Microsoft Word qasimli kenale doc



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə17/28
tarix05.04.2018
ölçüsü0,72 Mb.
#35938
1   ...   13   14   15   16   17   18   19   20   ...   28

 

48

etdirilməsi vəzifəsi dayanır. Bu vəzifənin uğurla həyata keçirilməsi son nəticədə ölkənin 



xarici  valyuta  gəlirlərinin  yüksək  sahəvi  diversifikasiyasına  imkan  verməklə  tədiyyə 

balansının uzunmüddətli davamlılığını təmin edəcəkdir.  

Kapitalın  hərəkəti  hesabının  tənzimlənməsi  strategiyası:  Uzunmüddətli  dövrdə  milli 

iqtisadiyyatın  inkişaf  spesifikası  nəzərə  alınmaqla  kapitalın  hərəkəti  hesabının 

tənzimlənməsi  strategiyasının  da  işlənməsi  Azərbaycan  üçün  ən  aktual 

məsələlərdən biridir.Bu strategiyanın əsasında aşağıdakı prinsiplər durmalıdır:  

Milli 

iqtisadiyyata 



qısamüddətli 

spekulyativ 

xarici 

kapital 


axınının 

məhdudlaşdırılması;  Milli    kapitalm    leqal    ixracatı    üçün    institutsional    mühitin 

yaxşılaşdrılması,  çünki  bu  Azərbaycanın    xarici  aləmdə  formalaşmış  kreditor  statusunu 

möhkəmləndirə  bilər.Müsbət  haldır  ki,  hal-hazırda  Azərbaycana  xarici  kapital  əsas 

etibarilə  BX   formasında  gəlir  və  xaricə  repatriasiya  olunan  dividendlərin  məbləği 

tədiyyə balansında heç  bir gərginlik yaratmır. Çünki bu dividendlərin mənbəyi xaricdə 

neft ixracatından əldə olunan xarici valyuta hasilatıdır ki, bu da daxili valyuta bazarına 

və tədiyyə balansına mənfi təsir göstərmir. 

Xarici kreditlərə gəldikdə isə bu sahədə aparılan siyasət Azərbaycanda  xarici borc 

problemi  təhlükəsindən  tam  uzaqdır.  Çünki  alınan  kreditlər  əvvəla  uzunmüddəlidir, 

digər  tərəfdən  isə  bu  kreditlər  daxili  yığım  normasını  yalnız  tamamlayır  və  iqtisadi 

inkişafın  əsas  maliyyə  mənbəyi  deyildir.  Kreditlərin  böyük  bir  hissəsi  həm  də  milli 

iqtisadiyyatın istehsal potensialının (o cümlədən ixracyönümlü) artınlmasına yönəlmişdir 

(məsələn,  Dünya  Bankının  kreditləri).Kapitalın  hərəkəti  hesabının  tənzimlənməsi 

strategiyasının  mühüm  komponentlərindən  biri  də  portfel  investisiyalar  üzrə  siyasətdir. 

Düzdür  hal-hazırda  Azərbaycana  portfel  investisiyalann  axını  az  müşahidə  olunur. 

Lakin, ölkənin dünya iqtisadiyyatına inteqrasiyası dərinləşdikcə portfel investorlarının da 

Azərbaycana marağı arta bilər. Ona görə də əsas strateji vəzifə bu «marağı» müəyyən bir 

həddə saxlamaq və onun doğuracağı monetar effektləri sərt nəzarətə götürməkdir. 

