265
Google-un kataloqu. Google kataloqu mövzu kateqo-
riyaları üzrə təşkil olunmuş web-saytlara baxmağa və
onlar üzrə axtarış aparmağa imkan verir. Google-un web-
kataloqu axtarış texnologiyasını Open Directory project
kateqoriyalaşdırma sistemi ilə birləşdirir və dünyanın 75
dilində girişlə təmin edilir.
Dodgeball. Dodgeball mobil rabitə istifadəçilərin yer-
ləşdiyi yerlər nəzərə alınmaqla qarşılıqlı fəaliyyətinin
əlaqələndirilməsinə kömək edən şəbəkə xidmətidir.
Google-maliyyə. Google-maliyyə xidməti fondlar, açıq
və qapalı aksioner şirkətlər haqqında işgüzar və maliyyə
məlumatlarına tez və sadə girişi təqdim edir.
Gmail. Gmail Google-un pulsuz elektron poçt xidmə-
tidir. Gmail istifadəçilərə pulsuz yaddaş və Google-un
daxili axtarış texnologiyasını təklif edir. Gmail güclü süz-
gəc vasitəsilə daxil olan elektron poçt göndərişləri ara-
sında spamları (arzu olunmaz poçt göndərişlərini) aşkar
edir və istifadəçilər üçün yarana biləcək narahatçılığı ara-
dan qaldırır. Eyni zamanda, Gmail antivirus qorumasını
təmin edir.
Hazırda Gmail dünyanın əksər dillərində istifadə olu-
nur. Gmail daxil olan poçtun avtomatik başqa ünvana gön-
dərilməsini və POP protokolu vasitəsilə daxilolmanı real-
laşdırır. Onun xidmətləri internetə qoşulmuş mobil qurğu-
ların (telefonların, planşetlərin və s.) istifadəçiləri üçün də
açıqdır.
Google qrupları. Şəxsi göndərmə və xəbərdaretmə si-
yahılarının yaradılması, eləcə də açıq müzakirələrin təşkili
üçün Google qruplardan istifadə etmək olar.
iGoogle. iGoogle istifadəçilərə Google saytının özləri
tərəfindən yaradılmış əsas səhifəsinə ani girişi təmin edir.
266
İstifadəçilər bu səhifəyə Gmail və Google News xidmətlə-
rini, konkret saytlara əlfəcini (qoşulma üçün nişanı), hava
proqnozunu, kinofilmlərin cədvəlini və s. yerləşdirə bilər-
lər. iGoogle səhifəsi Google-un əsas səhifəsini əvəz etmir.
Belə ki, istifadəçilər “Klassik səhifə” və ya “şəxsi səhifə”
seçməklə iGoogle-un əsas səhifəsini Google-un əsas səhi-
fəsi ilə və ya əksinə dəyişə bilərlə.
Google şəkillərin axtarılması. Google şəkillərin axta-
rılması indeksində internetdə nəşr olunmuş milyardlarla
təsvirlər və onlar haqqında məlumatlar saxlanılır. Google
şəkillərin axtarılması funksiyasını daha faydalı və əlverişli
etmək üçün təsvirin ölçüsü, formatı, parlaqlığı və əlvan-
lığı, eləcə də verilmiş saytlar və domenlər üzrə geniş axta-
rış imkanları təklif olunur.
Google Labs. Google Labs Google şirkətinin mühən-
disləri və novator istifadəçiləri üçün nəzərdə tutulmuş
məşq poliqonudur. Google Lab-da yeni məhsulların proto-
tipləri yerləşdirilir, həmin texnologiyanın tətbiqi və tək-
milləşdirilməsi ilə bağlı istifadəçilərdən təkliflərin veril-
məsi xahiş olunur.
Google Local. Google Local xidməti istifadəçilərə poçt
indeksləri, şəhər adları və konkret ünvanlar üzrə yerli təş-
kilatlar və müəssisələr haqqında relevant informasiyanı
tapmaq imkanı verir.
Google Map. Google Map ərazinin xəritəsini təqdim
edir. Onun köməyi ilə istifadəçi yer üzərində istənilən əra-
zinin xəritəsinə, şəhərin, küçələrin planına baxa, marşrut
üzrə hərəkət istiqamətini müəyyən edə bilər. Bu zaman
xəritəni sağa, sola, yuxarı və aşağı sürüşdürmək, xəritənin
miqyasını artırmaqla təqdim olunan təsviri böyütmək
mümkündür.
267
Mobil qurğular üçün Google. Mobil qurğular üçün
Google məhsulları telefonlar, planşetlər və s. üçün xüsusi
olaraq elə şəkildə işlənib hazırlanmışdır ki, zəruri informa-
siya həmin qurğuların ekranına yerləşə bilsin. Mobil qur-
ğular üçün Google məhsulları aşağıdakı funksiyaları təq-
dim edir:
- web-axtarış;
- şəkillərin axtarışı;
- Google Map;
- WAP-axtarış;
- Google SMS (Google-un qısa məlumatlar xidməti).
Google News. Google News xidməti dünyanın 10000-
dən artıq xəbər mənbəsindən məlumatın toplanmasını hə-
yata keçirir, xəbər məlumatlarını internetdə dərc olunan-
dan sonra bir neçə dəqiqə ərzində axtarış üçün müvafiq
formatda təqdim edir. Mühüm xəbərlər haqqında məlu-
matları Google News xidmətinin əsas səhifəsində başlıqlar
şəklində yerləşdirir. Bu başlıqlar təsvir üçün heç bir siyasi
baxış və ideologiyadan asılı olmadan yalnız kompüter al-
qoritmindən istifadə olunmaqla seçilir.
Mobil qurğular üçün fərdi əsas səhifə. iGoogle səhifə-
sinin mobil versiyası kompüter versiyasında olduğu kimi
eyni məzmuna malik olur. Lakin mobil qurğular üçün
fərdiləşdirilmiş əsas səhifə istifadəçiyə lazım olan bütün
məzmunun xüsusi olaraq kiçik ekranlarda oxunması üçün
rahat olan formatda özündə birləşdirir.
Fərdiləşdirilmiş axtarış. Google tərəfindən həyata ke-
çirilən fərdiləşdirilmiş axtarış ayrıca istifadəçi üçün vacib
olan nəticənin ona verilməsini təmin edir. Web-axtarışın
tarixi funksiyası istifadəçilərə özlərinin apardıqları axtarı-
şın tarixçəsini müşahidə və idarə etməyə, hansı nəticələr-
268
dən istifadə etdiklərini görməyə imkan verir. Vaxt keç-
dikcə bu məlumat fərdiləşdirilmiş axtrışın təşkili üçün
istifadə olunur.
Malların axtarışı. Malların axtarışı istifadəçilər (alıcı-
lar) tərəfindən internet vasitəsilə şəbəkədə və mağazalarda
lazım olan malların axtarılıb tapılması və alınmasını həya-
ta keçirmək üçün Google tərəfindən işlənib hazırlanmış
axtarış mexanizmidir.
Google Reader. Google Reader web-texnologiya üzə-
rində qurulmuş oxuma proqramı olub, internetdə lazımi
məlumatların aşkarlanması və abunə yazılışının təşkilini
asanlaşdırır. Bu funksiyadan istifadə etməklə istifadəçilər
gündəlik istifadə olunan məlumatların internet vasitəsilə
əldə olunmasını təşkil edə və beləliklə, son hadisələr ba-
rədə daim məlumat ala bilərlər.
Google Academy. Google Academy elmi ədəbiyyatın
axtarılması üçün istifadə olunur. Burada elmi ədəbiyyat
dedikdə geniş dairədə elmi nəşriyyatlar, peşəkar qruplar,
siqnal nüsxələrinin verilənlər bazaları, universitetlər tərə-
findən nəşr olunan elmi materiallar (ekspertlər tərəfindən
attestasiya olunmuş işlər, dissertasiyalar, monoqrafiyalar,
avtoreferatlar, siqnal nüsxələri, referatlar, elmi məqalələr,
texniki hesabatlar və s.) nəzərdə tutulur.
Google Video. Google Video peşəkarlar və həvəskarlar
tərəfindən yaradılmış və internetdə yerləşdirilmiş mümkün
videotəsvirlərin axtarılıb tapılması üçün nəzərdə tutul-
muşdur. Google Video çərçivəsində Google Video Store
videomağazası yaradılmışdır. Burada istifadəçilər nəhəng
televiziya şəbəkələri, sərbəst prodüsserlər, kinofilm çəkən-
lər və ayrı-ayrı müəlliflər tərəfindən istehsal olunmuş vi-
Dostları ilə paylaş: |