IX FƏSİL
İNTERNETİN MƏŞHUR
İNFORMASİYA-AXTARIŞ SİSTEMLƏRİ
İnternetin informasiya-axtarış sistemlərinin yaranma
və inkişaf tarixi
Google axtarış sistemi haqqında ümumi məlumat
Google axtarış sisteminin inkişaf tarixi
Google sisteminin axtarış alqoritmləri
Google axtarış sisteminin əsas məhsulları
Google sisteminin axtarış imkanları
Google axtarış sisteminin interfeysi
Google-da axtarış sorğusunun tərtib edilməsi
prinsipləri və şərtləri
242
9.1. İnternetin informasiya-axtarış sistemlərinin
yaranma və inkişaf tarixi
İnternetdə dünya hörümçək toru (WWW) yaranana qə-
dər ilk axtarış alətlərindən biri Archie olmuşdur. Archie
Kanadanın McGill Universitetinin əməkdaşları Alan
Emteyc, Piter Doyç və Bil Heelan tərəfindən 1990-cı ildə
işlənib hazırlanmışdır. Bu proqram FTP-ehtiyatlarının si-
yahısını emal edir və faylların adlarına görə axtarış apar-
mağa imkan verir.
Web-fəza üçün ilk axtarış sistemi Wandex Massaçuset
Texnoloji İnstitutunun əməkdaşı Metyu Qrey tərəfindən
1993-cü ildə yaradılmışdır. Onun əsasını təşkil edən
“World Wide Web Wanderer” proqramı internet səhifələri
indeksləşdirən ilk robot olmuşdur. Wandex məhz bu robot
tərəfindən yaradılan indexlər bazasının adı idi. Lakin
zaman keçdikcə bu indeklər bazası istifadəçilər üçün ak-
tuallığını itirdi və axtarış üçün daha az yararlı oldu.
1993-cü ildə Martin Koster tərəfindən yaradılan və web-
fəzanın ilk tematik kataloqu olan Aliweb axtarış sistemi
fəaliyyətə başladı. Bu kataloqun bazasını pobot proqramı
deyil, saytların və ya səhifələrnin sahibləri doldururdular.
Aliweb axtarış sistemi internetdə indiyədək fəaliyyət göstərir.
1993-cü ildə Nevada Universiteti tərəfindən Gopher ser-
verlərinin sənədləri (mətnləri) üzrə axtarış aparan Veronica
sistemi istifadəyə verilmişdi. Həmin il Jump Station, WWW
Worm, RSBE (Repository-Based Software Engineering)
axtarış sistemləri də fəaliyyət göstərməyə başlamışdılar.
İnternetdə informasiya axtarışını həyata keçirən Web-
Crawler, Excite, İnfoseek, Yahoo, Tradeware Galaxy və s.
axtarış sistemləri 1994-cü ildən fəaliyyətə başladılar.
243
İnternetin ilk tammətnli axtarış sistemi olan WebCrawler
1994-cü ildə America Online şirkəti tərəfindən yara-
dılmışdı. Onun robot proqramı internetin informasiya ehti-
yatlarını indeksləşdirirdi. Əvvəlki axtarış sistemlərindən
fərqli olaraq, WebCrawler istifadəçilərə istənilən web-sə-
hifədə istənilən açar sözə görə axtarış aparmağa imkan ve-
rirdi. Axtarış prosesi üçün bu sistemdə reallaşdırılan belə
yanaşma sonradan internetin əsas axtarış sistemləri üçün
standart kimi qəbul edildi. Qeyd edilməlidir ki, Web-
Crawler axtarış sistemi geniş dairələrdə məşhur olan ilk
axtarış sistemi idi. Sonradan WebCrawler sistemi Excite
şirkəti tərəfindən alınmışdır.
IAC Search & Media şirkətinə məxsus olan Excite ax-
tarış sisteminin (URL: http://www.excite.com) əsası 1994-
cü ildə Stendfor Universitetinin tələbələri Qrem Spenser,
Co Kraus, Mark Van Xaren, Rayan Makintayr, Ben Luç
və Martin Reynfrid tərəfindən qoyulmuşdur. Excite siste-
minin axtarış mexanizmləri standart axtarış mexanizmləri
(açar sözlərə görə axtarış) ilə yanaşı, məzmuna görə ev-
ristik axtarış üsullarından, eləcə də sorğuların tərtib edil-
məsi zamanı məntiqi əməliyyatlardan istifadə edirdi.
Infoseek axtarış sisteminin əsası Stiv Kirs tərəfindən
1994-cü ildə qoyulmuşdur. İlk dövrlərdə tam bazadan isti-
fadə kommersiya əsasında həyata keçirlirdi, lakin sonra-
dan bu xidmət pulsuz oldu. Hazırda Infoseek ən universal
axtarış sistemlərindən biridir. Belə ki, o, web-səhifələr,
Usenet məlumatlar, mövzular üzrə xəbərlər, şirkətlər və
korporativ xəbərlər, xəritələr və s. üzrə axtarış, eləcə də
adamların axtarışı kimi xidmətləri təklif edir. Eyni za-
manda Infoseek öz istifadəçilərinə keyfiyyətli mövzu kata-
loqunu təqdim edir. İstifadəçilər üçün əlverişli interfeys
244
reallaşdırılmışdır. Infoseek axtarış maşınının indekslər ba-
zasında “ölü” (işləməyən) istinadların silinməsi mexaniz-
mi fəaliyyət göstərir.
Yahoo axtarış sistemi 1994-cü ilin əvvəlində Stendford
Universitetinin aspirantları Devid Faylo və Cerri Yanq
tərəfindən dünya hörümçək toru üzrə bələdçi sayt kimi
yaradılmışdır. Bu sayt digər saytların kataloqunu özündə
əks etdiridi. Yahoo dünyanın ən məşhur axtarış sistemlə-
rindən biridir. Bu gün Yahoo özündə Yahoo!Directory
tematik kataloqunu, eləcə də internetin ilk və ən məşhur
elektron poçtu olan Yahoo!Mail xidmətlərini birləşdirir.
1995-ci ildə Lycos (Karneqi Melon Universiteti), Alta-
Vista (AltaVista Technology şirkəti, Lui Mone və Maykl
Berrouz – sonradan DEC – Digital Equipment Corporation
şirkətinə satılmışdır), MetaCrawler (Eric Selburg – Washing-
ton University) sistemləri internet istifadəçilərinin istifadəsinə
verildi.
Lycos axtarış sistemi Karneqi Melon Universitetində
Maykl Loren Molden tərəfindən aparılan tədqiqatların nə-
ticəsi olaraq 1995-ci ildə meydan gəldi. Həmin il Lycos
şirkəti də yaradıldı və fəaliyyətə başladı. Lycos internetin
ilk axtarış maşınlarından biridir. Bu gün onun axtarış me-
xanizmləri böyük sayda axtarış alətlərindən istifadə et-
məklə açar sözlərə və bütöv ifadələrə görə tammətnli axta-
rışı həyata keçirir. O, web-səhifələrin URL-ünvanlarına is-
tinadları, telekonfranslarda, FTP-serverlərdə və arxivlərdə,
eləcə də internetin digər xidmətləri vasitəsilə əldə oluna
bilən informasiya ehtiyatları, o cümlədən elektron poçtu
ünvanları üzrə axtarış aparmağa imkan verir. Lycos siste-
minin 15-dən cox avropa dillərində interfeys təqdim edir.
Dostları ilə paylaş: |