Kapitalın  hərəkəti  hesabının  tənzilmlənməsi  strategiyasının  çox  mühüm  aspektlərindən 

biri  də  milli  iqtisadiyyatdan  kapitalın  qeyri-leqal  ixracının  leqal  formaya  salınması 

məsələsidir.  Sirr  deyil  ki,  bütün  keçid  iqtisadiyyatlı  ölkələrdə  olduğu  kimi, 

Azərbaycanda  da  son  illər  xaricə  müxtəlif  formalarda  qeyri-leqal  kapital  axını  baş 



 

49

vermişdir.  Ona  görə  də  başlıca  vəzifələrdən  biri  əvvəla  qeyri-leqal  kapital  axınına  qarşı 



mübarizənin  gücləndirilməsi  olmalıdır.  Çünki  bu  axın  tədiyyə  balansında  gərginlik  elementi 

yaradır.  Digər  tərəfdən  isə  qeyri-leqal  kapital  ixracını  şərtləndirən  və  investisiya  mühitində 

mövcud olan bir çox problemlərin həll olunması da vacibdir. Çünki, kapital leqal surətdə milli 

ş

irkətlər və fiziki şəxslər tərəfindən xarici çıxanlarsa bu, bir tərəfdən ölkənin imicini və iqtisadi 



təsirini artırmış olur. Digər tərəfdən isə tədiyyə balansının investisiya gəlirləri üzrə gələcəkdə 

ölkəyə valyuta daxilolmalarının artması üçün güclü potensial yaranır. 

Azərbaycan  hökuməti  tədiyyə  balansının  tənzimlənməsində  qısamüddətli 

tənzimləmə vasitələrindən effektiv şəkildə istifadə edir. Ən çox istifadə olunan alətlər isə 

valyuta  məzənnəsinin  devalvasiyası,  mərkəzi  bankın  faiz  (uçot)  dərəcələrinin 

dəyişdirilməsi  və  pul  kütləsinin  həcminə  nəzarətdir.  Düzdür,  bunlar  müəyyən  mənada 

stabilliyi təmin etməyə şərait yaradır və hətta 2005-ci ilin yekununa görə Azərbaycanın 

cari  əməliyyatlar  balansında 167  mln  ABŞ  dolları həcmində müsbət saldo  yaranmışdır. 

Bununla belə Azərbaycan hal-hazırda əldə etdiyi formalaşmış debitor statusunu qoruyub 

saxlamaq və davamlı inkişaf nəticəsində kreditor statusunu əldə etmək üçün qısamüddətli 

tənzimləmə  vasitələrini  fəal  şəkildə  uzunmüddətli  siyasətə  uyğunlaşdırmalıdır.  Çünki 

hal-hazırda  Azərbaycanın  xarici  iqtisadi  vəziyyətində  müəyyən  qeyri  stabillik  və  neft 

amilindən kəskin şəkildə asılılıq hiss olunur və hətta ixracın strukturunda mənfiyə doğru 

dəyişiklik  baş  verir,  əvəzində  isə  idxalın  strukturu  genişlənir.  Əgər  vaxtında  tədbir 

görülməzsə onda bu müəyyən dövrdən sonra Azərbaycan üçün çox pis nəticələrə gətirib 

çıxara bilər və Azərbaycan tədiyyə balansının inkişaf  fazaları üzrə geriləyə bilər. 

Ölkəyə  daxil  olan  xarici  kapitalın  da  həcmində  neft  sektoru  böyük  paya  malikdir. 

Ümumiyyətlə Azərbaycanda sənayenin strukturunda xarici investisiyaların bölgü ölçüləri 

ə

lverişsizdir.  Xarici  investisiyaların  sahəvi  diversifikasiya  əmsalı  illər  üzrə  1.4-1.7 



ə

trafında dəyişir ki, bu da ideal hesab olunan 3-dən çox aşağıdır. 

    Son  on  ildə  iqtisadi  sahədə  keçid  dövrünü  geridə  qoyan  ölkəmizin  inkişafı 

keyfiyyətcə  yeni  mərhələyə  qədəm  qoymuşdur.  Ötən  illərdə  iqtisadiyyatın  davamlı  və 

tarazlı  inkişafının təmin  olunması nəticəsində  ÜDM   - in orta  illik artımı  13%, qeyri  – 

neft sektorunda – 10,6 % təşkil etmişdir. 2003- 2012 – ci illər ərzində ÜDM 3 dəfədən 

çox artmış və onun inkişafına 140 mlrd. doll. yaxın, o cümlədən 60 mlrd.doll. çox xarici 



 

50

sərmayə  qoyulmuşdur.  Bu  illər  ərzində  ölkənin  ixrac  potensialının  gücləndirilməsi 



nəticəsində  ölkədən  200  mlrd.doll.  məhsul  ixrac  olunmuş  və  strateji  valyuta 

ehtiyyatlarının həcmi 50 mlrd.doll. çatmışdır. 

      2003-2013  -ci illərdəki xarici  iqtisadi  fəaliyyətin  yekunları  xarici partnyorların 

etimadının  artdığını  və  Azərbaycanın  xarici  iqtisadi  ələqələrinə  getdikcə  daha  çox  ölkə 

cəlb  olunduğunu  nümayiş  etdirir.  Tədiyə  balansının  göstəricilərinə  əsaslanaraq  deyə 

bilərik ki, qeoiqtisadi əlaqələrin davamlı inkişafı və cari vəziyyəti, getdikcə artan iqtisadi 

imkanlar  və  digər  amillər  Azərbaycanın  dünyada  artan  nüfuzunun  və  imicinin  əyani 

sübutudur və təsadüfi deyil ki, Ümumdünya iqtisadi forumun 2014 – 2015 –ci illər üçün 

“Qlobal Rəqabətlik Hesabatı” –nda ölkəmiz dünyada 46 –cı, MDB məkanında isə 1 – ci 

yerdədir.  Son məlumatlara görə ölkəmiz 7 pillə irəliləyərək 39 –cu yerə qalxmışdır.  

      Beləliklə,  hesab  edirik  ki,    tədiyə  balansının  göstəricilərinin  milli 

iqtisadiyyatların  aparıcı  və  digər  sektorlar  üzrə  bölgüsünün  aparılması  hər  bir  ölkənin 

beynəlxalq rəqabətlilik göstəricilərinin cari vəziyyətini və gücləndirilməsi istiqamətlərini 

müəyyənləşdirmək üçün  ümumi bir sistemdə cəmləşdirilmiş informasiya bazası rolunu 

oynaya  bilər.   Eyni zamanda qeyd etmək istərdik ki, milli iqtisadiyyatların beynəlxalq 

rəqabətliliyinin  qiymətləndirilməsi  kontekstində  tədiyə  balansının  göstəricilərindən 

sistemli təhlil əsasında kompleks şəkildə demək olar ki, hələlik istifadə olunmur. Bu isə 

onu  deməyə  əsas  verir  ki,  milli  iqtisadiyyatların  beynəlxalq  rəqabətliliyinin 

qiymətləndriməsi  prosesində  mövcud  informasiya  mənbələrinin  hər  hası  birinə 

ə

həmiyyət  verilməməsi qeyri-obyektiv  qiymətləndirməyə  səbəb  ola  bilər.  Bu  baxımdan 



hesab  edirik  ki,  hər  bir  ölkənin  beynəlxalq  bazarlarda  əmtəə,  xidmət  və  maliyyə  

vəziyyətini      daha  obyektiv  qiymətləndirmək  üçün  tədiyə  balansının  göstəricilərindən 

uğurla istifadə etmək olar.          

     Apardığımız tədqiqat beləl qənaətə gəlməyə əsas verir ki, milli iqtisadiyyatların 

qlobal  rəqabətlilik  reytinqinin  Makroiqtisadi  sabitlik,  nfrastruktura  və  Maliyyə 

bazarlarının inkişafı  katiqoriyalarının mövcud vəziyyətinin qiymətləndirilməsində tədiyə 

balansının  göstəricilərindən  sistemli  təhlil  əsasında  kompleks  şəkildə  istifadə  etməklə 

daha  tutarlı  nəticələr  əldə  etmək  olar.  Bu  isə  öz  nöbəsində  milli  iqtisadiyyatların 




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə