Microsoft Word Qasimov-ias docx



Yüklə 3,02 Kb.
Pdf görüntüsü
səhifə61/74
tarix17.10.2017
ölçüsü3,02 Kb.
#5225
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   74

222 
köməyi ilə avtomatik yaradılır. Kataloqa daxil edilən hər 
bir internet resurs üzrə qısa annotasiya hazırlanır və möv-
zular üzrə nizamlanır. Tematik kataloqların yaradılması 
tərtibatçıdan mənbələrin mövzusunu yaxşı bilməsini və 
İAS-da istifadə olunan inkişaf etmiş informasiya-axtarış 
dilinin olmasını tələb edir. 
İnsan fəaliyyəti sahəsinə  aşağıdakı mövzu sahələri aid 
edilə bilər: elm, təhsil, texnika, incəsənət, iqtisadiyyat, tibb, 
siyasət, idman, turizm, istirahət, avtomobil, moda, alış-veriş 
və s. Qeyd edilməlidir ki, kitabxana sahəsindən fərqli olaraq, 
internetin tematik kataloqlarında mövzu sahələri üçün vahid 
standart mövcud deyildir. Belə ki, kitabxana sistemlərində 
UOT (universal onluq təsnifatlandırıcı), KBT (kitabxana 
biblioqrafik təsnifatlandırıcı), DOT (Dyui onluq təsnifatlan-
dırıcı) və s. standartlardan istifadə olunur. Bir sıra kitabxana-
larda isə spesifik təsnifat sistemləri reallaşdırılır. 
İnternet şəbəkəsində vəziyyət daha açıqdır. Belə ki, te-
matik kataloqda seçilən mövzu sahələri və ya məzmunu 
eyni olan mövzuların adları saytın sahibindən (onun arzu-
sundan) asılı olaraq tamamilə fərqli ola bilər. 
Hazırda tematik kataloqların yaradılması işi, əsasən, in-
sanlar, yəni mütəxəssislər tərəfindən əl ilə yerinə yetirilsə 
də, son zamanlar tematik kataloqların avtomatik yaradıl-
ması üsullarının işlənib hazırlanması istiqamətində elmi 
tədqiqatlar aparılır və ümidverici nəticələr əldə olunur.  
8.3.2.  İnternetin axtarış maşınları 
Axtarış maşınları – internetdə avtomatik indekslər 
prinsipi  əsasında fəaliyyət göstərən axtarış sistemləridir. 
İnternetin axtarış maşınları xüsusi proqramlarının köməyi 
ilə web-fəzada olan informasiya ehtiyatlarını indeksləş-


223 
dirir, məzmunlarını təhlil edər, onların axtarış obrazlarını 
yaradır və axtarış sisteminin indekslər bazasına daxil edir. 
Ona görə də onlara bəzən avtomatik indekslər deyirlər. 
Avtomatik indekslər bazası xüsusi robot (pauk, spider 
və s.) proqramlarının köməyi ilə internetdə olan ilkin sə-
nədlərin mətnlərindən, başlıqlarından, annotasiyalarından, 
referatlarından və digər mətn fraqmentlərindən onların 
məzmunlarını  əks etdirən indekslərin (yəni terminlərin, 
açar sözlərin) seçilməsi yolu ilə yaradılır. Robot proqramı 
web-fəzada olan informasiya ehtiyatlarını indeksləşdirir, 
yəni onların məzmunlarını təhlil edərək, ən vacib termin-
ləri və ya açar sözləri seçib ayırır və axtarış sisteminin in-
dekslər bazasına daxil edir. İndeksləşdirilmiş  sənədlərin 
zəruri rekvizitləri (adı, yeri, ünvanı  və s.), habelə  həmin 
termin və açar sözlərin bu sənədlər üçün vaciblik dərəcələ-
rini göstərən əmsallar bu terminlər və açar sözlərlə birlik-
də indekslər bazasına əlavə edilir. 
İnternetin axtarış maşınları informasiya axtarışını real-
laşdırmaq üçün, bir qayda olaraq, aşağıda göstərilən beş əsas 
məsələnin  həllini təmin edirlər. Bu məsələlərdən bəziləri 
axtarış bazasının formalaşdırılması üçün əvvəlcədən yerinə 
yetirilir, bəziləri isə axtarış prosesində həyat keçirilir. 
Birinci məsələ informasiya ehtiyatlarının internetdə 
yerləşdiyi yerlərin müəyyən edilməsindən və bu ehtiyatla-
rın axtarış serverinə yüklənməsindən ibarətdir.  İnternetin 
informasiya ehtiyatları və onların yerləşdikləri yerlər barə-
də  əvvəlki fəsildə danışılmışdır.  İnformasiyanın axtarış 
serverinə yüklənməsi dedikdə isə informasiya ehtiyatların-
dan (mətnlərdən, şəkillərdən, audio-video informasiyadan 
və s.) ibarət olan faylların (onların fraqmentlərinin) in-
deksləşdirmə üçün serverin müvəqqəti bazasına götürül-
məsi nəzərdə tutulur. 


224 
İkinci məsələ – sənədlərin bilavasitə indeksləşdirilməsi
yəni sənədlərin məzmununu dəqiq əks etdirmək üçün onların 
mətnindən terminlərin və açar sözlərin seçilib çıxarılması, 
indekslər bazasının yaradılması məsələsidir. Yuxarıda qeyd 
olunduğu kimi, bu proses indeksləşdirmə adlanır və onun 
məqsədi sənədlərin axtarış obrazlarının yaradılmasıdır. Təbii 
ki, internetdə olan informasiya ehtiyatlarının hamısının ax-
tarış serverinin bazasına toplanması və saxlanması mümkün 
deyil və mənasızdır. Ona görə də İAS-ın bazalarında sənəd-
lərin özləri deyil, onların axtarış obrazları saxlanılır.  
Üçüncü məsələ  İAS-da istifadəçi interfeysinin, yəni 
istifadəçi ilə dialoqun təşkilindən ibarətdir.  İstifadəçi in-
terfeysi  İAS-ın imkanlarını tam əks etdirməli, istifadəçi-
lərə öz tələbatlarını sadə  və mürəkkəb sorğular  şəklində 
rahat tərtib etmək, zəruri hallarda onu dəyişdirmək, axtarış 
sahəsini genişləndirmək və ya daraltmaq imkanları vermə-
li, tapılıb verilmiş sənədlərin sorğuya yaxınlıq dərəcələri-
nin dəqiqləşdirilməsi yolu ilə sorğunu daha yaxşı forma-
laşdırmaq və  sənədlərin axtarış obrazlarını  təkmilləşdir-
mək üçün istifadəçi ilə əks əlaqəni təmin etməlidir.  
İstifadəçinin sorğusuna daha relevant sənədlərin axtarışının 
bilavasitə indekslər bazasında həyata keçirilməsi İAS-ın qarşı-
sında duran dördüncü məsələdir. İstifadəçi tərəfindən axtarış 
sorğusu formalaşdırılaraq axtarış sisteminə ötürüldükdən son-
ra axtarış maşını qabaqcadan yaradılmış indekslər bazasından 
sorğunun tələblərinə cavab verən sənədlər haqqında 
məlumatları axtarıb tapır və onları istifadəçiyə təqdim edir. 
Nəhayət, axtarış maşını tərəfindən tapılmış relevant sə-
nədlərin xüsusi şəkildə sistemləşdirilməsi və nizamlanma-
sı, daha relevant sənəddən nisbətən az relevant sənədlərə 
doğru sıra ilə düzülmüş siyahı şəklində istifadəçiyə veril-
məsi İAS-ın yerinə yetirdiyi beşinci məsələni təşkil edir.  


Yüklə 3,02 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə