237
üsullarından istifadə edirlər. Axtarış spamının bir növü
qismində URL istinadların siyahısının alınmasını (satın
alınmasını) göstərmək olar. Qeyd etmək lazımdır ki, bir
çox hallarda belə axtarış spamları saytlara axtarış sistem-
ləri tərəfindən süzgəclərin (məhdudiyyətlərin) qoyulma-
sına gətirib çıxarır.
Saytların optimallaşdırılması üçün istifadə olunan kifa-
yət qədər çoxlu sayda axtarış spamları mövcuddur. Axtarış
spamlarını əsas iki qrupa bölmək olar:
- kontekst (məzmun) və ya mətn spamları;
- istinad spamları.
Kontekst spamları dedikdə mahiyyət etibarı ilə saytın
və ya web-səhifənin əsas mətninə açar sözlərin və ifadələ-
rin əlavə edilməsi, həddən artıq doldurulması, məzmunun
qarışdırlması başa düşülür. Lakin kontekst spamlarının di-
gər formalarına da rast gəlinir: məsələn, web-səhifəyə fon-
la eyni rəngdə, şriftinin ölçüsü 1 piksel olan (gözlə görün-
məyən) mətnin, səhifəyə açar sözlər olan teqlərin daxil
edilməsi.
Kontekst spamların yaradılması üçün bir neçə üsuldan
istifadə olunur:
- Açar sözlərin təkrarlanması. Axtarış spamı saytın
məzmununa daxil olan müxtəlif informasiya ele-
mentlərində (səhifənin mətnində, başlıqda, meta-
teqlərdə, istinadlarda və s.) açar sözlərin çoxsaylı
təkrarlanması yolu ilə yaradılır.
- Müxtəlif açar sözlərin yığının yaradılması. Web-
səhifə çoxlu sayda müxtəlif açar sözlər çoxluğu (yı-
ğını) ilə doldurulduqda, müəyyən az tezlikli sorğu-
ların ona daxil olması ehtimalını artırmaqla axtarış
spamını formalaşdırılır.
238
- Açar sözlərin səhifənin məzmununa salınması. Digər
informasiya mənbələrindən sitatlar gətirməklə lazımi
açar sözlər və ya ifadələr səhifənin məzmununa
salınır.
- Məzmunların qarışdırılması. Unikal məzmunun ya-
radalması məqsədilə məzmunu müxtəlif mənbə-
lərdən götürülmüş səhifələr qarışdırılıraq sayta daxil
edilir.
Qeyd etmək lazımdır ki, bu gün bir çox informasiya-
axtarış sistemləri kontekst spamlarını kifayət qədər effek-
tiv şəkildə aşkar edə və onlara qarşı mübarizə apara bilir.
Belə ki, kontekst spam istifadə edən saytlara qarşı süz-
gəclər qoyulur və ya axtarış alqoritmləri tərəfindən əks
mənada nəzərə alınır.
İstinad spamları axtarış spamlarının daha geniş yayıl-
mış növüdür. İstinad spamlarının mahiyyəti müxtəlif inter-
net ehtiyatlarına istinadların istifadəsində süni manipul-
yasiya edilməsindən ibarətdir. Burada spam rolunda həm
daxili, həm də xarici istinadlar çıxış edə bilər. Xarici isti-
nadlar qismində istinadlar kataloqundan, ələxüsus qeyri-
mövzu kataloqlarından istifadə olunur.
Daxili istinadlara isə verilmiş sayta istinadların yerləş-
dirilməsi üçün xüsusi saytların yaradılması, donor-saytda
gizli istinadın qoyulması, istinadların mübadiləsi sistemlə-
rindən istifadə, daxili informasiya ehtiyatlarının mübadilə-
sinin təşkili, komentarilərdə istinadların qoyulması, boşal-
dılmış domenlərin alınması yolu ilə onlara daxil olan və
onlardan çıxan istinadların istifadəsi, nizamlanmayan isti-
nadların (qonaq kitablarında, elanlar lövhələrində və s.)
qoyulması və digər mexanizmlər aid edilir.
239
İstinad spamları ən təhlükəsiz axtarış spamı hesab olu-
nur. Belə ki, axtarış sistemləri saytın bu və ya digər ista-
dının məhz necə yarandığını heç də həmişə dəqiq müəy-
yən etmək imkanına malik olmur. Lakin istinad spamının
həddən artıq istifadəsi ciddi fəsadlarla (süzgəcin və ya
məhdudiyyətin qoyulması) nəticələnə bilər. Ona görə də
saytın istinad çəkisini alınmış istinadlar vasitəsilə doldu-
ran zaman nəzərə almaq lazımdır ki, bu istinadlar həmin
sayt üçün təbii əlamətləri özündə ehtiva etməli, mövzu
sahəsinə aid olmalıdır və s.
Praktikada kontenks və istinad spamları ilə yanaşı
kloakinq, redirekt, gizli məzmun, dorvey (doorway – giriş
səhifələri) və svopinq (swapping) kimi spamlardan da
istifadə olunur.
Kloakinq – sayta baxan istifidaçiyə bir web-səhifəni,
axtarış sisteminin robotuna isə başqa səhifəni təqdim edən
“qara” axtarış optimallaşdırması (spamı) üsuludur.
Redirekt dedikdə istifadəçinin bir saytdan digərinə
avtomatik olaraq (refresh meta-teqi, cgi-ssenari, Java-
skript və ya server əlavəsi vasitəsilə) istiqamətləndirilməsi
başa düşülür. Başqa sözlə, istifadəçi brauzerdə hər hansı
bir ünvan yığır, lakin ekranda tamamilə başqa ünvana
malik sayt açılır.
Gizli məzmun (kontent) – web-səhifədə mövcud olan,
lakin istifadəçiyə görünməyən mətndir. Səhifədə mətnin
gizlədilməsi, mətnin ekranda sürüşdürülməsi (fırlanması),
səhifələrin təkrarlanması, CSS (Cascading Style Sheets –
stillərin kaskad cədvəlləri), Javascript, bir layın digər layın
üzərinə qoyulması və s. üsullar vasitəsilə həyata keçirilir.
Dorvey – konkret axtarış sistemində konkret axtarış
soğusuna uyğun xüsusi şəkildə optimallaşdırılmış web-
240
səhifədir. Hər bir açar sözə və ya ifadə, eləcə də hər bir
axtarış maşını üçün ayrı-ayrı səhifə (və ya səhifələr)
işlənib hazırlana bilər. Bir qayda olaraq, web-səhifələr 1-3
açar sözə və ya ifadəyə görə optimallaşdırılır. Dorvey əsas
saytın hissəsi hesab olunmur. Onun məqsədi səhifəyə
daxil olanları əsas sayta istiqamətləndirməkdən ibarətdir.
Svopinq – axtarış sistemi tərəfindən təqdim olunan ax-
tarışın nəticəsində yuxarı yerlərin əldə olunması üçün say-
tın web-səhifələrinin həmin axtarış sistemi və konkret ax-
tarış sorğusu üçün xüsusi şəkildə optimallaşdırılmasıdır.
Sonradan web-səhifənin uğurlu indeksləşdirilməsi və la-
zımi reytinqin qazanılması əldə olunduqdan sonra həmin
səhifənin məzmunu tamamilə və ya qismən dəyişdirilir və
ya başqa web-səhifə ilə əvəz olunur.
Məlumdur ki, axtarış spamlarının tətbiqi axtarış sistem-
lərinin səmərəliliyinə və axtarışın nəticəsinə, yekunda isə
axtarış aparan insanlara mənfi təsir göstərir. Axtarış spam-
larının yaratdığı əsas problem lüzumsuz (“zibillənmiş”)
kontentin yaradılması ilə bağlıdır ki, bu da axtarış sistem-
lərinin səmərəli işini çətinləşdirir, axtarışın nəticəsində
verilən internet ehtiyatların obyektiv nizamlanmasının və
relevantlıq dərəcələrinin təhrif olunmasına gətirib çıxarır.
İlk dövrlərdə axtarış sistemləri web-səhiflərdə və onla-
rın kodlarında rast gəlinən açar sözlərə etibar edərək tez-
likləri hesablayırdılarsa, hazırda əksər axtarış maşınları sə-
hifələri ciddi təhlil edir və süni şəkildə daxil edilmiş açar
sözləri aşkarlamağa çalışır.
Axtarış spamlarına qarşı mübarizə aparmaq məqsədi ilə
axtarış sistemləri tərəfindən müxtəlif üsullar işlənib hazır-
lanır və antispam proqramlarından istifadə edilir.
Dostları ilə paylaş: |