225
Yerinə yetirdikləri funksiyalara müvafiq olaraq interne-
tin axtarış maşınları tərkibində aşağıdakı komponentləri
birləşdirir (şək.8.1):
- robot proqramı – internetin informasiya ehtiyatlarını
indeksləşdirərək onların obrazlarını yaradan proqramdır;
- indekslər basası – internetin informasiya ehtiyatları-
nın obrazlarını (indekslər çoxluğunu) özündə saxla-
yan məlumat bazasıdır;
İnformasiya ehtiyatları -
Web saytlar, FTP arxivlər,
proqram saxlancları
Интерфейс
Ахтарыш
и
РОБОТ
Şək.8.1. internetin axtarış maşınının ümumi
arxitekturası
İndekslər
bazası
Əvvəl daxil
olmuş
sorğuların
Müştəri
proqramı
İnterfeys
proqramı
Axtarış
maşını
ROBOT
226
- axtarış maşını – istifadəçilərin sorğularına əsasən ax-
tarış sisteminin indekslər bazasında zəruri informa-
siyanın axtarışını həyata keçirən proqram sistemidir;
- interfeys proqramı – lazım olan informasiyanın ax-
tarılması üçün istifadəçilərə informasiya-axtarış dili-
nin və CGI-skriptlərin köməyi ilə öz sorğularını for-
malaşdırmaq və axtarış sisteminə ötürmək, eləcə də
axtarışın nəticəsini istifadəçiyə təqdim etmək üçün
nəzərdə tutulur;
- müştəri proqramı – internet vasitəsilə istifadəçilərin
İAS-a, daha doğrusu onların serverlərinə qoşulması-
na imkan verən proqram təminatıdır. Bu proqram is-
tifadəçilərin kompüterinə yüklənir. Web-səhifələrin ba-
xılması (brauzer) proqramları (Internet Explorer, Net-
scape Communicator, Opera, Google Chrome və s.)
adlanan bu proqramlar İAS-da istifadəçilər üçün nə-
zərdə tutulmuş interfeys pəncərəsinin istifadəçinin
ekranına çıxarılması, web-səhifələrin açılması, bağ-
lanması, köçürülməsi və digər funksiyaları həyata
keçirilir.
Göründüyü kimi, internetin informasiya-axtarış sistem-
ləri proqram təminatı və məlumat bazaları kompleksindən
ibarətdir. İAS-ın hər bir alt sistemi müstəqil blok olub bir-
biri ilə sıx qarşılıqlı əlaqədə işləyir.
8.3.3. Meta-axtarış sistemləri
Məlum olduğu kimi, ayrı-ayrı axtarış maşınları tərəfin-
dən internetin informasiya fəzasının eyni səviyyədə əhatə
olunması, eləcə də onların formalaşdırdıqları indekslər ba-
zalarının kəmiyyət və keyfiyyət baxımından fərqli olması
227
səbəbindən onların eyni sorğuya verdikləri cavablar da
eyni olmur. Belə ki, ayrı-ayrı axtarış maşınları tərəfindən
tapılıb verilmiş eyni sənədlərin relevantlıq dərəcələri müx-
təlif olur. Bununla yanaşı, axtarış maşınları tematik yö-
nümlü ola bilər ki, bu da axtarışın nəticəsinə təsir edə bi-
lər. Ona görə də müxtəlif axtarış maşınlarının eyni sorğu
üzrə apardığı axtarış nəticəsində tapdıqları sənədlər çox-
luqlarının müqayisəli təhlili və onlar arasından daha mü-
nasib (relevant) sənədlərin seçilməsi məsələsi böyük ak-
tuallıq kəsb edir.
Digər təfərdən kifayət qədər nadir məlumatların tapıl-
ması məqsədilə bir sıra axtarış sistemlərinə müraciət et-
mək zərurəti yaranır. Aydındır ki, ayrı-ayrı axtarış sistem-
lərində internet saytların əhatə olunması, indeksləşdirilmə-
si səviyyələri, eləcə də axtarış sorğularının tərtib edilməsi
qaydaları bir-birindən fərqlənir. Ona görə də istifadəçilər
həmin sistemlərə növbə ilə müraciət etmək, sorğuların tər-
tib olunması zamanı onlar xüsusiyyətlərini nəzərə almaq
kimi çətinliklərlə üzləşirlər.
Məhz bu səbəbdən internetdə axtarış maşınlarından və
tematik kataloqlardan prinsipial olaraq fərqlənən meta-ax-
tarış sistemlərindən istifadə olunur.
Meta-axtarış sistemləri – internet üçün reallaşdırılan,
özlərinin məxsusi indekslər bazası olmaya xüsusi növ ax-
tarış sistemləridir. Onlar istifadəçi ilə interfeysi reallaşdı-
rır, daxil olan axtarış sorğusunu bir neçə axtarış serverinə
göndərir, həmin serverlərdən aldığı cavabları xüsusi şəkil-
də təhlil edərək nəticəni istifadəçiyə təqdim edir.
Meta-axtarış sistemləri faktiki olaraq paylanmış infor-
masiya axtarışını həyata keçirir. Onlar axtarış üçün zəruri
olan aşağıdakı əsas xarakteristikaları yaxşılaşdırmağa im-
kan verir:
228
- paralellik – axtarış maşınlarını müxtəlif informasiya
massivlərində və kolleksiyalarda paralel yerinə yetir-
məklə axtarış prosesinin tezləşdirilməsi;
- avtonomluq – sistemin uzaqda olan komponentlərini
cəlb etmədən müstəqil şəkildə lokal axtarışların
aparılması;
- modulluluq – axtarış maşınlarının işlənib hazırlan-
masının və fəaliyyətinin bir-birindən asılı olmaması,
sistemin genişləndirilməsinin asanlığı və s.;
- sıradan çıxmaya davamlılıq – bir axtarış maşınının
və ya onun qoşulduğu rabitə kanalının sıradan çıx-
ması digər axtarış maşınlarının, həmçinin bütövlükdə
sistemin işinin dayanmasına səbəb olmur;
- şəbəkə və zaman resurslarının qənaət olunması və s.
Meta-axtarış sisteminin funksional struktur sxemi 8.2
saylı şəkildə göstərilmişdir. Şəkildən göründüyü kimi, isti-
fadəçi özünün informasiya tələbatına uyğun olaraq axtarış
sorğusunu formalaşdırır və meta-axtarış sisteminə ötürür.
Meta-axtarış sisteminin agenti aldığı axtarış sorğusunu
müəyyən edilmiş axtarış maşınlarının formatlarına uyğun-
laşdırır, müvafiq qaydada axtarış sorğularını tərtib edir və
həmin axtarış serverlərinə ötürür. Həmin axtarış serverləri
sorğuya uyğun axtarış aparır, nəticələri meta-axtarış siste-
minə göndərirlər. Həmin nəticələr meta-axtarış sisteminin
nəticələrin təhlili bloku tərəfindən ümumiləşdirilərək təhlil
olunur və meta-axtarış sisteminin ümumi nəticəsi kimi
istifadəçiyə təqdim edilir.
Dostları ilə paylaş: |