218
- istifadəçilərin sorğularının emalı və indeksləşdiril-
məsi, axtarış obrazlarının yaradılması;
- istifadəçinin təbii dildə mətn şəklində tərtib etdiyi
axtarış sorğusuna əsasən onun informasiya tələba-
tının müəyyən edilməsi;
- istifadəçi sorğusuna relevant olan sənədlərin indeks-
lər bazasında və tematik kataloqda axtarışının təşkili;
- tapılan sənədlərin istifadəçi sorğusuna relevantlıq də-
rəcələrinin müəyyənləşdirilməsi və nəticələrin ni-
zamlanmış şəkildə istifadəçiyə təqdim olunması;
- istifadəçinin sistemlə qarşılıqlı fəaliyyətinin təşkili
və effektiv istifadəçi interfeysinin yaradılması;
- istifadəçi ilə əks əlaqə mexanizmlərinin reallaşdırılması.
İnternetdə informasiya ehtiyatlarının həcminin astrono-
mik sürətlə artması, onlar üzrə axtarışı həyata keçirən
İAS-a müraciətlərin sayının və intensivliyinin kəskin yük-
səlməsi və digər səbəblərdən aşağıdakı məsələlər də bu
gün böyük aktuallıq kəsb edir:
- axtarış vasitələrinin, indekslər bazalarının və tematik
kataloqların internetin qovşaqları və serverləri üzrə
paylanması, yəni paylanmış informasiya axtarışının
təşkili;
- axtarış agentlərinin yaradılması, multiagent axtarış
sistemlərinin yaradılması;
- sənədlərin tematikasının avtomatik müəyyənləşdirilməsi
və onların tematik kataloqlarının avtomatik yaradılması;
- təbii dilə yaxın intellektual istifadəçi interfeysinin
yaradılması;
- informasiya axtarışı vasitələrinin işlənib hazırlanma-
sı və reallaşdırılması üçün qeyri-səlis çoxluqlar, süni
intellekt və neyron şəbəkələr nəzəriyyələrinin imkan-
larından istifadə edilməsi.
219
8.3. İnternetin informasiya-axtarış sistemlərinin
təsnifatı
Hazırda internetdə çoxlu sayda informasiya-axtarış sistem-
ləri fəaliyyət göstərir. Onların əsas məqsədi istifadəçilərə zən-
gin servis, lazım olan məlumatlara sürətli və rahat girişi təmin
edən informasiya xidmətinin təşkilindən ibarətdir. Belə ki,
istifadəçi internetin informasiya sistemlərinə (saytlara) bilava-
sitə müraciət etmədən İAS-ın köməyi ilə həmin saytlarda sax-
lanılan informasiya ehtiyatları haqqında ətraflı məlumat əldə
etmək, o cümlədən onların URL-ünvanlarını, formatını, dilini,
tematikasını və s. müəyyənləşdirmək imkanına malik olur.
Ümumiyyətlə, İAS-ı bir sıra kriterilərə görə təsnif et-
mək olar. Əvvəla, web-mühitdə reallaşdırma zamanı isti-
fadə olunan yanaşmalara və sənədlərin axtarış obrazlarının
yaradılması prinsiplərinə görə informasiya-axtarış sistem-
lərini aşağıdakı növlərə bölmək olar:
- tematik (mövzu) kataloqlar;
- axtarış maşınları – avtomatik indekslər;
- meta-axtarış sistemləri.
Qeyd edilməlidir ki, bu bölgü şərtidir. Belə ki, bütün te-
matik kataloqlar həm də açar sözlərə görə axtarış funksi-
yalarını reallaşdırırlar. Axtarış maşınları isə bir çox hallar-
da kataloq təsnifatlarını özlərində birləşdirirlər.
İnformasiya ehtiyatlarının təsvir olunması üçün termin-
lərin seçilməsi üsullarına görə axtarış sistemləri iki yerə
bölünür:
- terminlərin aid edilməsi üsulundan istifadə edən İAS;
- terminlərin sənədəin məzmunundan seçilməsi üsu-
lundan istifadə edən İAS.
Birinci qrupa daxil olan İAS-da terminlərin seçilməsi
üçün istifadə edilən üsula əsasən sənədlərə aid edilən və in-
220
dekslər bazasına yazılan terminlər bu sənədin məzmununda
rast gəlinməyə də bilər, lakin mənaca onun məzmununu tam
dəqiqliyi ilə əks etdirməlidir. Həmin terminlər xüsusi olaraq
hazırlanmış müxtəlif lüğətlərdən, tezauruslardan, soraqçalar-
dan və s. seçilir. İkinci qrupa daxil olan İAS-da terminlər
xüsusi indeksləşdirmə üsullarının köməyi ilə sənədlərin
məzmunlarından seçilir və indekslər bazasına əlavə edilir.
İndeksləşdirmə proseduralarının reallaşdırılması üsulla-
rına görə də İAS-ı iki kateqoriyaya ayırırlar:
- əl ilə indeksləşdirmə üsulları reallaşdırılan İAS;
- avtomatik indeksləşdirmə üsulları reallaşdırılan İAS.
Birinci növ axtarış sistemlərində informasiya ehtiyatla-
rının indeksləşdirilməsi prosesi mövzu sahəsini yaxşı bi-
lən mütəxəssislər tərəfindən əl ilə, ikinci növ sistemlərdə
isə xüsusi proqram vasitələrinin, o cümlədən robot proq-
ramlarının köməyi ilə həyata keçirilir.
İsifadə olunan informasiya-axtarış dillərinə görə İAS
iki yerə bölünür:
- sadə dialoqu olan İAS – açar sözlərə görə və ya te-
matik kataloq üzrə sadə axtarış aparmağa imkan verir;
- inkişaf etmiş dialoqu olan İAS – məntiqi əməliyyat-
ların köməyi ilə mürəkkəb sorğuları tərtib etmək və
onların əsasında axtarış həyata keçirmək imkanına
malik olurlar.
Nəticələrin istifadəçiyə təqdim edilməsi üsullarına görə
İAS-ı iki yerə bölmək olar:
- sənədlərin relevantlıq dərəcələrinin təhlili aparıl-
madan tərtib olunan sadə siyahı təqdim edən İAS;
- sorğuya relevantlıq dərəcələrinə görə tapılmış sənəd-
lərin düzülmüş – nizamlanmış (sistemləşdirilmiş) si-
yahısını təqdim edən İAS.
221
İstifadəçi ilə əlaqənin təşkili üsullarına görə də İAS iki
qrupa bölünür:
- istifadəçi ilə əks əlaqəsi olmayan İAS;
- istifadəçi ilə əks əlaqə reallaşdırılan İAS.
8.3.1. Tematik (mövzu) kataloqlar
Tematik kataloqlar İnternetin informasiya ehtiyatla-
rının mövzular üzrə sistemləşdirilmiş iyerarxik sistemidir.
Tematik kataloqlara bəzən web-kataloqlar, axtarış kata-
loqları və ya sadəcə kataloq adlandırırlar.
Tematik kataloqların məlumat bazaları informasiya eh-
tiyatları haqqında zəruri məlumatları özündə saxlayır. Be-
lə ki, internetin informasiya ehtiyatları haqqında məlumat-
lar toplanır və qabaqcadan müəyyən edilmiş mövzulara
uyğun olaraq qruplara – tematik kataloqlara bölünür. Te-
matik kataloqlar da öz növbəsində ona daxil olan alt möv-
zulara uyğun olaraq alt tematik kataloqlara bölünür, bu alt
kataloqlar da daha dar istiqamətli mövzular üzrə alt kata-
loqlara bölünür və s.
Beləliklə, informasiya ehtiyatları bir-birinə daxil olan
iyerarxik mövzular sistemi üzrə təsnif olunur. İnformasiya
ehtiyatlarının axtarışı onların mövzularının konkretləşdi-
rilməsi və lokallaşdırılması (yerinin müəyyən edilməsi)
yolu ilə həyata keçirilir. Nəticədə, tematik kataloqun iye-
rarxik strukturu üzrə ən yuxarı səviyyədən başlayaraq ən
aşağıdakı səviyyəyə doğru ardıcıl keçmə yolu ilə bütün in-
formasiya ehtiyatlarına giriş təmin edilir.
Tematik kataloqlar klassik kitabxanaların ənənəvi kata-
loqlarına analogiya təşkil edir və sistemin operatoru və ya
administratoru tərəfindən əllə və ya xüsusi proqramların
Dostları ilə paylaş: |