tərəfindən  sərt  rəqabətlə  qarşılanmamaq  üçün 

sığortalana və BKB-da öz mövqyini daha da gücləndirə biləcək. 

     Milli iqtisadiyyatın BKB-na inteqrasiyasının inkişaf perspektivləri yuxarıda qeyd 

olunanlarla  yanaşı  nəzərəçarpacaq  dərəcədə  ölkədən  kapital  axınları,  xüsusi  ilə  xarici 

iqtisadiyyata  yönəldiləcək  birbaşa  investisiyalarla  bağlı  olacaq.  Bu  istiqamətdə 

ortamüddətli perspektivdə Dövlət Neft Şirkətinin Türkiyədə, Gürcüstanda, Rumıniyada, 

ndoneziyada və başqa dövlətlərdə nəzərdə tutduğu layihələrin icrasına 20 mlrd. doll. çox 

investisiya  yönəldəcəyi  və  Dövlət  Neft  Fondu  tərəfindən  Bakı-Tibilisi-Qars,  Şahdəniz, 

“Star”  NEK  tikintisi  layihələrinə  ayrılacaq  vəsaitin  əvvəlki  illərə  nisbətən  artırılacağı 

gözlənilir.  Bununla  yanaşı  Xəzərin  Azərbaycan  sektorunun  mənimsənilməsinə    dair 

mövcud  layihələrin  davam  etdirilməsi  ilə  əlaqədar  xarici  investorların  gəlirləri  və  əsas 

kapitalın repatpiasiyası çərçivəsində ölkədən 30 mlrd. doll. kapital axınları (xam neft və 

təbii  qaz  şəkilində)  davam  etdiriləcək.  Eyni  zamanda  nəzərdə  tutulan  dövür  ərzində 

ə

vvəlki  illərdə  xaricdən  cəlb  olunmuş  kreditlər  üzrə  əsas  borcun  geri  qaytarılması  və 



hesablanmış  faizlərlə  bağlı  xarici  kreditorlara  10  mlrd.  doll.  qədər  vəsaitin  ödənilməsi 

nəzərdə tutulur. 

      Tədiyə balansının və BKB-na inteqrasiyanın perspektiv görüntüləri belə qənaətə 

gəlməyə  əsas  verir  ki,  ortamüddətli  dövürdə  də  DTS-nə  inteqrasiya  üzrə  cari 

ə

məliyyatlara aid göstəricilərin ümumi saidosu 2004-2013-cü illərdə olduğu kimi müsbət 



olaraq yüksək səviyyədə qalacaq və təxminən 10-12 mlrd. doll. səviyyəsində olacaqdır. 

Eyni  zamanda  qeyd  etmək  lazımdır  ki,  gözlənilən  müsbət  saldo  xarici  ticarət 

göstəricilərinin    ayrı-  ayrı  ixracat  mövqeləri,    başlıca  olaraq    xam  neft    və  qaz  ixracatı 

artımı hesabına reallaşacaq. Bu isə öz nöbəsində tədiyə balansının digər maddələri üzrə 




 

68

gözlənilən    mənfi  saldonu  lazımınca  maliyyələşdirməklə  yanaşı  ölkənin strateji valyuta 



ehtiyatlarının  artmasını  da  şərtləndirəcək.  Bu  isə  gələcəkdə  dövlətin  daxili    vəsaitinin 

daha da yüksək səviyyədə olmasını və ölkənin məcmui xarici aktivlərinin kifayət qədər  

artaraq 150 mlrd. doll. səviyyəsinə çatmasını təmin edəcək.  

    Nəticədə  ortamüddətli  dövür  ərzində  Azərbaycanın  “qalan  dünya”  ilə  iqisadi 

ə

laqələrinin  genişlənməsi,    tədiyə  balansının  sabitliyi  və  “xalis  beynəlxalq  investisiya 



mövqeyi”-nin  müsbət saldosunun dayanıqlı artımı təmin olunacaq. Bununla da ölkənin 

milli  iqtisadiyyatının  DTS-də  mövqeyininr  daha  da  gücləndirilməsinə  və  BKB-ə 

inteqrasiyasının genişləndirilməsinə şərait yaradılacaq.                                               

              Azərbaycan  Respublikasının  tədiyə  balansının  əsas  göstəricilərinin  mövcüd  

vəziyyətinin təhlili və  perspekt görüntüləri  milli iqtisadiyyatın xarici amillərin təsiri  ilə 

xüsusi  bağlılığını  göstərməklə  yanası,  ölkənin  DTS-də  mövqeyinin  davamlı  olaraq 

gücləndirilməsini səciyyələndirən aşağıdakı məqamları da qeyd etməyə  imkan verir:  

1. Müstəqilliyimizin ilk illərində DTS-nə inteqrasiya üzrə cari əməliyyatların  mənfi  

saldosu  ( kəsiri )  ölkə  iqtisadiyyatının   ümumi  xərclərinin  ümumi  gəlirlərindən   çox  

olmasının    nəticəsi  ilə  bağlı  olmuşdur.    Buna    görə    də  2000-ci  ildən  başlayaraq  

Azərbaycan    ixracatına    çoxsahəli    xarakter    verilməyə    və    idxalı    əvəz    edən  

istehsalatların      inkişaf    etdirilməsi  üzrə    müvafiq  dövlət  siyasəti  həyata  keçirilməyə 

başlanmışdır. Nəticədə xarici sektorun sabitliyi təmin olunmuş, strateji valyuta ehtiyatları 

artmağa başlamış və öikə iqtisadiyyatının DTS-nə inteqrasiyası sürətlənmişdir.   

 2.  Xarici  ticarətin    sərbəstləşdirilməsi    və    xarici    kapitalın  hərəkəti    üzərində  

məhdudiyyətlərin    olmaması    respublikaya    investisiyaların    cəlb    edilməsinin    əsas 

şə

rtlərindən  biri  olmuşdur.  Bu  da  həm  milli  iqrisadiyyatın  DTS-də  mövqeyinin 



gücləndirilməsinə  şərait  yaratmış,  həm  də  ölkənin  tədiyə    balansının  sabitliyinin  təmin 

olunmasını  şərtləndirmişdir.  Bunun  da  nəticəsində  cari  əməliyyatlar  üzrə  ümumi 

göstəricilərin mənfi saldosu 2005-ci ildən müsbət saldo ilə əvəzlənərək hər il dayanaqlı 

olaraq artmağa başlamış və strateji valyuta ehtiyatları yüksək templə çoxalaraq 50 mlrd. 

doll. ötmüşdür.  

    3. Xəzər şelfi yataqlarından istifadə edilməsi və nəql üzrə ixrac boru kəmərlərinin 

istifadəyə  verilməsi  ilə  əlaqədar  neft-qaz  ixracatının  nəzərdən  keçirilən  dövürdə 



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə