222
köməyi ilə avtomatik yaradılır. Kataloqa daxil edilən hər
bir internet resurs üzrə qısa annotasiya hazırlanır və möv-
zular üzrə nizamlanır. Tematik kataloqların yaradılması
tərtibatçıdan mənbələrin mövzusunu yaxşı bilməsini və
İAS-da istifadə olunan inkişaf etmiş informasiya-axtarış
dilinin olmasını tələb edir.
İnsan fəaliyyəti sahəsinə aşağıdakı mövzu sahələri aid
edilə bilər: elm, təhsil, texnika, incəsənət, iqtisadiyyat, tibb,
siyasət, idman, turizm, istirahət, avtomobil, moda, alış-veriş
və s. Qeyd edilməlidir ki, kitabxana sahəsindən fərqli olaraq,
internetin tematik kataloqlarında mövzu sahələri üçün vahid
standart mövcud deyildir. Belə ki, kitabxana sistemlərində
UOT (universal onluq təsnifatlandırıcı), KBT (kitabxana
biblioqrafik təsnifatlandırıcı), DOT (Dyui onluq təsnifatlan-
dırıcı) və s. standartlardan istifadə olunur. Bir sıra kitabxana-
larda isə spesifik təsnifat sistemləri reallaşdırılır.
İnternet şəbəkəsində vəziyyət daha açıqdır. Belə ki, te-
matik kataloqda seçilən mövzu sahələri və ya məzmunu
eyni olan mövzuların adları saytın sahibindən (onun arzu-
sundan) asılı olaraq tamamilə fərqli ola bilər.
Hazırda tematik kataloqların yaradılması işi, əsasən, in-
sanlar, yəni mütəxəssislər tərəfindən əl ilə yerinə yetirilsə
də, son zamanlar tematik kataloqların avtomatik yaradıl-
ması üsullarının işlənib hazırlanması istiqamətində elmi
tədqiqatlar aparılır və ümidverici nəticələr əldə olunur.
8.3.2. İnternetin axtarış maşınları
Axtarış maşınları – internetdə avtomatik indekslər
prinsipi əsasında fəaliyyət göstərən axtarış sistemləridir.
İnternetin axtarış maşınları xüsusi proqramlarının köməyi
ilə web-fəzada olan informasiya ehtiyatlarını indeksləş-
223
dirir, məzmunlarını təhlil edər, onların axtarış obrazlarını
yaradır və axtarış sisteminin indekslər bazasına daxil edir.
Ona görə də onlara bəzən avtomatik indekslər deyirlər.
Avtomatik indekslər bazası xüsusi robot (pauk, spider
və s.) proqramlarının köməyi ilə internetdə olan ilkin sə-
nədlərin mətnlərindən, başlıqlarından, annotasiyalarından,
referatlarından və digər mətn fraqmentlərindən onların
məzmunlarını əks etdirən indekslərin (yəni terminlərin,
açar sözlərin) seçilməsi yolu ilə yaradılır. Robot proqramı
web-fəzada olan informasiya ehtiyatlarını indeksləşdirir,
yəni onların məzmunlarını təhlil edərək, ən vacib termin-
ləri və ya açar sözləri seçib ayırır və axtarış sisteminin in-
dekslər bazasına daxil edir. İndeksləşdirilmiş sənədlərin
zəruri rekvizitləri (adı, yeri, ünvanı və s.), habelə həmin
termin və açar sözlərin bu sənədlər üçün vaciblik dərəcələ-
rini göstərən əmsallar bu terminlər və açar sözlərlə birlik-
də indekslər bazasına əlavə edilir.
İnternetin axtarış maşınları informasiya axtarışını real-
laşdırmaq üçün, bir qayda olaraq, aşağıda göstərilən beş əsas
məsələnin həllini təmin edirlər. Bu məsələlərdən bəziləri
axtarış bazasının formalaşdırılması üçün əvvəlcədən yerinə
yetirilir, bəziləri isə axtarış prosesində həyat keçirilir.
Birinci məsələ informasiya ehtiyatlarının internetdə
yerləşdiyi yerlərin müəyyən edilməsindən və bu ehtiyatla-
rın axtarış serverinə yüklənməsindən ibarətdir. İnternetin
informasiya ehtiyatları və onların yerləşdikləri yerlər barə-
də əvvəlki fəsildə danışılmışdır. İnformasiyanın axtarış
serverinə yüklənməsi dedikdə isə informasiya ehtiyatların-
dan (mətnlərdən, şəkillərdən, audio-video informasiyadan
və s.) ibarət olan faylların (onların fraqmentlərinin) in-
deksləşdirmə üçün serverin müvəqqəti bazasına götürül-
məsi nəzərdə tutulur.
224
İkinci məsələ – sənədlərin bilavasitə indeksləşdirilməsi,
yəni sənədlərin məzmununu dəqiq əks etdirmək üçün onların
mətnindən terminlərin və açar sözlərin seçilib çıxarılması,
indekslər bazasının yaradılması məsələsidir. Yuxarıda qeyd
olunduğu kimi, bu proses indeksləşdirmə adlanır və onun
məqsədi sənədlərin axtarış obrazlarının yaradılmasıdır. Təbii
ki, internetdə olan informasiya ehtiyatlarının hamısının ax-
tarış serverinin bazasına toplanması və saxlanması mümkün
deyil və mənasızdır. Ona görə də İAS-ın bazalarında sənəd-
lərin özləri deyil, onların axtarış obrazları saxlanılır.
Üçüncü məsələ İAS-da istifadəçi interfeysinin, yəni
istifadəçi ilə dialoqun təşkilindən ibarətdir. İstifadəçi in-
terfeysi İAS-ın imkanlarını tam əks etdirməli, istifadəçi-
lərə öz tələbatlarını sadə və mürəkkəb sorğular şəklində
rahat tərtib etmək, zəruri hallarda onu dəyişdirmək, axtarış
sahəsini genişləndirmək və ya daraltmaq imkanları vermə-
li, tapılıb verilmiş sənədlərin sorğuya yaxınlıq dərəcələri-
nin dəqiqləşdirilməsi yolu ilə sorğunu daha yaxşı forma-
laşdırmaq və sənədlərin axtarış obrazlarını təkmilləşdir-
mək üçün istifadəçi ilə əks əlaqəni təmin etməlidir.
İstifadəçinin sorğusuna daha relevant sənədlərin axtarışının
bilavasitə indekslər bazasında həyata keçirilməsi İAS-ın qarşı-
sında duran dördüncü məsələdir. İstifadəçi tərəfindən axtarış
sorğusu formalaşdırılaraq axtarış sisteminə ötürüldükdən son-
ra axtarış maşını qabaqcadan yaradılmış indekslər bazasından
sorğunun tələblərinə cavab verən sənədlər haqqında
məlumatları axtarıb tapır və onları istifadəçiyə təqdim edir.
Nəhayət, axtarış maşını tərəfindən tapılmış relevant sə-
nədlərin xüsusi şəkildə sistemləşdirilməsi və nizamlanma-
sı, daha relevant sənəddən nisbətən az relevant sənədlərə
doğru sıra ilə düzülmüş siyahı şəklində istifadəçiyə veril-
məsi İAS-ın yerinə yetirdiyi beşinci məsələni təşkil edir.
Dostları ilə paylaş: |