210
(7.43) qeyri-səlis üstünlük
münasibəti mövzu sahəsində
sistemin axtarış maşınlarının səriştəliliyi haqqında məlu-
matlar nəzərə alınmaqla
j
i
s
,d
d
ψ
k
qeyri-səlis münasibət-
ləri sinfinin vahid yekun qeyri-səlis münasibətə "yığılma-
sı" deməkdir. Beləliklə, sənədlərin bir neçə üstünlük mü-
nasibətləri ilə seçilməsi məsələsi sənədlərin yeganə üstün-
lük münasibəti ilə seçilməsi məsələsinə gətirilir. Bu mə-
sələnin həlli üçün sənədlər çoxluğunda
j
i
,d
d
η
ümumi-
ləşmiş qeyri-səlis üstünlük münasibətləri əsasında mü-
vafiq sənədlər çoxluğu müəyyən edilir:
,d
d
η
,d
d
η
d
η
i
j
j
i
D
d
i
n
j
sup
1
~
.
(7.44)
Nəhayət, bu çoxluqdan üstün
olan sənədlərin qeyri-səlis
alt çoxluğu tapılır:
j
i
i
n
i
n
d
d
d
d
,
,
~
min
.
(7.45)
Bu çoxluğa daxil olan sənədlər axtarış sistemi tərəfin-
dən verilmiş daha relevant sənədləri özündə birləşdirir.
Aşağıdakı düsturla onlar arasından ən relevant olan bir
sənədi müəyyən etmək mümkündür:
max
i
n
D
d
d
d
i
*
(7.46)
Beləliklə, paylanmış informasiya axtarışı üçün təklif
olunan üsul informasiya fəzasının bütün sənədləri arasın-
dan ayrı-ayrı axtarış sistemləri tərəfindən tapılıb verilmiş
sənədlər çoxluğundan müqayisəli təhlil yolu ilə daha üstün
və ən relevant sənədlərin tapılmasını təmin edir.
212
8.1. İnternetdə informasiyanın axtarılması və əldə
edilməsi üsulları
İnternetin informasiya ehtiyatlarının
həcminin və müx-
təlifliyinin kəskin artması səbəbindən bu nəhəng fəzada
lazım olan informasiyanın axtarılması və tapılması çox
ciddi problemə çevrilmişdir. Aydındır ki, gündəlik prakti-
ki fəaliyyətində müəyyən informasiyaya tələbatı yaranan
hər bir insan bu tələbatını ödəmək üçün informasiya mən-
bələrinə, o cümlədən internetə müraciət edir, müvafiq ax-
tarış sorğusunu formalaşdırır
və informasiya xidmətlərinə
təqdim etməklə özünə lazım olan informasiyanı axtarır.
İnternetdə informasiyanın axtarılması və əldə edilməsi
bir neçə yolla həyata keçirilə bilər. Bu üsullar axtarışın ef-
fektivliyini və keyfiyyətini, eləcə də əldə olunub götürülən
informasiyanın növünə görə əhəmiyyətli dərəcədə fərqlə-
nirlər. İnformasiya axtaran şəxsin məqsəd və vəzifələrin-
dən asılı olaraq, internetdə informasiyanın axtarılması və
əldə olunması üçün əsas üç üsuldan (yanaşmadan) istifadə
olunur:
- URL-ünvanın
daxil edilməsi;
- hiperəlaqələr üzrə hərəkət (naviqasiya);
- informasiya-axtarış sistemlərinin istifadəsi.
Birinci yanaşma internetdə lazım olan informasiyanı
əldə etmək üçün onun yerləşdiyi saytın URL-ünvanını da-
xil etməklə informasiya ehtiyatına birbaşa qoşulmanı və
ya müraciəti nəzərdə tutur. Bu üsul informasiya axtarışının
ən sadə və tez başa gələn üsuludur, lakin informasiya ehti-
yatının və ya onun yerləşdiyi saytın ünvanı dəqiq məlum
olduqda bu üsuldan istifadə etmək mümkündür. Belə ki,
bu halda istifadəçi lazım olan məlumatların harada yerləş-
213
diyini, saxlanma formasını, girişə (istifadəyə) icazə və ya
qeydiyyat (əgər tələb olunursa) üçün hara müraciət etmək
lazım olduğunu,
sistemin iş prinsiplərini, konkret informa-
siyaya daxilolma və onun əldə edilməsi üsullarını dəqiq
bilməlidir. Yalnız bu halda o, kompüter arxasında işləmək
və şəbəkə vasitəsilə informasiya sisteminə qoşulmaq yolu
ilə lazımi informasiya ehtiyatlarına birbaşa daxil olur və
zəruri informasiyanı əldə edir.
İkinci yanaşma hər hansı internet saytında
mövcud hi-
peristinadlardan istifadə etməklə lazım olan zəruri infor-
masiya ehtiyatına keçilməsini nəzərdə tutur. Web-fəzada
bütün saytlar bir-biri ilə məzmunca hiperistinadlarla bağlı
olduqlarına görə informasiya axtarışı web-səhifələrin bu
əlaqələr vasitəsilə ardıcıl baxılması yolu ilə həyata keçirilə
bilər. Əl ilə axtarış prinsipinə əsaslanan bu üsul milyonlar-
la saytlar üzrə adi baxma yolu ilə lazım olan informasiya-
nın axtarılması əlverişli
deyildir, lakin axtarışın son mər-
hələsində, informasiya-axtarış sistemləri tərəfindən veril-
miş nəticələrin baxılması, konkret mövzu sahəsinə aid
saytda lazım olan məlumatın axtarılması, daha dərin məz-
mun təhlilinə zərurətin yaranması zamanı çox faydalı olur.
Aydındır ki, informasiya ehtiyatının ünvanı istifadəçiyə
bəlli olmadıqda bu üsuldan istifadə rahatdır. Belə yanaş-
mada axtarışa başlamanın ilkin
nöqtəsi kimi məşhur web-
portallardan istifadə edilə bilər.
Üçüncü yanaşma internetdə sənədlərin axtarışının apa-
rılması üçün əsas və ən çox istifadə olunan üsullardan bi-
ridir. İnternetin informasiya-axtarış sistemləri internetin
informasiya ehtiyatları haqqında əvvəlcədən, xüsusi for-
mada hazırlanmış məlumat bazası, bu bazanı yaradan və
daim yeniləşdirən proqram təminatı, axtarış sorğularının
daxil edilməsi və nəticələrin istifadəçiyə təqdim olunması